60
-
işsizlərin sosial müdafiəsinin təmin edilməsi, işə düzəlməkdə çətinlik çəkən
vətəndaşların məşğulluğunun təmin edilməsinə kömək edən xüsusi tədbirlərin
həyata keçirilməsi;
-
sahibkarlığın, kiçik və orta biznesin inkişafının, eləcə də fərdi əmək fəaliyyəti
ilə məşğul olanların (xüsusilə də əmək bazarında gərginlik olan ərazilərdə) iqtisadi
həvəsləndirilməsinin təmin edilməsi;
-
peşə təhsilinin əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılması məqsədi
ilə bu sahədə yeni ixtisas və ixtisaslaşma təsnifatının hazırlanması;
-
peşə hazırlığı (əlavə təhsil), iqtisadiyyatın sahələri üzrə əhalinin məşğulluğu
və boş iş yerləri haqqında məlumatı əhatə etməklə, əmək bazarının vəziyyətinə dair
analitik-informasiya sisteminin yaradılması və tətbiq olunması;
-
işləyənlərin layiqli həyat səviyyəsini təmin etmək məqsədi ilə iqtisadiyyatın
inkişafından asılı olaraq minimum əməkhaqqının mərhələli artımının həyata
keçirilməsi;
-
məşğulluq və işsizlik səviyyəsinin real vəziyyətinin qiymətləndirilməsi üzrə
tədbirlərin davam etdirilməsi;
-
ə
mək qanunvericiliyinə riayət olunmasına nəzarətin təmin edilməsi;
-
ə
mək şəraiti və əməyin ödənilməsi müasir tələblərə cavab verən iş yerlərinin
yaradılması və mövcud iş yerlərinin səmərəliliyinin artırılması;
-
qeyri-neft sektorunda, xüsusilə aqrar, toxuculuq, emal müəssisələri və xidmət
sahələrinin inkişafı hesabına yeni iş yerlərinin yaradılması;
-
kənd yerlərində sosial və kommunal infrastrukturun inkişaf etdirilməsi yolu
ilə əhalinin, xüsusən də gənclərin miqrasiya səviyyəsinin azaldılması;
-
ə
mək bazarının tələblərini nəzərə alaraq rəqabət qabiliyyətli ixtisaslar üzrə
kadrların hazırlanması istiqamətində peşə təhsili sisteminin təkmilləşdirilməsi;
-
SCO-88/ SCO-08
beynəlxalq
məşğulluq
təsnifatına
ə
saslanan
təkmilləşdirilmiş peşə və təlim standartlarının hazırlanması və tətbiqi;
-
işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsinə
köməklik göstərilməsi;
61
-
qadınların əmək bazarında rəqabət qabiliyyətlərinin artırılması, onlar arasında
sahibkarlığın və özünüməşğulluğun inkişaf etdirilməsi, işsiz və işaxtaran
qadınların peşə hazırlığı və əlavə təhsilinin təmin edilməsi;
-
gənclərin məşğulluğunun artırılması;
-
ə
məkqabiliyyətli əlillərin cəmiyyətə, o cümlədən əmək bazarına
inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması;
-
qaçqın və məcburi köçkünlər üçün peşə hazırlığının təmin edilməsi, onlar
arasında özünüməşğulluğun inkişaf etdirilməsi;
-
cəzaçəkmə müəssisələrindən azad ediləcək şəxslərin məşğulluğunun təmin
edilməsinə köməklik göstərilməsi məqsədi ilə peşə hazırlığı kurslarının təşkil
edilməsi;
-
işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin ünvanlı dövlət sosial
yardımı sistemi ilə əlaqələndirilməsi işinin təkmilləşdirilməsi;
-
sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qrupları üçün yeni iş yerlərinin
yaradılması;
-
işsizlik müavinətinin minimum məbləğinin artırılması və onun mərhələlərlə
minimum yaşayış standartlarına çatdırılması;
-
sahə səviyyəsində kollektiv sazişlərin və müəssisə səviyyəsində kollektiv
müqavilələrin bağlanması işinin təşkil edilməsinə dövlət nəzarətinin
gücləndirilməsi;
-
kollektiv saziş və müqavilələrdə məşğulluğun təmin olunması, kadrların
hazırlanması və işçilərin sosial müdafiəsinin gücləndirilməsi məsələlərinin əks
etdirilməsi;
-
ə
halinin məşğulluğunun artırılması sahəsində tədbirlərin sosial tərəfdaşlıq
prinsipi əsasında həyata keçirilməsi;
-
sosial tərəfdaşlığın səmərəliliyinin artırılması məqsədi ilə sosial və iqtisadi
məsələlər üzrə daimi fəaliyyət göstərən üçtərəfli komissiyanın yaradılması üçün
tədbirlərin həyata keçirilməsi.
62
2.2.Sosial siyasətin təkmilləşdirilməsi istiqamətləri
Hər bir dövlətin həyata keçirdiyi sosial siyasət həmin dövlətin idarəetmə
sistemindən, siyasi rejimdən birbaşa asılıdır.Bu mənada hər bir dövlətin sosial
siyasəti digərindən fərqlənir.Məsələn, totalitar dövlətdə sosial siyasət sosial sahədə
totalitar fəaliyyətinə qədər məhdudlaşdırılır.Demokratik cəmiyyətdə isə sosial
siyasət demokratik dövlətin daşıdığı funksiyanı və vətəndaş cəmiyyətinin
subyektlərini təmsil edir.Dövlətin müxtəlif sahələrdə həyata keçirdiyi geniş
islahatlar sosial siyasətin qarşısında duran kompleks vəzifələrin həllini,bəzi
hallarda isə bir sıra mənfi halların və ziddiyətlərin aradan qaldırılmasını tələb
edir.Göründüyü kimi, sosial siyasət anlayışı özündə cəmiyyətin ümumi inkişaf
xüsusiyyətlərini özündə ehtiva edir.Belə ki, hər bir dövlət öz inkişafına və
məqsədlərinə uyğun olaraq sosial siyasəti formalaşdırır və bu siyasətin həyata
keçirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin etməyə çalışır.
Sosial siyasətin həyata keçirilməsi onun məqsəd və vəzifələrinin düzgün
müəyyənləşdirilməkdən asılıdır.Sosial siyasətin məqsədi qarşıya qoyduğu
məqsədlərə yardım etməkdir.Sosial siyasətin başlıca məqsədi yoxsulluğun aradan
qaldırıldığı, sosial təzadların olmadığı və ya kəskin münaqişələrsiz həll edildiyi
yüksək həyat səviyyəsinə malik cəmiyyət formalaşdırmaqdan ibarətdir.
Sosial siyasətin məqsədi təkcə bu günü deyil, gələcəyi də mütləq nəzərə
almalıdır.Bu siyasət elə bir şərait yaratmalıdır ki, insanlar layiqli əmək fəaliyyəti
ilə məşğul olsunlar, yüksək sosial fəallıq göstərərək cəmiyyətin maddi rifahının
yaxşəlaşdırılması sahəsində təməli möhkəmləndirsinlər və onun sosial təminat
səviyyəsini yüksəltsinlər.
Sosial siyasətin qarşısında duran məqsəd insanlarda fəal həyat mövqeyi
formalaşdırmaqdan, cəmiyyətin ümumi rifahını, humanistləşdirmə səviyyəsini
Dostları ilə paylaş: |