Microsoft Word Sosial 3, 2011



Yüklə 78,74 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü78,74 Kb.
#8130


 

79

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 



№3 

 

  Sosial-siyasi 

elmlər seriyası 

  2011 

 

 

 

UOT 349.3 

UOT 364.3-3 

 

MÜASİR DÖVRDƏ SOSİAL TƏMİNAT HÜQUQUNUN  HÜQUQ 

SİSTEMİNDƏ YERİNİN MÜƏYYƏN EDİLMƏSİNİN  NƏZƏRİ 

ASPEKTLƏRİ 

 

F.M.ƏLİYEVA  

Bakı Dövlət Universitetinin 

HT

farida-aliyeva00@rambler.ru

TH 

 

Məqalədə müasir dövrdə hüquq elmlərindən biri kimi sosial təminat hüququnun nəzəri 

aspektləri  ətraflı  araşdırılır.  Sosial  təminat  hüquq  elminin  predmetini  təşkil  edən  sosial 

hadisələrin dairəsi göstərilir, onun digər hüquq elmləri (konstitusiya hüququ, əmək hüququ, 

inzibati hüquq, maliyyə hüququ və s.) ilə oxşar və fərqli cəhətləri müəyyyən edilir. Həmçinin, 

sosial təminat hüququ elminin ümumi və xüsusi hissədən ibarət olan sistemi təhlil edilməklə bu 

sahə üzrə qanunvericiliyin məcəllələşdirilməsi zəruriliyi qeyd olunur. 

 

Açar  sözlər:  sosial  təminat  hüququnun  predmeti, sosial  hüquq,  sosial  sığorta  stajı, 

məcburi dövlət sosial sığortası, ictimai münasibətlər dairəsi 

 

Sosial təminat hüququ müstəqil hüquq sahəsi kimi cəmiyyətdə sosial 



müdafiəyə ehtiyacı olan şəxslərin sosial təminat sistemi üzrə maddi nemətlərlə 

təmin edilməsi üzrə münasibətləri tənzimləyir. Lakin sosial təminat sistemi 

olduqca mürəkkəb mexanizmə malik olan hüquqi təsisat olduğuna görə onun 

digər hüquq normaları ilə əlaqəsi  təbii və zəruri haldır. Ona görə də, müstəqil 

hüquq sahəsi kimi sosial təminat hüququnun hüquq sistemində yerinin müəy-

yən edilməsi onun digər hüquq sahələri ilə oxşar və yaxın cəhətlərinin 

göstərilməsi baxımdan daha düzgün olardı. Hüquq ədəbiyatında göstərilir ki, 

oxşarlıq və yaxınlıq təcrübədə bu və ya digər faktiki münasibətlərin həqiqi  

hüquqi  təbiətini aydınlaşdırmağı  çətinləşdirir və bir sıra hallarda qanunun 

pozulmasına gətirib  çıxarır. Hər bir sahənin predmetinə daxil olan ictimai 

münasibətlərin dairəsini və hüquqi tənzimetmə obyektindəki oxşarlıq və 

fərqlərin  nədən ibarət olduğunu  dəqiq aydınlaşdırmaq lazımdır (7, 27).  

Bütövlükdə müstəqil hüquq sahəsi kimi sosial təminat hüququ haqqında 

təsəvvürlər hələ ötən əsrin 60-cı illərində formalaşsa da, indiyə qədər nə həmin 

hüquq sahəsi ilə tənzimlənən ictimai münasibətlərin dairəsi, nə də onun hüquq 

sistemində yeri ilə bağlı vahid yanaşma mövcud deyildir. Son illər bu sahənin 

obyektiv inkişafı predmetini hüququn digər sahələri ilə  tənzim olunmayan 



 

80

ictimai münasibətlər təşkil edən və hüququ müstəqil sahəsi olan sosial təminat 



hüququ barəsində formalaşmış baxışların yenidən nəzərdən keçirilməsi 

məsələsini aktuallaşdırır.  

XX əsrin 1960-cı illərində hüququn müstəqil sahəsi kimi sosial təminat 

hüququnun mövcudluğunu  əsaslandıran V.S.Andreyev onun predmetinə pen-

siya və  vətəndaşların qocalığa və  əmək qabiliyyətinin olmamasına görə  tə-

minatı üzrə, anaların və  uşaqların təminatı üzrə, pulsuz tibbi yardımın 

göstərilməsi üzrə bir sıra digər münasibətləri, habelə onlarla sıx surətdə bağlı 

olan hüquqi faktların müəyyən edilməsi və mübahisələrin həlli üzrə prosessual 

münasibətləri aid edirdi (2, 29). O, bu münasibətləri fiziki şəxslərlə sosialist 

təşkilatları arasında yaranan, xüsusi əvəzsiz ekvivalentsiz xarakter daşıyan, 

ictimai istehlak fondlarının bir hissəsinin bölüşdürülməsi üzrə münasibətlər 

kimi xarakterizə edirdi (2, 187-188). 

V.S.Andreyevlə yanaşı sonrakı illərdə müstəqil hüquq sahəsi kimi sosial 

təminat hüququnun nəzəri məsələləri ilə Y.İ.Astraxan, V.A.Açarkan, A.D.Zay-

kin, M.L.Zaxarov, T.V.İvankina, R.İ.İvanova, M.İ.Polupanov, E.Q.Tuçkova, 

V.Ş.Şayxatdinov və digər müəlliflər fəal surətdə  məşğul olmuşlar. Hər kəsə 

məlum idi ki, sosial təminat hüququ sosial təminat üzrə xüsusi münasibətləri 

tənzimləyir, lakin həmin münasibətlərin tərkibinə  nələr daxildir, onların 

dairəsi nə ilə məhdudlaşır – bu məsələlər həmişə mübahisəli olmuşdur. 

Hüquq ədəbiyyatında sosial təminatla bağlı olaraq iki konsepsiya – dar 

və geniş konsepsiya formalaşmışdır. Dar konsepsiyanın nümayəndələri sosial 

təminat anlayışına ancaq pensiyanı, müavinəti və sosial xidməti aid etmişlər 

(8, 21). Onlar sosial təminata qocalıq və əmək qabiliyyətinin olmaması halında 

təminat üzrə münasibətləri şamil edirlər (4, 40). Digərləri hesab edir ki, sosial 

təminata «qocalıq, xəstəlik,  əmək qabiliyyətinin tam və ya qismən itirilməsi 

halında vətəndaşların təminatı, habelə analara və uşaqlara qayğı, sağalmanın, 

profilaktikanın və  əmək qabiliyyətinin bərpasının mühüm vasitəsi kimi tibbi 

xidmət və müalicə ilə bağlı sosial-iqtisadi tədbirlərin məcmusu» aiddir (24, 

34). Sosial təminatın geniş konsepsiyasının nümayəndələri (V.S.Andreyev, 

T.V.İvankina, M.İ.Polupanov, K.S.Batıqin, R.İ.İvanova, V.A.Tarasova, T.M. 

Kuzmina və s.) həmin anlayışa vətəndaşların tələbatlarının ekvivalentsiz ola-

raq, dövlət və ictimai mənbələr hesabına, onların  əmək fəaliyyətinin nəticə-

sindən birbaşa asılı olmayaraq təmin edilməsinə yönəlmiş bütün sosial iqtisadi 

tədbirləri (12, 29; 22, 9), o cümlədən tibbi yardım və müalicəni (V.S.Andreyev) 

(3, 10), sanatoriya-kurort müalicəsi ilə  təminatı (K.S.Batıqin) (6, 14), pulsuz 

orta, orta ixtisas və ali təhsil almağı (T.M. Kuzmina) (16, 128) və s. aid edirlər. 

Müvafiq olaraq sosial-iqtisadi kateqoriya kimi sosial təminatla bağlı 

təsəvvürlər həm də sosial təminat hüququ ilə tənzimlənən münasibətlərin dai-

rəsi ilə müəyyən olunur. Geniş yanaşmanın tərəfdarları sosial təminat üzrə mü-

nasibətlərə ictimai istehlak fondlarından nemətlərin və xidmətlərin dövlət tə-

rəfindən müəyyən edilmiş  şərtlərlə  əvəzsiz təqdim edilməsi ilə bağlı bütün 

münasibətləri aid edirlər. Bu halda sosial təminat hüququ ictimai istehlak 




 

81

fondlarının bölüşdürülməsi üzrə münasibətləri tənzim edən hüquq sahəsi kimi 



müəyyən olunurdu (12, 25). Bu yanaşma çox cəlbedici idi, çünki hüquq 

sahəsinin predmetinin hədlərini bir qədər geniş olsa da, lakin dəqiqliklə müəy-

yən edir və qanunvericiliyin sistemləşdirilməsinə imkan yaradırdı. Bununla 

belə  təcrübədə sosial təminatla bağlı daha məhdud elmi təsəvvürlər üstünlük 

qazandı. Göstərilən mövqe müstəqillik  əldə etmiş respublikamızda sosial tə-

minat hüququ ilə bağlı yazılmış əsərlərdə öz əksini tapdı. Burada indiyə qədər 

sosial təminat hüququnun predmetinə əhaliyə səlahiyyətli orqanlar tərəfindən 

sosial sığorta və sosial təminat qaydasında pul ödəmələrinin, tibbi və dərman 

yardımının, sosial xidmətlərin, qanunvericilikdə  nəzərdə tutulmuş norma və 

qaydalar üzrə güzəştlərin təqdim edilməsi yolu ilə ümumi daxili məhsulun bir 

hissəsinin bölüşdürülməsi üzrə münasibətlərin, habelə  vətəndaşların sosial 

təminata olan konstitusion hüquqlarının müdafiə  və  bərpa edilməsi ilə bağlı 

münasibətlərin daxil edilməsi ənənəsi saxlanılmaqdadır (26, 73; 14, 9). 

Lakin məlumdur ki, sosial təminat sahəsində münasibətlərin dairəsi yu-

xarıda göstərilənlərlə  məhdudlaşmır. Bu sahədə  ən azı üç qrup ictimai mü-

nasibətlər yaranır:  1)  sosial  təminata yönələn vəsaitlərin formalaşması üzrə 

münasibətlər; 2) bu vəsaitlərin və bütün sosial təminat sisteminin idarə olun-

ması üzrə  vəsaitlər; 3) bu məqsədlə dövlət büdcəsinə  və sosial fondlara top-

lanmış  vəsaitlər hesabına pensiyaların, müavinətlərin, güzəştlərin və xidmət-

lərin təmin edilməsi üzrə bölüşdürücü münasibətlər (13, 89; 9, 47). Birinci 

qrup münasibətlər öz təbiətinə görə maliyyə hüququ, ikinci qrup münasibətlər 

inzibati hüququ xarakter daşıyır və yalnız üçüncü qrup münasibətlər müstəqil 

hüquq sahəsi kimi sosial təminat hüququnun predmetini təşkil edir.  

Bu qrup münasibətlərin fərqli təbiətini inkar etmək düzgün deyildir. 

Lakin onların müxtəlif hüquq sahələri çərçivəsində ayrıca, uzlaşmamış şəkildə 

tənzimlənməsinin aşkar çatışmazlıqlarını da qeyd etməmək olmaz. Belə ki, 

əslində bu münasibətlər sıx surətdə qarşılıqlı əlaqədədirlər.  

Uzun müddət  ərzində bölüşdürmə  məqsədi ilə  vəsaitlərin toplanması 

üzrə münasibətlərdən təcrid olunmuş şəkildə nəzərdən keçirilən sosial təminat 

üzrə bölüşdürücü münasibətlərin müstəqil hüquq sahəsi olan sosial təminat 

hüququnun predmetini təşkil etməsi ilə bağlı mülahizə kifayət qədər inandırıcı 

şəkildə  əsaslandırılırdı  və  həmin dövr üçün düzgün yanaşma idi. Sovet döv-

ründə  vəsaitlərin formalaşdırılması  və sosial təminat üzrə  vəsaitlərin idarə 

olunması üzrə münasibətlər həqiqətən də nisbətən müstəqil şəkildə tənzimlə-

nirdi: vətəndaşlar qanunvericilik səviyyəsində  təsbit edilmiş irəli gələn əsaslar 

üzrə  təminatın müxtəlif növlərinə mütləq hüquqlara malik idilər. Sosial tə-

minat üçün nəzərdə tutulmuş pul vəsaitlərinin toplanması  və idarə olunması 

qaydası vətəndaşların hüquqlarına heç bir təsir göstərmirdi. Müasir dövrdə isə 

vəziyyət fərqlidir. Pensiya islahatları vətəndaşların əmək pensiyalarının sığorta 

və  yığım hissələrinə olan hüquqlarını onları  vəsaitlərinin toplanmasının 

nəticəsindən və toplanmış vəsaitlərin idarə olunması qaydasından birbaşa asılı 

etmişdir. Sosial sığorta vəsaitlərinin toplanması sisteminin dəyişməsi,  sosial 




 

82

təminat sahəsində yalnız bir büdcədənkənar dövlət fondun – Azərbaycan 



Respublikası Dövlət  Sosial Müdafiə Fondunun yaradılması müxtəlif sığorta 

haqlarının vahid məcburi dövlət sosial sığorta haqqı ilə əvəz olunması heç də 

müsbət istiqamətdə  dəyişikliyə  səbəb olmadı. DSMF-nin vəsaitləri hesabına 

müavinətlərin və digər ödəmələrin təmin edilməsi üzrə münasibətlərdə  dəyi-

şikliklərə  gətirib çıxarmışdır.  Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, 

hamiləliyə və doğuşa görə müavinətlərin məbləği müəyyən məbləğlə məhdud-

laşmış, sığorta olunan şəxslər tərəfindən sanatoriya-kurort müalicəsi üçün yol-

layışların əldə edilməsi imkanı müəyyən dərəcədə azalmışdır. Hazırda o, hər il 

qəbul olunan DSMF-nin büdcəsi haqqında qanunda bu məqsədlə  nəzərdə 

tutulmuş  vəsaitin məbləğindən birbaşa asılıdır. Fərdi sahibkarların sadələş-

dirilmiş vergitutma sisteminə keçməsi və onlar məcburi dövlət sosial sığorta 

haqqı ödəməkdən azad edilməsə də, belə sahibkarların və onların yanında işlə-

yən muzdlu işçilərin  əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət-

lərin ödənilməsi qaydasında müəyyən dəyişikliklər baş vermişdir.  

Pensiya islahatları  nəticəsində sosial təminat sferasına mülki hüquq 

münasibətləri də daxil oldu. Pensiya sığortası sistemi fəal  şəkildə yenidən 

qurulur, ona icbari mülki-hüquqi sığorta üçün xarakterik olan elementlər daha 

dərindən sirayət edir. Onlar yalnız sığorta vəsaitlərinin toplanması üzrə deyil, 

həm də bu vəsaitlərin bölüşdürülməsi üzrə münasibətlərə nüfuz edir. Bunun 

təzahürü kimi pensiyaların yığım hissəsinin toplanması  və bölüşdürülməsi 

qaydası haqqında normalar çıxış edir. Əgər gələcəkdə  vətəndaş öz pensiya 

yığımını qeyri-dövlət pensiya fonduna verərsə əqd bağlanır ki, bu da mahiy-

yətcə mülki-hüquqi xarakter daşıyacaqdır. Bunun əsasında yerləşdirilmiş ka-

pitalın gəliri ilə bağlı bütün risklər onun özünün üzərinə düşəcəkdir. Bu zaman 

yaranan münasibətlər  əmlak münasibətləri kimi mülki-hüquqi xarakter kəsb 

etsə  də, eyni zamanda sosial təminat münasibətləri kimi qalmaqda davam 

edəcəkdir. Tədqiqatçı alim S.P.Mavrinin belə bir mülahizəsi maraq doğurur. 

O, göstərir ki, bu gün hüququn kvazimüstəqil sahələrə bölünməsi aktual deyil-

dir, çünki onun həlli hüquq yaradıcılığının və hüquq tətbiqinin səmərəliliyinə 

heç bir praktiki təsir göstərmir. Obyektiv hüququn konkret hissələrə bölünmə-

sinin əsasını isə cəmiyyətin həyatının hər hansı sahəsində münasibətlərin özü-

nəməxsus şəkildə tənzimlənməsi zərurətinin yaranması təşkil edir (18, 212). 

Sosial təminat hüququ tarixən inzibati və əmək hüququndan törəmişdir. 

Lakin belə ayrılma həmin hüquq sahələri arasında möhkəm səddin və ya 

uçurumun olmasını ifadə etmir. Sosial təminat hüququnun sistemində bir sıra 

qarışıq sahələrarası institutlar qalmaqdadır. Onlardan ən mühümlərindən biri 

məcburi dövlət sosial sığorta institutudur. Sosial sığorta üzrə münasibətlərin 

kompleks xarakter daşıması fikri hüquq ədəbiyyatında dəfələrlə qeyd olun-

muşdur (17, 195; 5, 57; 25, 156; 19, 35-42). 

Sosial xidmət institutu da sahələrarası institutdur. Həmin institutda inzi-

bati-hüquqi, sosial-hüquqi və mülki-hüquqi münasibətlər kompleks şəkildə, 

ayrılmaz vəhdətdə mövcuddur. Bundan başqa, göstərilən instituta əlillərə pul-




 

83

suz mənzil verilməsi üzrə münasibətlər də daxildir. Bu münasibətlər həm 



mənzil hüququnun, həm sosial təminat hüququnun predmetinə aid edilə bilər.  

Sosial sığorta stajı institutu da sahələrarası xarakter daşıyır, onun norma-

ları  həm sosial təminat hüququna, həm də  əmək hüququna aiddir. Sosial tə-

minat hüquq normaları ilə yaşa görə əmək pensiyasına və pensiya təminatına 

olan hüquqların, habelə bu pensiyaların və  əmək qabiliyyətinin müvəqqəti 

itirilməsinə görə müavinətlərin məbləğinin müəyyən edilməsi üçün staj məsə-

lələri tənzim olunur. Əmək hüquq normaları ilə ayrı kateqoriya işçilər üçün 

məzuniyyət hüququ müəyyən edilərkən, əmək haqqına əlavələr hesablanarkən 

stajın hesablanması  və  nəzərə alınması qaydaları  tənzim olunur. Müəyyən 

stajın olması ayrı-ayrı  vəzifələrin tutulması, elmi və xüsusi dərəcələrin alın-

ması hüququna təsir göstərir. Məsələn, dövlət qulluğu stajı haqqında normalar 

eyni zamanda həm inzibati hüquqa, həm  əmək hüququna, həm də sosial 

təminat hüququna aid edilə bilər.  İnzibati hüquq dövlət qulluğu vəzifəsinin 

tutulması üçün ixtisas tələblərini müəyyən etdiyinə,  əmək hüququ xidmət 

illərinə görə  əmək haqqına  əlavələrin məbləğini müəyyən etdiyinə, sosial 

təminat hüququ isə dövlət qulluqçuları üçün xidmət illəri nəzərə alınmaqla 

pensiya verildiyinə görə aid edilir.   

Qeyd etmək lazımdır ki, inzibati hüquq və sosial təminat hüququ da qon-

şu sahələr kimi fəaliyyət göstərirlər. Sosial təminat hüququnun predmetinə 

ənənəvi olaraq sığorta olunan vətəndaşlara pensiya və müavinətlərin ödənil-

məsi üzrə bütün münasibətlər aid edilir. Bu zaman hərbi qulluqçulara və onla-

ra bərabər tutulan şəxslərə  əmək pensiyalarının ödənilməsi üzrə münasibət-

lərin də bu sahənin predmetinə daxil olması ilə bağlı müddəanın çoxdan və 

möhkəm surətdə öz təsdiqini tapmasını da nəzərə almaq lazımdır. Həmin kate-

qoriya vətəndaşlara məcburi dövlət sosial sığortası sistemi üzrə müavinətlərin 

ödənilməsi ilə bağlı münasibətlər sosial təminat hüququnun predmetinə daxil 

edilmir, hərçənd hərbi qulluqçuların və onlara bərabər tutulan şəxslərin məc-

buri dövlət sosial sığortası öz məqsədlərinə, vəzifələrinə  və  həyata keçirilmə 

metodlarına görə sosial sığortadan demək olar ki, heç nə ilə fərqlənmir. Belə 

sığorta sistemi üzrə sığorta olunan şəxslərə edilən ödəmələr sosial müavinət-

lərin bütün əlamətlərinə cavab verir, bu zaman sığorta subyektləri arasında 

yaranan münasibətlər isə sosial təminat hüququnun predmetinə aid edilə bilər. 

Qeyd etmək lazımdır ki, bu, onları inzibati hüququn təsir sferasından çıxarmır.  

 Mülki-hüquqi  elementlərin sosial sığortaya nüfuz etməsi, qarışıq 

sığorta əsaslarına keçid, sosial təminat üzrə bölüşdürücü münasibətlərin buna 

qədər mövcud olan vəsaitlərin toplanması və idarə olunması üzrə münasibət-

lərdən asılılığının güclənməsi sosial təminat hüququnu yalnız bölüşdürücü 

münasibətləri tənzim edən müstəqil hüquq sahəsi kimi xarakterizə edən fikirlə-

ri və bu yanaşmanın dəyişməz qalmasına yönələn bütün səyləri mənasız edir. 

Göstərilən hüquq sahəsinin inkişaf dialektikasına  əsaslanmaqla, onun komp-

leks xarakterini qəbul etmək, kompleks hüquq sahəsi kimi əvvəlcə sistem-

ləşdirilməsi, sonra isə  məcəllələşdirilməsi vəzifəsini irəli sürmək lazımdır. 




 

84

Lakin hesab edirik ki, heç olmazsa müasir dövrdə  və yaxın gələcəkdə bu 



kompleks sahə sosial hüquq kimi deyil, sosial təminat hüququ kimi xarakterizə 

olunmalıdır (11, 59), çünki respublikamızın hüquq sistemində belə obyektiv 

mövcud olan hüquqi kateqoriya hələ formalaşmamışdır. Sosial hüquq yalnız 

bütün hüquq sahələrindən, bu və ya digər  şəkildə insanın sosial hüquqlarını 

tənzim edən norma və institutlardan ibarət nizamsız sistemdir. «Sosial hüquq» 

termininin meydana çıxmasına «sosial xartiya», «sosial məcəllə» terminologi-

yasına uyğun gələn beynəlxalq hüquqi aktlar (10, 196) səbəb olmuşdur. Bütün 

bu aktlarda yalnız sosial təminat sahəsində hüquqlardan deyil, həm də əmək, 

mənzil sahəsində hüquqlardan söhbət gedir. «Sosial hüquq» söz birləşməsinin 

yayılmasına əvvəllər mövcud olan «sosial iş» ixtisası üzrə tələbələrin hazırlan-

masının dövlət standartı  və bundan irəli gələn sosial işçilər üçün kompleks 

tədris fənninin hazırlanması  zərurəti də köməklik göstərmişdir. Fikrimizcə, 

müasir dövrdə sosial hüquq konstruksiyasından yalnız tədris fənni kimi istifa-

də etmək olar. Bəzi sosial təminat hüququna dair dərslik və ya dərs vəsaitində 

sosial təminat hüququndan başqa  əmək, mülki, mənzil və  hətta cinayət hü-

ququna dair fəsillər görmək olar (21, 23). Bu sahələr onların ayrı-ayrı ins-

titutları kimi məcmu halında kompleks sahə  əmələ  gətirmirlər. Onların 

kompleks sahənin formalaşdıran xüsusi predmet (müxtəlif cinsli olsa da 

qarşılıqlı  əlaqədə olan, kompleks vəhdət təşkil edən münasibətlər), spesifik 

sahəvi prinsiplər, eyni səviyyəli digər hüquq sahələri ilə qarşılıqlı  təsirdə 

olmaq qabiliyyəti, qanunvericiliyin ayrılması kimi xüsusiyyətləri yoxdur.  

 Sosial təminat hüququ üzrə  dərslik müəlliflərinin bəzən bu sahənin 

predmeti kimi nəzərdən keçirdikləri kompleks münasibətlər hüquqi tənzim-

etmə  məqsədləri üçün zərərsiz  şəkildə asanlıqla hissələrə ayrılır: deməli, 

onların bir sahə çərçivəsində birləşməsinə zərurət yoxdur. Həmin münasibətlər 

hüquqi tənzimetmənin keyfiyyətinə  əhəmiyyətli zərər yetirmədən kompleks 

vəhdət təşkil etmirlər. Burada müəyyən məqsədlərlə süni şəkildə formalaşdırıl-

mış sistemdən söhbət gedir. Belə formalaşdırılma konkret elmi və  tədris 

məqsədləri üçün mümkündür, lakin mövcud hüquq sisteminin obyektiv şəkildə 

formalaşmış  həlqəsini təzahür etdirmir (20, 248-254). Buna görə  də digər 

hüquq sahələrinin məcəllələşdirilmiş aktlarından xeyli sayda normaları  və 

institutları daxil etmədən onu məcəllələşdirmək qeyri-mümkündür. 

Göstərmək lazımdır ki, sosial təminat hüququnun kompleks hüquq sahə-

si istiqamətində inkişafı ilə bağlı obyektiv tendensiya bir çox müəlliflər tərə-

findən qeyd edilmişdir (26, 74-75; 15, 5; 25, 156-163). Lakin hesab olunur ki, 

burada məsələ özünün ilkin başlanğıcındadır. Məsələn, M.L.Zaxarov və 

E.Q.Tuçkova yazır: «sosial təminat sahəsində müxtəlif xarakterli münasibət-

ləri tənzim edən hüquq normalarının birləşməsi artıq indidən nəzərə çarpır, 

lakin bu hüquq normalarının məcmusunun keyfiyyətcə yeni və daha yüksək 

səviyyədə inkişaf etmiş hüquq sisteminə transformasiya etməsi və sosial 

təminat sahəsində bütün münasibətlərin hüquqi tənzimlənməsini əhatə etməsi 

üçün hələ çox vaxt keçməlidir» (11, 59). Burada sosial təminat sahəsində mü-




 

85

nasibətləri tənzim edən hüquq normalarının birləşməsi prosesi düzgün ifadə 



olunur, lakin kompleks sahənin yaranması gələcəklə əlaqələndirilir, əslində isə 

reallıqda mövcud olan hüquq sisteminin öyrənilməsi və  təhlili belə  nəticəyə 

gəlməyə imkan verir ki, həmin kompleks hüquq sahəsi artıq indidən fəal 

formalaşma mərhələsindədir. Belə formalaşmanın yekun mərhələsi kimi sosial 

təminat sahəsində kompleks münasibətləri tənzim edən məcəllələşdirilmiş 

aktın işlənib hazırlanması  və  qəbul edilməsi çıxış edə bilər. Çünki məhz, 

pozitiv hüquq sistemində müstəqil məcəllələşdirilmiş akt kimi obyektivləşən 

intellektual-iradəvi vəhdətin olması formalaşmış kompleks hüquq sahəsindən 

danışmağa imkan verir (1, 14).  

Beləliklə, sosial təminat hüququ müstəqil hüquq sahəsi kimi tanınsa da, 

müasir dövrdə  cəmiyyətdə  təminat sahəsində ictimai münasibətlərin inkişafı 

ilə əlaqədar hələ də özünün formalaşması prosesindədir.  

 

ЯДЯБИЙЙАТ 

1.

 



Алексеев С.С. Структура советского права. М.: Юридическая литература, 1975, 264 с. 

2.

 



Андреев  В.С.  Вопросы  советского  права  социального  обеспечения // Проблемы 

трудового права и права социального обеспечения. М., 1975, с.27-35  

3.

 

Андреев В.С. Право социального обеспечения в СССР: Учебник. М.: Юридическая 



литература, 1974, 304 с. 

4.

 



Ачаркан В.А. Государственные пенсии. М.: Юридическая литература, 1967, 258 с.  

5.

 



Батыгин  К.С.  Правоотношения  по  социальному  страхованию // Советское  госу-

дарство и право, 1972, № 11, с. 56-57  

6.

 

Батыгин  К.С.  Развитие  основных  форм  социального  обеспечения  в  свете  новой 



Конституции СССР // Советское государство и право. 1979, № 10, с. 14-21 

7.

 



Qasımov A.M. Əmək hüququ: Dərslik. Bakı: Adiloğlu, 2007, 560 s. 

8.

 



Гущин  И.В.  Советское  право  социального  обеспечения:  вопросы  теории.  Минск: 

Наука и техника, 1982, 176 с. 

9.

 

Доброхотова Е.Н., Филиппова М.В., Янтукаева М.А. Советское право социального 



обеспечения. СПб.: Наука, 1982, 276 с.  

10.


 

Европейская  социальная  хартия // Социальные  права  человека.  Документы  и 

материалы Совета Европы. Ч.1. М.: Проспект, 1996, 468 с. 

11.


 

Захаров  М.Л.,  Тучкова  Э.Г.  Право  социального  обеспечения  России.  М.:  Волтер 

Клувер, 2005, 570 с. 

12.


 

Иванкина  Т.В.  Проблемы  правового  регулирования  распределения  общественных 

фондов потребления: Автореф. дисс. ... доктор юрид. наук. М., 1986, 54 с.   

13.


 

Иванова Р.И., Тарасова В.А. Предмет и метод советского права социального обес-

печения. М.: МГУ, 1983, 168 с.  

14.


 

İsmayılov  İ.İ., Mürşüdov R.İ. Sosial təminat hüququ və onun tətbiqi problemləri. Bakı: 

Qanun, 2001, 224  s. 

15.


 

Ковалевский  С.М.  Проблемы  регулирования  обязательного  социального  страхова-

ния  от  несчастных  случаев  на  производстве:  Автореф.  дисс. … канд.  юрид.  наук. 

СПб., 2003, 25 с. 

16.

 

Кузьмина  Т.М.  Советское  право  социального  обеспечения.  Саратов:  Саратовский 



ун-т, 1982, 254 с. 

17.


 

Лушникова  М.В.  Государство,  работодатели  и  работники:  история  и  практика 

правового  механизма  социального  партнерства  (сравнительно-правовое  исследо-

вание). Ярославль, 1997, 312 с. 

18.

 

Маврин  С.П.  О  роли  метода  правового  регулирования  в  структурировании  и  раз-



витии позитивного права // Правоведение, 2003, № 1, с. 212-219  


 

86

19.



 

Мустафаев  А.М.  Обязательное  государственное  социальное  страхование // Ганун, 

2008, № 2, с.35-42       

20.


 

Никифорова  Н.Н.  Место  права  социального  обеспечения  в  системе  российского 

права // Российский ежегодник трудового права, 2005, № 1, с. 548-554 

21.


 

Никонов  Д.А.,  Стремоухов  А.В.,  Федоров  А.П.  Социальное  право:  Учебное 

пособие. СПб.: Наука, 2002, 218 с.   

22.


 

Полупанов  М.И.  Теоретические  проблемы  общей  части  науки  советского  права 

социального обеспечения: Автореф. дис.…канд.юрид.наук. М., 1969, 24 с. 

23.


 

Сенников Н.М. Профсоюзное право: Курс лекций. СПб., 2003, 212 с.  

24.

 

Советское  право  социального  обеспечения:  Учебник / Под  ред.  А.Д.Зайкина.  М.: 



МУ, 1982, 264 с. 

25.


 

Федорова  М.Ю.  Теоретические  проблемы  правового  регулирования  социального 

страхования. Омск: Омский Университет, 2003, 246 с. 

26.


 

Əliyev M.N. Sosial təminat hüququ: Dərslik. Bakı: Adiloğlu, 2007, 464 s. 



 

ТЕОРЕТИЧЕСКИЕ АСПЕКТЫ ОПРЕДЕЛЕНИЯ МЕСТА ПРАВА 

СОЦИАЛЬНОГО ОБЕСПЕЧЕНИЯ В ПРАВОВОЙ  

СИСТЕМЕ НА СОВРЕМЕННОМ ЭТАПЕ 

 

Ф.М.АЛИЕВА 

 

РЕЗЮМЕ 

 

В  статье  тщательно  исследуются  теоретические  аспекты  науки  права  социального 



обеспечения  как  один  из  отраслей  правовой  науки  на  современном  этапе.  Определяется 

круг  социальных  явлений  составляющих  предмет  науки  права  социального  обеспечения, 

схожие  и  отличительные  черты  с  другими  отраслями  правовой  науки  (конституционное 

право,  трудовое  право,  административное  право,  финансовое  право  и  др.).  Так  же,  ана-

лизируя  общие  и  специальные  части  системы  науки  права  социального  права,  под-

черкивается необходимость кодификации законодательства по социальному обеспечению. 



 

Ключевые  слова:  предмет  права  социального  обеспечения,  социальное  право, 

социальный  страховой  стаж,  обязательное  государственное  социальное  страхование, 

круг общественных отношений 

 

THEORETICAL ASPECTS OF THE DETERMINATION OF THE POSITION OF 

SOCIAL PROVISION LAW IN THE LEGAL SYSTEM IN MODERN STAGE 

 

F.M.ALİYEVA 

 

SUMMARY 

 

Theoretical aspects of the science of the social provision law are carefully researched in 



the article as one of the branches of the legal science in modern stage. The circle of the social 

phenomena forming the subject of the science of Social Provision Law, its similar and 

distinctive features with other branches of the legal science (the constitutional law, labor law, 

administrative law, financial law and others) are defined.Besides, analysing general and 

special parts of the system of Social Provision Law, the urgency of codifications in the 

legislation on social security is earmarked. 



 

Key wordс: the subject of the law of social security, social law, social insurance 

experience, obligatory governmental social insurance, social  



 

Yüklə 78,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə