Microsoft Word Strateji marketinq doc



Yüklə 5,78 Mb.
Pdf görüntüsü
səhifə234/237
tarix29.09.2017
ölçüsü5,78 Mb.
#2430
1   ...   229   230   231   232   233   234   235   236   237

 

651 


təlif bölmələrin fəaliyyətində paralelçiliyin meydana çıxmasına və onların 

fəaliyyətinin əlaqələndirilməsinin çətinləşməsinə və s. gətirib çıxarır. 

 

 

 



 

 

 



 

 

Bir  sıra  müəssisələr  marketinqin  idarəetmə  strukturunu  hazırlayar-



kən  konkret şəraitdən asılı olaraq yuxarıda qeyd edilən idarəetmə struk-

turlarının  kombinasiyasından,  yəni  çoxəlamətli  idarəetmə  strukturundan 

istifadə  edirlər.  Bu  idarəetmə  strukturunun  mümkün  variantlarından  biri 

aşağıdakı şəkildə verilmişdir (12.10 saylı şəkil). 

 

 

 



 

 

 



 

 

 



 

 

Müəssisənin  marketinq  xidmətinin  tərkibində,  bir  qayda  olaraq, 



marketinq tədqiqatları, satış, planlaşdırma, kommunikasiya  və servis xid-

mətləri bölmələri yaradılır.  

Artıq  yuxarıda  qeyd  edildiyi  kimi  son  illərdə  bir  sıra  müəssisələr 

marketinq  fəaliyyətini  həyata  keçirən  formal  idarəetmə  strukturlarının 

yaradılmasından imtina edir və marketinqə dair qərarlar qəbul edən qeyri-

formal idarıetmə strukturları: a) idarəetmə qərarlarının qəbulu üzrə funk-

siyalararası komanda və b) marketinq briqadaları yaradırlar. 

Qərarların qəbulu üzrə funksiyalararası komanda rəqabət mübarizə- 

Marketinq üzrə direktor 

A regionu üzrə 

marketinq 

xidməti 


Şə

kil 12.9. Marketinqin regional yönümlü idarəetmə strukturu 

B regionu üzrə 

marketinq 

xidməti 

C regionu üzrə 

marketinq 

xidməti 


Ç regionu üzrə 

marketinq 

xidməti 

Marketinq üzrə direktor 

Ç məhsulu üzrə 

marketinq xidməti 

 

C məhsulu üzrə 



marketinq xidməti 

 

B məhsulu üzrə 



marketinq xidməti 

 

A məhsulu üzrə 



marketinq xidməti 

B

1



 regionu üzrə 

marketinq xidməti 

B

4

 regionu üzrə 



marketinq xidməti 

 

B



3

 regionu üzrə 

marketinq xidməti 

 

B



2

 regionu üzrə 

marketinq xidməti 

 

Şə



kil 12.10. Marketinqin çoxəlamətli idarəetmə strukturunun nümunəsi 

 



 

652 


sində  üstünlük  əldə  edilməsini  təmin  edən  strategiya  və  taktikanın  for-

malaşdırılması məqsədi lə yaradılır və müəssisənin müxtəlif bölmələrinin 

rəhbərlərindən formalaşdırılır. Komandaya istehsal bölməsinin rəhbəri və 

ya  işlər  müdiri  rəhbərlik  edir  [39].  Funksiyalararası  komanda  marketinq 

strategiyasına aid olan prinsipial qərarlar: hədəf bazarlarına, yeni məhsu-

lun hazırlanmasına və onun mövqeləşdirilməsinə, məhsulun realizasiyası 

zamanı  yaranan  şaquli  əlaqələrə,  məhsul  göndərənlərlə  razılaşmalara  və 

bu kimi digər məsələlərə dair qərarlar qəbul edir. 

Funksiyalararası  komandanın  yaradılması,  birincisi,  müəssisənin 

bütün  bölmələrinin  fəaliyyətinin  daha  yaxşı  əlaqələndirilməsinə  və  onla-

rın  fəalyyətlərini  istehlakçıların,  hədəf  seqmentinin  tələbatlarına  ödənil-

məsinə  yönəltməyə,  müəssisənin  marketinq  strategiyasını  istehsal, 

maliyyə  və  digər  fəaliyyət  strategiyaları  ilə  daha  effektli  uzlaşdırmağa 

imkan verir. Bunun sayəsində isə müəssisənin müxtəlif bölmələri arasında 

kommunikasiyasının  yaradılmasını  çətinləşdirən  və  müasir  idarəetmə 

qərarlarının  qəbuluna  əngəl  olan  funksional  problem  aradan  qaldırılır. 

kincisi,  qəarların  qəbulunda  rəhbər  işçilərin  bilavasitə  iştirakı  qərarların 

qəbulu  prosesini  qısaldır.  Belə  ki,  bu  halda  menecerlərin  qəbul  edilmiş 

qərarları onlarla razılaşdırılması mərhələsi aradan qaldırılmış olur.  

Bir  çox  müəssisələr  istehlakçılarla,  xüsusən  də  iri  istehlakçılarla 

şə

xsi  kontaktların  yaradılmasının  müəssisənin  fəaliyyətindəki  rolunu  və 



ə

həmiyyətinin  artmasını  nəzərə  alaraq  bu  məqsədə  nail  olunması  üçün 

kifayət qədər vəsait ayrır, xüsusi marketinq və ya satış briqadaları yara-

dırlar.  Bu  briqadalarıın  tərkibinə  müəssisələrin  yüksək  ixtisaslı  mütə-

xəssisləri daxil edilir və onlar ayrı-ayrı istehsal sahələri üzrə ixtisaslaşır, 

həmin sahənin müəssisələrinin fəaliyyətini təhlil edir, onların tələbatlarını 

və problemlərini öyrənir, onlara bu tələbatların ödənilməsi və problemin 

həll  edilməsi  vasitələri  təklif  edirlər  və  s.  Onlar,  hətta  özlərinin  istehsal 

proseslərini istehlakçıların istehsal prosesləri ilə sinxronlaşdırır, istehsalın 

təşkili,  elmi-tədqiqat  işlərinin  apaılması  sahəsində  əməkdaşlıq  edirlər. 

Beləliklə,  marketinq  briqadalarının  yaradılması  sayəsində  satış  heyəti 

ticarət  işçisindən,  satış  agentindən  istehlakçının  tələbatlarını,  problemlə-

rini  aşkar  edən,  onun  ödənilməsini  və  ya  həll  edilməsini  təmin  edən 

yaradıcı mərkəzə çevrilir.  Xarici ölkə firmalarının təcrübəsi bu briqadala-

rın  fəaliyyətinin  effektli  olmasını  təsdiq  etmişdir.  Belə  ki,  müəssisələrin 



 

653 


məhsul  satışının  təxminən  50%-i  bu  briqadaların  payına  düşür.  Bu 

briqadalar yaradıldıqdan sonra kompaniyaların 90%-ində məhsul satışının 

həcmi artmışdır [12, s. 597]. 

 

12.6. Müəssisənin marketinq şöbəsinin vəzifə və funksiyaları 

Müəssisənin  marketinq  xidmətinin  əsas  vəzifəsi  və  funksiyası 

müəssisə qarşısında qoyulan məqsədi daha  yüksək effektlə həyata keçir-

məyə  imkan  verən  marketinq  fəaliyyəti  təşkil  etməkdir.  Aşağıda  mar-

ketinq fəaliyyətinin təşkili və idarə edilməsində iştirak edən müxtəlif böl-

mələrin və  işçilərin vəzifə və funksiyaları izah edilir. 



Marketinq  üzrə  vitse-prezidentin  vəzifəsi  və  funksiyaları

.  Marketinq 

üzrə  vitse-prezidentin  (direktorun)  əsas  vəzifəsi    müəssisənin  marketinq 

fəaliyyətinə aid olan məsələlərin  yerinə  yetirilməsini təmin edən tədbirlərin 

hazırlanmasını  təmin  etmək və  onların həyata keçirilməsinə  nəzarət  etmək-

dir. 

Marketinq  üzrə  vitse-prezident  ona  həvalə  edilən  vəzifələri  yerinə 



yetirmək məqsədilə müəssisənin marketinq fəaliyyətinə ümumi rəhbərliyi 

həyata keçirir; marketinq bölməsinin digər bölmələrlə əlaqəsini təşkil edir 

və  ona  nəzarət  edir;  strateji  və  operativ  marketinq  planlarının 

hazırlanması  üçün  zəruri  informasiyanın  toplanmasını  və  bu  planların 

tərtib  edilməsini  təşkil  edir;  məhsul  çeşidinin  genişləndirilməsinə,  yeni 

məhsulların  hazırlanması  və  mövcud  məhsulların  təkmilləşdirilməsinə 

dair  verilmiş  təklifləri  təhlil  edir,  onların  qəbul  edilib-edilməməsi  haqda 

qərarlar  qəbul  edir  və  bu  qərarların  həyata  keçirilməsinə  nəzarət  edir; 

istehlakçılarla əlaqə yaradılmasını təmin edir; məhsullarının bölüşdürmə-

ticarət  və  servis  xidməti  şəbəkəsinin  yaradılmasını  təşkil  edir; 

kommunikasiya sisteminin yaradılmasını həyata keçirir və s. 

Marketinq bölməsinin vəzifə və funksiyaları

. Müəssisənin marketinq 

bölməsinin  vəzifəsi  marketinq  prosesinə  aid  olan  bütün  fəaliyyətin,  yəni 

bazarın kompleks öyrənilməsindən başlamış bazarın tələbatına uyğun gə-

lən  məhsulların  istehsalı  və  ona  servis  xidmətinin  göstərilməsinə  kimi 

olan bütün fəaliyyətin təşkili, həyata keçirilməsi və onların idarə edilməsi, 

marketinq strategiyasının və marketinq kompleksinin hazırlanmasıdır.  

Müəssisənin  marketinq  bölməsi  aşağıdakı  funksiyaları  yerinə 

yetirir: 



Yüklə 5,78 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə