Microsoft Word Study11-Azerbaijan-Report-Feb2014-Azerbaijani-final



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə3/21
tarix26.03.2018
ölçüsü0,49 Mb.
#34222
1   2   3   4   5   6   7   8   9   ...   21

 


 

“RESPOND” layihəsi

  



  Hesabat No. 11 



Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  

ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər. 



vii

 

Qısaldılmalar 

 

 

 



ACQUIRE 

Access, Quality, and Use in Reproductive Health (Reproduktiv 

sağlamlıqdan istifadə, keyfiyyət və onun əldə olunması – RS-dən istifadə, 

keyfiyyət və onun əldə olunması) 

ANX Antenatal 

xidmət 

AP ailə planlaşdırılması 



AZN 

cari yeni Azərbaycan manatı 

IPPF 

International Planned Parenthood Federation (Beynəlxalq 

planllaşdırılmış valideynlik status federasiyası) 

RESPOND 

Responding to the Need for Family Planning through Expanding 

Contraceptive Choices and Program Services (Kontraseptiv seçimlər və 

Proqram xidmətlərinin genişləndirilməsi vasitəsilə ailə planlaşdırılmasına 

olan ehtiyaclara cavab reaksiyası) 

RS reproduktiv 

sağlamlıq) 

UDV uşaqlıqdaxili vasitə 

ÜMG ümumi 

milli 


gəlir 

UNFPA 


United Nations Fund for Population Activities (Əhalinin aktivliyi üçün 

Birləşmiş Millətlər Fondu) 

USAID 

United States Agency for International Development (Beynəlxalq İnkişaf 

üçün ABŞ Agentliyi) 



 ÜST Ümumdünya 

Səiyyə Təşkilatı 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 



 

“RESPOND” layihəsi

  



  Hesabat No. 11 



Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  

ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər. 



ix

 

Qısa xülasə 

 

 

 



Şərqi Avropa və Avrasiyanın bəzi ökələrində abort halları nəzərəçarpacaq dərəcədə yüksək 

olduğu halda müasir ailə planlaşdırılması (AP) üsullarının yayılması azlıq təşkil edir. Bu 

regionlarda abortların geniş tətbiqi və müasir üsullardan az istifadə olunmasının izahı həm 

səhiyyə xidməti sistemi və  həm də  fərdi səviyyədə olan geniş amillər zənciri ilə bağlıdır. 

Reproduktivlik seçimləri ilə  əlaqəli az diqqət cəlb edən bir sistem səviyyəli amil səhiyyə 

xidmətinə görə qeyri-rəsmi ödənişlərin edilməsinin geniş yayılmasıdır. Baxmayaraq ki

qadınların bütün reproduktiv sağlamlıq (RS) seçimlərinin izahı üçün cəhdlər edilmir, qeyri-

rəsmi ödənişlərin edilməsi ailə planlaşdırılması seçimlərinin inkişaf etdirilməsi məsələsndə 

tibbi xidməti həyata keçirənlərin effektli işinə  əngəllik törədəcəyi nəzəri fikri yaranır. Bu 

layihənin məqsədi iki ölkədə ˗ Azərbaycan və Albaniyada bu sistemin necə işləməsinin tam 

mənzərəsini əldə etmək və RS xidməti təchizatında, eləcə də AP istifadəsi üçün qərarların 

verilməsində ödənişlərin oynadığı rolu başa düşməkdir. Bu hesabat Azərbaycana aiddir.  

 

Məlumatlar 2012-ci ilin mart ayında Azərbaycanın paytaxtı Bakı  şəhərinnin doqquz 



müəssisəsindən toplanmışdır. Müsahibələr 60 mama-ginekoloq, abort istəyi olan 203 qadın, 

ANX qəbul edən 180 qadın və AP xidmətləri alan 16 qadınla aparılıb.   

 

Bu müsahibələrin nəticələri göstərir ki, Bakıda kontraseptivlərin az istifadə edilməsinin 



əsas səbəbləri kompleks şəklində olub, potensial olaraq maliyə  və qeyri-maliyə 

amillərindən ibarətdir.  

 

 

Maliyə amilləri 



Bakıda qadınların əksəriyyəti xidmətin abort, yaxud ANX olmasından asılı olmayaraq və 

bu tibbi xidmətlərdən pulsuz istifadə etmək hüquqlarının olmasına baxmayaraq RS 

xidmətləri üçün ödəniş aparıblar. Bir ANX gəlişi üçün ödəniş bir abort ödənişindən ucuz 

olub, amma uşağın doğulması üçün olan ödəniş abort ödənişindən çox olub.   

 

Abort müştəriləri arasında ödəniş aparanlara müasir kontraseptiv üsullar ilə  əlaqəli 



məsləhətlərin verilməsi ehtimalı daha az olub, nəinki ödəniş aparmayanlara. Bununla 

əlaqəli biz iki potensial səbəbi araşdırdıq: (1) Tibbi xidmət edənlər ödənişə müvafiq olaraq 

özlərinin məsləhət manevrini dəyişirlər; yaxud (2) müştərilər istədikləri xidmət növü üçün 

ödəniş aparırlar və bəziləri məsləhət istəmirlər. Heç bir fikir əldə olunmuş məlumatlarla öz 

təsdiqini tapmadı. Bundan əlavə, biz, tibbi xidmət edənlərin AP məsələsində aktiv şəkildə 

əngəl yaratmasını təsdiqləyən heç bir sübut əldə etmədik.   

 

Nəhayət, tibbi xidməti həyata keçirənlər Ümümdünya Səhiyyə  Təşkilatının (ÜST) 



məsləhəti ilə müqayisədə kontraseptivlər istifadəçilərinin test/proseduralara daha tez-tez 

gəlmələrini məsləhət görürlər. Əlavə gəlişlər təkcə müştərinin daha çox vaxt itkisinə deyil, 

eləcə  də xidmətlər üçün daha çox ödənişlər aparılmasına və müasir üsulların müştərinin 

sağlamlığına zərər yetirə biləcəyi fikrinin inkişafına səbəb ola bilər.   




 

 

 



“RESPOND” layihəsi

  



  Hesabat No. 11 

 Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  



ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.

 

Qeyri-maliyə amilləri

 

Bu tədqiqatda abort müştərilərinə AP xidmətlərinin tətbiqi çox aşağı olub. Abort 

müştərilərinin ancaq 20%-i səhiyyə müəssisəsini kontraseptiv üsullarla (kondom, yaxud 

uşaqlıqdaxili vasitə) tərk ediblər, müştərilərin əksəriyyəti söyləyiblər ki, tibb işçiləri onlarla 

kontraseptiv vasitələr haqda söhbət aparmayıb (61% abort müştəriləri, 74% ANX 

müştəriləri). Tibb işçiləri məlumat verirlər ki, tibb işçisi ilə müştəri arasında daha yaxşı 

kommunikasiya göstəricisi olan müştərilərinin məlumatlılıq dərəcəsinin aşağı olması 

məsləhət verilməsi işində bir maneədir. Bu müştərilər arasında, hansılarla ki, AP tibb 

işçiləri ilə müzakirə olunub, mama-ginekoloqlar kontraseptivlərin istifadəsini 

dəstəkləyiblər; amma tibb işçiləri seçimlərin tam siyahısını  təqdim etməyiblər. Abort 

olunan qadınların 80%-dən çoxunun uşaqların sayına görə bu üsula üstünlük verməsi 

seçiminə müvafiq olaraq, tibb işçiləri öz müştərilərinə AP haqda dəqiq və  ətraflı 

məlumatlar verməlidirlər ki, onlar RS məqsədləri ilə əlaqəli tam təsəvvürə malik olsunlar. 

Bir çox qadınlar çox yayılmış adi üsullarla (UDV və həblər) tanış olduğu halda, qadınların 

əksəriyyəti təcili kontraseptiv həblərlə tanış deyillər və onları haralarda əldə etmək 

mümkün olduğundan xəbərsizdirlər. Bu məlumat əhali arasında əsas kontraseptiv üsul kimi 

cinsi  əlaqədən çəkinmə üsulu istifadə edən qadınlarda təkrar abortların azalması üçün 

xüsusilə vacibdir.  

 

Həm abort və  həm də ANX alan qadınlar gələcəkdə müasir kontraseptiv üsullarından 



istifadə edəcəkləri fikrində olduqlarını göstərmişlər: onların 40%-dən çoxu UDV istifadə 

edilməsinə üstünlük verdiklərini göstərirlər. Bu qadınlar hələ  də UDV və oral 

kontraseptivlərin təhlükəsizliyi və effekti ilə bağlı  məqamlara görə narahatdırlar. Onların 

çoxu, hələ  bəziləri üçün aşkar olunmamış, müasir üsulların sağlamlıq üçün neqativ 

nəticələrinin olacağı fikrinə görə narahatdırlar. Bəzi tibb işçiləri də müasir kontraseptiv 

üsulların sağlamlığa neqativ təsirlərinin olmasına inanırlar və bu da müasir üsulların tətbiqi 

və qəbuluna öz təsirini göstərə bilər. Bundan əlavə, bir çox tibb işçiləri UDV-in qoyulması 

təlimlərini keçsələr də, təcrübədə bunu etmədiklərindən, bu, həkimlərin bu proseduru 

həyata keçirməsində həvəssizlik nümayiş etdirməsinə səbəb ola bilər. Baxmayaraq ki, tibb 

işçilərinin 100%-i müştərilərinə AP üzrə məsləhət vermələri işində öz bacarıqlarına əmin 

olmalarını söyləyirlər, onların AP üsulları haqda bilikləri optimal səviyyədən aşağı olub: 

onlardan yalnız 36%-i UDV, kondomlar və  həblərin tətbiqini həyata keçirə bilib və 

hamiləlikdən qorunmaq efektliliyini düzgün korreksiya edib. Bu əminlik və üsullarla 

əlaqəli qeyri-dəqiq məlumatlılığın ona əlavə olunması potensial kontraseptiv istifadəçiləri 

arasında cəfəngiyatın təbliğinə səbəb ola bilər.   

 

Bu tədqiqatda  əməkdaşlıq edən tibb müəssisələrinin kontraseptivlərlə  təminatı 



araşdırılmayıb, müşahidələr göstərir ki, bu müəssisələrdə UDV və  həblər nadir hallarda 

olur: bu da üsulların az tətbiqini qismən izah edə bilər. Əvvəlki illərdə Əhalinin aktivliyi 

üçün Birləşmiş Millətlər Fondu ehtiyat materialları ilə  təchiz edib, amma 2011-ci ildən 

kontraseptivlərin ehtiyatının yaradılması üçün Azərbaycan höküməti tam cavabdehlik 

daşıyır. Kontraseptiv təhlükəsizliyinin inkişafı üçün istiqamətləndirilmiş  səylər olmadan 

AP-nın tətbiqinin dəyişdirilməsi az ehtimal olunandır.   

 

 

 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə