Microsoft Word Study11-Azerbaijan-Report-Feb2014-Azerbaijani-final



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə6/21
tarix26.03.2018
ölçüsü0,49 Mb.
#34222
1   2   3   4   5   6   7   8   9   ...   21

 

 

 



“RESPOND” layihəsi

  



  Hesabat No. 11 

 Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  



ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.

 

USAID və UNFPA tədqiqatlar və proqramlar vasitəsilə Azərbaycanda müasir kontraseptiv 



üsulların inkişaf etdirilməsi üçün çox əhəmiyyətli səylər etmişlər. 2004-ci ildən 2010-cu ilə 

qədər USAID tərəfindən maliyələşdirilən ACQUIRE layihəsi AP/RS-ın əldə olunması, ona 

aparan yollar və istifadəsini inkişaf etdirmək üçün yollar axtarıb (ACQUIRE Project, 

2010). ACQUIRE yanaşmasına səhiyyə sistemini gücləndirmək, təchiz edənləri 

təlimləndirmək, AP/RS kurikulumlarını inkişaf etdirmək, AP üsullarını  təklif edən özəl 

aptekləri həvəsləndirmək və AP/RS ilə əlaqəli kommunikasiya təlimləri daxildir. Bu layihə 

2008-ci ildə  təsdiqlənmiş Milli RS Strategiyasının inkişafında fəal iştirakçı olmuşdur. 

Bundan  əlavə, ACQUIRE SN-nə AP üzrə klinik rəhbərlik və protokolların inkişaf 

etdirilməsində, o cümlədən, yeddi AP üsulu və bir AP məsləhəti (bunlar hal-hazırda Milli 

Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması protokollarının bir hissəsidir) üzrə texniki 

yardım göstərmişdir (SN, 2009). ACQUIRE layihəsi AP məsləhətləri, UDV-nin 

yerləşdirilməsi və keyfiyyətin yaxşılaşdırılması üzrə yeddi rayondan və Bakı  şəhərindən 

olan xidmət təchizçiləri üçün təlimlər həyata keçirib. Dövlət Tibb Universiteti öz təlim 

kurslarında tətbiqi üçün ACQUIRE təlim kurikulumunu rəsmi olaraq qəbul edib.   

 

Bütün bu səylərə baxmayaraq, AP-nın istifadəsi və müasir üsulların sağlamlıq üçün riskli 



olması kimi anlam aşağı səviyyədə qalmaqda davam edir. Bakıdakı İctimai Sağlamlıq və 

İslahatlar Mərkəzi və UNFPA ilə  əməkdaşlıq edərək IPPF (International Planned 

Parenthood Federation) tərəfindən son zamanlar Bakı  və Azərbaycanın iki rayonunda 

aparılmış son tədqiqat göstərdi ki, kişi və qadınlar müasir üsulların, xüsusilə  də oral 

kontraseptivlərin istifadəsini öz sağlamlıqları üçün ziyanlı olmasını hesab edirlər. Bu focus 

qrupunda iştirak edənlər onu da qeyd etdilər ki, xidmət təchizçiləri tərəfindən məsləhətlər 

almırlar (IPPF European Network, 2012). Bundan başqa, özəl sector əməkdaşları (Private 

Sector Partnerships (PSP)-One  Project) USAID tərəfindən maliyələşdirilən “Abt 

Associates” təşkilatının nəticələrinə görə  məlum olub ki, əlkə  əhalisinin içərisindən  ərdə 

olan qadınlardan 19%-i hazırdsa müasir üsullardan istifadə edir. İstifadə etməyənlər 

arasında bu üsuldan xəbəri olan, amma onları istifadə etməyə qarşı çox az marağı olan 

böyük bir hissənin (37%) olması (onları  “şübhə ilə yanaşanlar” kimi adlandırıblar) 

aşkarlandı (Patsika et al., 2009).  

 

Aərbaycanda AP-na olan siyasi dəstəkdə qarışıqlıq vardır. ACQUIRE ilə SN tərəfindən 



inkişaf etdirilmiş Milli RS Strategiyası 2008-ci ildə SN tərəfindən təsdiqlənməsinə 

baxmayaraq, bu hesabatın yazılı şəkli kimi, o hələ də dövlət tərəfindən qanuniləşməmişdir. 

Bundan başqa, baxmayaraq ki, SN UDV və oral kontraseptivləri 2008-2009-cu illərdə 

Vacib Dərmanlar Siyahısına daxil etməyə  cəhd etmişdir ki, bu da o dərmanların ölkə 

daxilində tapılması ilə  nəticələnməli idi, amma onlar əlavə olunmayıb. Vacib Dərmanlar 

Siyahısı  hər il təzələnsə  də, müasir üsullar daxil edilməmişdir. Onlar, eləcə  də, dövlət 

müəssisələrində pulsuz buraxılan dərman preparatları siyahısına da daxil edilməmişdir.   

 

1994-cü ildən 2004-ci ilə  qədər səhiyyə müəssisələrinin ictimai sektorunda AP üsulları 



pulsuz olaraq təchiz olunmuşdur (Senlet və Capps, 2009). Bu proqramla təchiz olunan 

vasitələr mis T UDV, kondomlar, həblər və inyeksiya oluna bilən hormonal kontraseptivlər 

olub. 2004-cü ildən pulsuz kontraseptivlər ehtiyatı azalmışdır və 2007-ci ildə aparılmış 

tədqiqat göstərdi ki, bu vasitələr artıq əlçatan deyil, həmin inyeksiyalar isə bütün nümunəvi 

müəssisələrdə yoxdur (Bradley et al., 2007). Qlobal Fond və sosial marketinq təşkilatları 



 

“RESPOND” layihəsi

  



  Hesabat No. 11 



Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  

ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər. 



5

 

hələ  də kondomla təchiz edə bilərlər (Senlet və Capps, 2009). Qadınlar kontraseptiv 



vasitələri özəl apteklərdən pulla ala bilərlər. Mirena

©

 UDV ancaq çox az özəl apteklərdə 



tapılır.  

 

Qeyri-rəsmi ödənişlər 

Azərbaycanda ictimai sektorda səhiyyə xidmətləri üçün qeyri-rəsmi ödənişlər tez-tez baş 

verən və gözlənilən bir haldır. Faktiki olaraq, Azərbaycanda Dünya Bankının Yaşayış 

Standartları Meyarlarının Araşdırılması sorğularına cavab verənlərin ¾ hissəsindən çoxu 

səhiyyə xidmətlərinə görə qeyri-rəsmi ödənişlər etmişlər (Lewis, 2000). RS xidmətləri 

sahəsində  vəziyyət fərqlənmir: Demographic and Health Survey (Demoqrafik və 

sağlamlığın təhlili), Patel və Janowitz (2010) aşkarlayıb ki, Azərbaycanda dövlət tibb 

müəssisələrində abort etdirmiş, UDV yerləşdirilmiş, ANX almış, yaxud uşaq dünyaya 

gətirmiş qadınların azı 74%-i xidmətlər üçün ödənişlərin edilməsini söyləyir. Abort, UDV-

nın yeridilməsi və ANX ilə müqayisədə doğuşa yardım xədmətləri üçün ödənişlər daha 

böyük olmuşdur.

3

 (Patel və Janowitz, 2010). Azərbaycanda dövlət tibb müəssisələrində RS 



xidmətlər üçün ödəniş  rəsmi nəzərdə tutulmayıb, odur ki, istənilən ödəniş qeyri-rəsmi 

ödənişdir.   

 

 

Məqsədlər



 

Bu tədqiqatın məqsədi Bakıda AP ilə müqayisədə abortlara inam üçün yardımçı olan 

münasibətlər, davranış  və stimulların daha yaxşı başa düşülməsi, eləcə  də müasir 

kontraseptivlərlə  təçhizatın və onlardan istifadənin yaxşılaşdırılması  işində 

müdaxilələrin planlaşdırılması idi.

4

 Yaradıcı  tədqiqatın spesifik məqsədləri 



aşağıdakılar idi: 

1.  Qadınların kontraseptiv istifadə etmələrini stimulə edən faktorların, bu 

kontraseptivlərə münasibətlərinin və bu haqda biliklərinin təxviri;  

2.  Təchizçilərin kontrasepsiyaya olan münasibəti və o haqda olan biliklərinin təsviri;  

3.  Təchizçilərin qadınlara kontrasepsiya haqda məlumat verib-verməmələrini və 

yekun həvəsləndirmə  də daxil olmaqla, təchiz edənlərin bu müzakirələrə 

həvəsləndirmələrini müəyyənləşdirmək; 

 

                                                 



3

 Bunların arasında kimlər ödəyib və nə qədər ödədiyini biləir.  

4

  USAID-də AP üsulu kimi abortların həyata keçirilməsi üçün ödənişlər aparılması, yaxud kiminsə məcburi



 yaxud 

həvəsləndirmək yolu ilə abort olunması qanun tərəfindən qadağa olunur. Qanunvericilikdə 1973-cü 

 ildən bu qanun qüvvəyə mindikdən sonra ABŞ-da AP yardımı ABŞ fondundan AP işində istifadə 

  olunmaqla kimi abort olunma qanunla qadağan olunmuşdur. USAID AP üsularından istifadə etməklə 

  abortlardan qoruyaraq, qadınların həyatını təhlükəsiz olmayan abortların fəsadlarından qoruyur, bu qadınları 

 AP/RS 


xidmətlərinə könüllü yönəltməklə sonrakı abortlardan qorunmaqda onlara yardımçı olur.  Avropa və 

 Asiya regionlarında USAID yardımı müasir AP vasitələrinin  əldə olunması  və onların istifadəsini 

 genişləndirməklə abortların etibarlılığı azalacaq. Bu tədqiqatın nəticələri abortun qanuni olduğu ölkələrdə 

  təkrar abortlara qarşı inamın azalması ilə yanaşı qadınların müasir kontraseptivlərdən istifadəsinin necə 

 inkişaf etdirilməsi yolunda əlavə məlumatlarla təchiz edəcəkdir.   

 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə