Microsoft Word Study11-Azerbaijan-Report-Feb2014-Azerbaijani-final



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə5/21
tarix26.03.2018
ölçüsü0,49 Mb.
#34222
1   2   3   4   5   6   7   8   9   ...   21

 

 

 



“RESPOND” layihəsi

  



  Hesabat No. 11 

 Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  



ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.

 

qədər də gücləndirdi, belə ki, dövlət sektoru işçiləri minimal əmək haqqı qazanmaq cəhdi 



ilə bilavasitə müştərilərin ödəniş aparmağına təsir etdilər (Ensor, 2004; Shishkin et al., 

2003).  


 

Qeyri-rəsmi ödənişlər sisteminin iki yolu xidmətlə  təchiz edənlərin fəaliyyətini 

stimullaşdıra bilər: təchiz olunan xidmətlərin tipinə  və  təchiz edilən testlər, yaxud 

proseduraların miqdarına təsir etməklə. Əgər bir xidmət digərindən əhəmiyyətli dərəcədə 

fərqlənən gəlir verərsə, həkimlər, yəqin ki, daha çox fayda verən o xidməti inkişaf etdirərlər 

(Kovács, 1999). Məsələn, abort xidmətləri üçün çox yüksək ödənişlər edilirsə, tibbi 

xidmətlə  təchiz edənləri nisbətən az gəlir verən AP xidmətlərini dəstəkləmələrindən 

çəkindirə bilər.  Əgər ödənişlər  əsas xidmət üçün “qonarar” kimi ödənilibsə bu ödənişlər 

ikinci stimul şəklində tətbiq oluna bilər. Əgər xidmət göstərənlərə həyata keçirilmiş test və 

yaxud proseduraların miqdarına görə ödəmələr aparılıbsa, o zaman tibbi xidmət göstərənlər 

lazım olandan çox testlərin olunmasına maraqlı olacaqlar.   

 

Bu regionda qeyri-rəsmi ödəniş sisteminin olması stimul yaratmaqla kontraseptiv tələbata 



və təchizata təsir edə bilər. Baxmayaraq ki, belə stimullar regiondakı bütün qadınların RS 

seçimlərini tam şəkildə izah edə bilmir, USAID Avropa və Asiya Bürosu “RESPOND” 

layihəsindən

2

 RS qərar qəbul edilməsində bir amil kimi qeyri-rəsmi ödəmə sisteminin 



abortlarla müqayisədə AP tətbiqinə necə  təsir edə bilməsini araşdırmağı xahiş edib. 

Cavabında “RESPOND” layihəsi Avropa və Asiya regionunda (Patel və Janowitz, 2010) 

RS xidmətləri üçün köməkçi materialları  işləyib araşdırdı  və sonra Azərbaycan və 

Albaniyada olmaqla ölkəyə-müvafiq iki tədqiqat apardı. Bu hesabat Azərbaycanda 

aparlmış tədqiqat üçün spesifikdir.   

 

 



Azərbaycan şəraitində 

Azərbaycan Respublikasında təxminən 9,5 milyon insan vardır ki, onlardan 20%-i ölkənin 

mərkəzi olan Bakı  şəhərində yaşayır (CIA, 2012). Əhali  əsasən müsəlmanlardan (93%) 

ibarətdir və çoxu savadlıdır: yaşı 15-dən yuxarı olan adamların əksəriyyəti (99%) yazmağı 

və oxumağı bacarır (CIA, 2012). 2009-cu ildə adam başına düşən ümumi milli aylıq gəlir 

321 yeni Azərbaycan manatı (AZN) (US $400) olub (World Bank Group, 2012). 2011-ci 

ilin dekabr ayında olan sonuncu artımdan sonra dövlət sektorunda işləyən həkimlərin orta 

aylıq əmək haqqı 234 AZN (US $298) (RFE/RL, 2011) olub ki, bu da adam başına düşən 

ümumi milli aylıq gəlirin ancaq 72%-ni təşkil edir. 

 

                                                 



2

  RESPOND  USAID-nin liderliyi ilə Koperativ Razılıq Assosiasiyası ilə 2008-ci ilin oktyabrından fəaliyyət 

 göstərən beşillik bir layihə olub, məqsədi kontraseptiv seçimlər və proqram xidmətlərini genişləndirməklə 

 AP ehtiyaclarını araşdırmaqdır. Onun son məqsədi yüksək keyfiyyətli AP/RS xidmətlərinin istifadəsini 

 inkişaf etdirməıkdir. RESPOND layihəsi tədqiqatın rolu məlumatlılıq baxışlarının inkişafı, seçilmiş 

 modellərin effektliliyinin, eləcə  də bu sfera proqramlarına yanaşmanın nümayişi və proqramlaşdırılması 

 yolu ilə bu sahəyə qlobal biliyin əlavə edilməsidir.  RESPOND layihəsi beş  təşkilatla, o cümlədən RS 

 sahəsində tədqiqat sahəsində dəstək olan FHI 360-la əməkdaşlıq edirək, EngenderHealth tərəfindən idarə 

 olunur. 

 



 

“RESPOND” layihəsi

  



  Hesabat No. 11 



Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  

ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər. 



3

 

Səhiyyə sisteminin təşkili  

Azərbaycanın səhiyyə sistemində tibbi xidmət  əsasən Səhiyyə Nazirliyinin dövlət 

sektorunun müəssisələri vasitəsilə  təmin edilir. Xidmətlərin  əldə olunması yolu 

universaldır. 2008-ci ildə Səhiyyənin Maliyələşdirilməsi İslahatları üzrə Milli Konsepsiya 

istifadəçilərin  əsas xidmət paketi üçün etməli olduqları ödənişlərin qanunsuz olması  və 

dərman preparatlarının dövlət müəssisələrində alınacağı  qərarını  çıxardı; AP 

konsultasiyası/üsulların tətbiqi, antenatal xidmət (ANX) və abort xidmətləri bu xidmət 

paketinə daxil edilsə də, AP üsullarının özü bura daxil edilmədi.  

 

Bakıda RS xidmətləri doğum evlərində, qadın məsləhətxanalarında (ancaq qadınlara 



xidmət edən kiçik klinikalar), Milli Mamalıq/Ginekologiya Tədqiqat  İnstitutunda, AP 

mərkəzlərində, perinatal mərkəzlərdə  və poliklinikalarda təklif olunur. Son zamanlar 

müəssisələrin yenidən qurulması ilə  əlaqəli bəzi doğum evləri və qadın məsləhətxanaları 

birləşdirilmişdir. Bütün müəssisələr AP məsləhətlərini və ANX həyata keçirirlər, ancaq 

sonuncu xidmət qadın məsləhətxanalarında daha tez-tez edilir, nəinki doğum evlərində. 

Poliklinikalar və perinatal mərkəzlərin, demək olar ki, hamısı abortlar edirlər. Qadın 

məsləhətxanaları ancaq ambulator xidmətləri həyata keçirir və qanuna, müvafiq olaraq, 6 

həftə və daha az hamiləlik müddəti olan hamilə qadınlara abort əməliyyatını tətbiq edir. 12 

həftəyə qədər hamiləliyi olan qadınlara abortlar doğum evlərində edilir.  

 

Azərbaycanda RS və AP  

Azərbaycanda RS profile abortun yüksək səviyyəsi və müasir kontraseptiv dominantlığın 

aşağı  səviyyəsi ilə xarakterizə olunur. Azərbaycan qadınlarının 70%-i reproduktivlik 

yaşındadır (15–49 yaşlar). Hər bir qadın üçün ömrünün total nəsilartırma kofisenti 2,0 

doğuş olduğu halda, reproduktivlik müddətində  hər bir qadına düşən abortların sayı 2,3 

olması (SSC və Macro International, 2008) bir çox qadınların həyatında doğuşlarla 

müqayisədə abortların daha çox olmasını nümayiş etdirir. Ərdə olan qadınlar arasında 

müasir kontraseptiv üsullardan istifadə çox aşağı  səviyyədədir (14%) və onlar arasında 

daha çox istifadə olunan üsul cinsi əlaqədən çəkinməkdir (33%) (SSC və Macro 

International, 2008). Müasir üsullardan ən çox istifadə olunanı UDV-dir: hazırda ərdə olan 

qadınların 9%-i bu üsuldan istifadə edir (SSC 

 Macro International, 2008).  



 

Azərbaycan qanunlarına görə qadının arzusu ilə 12 həftəlik hamiləliyə qədər abortlara icazə 

verilir. 12-28 həftəlik hamiləliyin abort olunması müəyyən tibbi və sosial-ekonomik 

vəziyyətlər (məsələn,  ərin ölümü, boşanma,  əlil uşağı olma və s.) səbəbindən, yaxud 

həkimlərin ekspert rəyi ilə icazə verilir (SN, 2003; United Nations Secretariat, 2008). Abort 

etmək ancaq mama-gonekoloqlara icazə verilir və abort xidməti tibbi təhsil kurikulumunun 

bir tərkib hissəsidir. Abort xidmət, tibbi göstəriş, yaxud könüllü olmasından asılı 

olmayaraq, bazis xidmətlər paketinin bir hissəsidir və odur ki, qanunla tələb olunur ki

ictimai sector müəssisələrində pulsuz həyata keçirilsin. Abortdan sonrakı dövr üçün 

xidmətlə  əlaqəli milli protocol olmamasına baxmayaraq, abortdan sonrakı dövr üçün AP 

xidməti haqda ANX protokolunda toxunulur (SN, 2008): burada deyilir ki, abortdan, yaxud 

düşükdən dərhal sonra və ya yeddi gün ərzində qadınlara AP haqda məsləhətlər 

verilməlidir və nəhayət, ideal hal odur ki, AP haqda məsləhətlər qadınlara abortdan əvvəl

yaxud onlar klinikanı tərk etməmiş verilsin.   

 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə