Microsoft Word Study11-Azerbaijan-Report-Feb2014-Azerbaijani-final



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə4/21
tarix26.03.2018
ölçüsü0,49 Mb.
#34222
1   2   3   4   5   6   7   8   9   ...   21

 

“RESPOND” layihəsi

  



  Hesabat No. 11 



Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  

ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər. 



xi

 

Bizim məsləhətlərimiz aşağıdakılardan ibarətdir: 



1.  Tibb işçilərini  ətraflı kontraseptiv məsləhətlərin verilməsi işində  aşağıdakı yollarla 

həvəsləndirmək, xüsusilə də abort müştəriləri üçün:  

a.  Mümkün bütün üsullar vasitəsilə, AP üzrə məsləhətlər də daxil olmaqla, abortdan 

sonra tibbi xidmət üçün ətraflı protokolun tərtib edilməsi yolu ilə;   

b.  Həyata keçirilmiş prosedurun əks olunması  və AP məsləhətlərinin bu həyata 

keçirilmişlərdə bir göstərici kimi protokollara əlavə edilməsilə stimul yaratmaq 

yolu ilə;  

2.  Tibb işçilərini AP xidmətlərinin tətbiqi üzrə təlimləndirmək: 

a.  Üsulların effektliliyinə,  əlavə  təsirlərin mümkünlüyü və  kəskinliyinə, UDV-lərin 

yerləşdirilməsi vərdişlərinə  və  məsləhət vermək bacarıqlarına xüsusi diqqət 

ayırmaqla, xidmət zamanı  və xidmət öncəsi təlimlərdə istifadə olunan AP 

kurikulumlarını modifikasiya etmək yolu ilə;   

b.  Razılıq  əsasında birgə  qərarlar və  təkmilləşdirici təhsil proqramları vasitəsilə tibb 

mütəxəssisləri assosasiyasının yaydığı klinik təcrübələr üzrə müasir məlumatları 

təbliğ etmək yolu ilə;  

3.  Müxtəlif yerlərdə AP seçimləri haqda qadınları  və geniş ictimaiyyəti 

məlumatlandırmaq:   

a.  Partnyorlar, həkim və müştərilər arasında və eləcə  də ailələr içərisində söhbətləri 

inkişaf etdirmək yolu ilə;   

b.  İnsanları çoxsaylı üsullar haqda – mümkün əlavə  təsirlərin, cəfəngiyat və  səhv 

düşüncələrin, eləcə  də  məlumatlı seçimin gözlənilməsi ilə  əlaqədar 

məlumatlandırmaq yolu ilə; 

4.  Həkimə artıq gəlişlərin və  əlavə proseduraların AP qəbulunda baryer kimi fəaliyyət 

göstərməməsinə  əmin olmaq üçün milli AP və abort protolkollarını ÜST və ya digər 

sübuta əsaslanmış rəhbər vəsaitlərə uyğunlaşdırmaq;  

5.  Müasir kontraseptiv üsulları Vacib Dərmanlar Siyahısına daxil etməklə onların 

yararlılığına əminlik yaratmaq;  

6.  Daha yaxşı anlamaq üçün tədqiqatların aparılması: 

a.  Tibb işçilərinin və ictimaiyyətin AP üzrə  təlimləndirilməsinin  ən yaxşı yolları, o 

cümlədən, mədəni səviyyəyə münasib gələn messaj növləri;  

b.  Çoxsaylı həkimə gəlişlərin məntiqi əsasını, ultrasəsə olan inamı, profilaktikanın və 

ən yaxşı klinik təcrübələrin dəstəklənməsi üçün təlim kurikulumlarının nəzərdən 

keçirilməsini;  

c.  Apteklərdə satılan kontraseptivlərin olması, qiyməti və davamlı olaraq tapılması; 

 



 


 

“RESPOND” layihəsi

  



  Hesabat No. 11 



Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  

ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər. 



1

 

Giriş 

 

 

 



Bəzi məqamlar

 

Şərqi Avropanın və Asiyanın bir çox ölkələrində abort halları  nəzərəçarpacaq dərəcədə 

çoxdur və müasir kontraseptivlərdən istifadə az yayılmışdır. Bu regionda total abort tezliyi 

dünyada ən yüksək pillədədir (Sedgh et al., 2012; Westoff, 2005; Serbanescu et al., 2005). 

Baxmayaraq ki, kontraseptivlərdən istifadə hallarının yüksək olduğu məlumatları verilir, 

bir çox cütlüklər  ənənəvi üsul kimi cinsi fəaliyyətin müəyyən bir müddət dayandırılması 

üsulundan istifadə edirlər (Serbanescu et al, 2005); faktiki olaraq, Qafqazda hazırda  ərli 

qadınlar arasında AP üsulu kimi ən çox istifadə olunan üsul cinsi fəaliyyətin müəyyən bir 

müddət dayandırılması üsuludur.

1

 Bu müasir olmayan kontraseptiv üsullar arzuolunmamış 



hamiləliklərin və bunun nəticəsi kimi abort hallarının yüksək olmasına aparıb çıxarır (SSC 

və Macro International, 2008). 

 

 

Regionda abort səviyyəsinin yüksək olması və kontraseptivlərdən az istifadə olunmasının 



izahı çox geniş faktorlarla əlaqəli olub, həm tələbat və həm də təchizat diapazonunu əhatə 

edir. Tələbat sahəsində müasit kontraseptiv üsulları haqda adekvat olmayan biliklər və bu 

üsullara qarşı olan neqativ münasibət AP işlərini tormozlayır (CDC və ORC Macro, 2003; 

Serbanescu et al, 2005). Təchizat sahəsində postsosialist səhiyyə maliyələşdirilməsi və 

təşkilatı, dövlət siyasəti və müasir üsulların əldə olunmasındakı məhdudiyyətlər hamısı bir 

yerdə kontraseptiv üsullardan istifadənin qarşısına maneələr qoyur (CDC və ORC Macro, 

2003; David et al., 2007; Kovács, 1999). Reproduktivlik seçimləri ilə əlaqəli az diqqət cəlb 

edən bir sistem səviyyəli amil səhiyyə xidmətinə görə qeyri-rəsmi ödənişlərin edilməsinin 

geniş yayılmasıdır.   

 

Səhiyyə xidmətləri üçün qeyri-rəsmi ödənişlərin edilməsi keçmiş socialist ölkələrində tam 



adi bir haldır (Shishkin et al., 2003; Lewis, 2000; Vian və Burak, 2006; Balabanova et al., 

2004). Qeyri-rəsmi ödəniş tibb xidmətçisinə  xəstə  və yaxud digərləri tərəfindən ödənilən 

nəğd pul və ya “hədiyyə”  şəklində “göstərilən hər hansı tibbi xidmətə görə bilavasitə 

ödəmədir” (Gaal et al., 2006). Regionda qeyri-rəsmi ödənişlərin rolunu başa düşmək üçün 

mədəni və tarixi situasiya başa düşülməlidir. Qeyri-rəsmi ödənişlər regionda socialist 

tarixçəsinin qismən ümumi məhsuludur. Regionda səhiyyə xidməti sistemi SSRİ və digər 

socialist rejimləri tərəfindən mərkələşdirilmiş şəkildə planlaşdırılmış olub. Bu o deməkdir 

ki, təchizat, ştatlar, qiymətlər və müalicələr ciddi nəzarətdə olub. Səhiyyə müəssisələri bu 

daxil olunanları tənzimləyə bilmədiklərindən, “müştəri yüklənməsini”, gözləmə vaxtını və 

keyfiyyəti idarə etmək üçün normativ xidmətlər tətbiq olunub (Ensor, 2004; Lewis, 2000). 

Bu isə daha yaxşı  və tez tibbi xidmət  əldə edilməsində  şəxsi kontakt və/yaxud ödəniş 

istifadə edilməsi sistemini asanlaşdırıb. Regionda sosializm dağılandan sonra bir çox 

ölkələr yüksək dərəcədə  mərkəzləşdirilmiş sistemin idarə olunması üçün vəsait, yaxud 

təchizata malik deyildi (Allin, Davaki, və Mossialos, 2006; Balabanova et al., 2004). 

Vəsaitlərin azılığı, sonradan ştatların  əmək haqlarının azalması qeyri-rəsmi ödənişləri bir 

                                                 

1

  MEASURE DHS STATcompiler. Müraciət edilib 8 



oktyabr

 2012-ci il tarixində www.statcompiler.com

.

 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə