Microsoft Word Sosial-siyasi-4-2011. doc



Yüklə 100,42 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü100,42 Kb.
#1834


 

149


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4                                 Sosial-siyasi elmlər seriyası                               2011 

 

 



 

UOT 159.956 

 

İNTUİSİYA: İNTELLEKTUAL YÜKÜ VƏ İDRAKİ İMKANLARI  

(İntuisiyaya yeni baxış) 

 

K.N.QƏHRƏMANOVA 

Bakı Dövlət Universiteti 

K.N.Kaxramanova@yahoo.com 

 

Məqalə insan psixikasının sirlərlə örtülmüş, ən müəmmalı və çətin anlaşılan problem-

lərindən olan intuisiya probleminə, onun məntiqi-qnoseoloji təhlilinə həsr olunmuşdur. 

Məqalədə intuisiya probleminə yeni rakursdan yanaşılmış  və bu kontekstdə onun bir 

sıra yeni cəhətləri açıqlanmışdır. Məlumdur ki, indiyədək intuisiya problemi yalnız  şüuraltı 

hadisə kimi, qeyri-şüuri fenomen kimi öyrənilmişdir. Məqalədə isə oxucuya belə bir fikir əxz 

edilir ki, intuisiya yalnız psixikanın qeyri-şüuri sferasında kök salmamışdır.  İntuisiya bütün 

psixika prosesini yuxarıdan aşağıya keçən element olub, onun bütün sahələrində  fəaliyyət 

göstərir. Bu baxımdan intuisiya həm altşüur, həm şüur, həm də fövqəlşüur sferalarda təzahür 

edir. Məqalədə görkəmli rus neyro-fizioloqu P.V.Simonovun şüurun yeni strukturu haqqında 

konsepsiyasına söykənən müəllif psixikanın hər üç sferasında intuisiyanı və onun sahələr üzrə 

spesifikasını araşdırır. Məqalənin diqqətçəkən məsələlərindən biri də böyük hind filosofu 

S.Radhakrişnanın nəzəri yaradıcılığı timsalında intuisiya probleminin bir sıra cəhətlərinə 

aydınlıq gətirilməsidir. Məqalədə müxtəlif bölgü prinsipləri  əsasında intuisiyanın müxtəlif 

növlərinin təsnifatı verilir. P.V.Simonovun, M.Q.Yaroşevskinin, A.N.Petrovun ən yeni tədqi-

qatlarının nəticələrindən istifadə edən müəllif  şüurun altşüur,  şüur və fövqəl-şüur ele-

mentlərinə müvafiq olaraq intuisiyanın hissi, intellektual, mistik formalarını diqqətə gətirir və 

onların hər birinin sistemli təhlilini verir.  

 

Açar sözlər: intuisiya, şüur, şüuraltı,  qeyri-şüur, sistemli təhlil, özünüdərketmə  

 

Müasir elmin problemlər içərisində intuisiya problemi qədər mürəkkəb, 



ziddiyyətli, qeyri-müəyyən bir problem tapmaq çətin ki, mümkün olsun (4, 3). 

Nəzəri təfəkkürdə və elmi tədqiqatda yaratdığı çətinliklərlə yanaşı danışıq dili-

mizdə yaratdığı bəzən yanılmalara görə intuisiya anlayışını bir zamanlar hətta 

lüğət tərkibindən də  çıxarmaq istəmişlər. Amma belə bir əməliyyat da intui-

siya fenomeninin dərkində xüsusi səmərə verə bilməzdi, belə ki, bu anlayış 

istər danışıq dilimizdə, istərsə xüsusi elmi leksikonumuzda elə möhkəm kök 

salmışdır ki, onsuz sadəcə keçinmək mümkün deyil. İntuisiya anlayışına mü-

nasibətdə bir cəhəti də  nəzərə almaq lazımdır ki, bu termin müxtəlif iposta-

siyalarda işlənməklə, həm də insanın müxtəlif qabiliyyətlərini: bir halda onun 

rasional idraka qədərki qabiliyyətini (hissi intuisiya), digər halda fövqəlrasio-




 

150


nal qabiliyyətini: öncəgörmə, irəlicədən hiss etmə, parapsixologiya və s. (ma-

hiyyət intuisiyası, xalis intuisiya), üçüncü bir halda isə mistik intuisiyanı ifadə 

edir (8, 6-9). Buna görə də hazırda intuisiya anlayışının mənası üzrə filosof ilə 

alimlər arasında vahid rəy, razılaşma, birmənalılıq yoxdur. Filosof üçün intui-

siya əqlin hissdən və təfəkkürdən fərqli elə bir qabiliyyətidir ki, hər bir insan 

onun vasitəsilə  həll etmək istədiyi, lakin mövcud üsullar əsasında həll edə 

bilmədiyi mürəkkəb və çətin məsələnin qəfil və dəqiq həllinə nail olur. Təbiət 

alimlərinin isə intuisiyaya münasibəti filosoflarınkından fərqlidir, belə ki, hər 

bir alimi hazır ideyalar, elmə  məlum həqiqətlər deyil, ağır zəhmət hesabına, 

böyük çətinliklər bahasına qazanılan naməlum, qeyri-dəqiq biliklər, sürətli 

fraqmental əqli nəticələr daha çox maraqlandırır. Belə nəticələr isə qismən də 

olsa intuisiyalar vasitəsilə qazanılır. 

«İntuisiya» latın sözü olub (intuito), hərfi mənası «hisslərlə həqiqətə nail 

olmaq» deməkdir (7, 5). 

İntuisiya şüurun digər formalarından onunla fərqlənir ki, insan intuisiya 

vasitəsilə hər hansı bir hadisəni özünün daxili orqanlarının təsirinin hərəkətini 

hiss etmədən insan qrupunun, xalqların, dövlətlərin, özünün düşə biləcəyi 

situasiyanı irəlicədən aydın görmək imkanı qazanır. Məsələn, məşhur bolqar 

öncəgörəni Vanqa Sovetlər Birliyinin dağılacağını (1991-ci il dekabr) bu ha-

disə baş verməzdən bir ay əvvəl böyük bir dəqiqliklə söyləmişdi. Bütün elmi 

mərkəzlərdən kənarda, ucqar bir kənddə yaşayan savadsız kor qadının SSRİ 

kimi qüdrətli bir dövlətin ölüm tarixini böyük bir dəqiqliklə söyləməsi 

intuisiyanın ecazkar sirlərindən biri idi. 

Zəmanəmizin görkəmli neyrofizioloqu akad. N.P.Bexteryeva Vanqa ilə 

ilk görüşünü belə xatırlayır: «Mən gəldiyim maşını Vanqanın evindən xeyli 

aralı saxlayıb, tozlu kənd yolu ilə öncəgörənin mənzilinə yaxınlaşdım. Vanqa 

mənim ayaq səslərimi eşidə bilməzdi. Mən Vanqanın evi qarşısında sıralanmış 

adamlara yaxınlaşıb bir kişidən sonra növbəyə durdum və bu zaman Vanqanın 

səsini eşitdim: «Mən sənin gələcəyini bilirdim, Natalya, kişinin arxasında giz-

lənməyə çalışma, evimin hasarına yaxınlaş» (2, 214-215). Burada bir neçə tə-

bii sual doğur: Vanqa ona tanış olmayan bir qadının adını söyləyəndə və onun 

növbəyə kimdən sonra durduğunu dəqiq açıqlayanda, görəsən, hansı  bəsirətə 

malik idi? Vanqa daha sonra köməkçilərindən birini görkəmli alimin yanına 

göndərib, onu azacıq sonra qəbul edəcəyini bildirəndə, sözsüz, insanların ək-

səriyyəti üçün bu «öncəgörənlik» bir açılmamış müəmma, qapalı bir sirr 

olaraq qalırdı. Bu bir həqiqətdir ki, yalnız adi adamlar deyil, hətta tarixin 

böyük mütəfəkkirləri belə bir «cadugərin» fenomenal qabiliyyəti qarşısında 

çaş-baş qalmışlar. 

İntuisiya problemini fəlsəfi irsi son dərəcə zəngindir. Elm tarixində çox 

az problem tapılar ki, öz təkamülündə intuisiya problemi qədər məzmun və 

keyfiyyət dəyişikliyinə  uğramış olsun. İntuisiya problematikasının inkişaf 

dinamikasını izləmiş olsaq onun ətrafında yaranıb, bəzən bir-birini istisna edən 

müxtəlif konsepsiyaların, fikir çalarlarının, rasional və qeyri-rasional, şüuri və 



 

151


qeyri-şüuri nöqteyi-nəzərlərin formalaşmasının şahidi olaraq. 

Bəşəriyyətin bir çox dühaları min illər  ərzində intuisiya müəmmasını 

açıqlamağa çalışmışlar. Platon intuisiyanın mahiyyətinin «eydosların» mənəvi 

seyrinin xatırlanmasında görür, Aristotel isə belə güman edirdi ki, yüksək tər-

tibli anlayışlar bilvasitə deyil, bilavasitə səciyyə daşıyır. Dekarta görə, intuisi-

ya insanlara bilavasitə əqillə görə bilmədiklərini təsəvvür etməyə imkan verir. 

Həm də bu halda o, intuisiyanı həqiqətin daha aydın və qəti sübutu kimi əqlin 

bütün formalarından yüksək tuturdu. R.Dekart yazırdı: «İntiusiya – əqlin təbii 

işığı ilə yaradılan və özünün sadəliyi üzündən deduksiyadan daha səhih gö-

rünən diqqətli əqlin möhkəm anlayışıdır» (5, 86). Dekart intuisiyanı intellektlə 

əlaqələndirdiyindən müasir intuisiya problematikasında filosoflar onun iki 

növünü: intellektual intuisiya (məşhur sovet neyrofizioloqu P.V.Simonovun 

təbirincə «yaradıcı intuisiya») və hissi intuisiya bir-birindən fərqləndirirlər. 

Fəlsəfə tarixində özünə yer almış ardıcıl intellektual intuivistlərdən biri 

də B.Spinoza olmuşdur. Spinozanın təbirincə intuisiya biliyin hissi və məntiqi 

formalarından yüksəkdə duran ali formasıdır. Adekvat ideyaları  dərk etməyə 

imkan verən intuisiya həqiqətin immanent meyarı funksiyasını yerinə yetirir. 

İntuisiya anlayışının idrakın  əsas pillələri (hissi idrak və  məntiqi idrak) ilə 

bağlayan Spinoza şeylərin mahiyyətinin intuisiya vasitəsilə bilavasitə  dərkini 

idrakın ən yüksək səviyyəsi hesab edirdi. Spinoza görə şeylərin mahiyyətinin 

adekvat və təhlükəsiz dərki yalnız intuisiya vasitəsilə baş verə bilər (15, 327-

328). Spinozanın qənaətinə görə  ən ymumi anlayışların (kateqoriyaların) 

yaranması da yalnız intuisiya yolu ilə mümkündür. 

A.Berqsonun da intuisiya haqqında fikirlərində maraqlı məqamlar vardır. 

Berqsonun fikrincə, insanın idrakı özünün tamlığını  və gözəlliyini intuitiv-

cəsinə dərk etdiyi incəsənətdə tapır. Berqsona görə intuisiya şəxsiyyətdə yara-

nan spontan yaradıcılıq həvəsinin də mühüm şərtlərindən biridir. Onun dərin 

inamına görə insan onun zəkasını  zəiflədən qüvvələrdən nə  qədər çox azad 

olarsa və əksinə, onun qəlbinin dərinliklərində kök salan intiutiv anlamının eli-

tarlığı və «saflığı» nə qədər yüksək olarsa o, bədii cəhətdən bir o qədər iste-

dadlı olar (3, 240). 

Rus filosofu N.O.Losski ruhun yüksək qabiliyyətini intuisiya ilə bağlayır 

və yazırdı: «Bu təlimə görə (intuisiya təlimш – Q.K.) hər cür bilik mənim 

məxsusi «mən»im vasitəsilə predmetin mənim baxış sferama daxil edliməsidir 

(9, 234). N.O.Losski intuisiyanın üç növünü fərqləndirir: hissi intuisiya, intel-

lektual intuisiya və mistik intuisiya. Onun fikrincə, intuisiyanın bu növlərinə 

uyğun olaraq gündəlik danışıqda «qabaqcadan hiss etmə, «qabaqsöyləmə», 

«nurlanma» terminlərindən istifadə olunur. 

Hissi intuisiya və ya qabaqcadan hissetmə ətraf aləmdə inamla istiqamət 

götürməyi bacaran, xoş və kədərli hadisələri irəlicədən söyləməyi bacaran az 

sayda insanların yüksək hissiyyatının ifadəsidir. Bir çox alimlər belə insanların 

hissiyyatını «ifrat hissiyyat» adlandırır. 

«Qabaqsöyləmə» daha tez-tez hesablamanın elmi metodlarına əsaslanır. 



 

152


Məsələn, XVII əsrin görkəmli alman astronomu və riyaziyyatçısı  İ.Kepler 

riyazi hesablamalar yolu ilə sübut etmişdir ki, ulduzların orbitləri çevrə olma-

yıb, elliptik xarakterlidir. Bu qabaqsöyləmə zamanı onun nümayiş etdirdiyi 

intuisiyanı intellektual intuisiya adlandırmaq olar. 

Nurlanma intuisiyası adətən  əlverişsiz situasiyalarda: yuxuda olarkən, 

kitab mütaliyə edərkən, teatrda tamaşaya baxarkən, meşədə  gəzişərkən baş 

verə bilir. Musiqi tarixində belə hadisələr tez-tez baş verir, musiqi fikri bəstə-

kara gözləmədiyi halda, məsələn, yuxuda gələ bilir. Məsələn, italyan bəstəkarı 

Cüzeppe Tartini bir dəfə yuxuda şeytanın musiqi aləminə  məlum olmayan 

heyranedici bir melodiyanı skripkada ifa etdiyini görmüş  və yuxudan oyan-

dıqdan sonra onu nota köçürərək özünün məşhur  əsərlərindən biri olan 

«Şeytan zəngulələri» skripka sonatasına daxil etmişdir. 

N.A.Berdyayev «Özünüdərketmə» adlı avtobioqrafik kitabında bu faktı 

aşağıdakı misallar ildə təsdiqləyir: nurlanma filmə tamaşa edərkən, hər hansı 

bir kənar  şəxslə söhbət zamanı, hər hansı bir qəbul zamanı  və i.a. baş verə 

bilər. O, bir dəfə dilxorçuluq vəziyyətində özündə nurlanmaya və yaradıcı 

yüksəlişə keçid kimi bir hadisəni qeydə almışdı: «Hadisə yayda kənddə baş 

vermişdi. Mən çarpayıda uzanmışdım, səhərə yaxın bədənim yaradıcılıq yük-

səlişi ilə titrəməyə başladı və bu zaman güclü bir işıq şüası məni nurlandırdı... 

Bu anlarda yaşadığım yaradıcılq nurlanması sonralar öz ifadəsini mənim 

«Yaradıcılığın mənası. İnsanın özünə haqq qazandırmaq təcrübəsi» kitabında 

tapdı. Bu kitab böyük bir ruh yüksəkliyi ilə, demək olar ki, ekstaz vəziyyətdə 

yazılmışdı. Bu kitabda mənim əsas mövzum, insan haqqında ilkin intuisiyam 

öz əksini tapdı» (1, 190).   

Berdyayev II Dünya müharibəsinin qaçılmazlığını da irəlicədən söyləmiş 

və göstərmişdi ki, müharibədən yalnız onu doğuran səbəbləri aradan qaldır-

maq yolu ilə yaxa qurtarmaq olar. Berdyayev intuisiyaya hərəkətsiz bir şey 

kimi deyil, ruhun durmadan inkişaf edən və yeni-yeni nurlanmalarla zən-

ginləşməsi halı kimi baxırdı. Həm də bu nurlanmalar, bir qayda olaraq, birdən-

birə deyil, şüurun insan marağını cəlb edən hər hansı bir mövzu üzərində uzun 

sürən, üzücü işindən sonra yaranırdı. Ani nurlanmanın baş verdiyi andan 

etibarən insanda yaradıcı ekstaz başlanır. 

Görkəmli sovet neyrofizioloqu P.V.Simonov kimyəvi elementlərin dövrü 

cədvəli ilə əlaqədar D.İ.Mendeleyevə yuxuda nazil olmuş nurlanmaya aydınlıq 

gətirərək qeyd edir ki, «Mendeleyevin yuxuda kimyəvi elementlərin dövrü 

cədvəlini görməsi, heç də  təsadüfi olmamışdır.  Əgər bundan əvvəl Mendele-

yevin kimya sahəsində diqqətçəkən işləri olmasaydı, Mendeleyev bu sahədə 

zəngin bilik toplamasaydı, bu nurlanma da baş verməzdi» (13, 300). 

XX əsr görkəmli hind filosofu və siyasi xadimi S.Radhakrişnanın intui-

siyaya dair baxışları xüsusi maraq kəsb edir. Bu böyük alimin intuisiyanın 

şərhində nümayiş etdirdiyi mövqe dünyanın  ən qədim fəlsəfi sistemlərindən 

olan zəngin və çoxaspektli hind fəlsəfəsinin bütün tarixi gedişatına əsaslanır. 

Əqidəli filosof və  bəsirətli insan olan Radhakrişnan belə güman edirdi ki, 



 

153


elmdə həqiqətə aparan yol «ideya və reallığın dualizminə aparan yolun aradan 

qaldırılmasından keçir. Məhdud məntiqi təfəkkürün kateqoriyaları vasitəsilə 

insanın və ilahi varlığın qovuşmasını dərk etmək istədikdə biz hökmən fikir-

lərin, əksliklərin, antinomilərin toqquşmasının sərhədlərindən kənara çıxmalı-

yıq. Fikrimiz intuisiya vasitəsilə  təkmilləşəndə biz reallıq haqqında təsəv-

vürlərə sahib oluruq» (12, 146). 

Bütün əzəmətinə baxmayaraq fikrimizcə böyük hind filosofu burada iki 

mühüm yanlışlığa yol verir: əvvəla o, insan ilə ilahi idrakın bir-birinə qovuş-

masını mümkün sayır, halbuki, bu sintez yalnız o halda mümkün ola bilərdi ki, 

insan idrak prosesində hüdud hala çatmış olaydı, bu isə mümkün deyil, zira 

dünya bu intensivliyinə  və ekstensivliynə görə sonsuz, idraki-qnoseoloji 

baxımdan hüdudsuzdur. İkincisi, Radhakrişnan belə güman edir ki, idrakın 

mükəmməlləşməsi yalnız intuisiya vasitəsilə baş verə bilər. Bu halda unudulan 

cəhət odur ki, intuisiya da sonsuzluğun sirlərinə nüfuz etməkdə acizdir, belə 

ki, intuisiya insan beynində yaranır, beyin isə ali əsəb orqanı olmaq etibarilə 

sonlu və  məhduddur. Nəzərə almaq lazımdır ki, dünyanın məkan və zaman 

etibarilə sonsuzluğu və hüdudsuzluğu üzündən nəinki ayrıca bir fərd, hətta 

bütün bəşəriyyət belə öz zəngin ictimai praktikası və dolğun idrak nəzəriyyəsi 

ilə dünya haqqında mütləq biliklər qazana bilməz. 

Radhakrişnan dünya mistiklərinin nüfuzuna ürəkdən inanmış, idrak və 

şüur məsələlərinin həllində onların dini-idealist dünyagörüşünə söykənmişdir. 

O, yazırdı: «Bu fakt (insanın allaha qovuşması) bütün dünya mistikləri tərə-

findən təsdiqləyir. İnsana əqli məsələlərin həllinə imkan verən ilahi nurlanma 

və ya mistik intuisiya xasdır, insan bu intuisiya sayəsində intellektin fərqlən-

dirilməsindən kənara çıxaraq əqli məsələləri həll edir. Seçilmiş ruhlar fikri və 

intellektual reallığın yüksəkliklərini fəth edir, məhz bu intuitiv şüurun sayə-

sində  eşidilməzlər eşidilənlərə, qavranılmayanlar qavranılanlara, naməlumlar 

məlumlara çevrilir. Əqlin irəli sürdüyü problemlər yalnız o hallarda öz-özünə 

həll edilir ki, biz mülahizələr xaricinə  çıxıb ilahi həyat sürməyə başlayırıq» 

(12, 148). Lakin tarixdən məlumdur ki, heç bir dini mütəfəkkir və ya dini 

xadim ilahi kamillik kəsb etməmiş, dünyanın dərkində  və  şüurunun inkişa-

fında ilahiyə qovuşmağa nail olmamışdır. 

Göründüyü kimi, Radhakrişnanın intuisiya haqqında düşüncələri sələf-

lərinin düşüncələrindən fərqlənmir: intuisiya birbaşa idrak, bilavasitə hisslərlə 

qazanılan əqli nəticədir. Bu halda insanın ruhu dünyanın dərki içərisində, onun 

canlı seyrində əriyir. Dünyanın intuisiya formasında görünməsi insanı şəhvət 

və ehtraslardan, əzab və əziyyətlərdən azad edir. Ruh ekstaz vəziyyətdə özünü 

gördüyü obyektlə birləşməsi halda hiss edir. İnsan ruhunun bütün cəhdləri, 

onun bütün intellektual tələbləri, emosional arzuları, iradə idealları  həyata 

keçir (12, 149-152). Böyük filosof burada artıq dünya dini olmaq etibarilə 

buddizmin mövqeyini dərindən dərk edir. Lakin burada bir tarixi həqiqəti də 

nəzərə almaq lazımdır ki, buddizmin banisi öz fəaliyyətində yalnız dünyəvi 

nurlanmanı  dərk etdikdən sonra Buddaya çevrilmişdir. Halbuki, açıq etiraf-



 

154


larına görə şahzadə Şakyamuninin şəxsi taleyi o qədər də ürək açan olmamış, 

bu böyük insanın həyatı  əzab və  əziyyətlər içərisində keçmişdir. Yaşı 80-ə 

çatdıqda onun təfəkkürü və fikirləri öz saflığını qoruyub saxlasa da, bədəni öz 

təravətini, gücünü itirərək ölgün vəziyyətə düşmüşdür. Özü bunu aydın görür, 

tələbəsi Anandaya etirafını belə səsləndirirdi: «Mən artıq qoca və gücsüzəm, 

Ananda; yer həyatım sona çatmaq üzrədir, axı mənim artıq 80 yaşım var. Mən 

qırılmış araba kimiyəm, həyatın tozlu-torpaqlı yollarında cırıldaya-cırıldaya 

sürünürəm» (6, 120-121). 

Yer üzərində yaşamış ən müdrik insanlardan birinin, mədəniyyət tarixinə 

buddizm adı ilə daxil olmuş dünya dininin banisinin bu etirafı Radhakrişnanın 

belə bir fikrini təkzib edir ki, guya intuisiya vasitəsilə nurlanma insanı hər cür 

əzab və əziyyətlərdən azad edir. 

S.Radhakrişnan oxucusunu inandırmağa çalışır ki, mistik nurlanma digər 

insanlara verilə bilməyən «təcrübi qavrayış» səviyyəsində durur. Burada artıq 

biz, cavablandıra bilmədiyimiz belə bir sualla qarşılaşırıq: əgər mistik nurlan-

ma insanlara verilə bilməyən «təcrübi qavrayışdırsa», bəs o halda nurlanma 

kimi çıxış edən din insanlar arasında necə yayılmışdır? Burada böyük filosof 

etiraf etməyə  məcbur olur ki, «biz bu təcrübəni yalnız metafora vasitəsilə 

təsvir edə bilərik. Təklif olunan ixtiyari metafora haqqında isə biz deyə bilərik 

ki, bu o deyil, bu o deyil» (12, 148). 

Ümumiyyətlə, Radhakrişnanın intuisiya haqqında baxışlarının başlıca 

nöqsanı bundan ibarətdir ki, o da bir sıra digər filosoflar kimi təbiətşünaslığın, 

o cümlədən, fiziologiyanın, biologiyanın, kibernetikanın, genetikanın, infor-

matikanın materiallarına deyil, sırf fəlsəfi və dini mənbələrə söykənir. Bununla 

da Radhakrişnan idrakın digər növləri ilə müqayisədə intuisiyanın səviyyə 

yüksəkliyini sübuta çalışarkən heç də bütün suallara cavab verə bilmir. 

Təbiətşünaslığa müraciət intuisiyanın dərkində yeni imkanlar açaraq 

onun mahiyyətini,  şüurun və altşüurun strukturunda yerini və rolunu açıq-

lamağa əsas verir. 

Məlumdur ki, böyük rus fizioloqu İ.P.Pavlov  şərtsiz və  şərti reflekslər 

haqqında təlim yaratmışdır. Şərtsiz reflekslər anadangəlmədir. İtin aclıq duy-

ması orqanizmin qidaya olan tələbatıdır. V.M.Bexterev şərtsiz reflekslərin 

mövcudluğunu «beyin hüceyrələrində orqanizmin qida məhsulları isə  təchiz 

edilməsində enerji çatışmazlığı ilə» izah edir. Belə hallarda heyvan da, insan 

da qida axtarır. Onların orqanizmində qidaya dövrü tələbat yaranır. 

Şərti refleks isə orqanizmdə təlim vermək, öyrətmək, tərbiyə etmək yolu 

ilə yaradılır. Aclıq duyğusu yaşayan it ona yemək gətirən laborantın addım 

səslərini eşitdikdə  və  nəhayət onu eksperiment otaqında gördükdə, qəbul 

edəcəyi qidanı görmədikdə belə onda qidaya qarşı  mədə  şirəsi ifraz olunur. 

Belə hallarda şərti refleks intuisiyanı xatırladır. Qapının çırpılması, tanış ad-

dımlar, tanış adamın görünməsi – itin bütün əvvəlki təcrübəsi onun arzu etdiyi 

bir şeydən – ona yemək gətirilməsindən xəbər verir. Pavlovun təcrübələri sü-

but etmişdir ki, intuisiyanın əsasında insanın və heyvanın real təcrübəsi durur 



 

155


(10, 22-23). O, buradan intuisiyanın canlı orqanizmlərin həyatında əhəmiyyəti 

haqqında çox mühüm nəticə çıxarmışdır: intuisiya determinə olunmuşdur.  

Tədqiqatlar göstərir ki, intuisiyanın da yaranma mexanizmi eynilə  şüu-

run formalarının yaranma mexanizmi kimidir: determinatorların elektromaqnit 

rəqsləri əsəb cərəyanına çevrilərək orqanizmin periferik reseptorlarını yaradır. 

Bu cərəyan afferent (yüksələn) naqillərlə  hərəkət edərək beynin müvafiq 

sahələrinə çatdırıldıqda yaratdıqları boşalmalarla  əsəb cərəyanını efferent və-

ziyyətə  gətirirlər. Efferent vəziyyət müxtəlif hərəkətetdirici  əsəblərə, o cüm-

lədən nitqə doğru istiqamətlənərək təfəkkürü, səsli nitqi, yəni  şüuru, o 

cümlədən intuisiyanı yaradırlar. 

Fizioloqlar intuisiyanın yaranmasının daha ümumi səbəblərini də  aşkar 

etmişlər: Canlı orqanizmlərin yaşayış şəraitinin dinamiki dəyişməsi və onların 

tədricən bu şəraitə uyğunlaşması. Pavlov «İnsan beyninin böyük yarımkürə-

ciklərinin fəaliyyəti haqqında mülahizələr» əsərində qeyd edirdi ki, «tamamilə 

aydındır ki, orqanizmin bütün fəaliyyəti qanunauyğun olmalıdır. Əgər heyvan-

lar xarici aləmə dəqiq uyğunlaşa bilməsəydilər onların mövcudluğu tezliklə və 

tədricən kəsilərdi... Orqanizm yalnız o vaxtadək mövcud ola bilir ki, o hər an 

ətraf şəraitlə tarazlaşmış olsun. Bu tarazlıq pozulan kimi orqanizm bir sistem 

kimi mövcudluğunu başa vurur» (10, 22-23). 

Afrika faunasının tədqiqatçıları  hər il on minlərlə heyvanın kontinentin 

Mərkəzi rayonlardan şimal rayonlarına miqrasiya etməsini müşahidə edirlər. 

Onları miqrasiyaya məcbur edən səbəb Mərkəzi Afrikada qida məhsullarının 

çatışmaması  və heyvanlarda əsrlərdən bəri mövcud olan belə bir intuisiya 

əsrlərdən bəri mövcud olan belə bir intuisiyanın mövcud olmasıdır ki, Şimali 

Afrikada yem həmişə vardır. Bütün vəhşi heyvanlar yaxşı bilirlər ki, insan on-

ların düşmənidir. Lakin aclıq illərində onlar yaşayış məntəqələrinə hətta böyük 

şəhərlərə belə yaxınlaşırlar, çünki intuitivcəsnə anlayırlar ki, düşmənlə qon-

şuluqda yem tapa bilərlər. 

İ.P.Pavlovun şərtsiz və şərti reflekslər təlimi sonralar onun şagirdləri və 

ardıcılları P.K.Anoxin, P.V.Simonov, N.P.Bexteryeva və b. tərəfindən qəbul 

edilib, yaradıcılıqla inkişaf etdirilmişdir. 

Tədqiqatlar göstərir ki, bir sıra  şərtsiz reflekslər də intuitiv səciyyə da-

şıyır. Paflov dəfələrlə qeyd etmişdir ki, heyvanlar da azadlıq və tədqiqatçılıq 

refleksinə malikdir: bir çox heyvanlar və xüsusilə yırtıcılar azadlıqlarının iti-

rilməsinə  sərt müqavimət göstərir, qəfəsdən qopmağa, itirilmiş azadlıqlarını 

qaytarmağa çalışırlar. Ovçular tez-tez belə bir faktla üzləşirlər ki, tələyə düş-

müş tülkü və ya canavar azadlığa çıxmaq naminə öz pəncələrini gəmirməli 

olurlar. Qeyd edək ki, belə hallarda azadlığın şərtsiz refleksi intuisiya ilə üzvi 

surətdə birləşir. 

Heyvanlarda tədqiqat refleksləri də intuitiv xarakter daşıyır. Yad mənzilə 

düşmüş ev pişiyi özünü çox ehtiyatlı aparır, tanış olmayan əşyalara diqqətlə 

baxır, bütün künc-bucağı iyləyir, yad səslər eşitdikdə gizlənməyə çalışır. Onun 

həyat təcrübəsi göstərir ki, özünə yad şəraitdə o, həyatı üçün heç bir təhlü-



 

156


kənin olmadığına  əmin olana qədər özünü tam ehtiyatlı aparır. Belə hallarda 

şərtsiz refleks intuisiya ilə birləşir. 

İnsan  şüurunda intuisiya ilə qohum olan şüuraltı  və fövqəlşüur səviy-

yələri fərqləndirilir. Bu problemlə sovet neyrofizioloqu P.V.Simonov xüsusilə 

ciddi məşğul olmuşdur. O, elmi dairələrdə yaxşı tanınan «Əsaslandırılmış 

beyin. Ali əsəb fəaliyyəti və ümumi psixologiyanın təbii-elmi  əsasları» adlı 

məşhur  əsərində o, şüuraltı  və fövqəlşüur səviyyələri fərqləndirərək, onların 

nisbi müstəqilliyini və  şüurda  əhəmiyyətini tutarlı  dəlillərlə  əsaslandırır. O, 

yazır: «Psixi dərk olunmamışın psixikaya münasibətinə gəldikdə isə qeyd et-

məliyik ki, onun şüuraltı və ya fövqəlşüur olmasından asılı olmayaraq funksi-

yalaşması  şüurun fəaliyyəti ilə  qırılmaz bağlıdır.  İnsanın təkamülü və onun 

sonrakı  mədəni-tarixi inkişafı prosesində  şüuraltı  və fövqəlşüur fenomenləri  

şüur ilə eyni vaxtda yaranıb, onunla daima qarşılıqlı təsirdədir. Onlar şüursuz 

sadəcə mövcud deyildir (13, 295). Simonov sözünə davam edərək yazır: «Psi-

xikanın geniş  əhatəli dərk olunmamış sferasında iki qrup hadisəni fərqlən-

dirmək vacibdir. Bu birinci qrupa dərk olunmuş və ya müəyyən şəraitdə dərk 

oluna biləcək hadisələr daxildir. Bu qrupa, hər şeydən əvvəl, yaxşı avtomatlaş-

dırılmış və buna görə də, dərk olunmayan vərdişlər və şüur sferasından sıxış-

dırılıb çıxarılan və mahiyyətləri yalnız psixoterapevt-həkimin xüsusi səyləri 

sayəsində ayrılan hadisələr daxildir. Şüuraltı sferaya həmçinin subyektin də-

rindən mənimsəmədiyi, tənzimləyici funksiyası «vicdanın səsi», «ürəyin çağı-

rışı», «vəzifə borcu» kimi anlayışlarda səslənən sosial normalar da daxildir... 

Biz  şüuraltı sferaya həmçinin informasiyaların yaradılması ilə  əlaqəsi olma-

yan, lakin indiyədək toplanmış təcrübədən istifadə edən təzahürlərini aid edi-

rik» (13, 296). Təcrübəli pianoçu barmağı ilə hansı klavişi basacağını fikirləş-

mədən müəyyən edir və bütün əməliyyatları avtomatik həyata keçirir. Görün-

düyü kimi bu halda praktiki təcrübə intuisiyanın yaranmasının  əsasını  təşkil 

edir. Müşahidə etdiyi ulduzların orbitinin yaranması prinsipinə yaxından bələd 

olan astronom bu orbitin riyazi hesablanması təcrübəsinə söykənərək intuitiv-

cəsinə yeni ulduzlar kəşf edir. Tanış marşrut üzrə hərəkət edən insan gedəcəyi 

istiqamət barəsində  əsla düşünmür. Bu hərəkət intuitiv xarakter daşıyır. Zə-

hərli həşəratların və sürünənlərin sancdığı heyvan saysız-hesabsız otlar içəri-

sindən xəstəlik törədən zəhərli mikrobları  məhv edən bitkini asanlıqla tapa 

bilir. 


Praktiki təcrübə canlı varlıqların genlərində möhkəmlənib, sonradan gə-

ləcək nəsillərə ötürülərək sanki onlara hansı otların faydalı, hansıların zəhərli 

olması barədə məlumat verir.  

Simonov insan fəaliyyətində şüuraltının rolunu bunda görür ki, bu hadisə 

«şüuru  əlavə itdən, daşınması mümkün olan yükdən azad edir. Avtomatlaş-

dırılması vərdiş və ya sosial norma olmasından asılı olmayaraq şüuraltı həmişə 

insanın  əldə etdiyi və yaxşı  mənimsədiyi hadisənin keşiyində durur. Fərdi 

mənimsənilmiş hadisələr məhz şüuraltı hesabına şərtsiz reflekslər üçün səciy-

yəvi olan imperativlik və sərtlik xüsusiyyətləri kəsb edirlər (13, 297-299). 



 

157


Şüuraltı ilə şüur arasında sərhəd o dərəcə nazikdir ki, insan hər hansı bir 

hərəkəti avtomatik, düşünmədən icra etdikdə elə güman edir ki, belə hallarda 

onun  şüuru tam fəaliyyətsizlik nümayiş etdirir. Halbuki belə düşüncə  tərzi 

yanlış olub, qəbuledilməzdir: belə bir yanılma ilə insanlar konkret bir şəxsin 

«möcüzə» göstərdiyi və ya təbiət və ya cəmiyyətin fundamental bir qanununu 

kəşf etdiyi hallarda rastlaşır və belə  qənaətə  gəlirlər ki, insan (sehrbaz, dahi 

təbiətşünas) öz möcüzəsini və ya kəşfini ilahi qüvvənin və ya şeytanın (zərərli 

hərəkətlər və ya kəşflər) təsiri altında reallaşdırır. 

«Fövqəlşüur» anlayışı da həmçinin  şüurun xarakteristikası olub, onun 

struktur elementini təşkil edir. M.Q.Yaroşevski fövqəlşüuru «şüurüstü» adlan-

dırır (16, 72-81). 

Fövqəlşüuru adətən ya insanların ifrat dərəcədə həssas olan fəaliyyəti ilə, 

ya da elmi yaradıcılıqla bağlayırlar. Məs.: öncəgörən Vanqanın fəaliyyəti, 

Eynşteynin, Paulinin və b. alimlərin fəaliyyəti fövqəlşüura misal ola bilər. 

Alimlər belə güman edirlər ki, ifrat-şüurun sferasına ixtiyari yaradıcılığın ilkin 

mərhələləri, o cümlədən hipotezlərin, fərziyyələrin, gümanların yaradılması, 

yaradıcılq nurlanması da aid edilə bilər.  Əgər şüuraltı şüuru  əlavə  işdən, öh-

dəsindən gəlmək mümkün olmayan yükdən qoruyursa, yaradıcı intuisiyanın 

dərkolunmazlığı şüuru əvvəllər toplanmış təcrübənin vaxtsız müdaxiləsindən, 

onun yüksək təzyiqindən qoruyur (11, 112-118). 

Kəşflərin, ixtiraların baş verməsində yaxından iştirak edən fövqəlşüur 

eyni zamanda miflərin, inancların,  əfsanələrin, xurafatın müxtəlif növlərinin 

yaradılmasında da mənbə rolunu oynayır. Fövqəl-şüurun burada rolu ondan 

ibarətdir ki, o insanlara dünya haqqında təcrübə və eksperimentlərdə öz təsdi-

qini tapmayan biliklərini, habelə onlara məlum olan və  məlum olmayan 

situasiyalarda sosial davranış normalarını nizamlamağa imkan verir. Fövqəl-

şüurun  əsasını insanların  əvvəllər toplamış olduğu təcrübə  təşkil edir. Bura 

insanların arzularında ifadə olunan tələbatları (quş kimi uçmağı öyrənmək 

cəhdi, insanların günəşə uçması haqqında miflər,  əfsanələr, insanların xalça 

üzərində uçması, danışan sandıq – telefon, cisimləri özündə əks etdirən güzgü 

– televizor və s.), habelə  təbiətin öyrənilməsi prosesində böyük kəşflərin, 

ixtiraların reallaşdırılması üçün alimlərin, ixtiraçıların bir araya gətirilməsi də 

daxildir. Buna misal olaraq guya Nyutona ümumdünya cazibə qanunu açmağa 

imkan vermiş almanı, D.İ.Mendeleyevə elementlərin dövrü qanununu kəşf et-

məyə əsas vermiş məşhur yuxunu və s. göstərmək olar. 

Alimlərin həyatından gətirilən faktlar onları kəşflərə aparan elmi axtarış-

ların heç də asan olmamasından, üzücü olmasından xəbər verir. P.V.Simonov 

bu münasibətlə yazır: «Kimyəvi elementlərin xassələri haqqında dərin və geniş 

biliklərə yiyələnmədən heç bir «generator ideya» dövrü qanunun kəşfinə 

gətirib çıxardı» (14, 231). 

Qeyd edək ki, yaşadığımız günlərdə fövqəlşüur özünü heç də yuxarıda 

qeyd etdiyimiz kimi əfsanəvi formalarda nümayiş etdirmir. Fövqəlşüur hazırda 

təfəkkür və  şüurun yeni səviyyəsinə doğru can atır. Məsələn, hazırda Mosk-



 

158


vada prof. V.M.Bronnikovun başçılıq etdiyi İnsan inkişafının Beynəlxalq Aka-

demiyası fəaliyyət göstərir. Bronnikov və əməkdaşları insanın fizioloji və psi-

xoloji aspektlərinin inkişaf etdirilməsi üzərində intensiv iş aparır və ümid 

edirlər ki, onların fəaliyyəti elə bir bioloji insan növü yaratmağa imkan verə-

cək ki, o telepatik qabiliyyətlərə, virtual görmənin yeni formalarına, məkan və 

zamanca daha geniş sərbəstliyə malik yaddaşa yiyələnəcəklər (11, 112-120). 

Deyilənlərdən belə qənaətə gəlmək olar ki, intuisiya, heç də şüurun xü-

susi bir təbəqəsi deyil. İntuisiya şüuru yuxarıdan aşağıya keçərək bir sıra hal-

larda onun müxtəlif təbəqə  və formaları ilə qovuşan xüsusi mənəvi feno-

menidir. 

İntuisiyanı müxtəlif əsaslara görə bir neçə növə ayırmaq olar. Yuxarıda 

biz intuisiyanın hissi, intellektual və mistik formalarını  nəzərdən keçirdik. 

Əməyin fiziki və əqli növlərinə uyğun olaraq intuisiyanı fiziki və intellektual 

növlərə də ayırmaq olar. İntellektual intuisiyanı da, öz növbəsində, iki qrupa: 

a) reallaşdırılması xüsusi fiziki gərginlik tələb edən intellektual intuisiyaya 

(müasir təyyarələrin uçuşları zamanı havada müxtəlif fiqurlar nümayiş etdirən 

as təyyarəçinin nəzarət etdiyi yüzlərlə cihazların onda yaratdığı  ağır fiziki 

gərginliyi və b.) razılaşdırılması, xüsusi fiziki güc tələb etməyən intellektual 

intuisiya (məs.: kompyuterlə işləmə).     

Digər bir məntiqi prinsipə görə intuisiyanı  fərdi intuisiyaya, kollektiv 

intuisiyaya və ictimai intuisiyaya ayırmaq olar. 

P.V.Simonov  şüurun strukturunun yeni interpretasiyasını verir. A.İ.Ya-

kovlev onu şüurun qnoseoloji-psixi interpretasiyası adlandırır. O, insanın ali 

əsəb fəaliyyətini üç səviyyəyə ayırır: şüuraltı, şüuri və fövqəlşüuri. P.Simonov 

yazır: «Əgər  şüuraltı müəyyən ölçüdə K.Yunqun «fərdi qeyri-şüuri»si və 

Z.Freydin «Fövqəl-Mən»i ilə müqayisə oluna bilərsə, fövqəlşüurun dərk 

olunmanın psixika hissəsinin  əvvəllər təklif olunmuş  təsnifatında analoqu 

olmamışdır» (14, 230-240). 

İntuisiya haqqında elmi axtarışlarımızı  məqalə  həcmində yekunlaşdı-

rarkən qeyd etməyi vacib bilirik ki, yaşadığımız günlərdə biz intuisiya haq-

qında müəyyən gümanlarla danışsaq da, əminik ki, yaxın gələcəkdə onu da 

reflekslər, əsəb cərəyanı, orqanizmin fiziki, kimyəvi və digər reaksiyaları kimi 

dərindən öyrənmək imkanı əldə edəcəyik. Hələlik intuisiya haqqında elmi ax-

tarışlar davam edir.  



 

ƏDƏBİYYAT 

1.

 



Бердяев Н.А. Опыт философской автобиографии. М.: Наука, 624 с. 

2.

 



Бехтерева Н.П. Магия мозга и лабиринты жизни. М., СПБ, 2007, с.207-232. 

3.

 



Блауберг И.И., Бергсон А.Л. // АФЕ в 4-х т. Т. I. М.: ЮНИТА, 2000, 724 c. 

4.

 



Бунга М. Интуиция и наука.  М.: Прогресс, 1967, 214 с. 

5.

 



Декорт Р.//Избранные произведения М.: Мысль, 1955, 628 с. 

6.

 



Икэда. Мой Будда. Земной путь Шакьямуна. М.: Прогресс, 1994, с.422. 

7.

 



Интуиция и научное творчество. Аналитический сборник. М.: ЮНИОН, 1981, с.362. 

8.

 



Ирина В.Р., Новиков А.А. В мире интуиции. М.: Наука, 1978, 174 с. 


 

159


9.

 

Лосский.  Умозрение  как  метод  философствования // На  переломе.  Философские 



дискуссии 20-х годов. Философия и мировоззрение. М.: Прогресс, 528 с. 

10.


 

Павлов И.П. Лекции о работе больших полушарий головного мозга//Поли.собр. соч. 

в 6-ти т. Т. IV, М-Л, 1947, 642 с. 

11.


 

Петров А.Н. Ключ к сверхсознанию. М.: ИНФАА, 1999, 264 С. 

12.

 

Радхакришнан С. Индейская философия. В 2-х т., Т. I. М.: Наука, 652 с. 



13.

 

Симонов  П.В.  Мотивированный  мозг.  Высшая  нервная  деятельность  и  естествен-



нонаучные основы общей психологии. Изб. Труды. В 2-х т. Т. I, М.: ИНФРА, 2004, 

576 с.  


14.

 

Симонов  П.В.  Созидающий  мозг.  Нейробиологические  основы  творчества.  Изб. 



Труды. В 2-х т. Т. I, М: ИНФРА, 2004, 558 с.   

15.


 

Спиноза Б. Этика//Избр.произв в 2-х т. Т.I, М.: Прогресс, 1957, 568 с.  

16.

 

Ярошевский  М.Г.  Категориальная  регуляция  научной  деятельности // Вопросы  в 



философии, 1973, №11, с.72-81.   

 

ИНТУИЦИЯ: ИНТЕЛЛЕКТУАЛЬНЫЙ ПОТЕНЦИАЛ  

И ПОЗНАВАТЕЛЬНЫЕ ВОЗМОЖНОСТИ 

 

К.Н.ГАХРАМАНОВА 

 

РЕЗЮМЕ 

 

Статья  посвящена  одной  из  самых спорных  проблем науки  и  философии – про-



блеме интуиции. Данная проблема сложна и многогранна, но статья посвящена именно 

анализу  ее  гносеологического  аспекта.  Общеизвестно,  что  проблеме  интуиции  посвя-

щено много книг и статей, но пока что данная проблема остается окрытой. Несмотря на 

то, что существует определенное научное представление об интуиции, проблема о том, 

является ли интуиция подсознательной или она сверхсознательна, пока что, научно не 

определена. Цель статьи заключается в позитивном рассмотрении данной проблемы. 

Вопреки установленной точке зрения в философии автор, опираясь на самые по-

следние исследования, стремился установить, что феномен интуиции подвергал анализу 

не только в области подсознательной сферы, а также в процессах сознательных и сверх-

сознательных процессах. Автор дает классификацию интуиции и разделяет ее на чувст-

венную, интеллектуальную и мистическую интуиции. В статье дается системный анализ 

каждой из этих форм интуиции. 

 

Ключевые слова: интуиция, сознание, подсознание, бессознательное, системный 

анализ, самосознание. 

 

INTUITION: INTELLECTUAL LOAD AND CONSCIOUSNESS ABILITIES 

 

K.N.GAHRAMANOVA 

 

SUMMARY 

 

The article is devoted to the problem of intuition in gnoseological aspect which is 



considered to be one of the disputable problems in the philosophical outlook of the contem-

porary scientific intellect. Certain achievements have been gained in the study of the problem 

of intuition, but there is some truth yet to be disclosed. Firstly, intuition is an underconscious 

process. The other problem is whether this process belongs to consciousness or extracons-

ciousness. The main task of the article is to investigate this problem positively. 



 

160


Basing on the recent investigations, the author studies the essence of the intuition phe-

nomenon not only as an underconscious process, but also as an interconsciousness and over-

consciousness process. Acting from the carried out investigations, the author gives a new 

classification of intuition such as sensual, intellectual and mythic intuition. All three kinds are 

systematically analyzed in the article. 

 

Key words: consciousness, intuition, self-consciousness, underconsciousness, 

systematic analysis 



Yüklə 100,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə