Microsoft Word Study11-Azerbaijan-Report-Feb2014-Azerbaijani-final



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə7/21
tarix26.03.2018
ölçüsü0,49 Mb.
#34222
1   2   3   4   5   6   7   8   9   10   ...   21

 


 

“RESPOND” layihəsi

  



  Hesabat No. 11 



Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  

ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər. 



7

 

Üsullar 



 

 

 

Tədqiqatın planı  

Bu, Azərbaycanın Bakı  şəhərində qadın sağlamlığı müəssisələri ictimai sektorunda RS 

xidmətlərinin təsviri tədqiqatıdır. Müsahibə götürənlər mama-ginekoloqlardan və üç tip 

xidmət arayan qadınlardan qurulmuş sualları soruşublar: 2012-ci ilin mart ayında iki həftə 

ərzində abort, ANX və AP. Tədqiqatın aparılması üçün təsdiqlənmə “Protection of Human 

Subjects Committee of FHI 360” və Azərbaycan SN tərəfindən əldə olunub. 

 

 

Nümunələr və iştirakçılar 



Müəssisələr 

Bu tədqiqat üçün maraq kəsb edən abort, AP və ANX həyata keçirən Bakıdakı ictimai 

sektoru sağlamlıq müəssisələri olub. Biz ancaq bu üç xidmətin üçünü də  həyata keçirən 

müəssisələri ona görə seçdik ki, xidmətlərin hamısını  həyata keçirə bilən tibb işçiləri 

sorğulamaq istəyirdik. Bakıda on üç müəssisə bizim meyarları uyğun idi; biz qərara aldıq 

ki, nümunələri 10 ən böyük müəssisədə əldə edək. Anketlərdəki həssas xüsusiyyətlərə görə 

dörd müəssisə bizimlə  əməkdaşlıq etməkdən imtina etdi və biz ümumi olaraq doqquz 

əməkdaşlıq edəcək müəssisə ilə qaldıq.  

 

Müştərilər 

Maraq dairəsində Bakıdakı seçilmiş ictimai sektor müəssisələrində abort, AP, yaxud ANX 

alan qadın müştərilər olub. Bu üç müştəri tipi ona görə seçilib ki, onlar AP üçün təcili və 

yaxud gələcəkdə ehtiyacı olan qadın qrupunu təmsil ediblər, eləcə də bu xidmət axtaranlara 

kontraseptiv məsləhətlər təklif olunacaq. Bundan savayı, RS xidmətləri içərisində biz abort 

xidmətinin qiymətini müəyyən etmək istədik və ona görə müqayisə üçün ANX və AP 

xidmətləri alan müştəriləri də daxil etdik. Müştərilər müəssisəni tərk etdikdə, yaxud tibb 

heyyətindən uzaqlaşandan sonra cəlb olunub. Müştərilərlə razılıq  əsasında müəssisənin 

tənha bir hissəsində müsahibə aparılıb.   

 

Bu tədqiqat üçün münasib olmalı müştərilər aşağıdakı şərtlər daxilində olmalı idi: 



1.  Azı 21 yaş, yaxud 18–20 yaşlar arasında və ərli qadın olmalı

5

 



2.  Abort, AP təchizatı, yaxud məsləhəti və ya ANX xidməti üçün müsahibə günü tibb 

müəssisəsinə gələnlər; 

3.  Ümumi anesteziya edilməyənlər

6

 



 

                                                 

5

  Baxmayaraq ki, Azərbaycanda 18 yaş  həddi-buluğa çatmış yaş sayılır, nəzərə alınmalıdır ki, 21 yaşına 



  qədər olan ərdə olmayan qadından AP və abortdan istifadə etməsi haqda soruşmaq mənən bir qədər uyğun 

  gəlmir.   

6

  Ümumi  anesteziyaya  məruz qalmış qadınlar bu proseduradan sonra razılıqlı  məlumat vermək imkanında 



 olmur. 

 



 

 

 



“RESPOND” layihəsi

  



  Hesabat No. 11 

 Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  



ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.

 

Müştərinin imtina faizi bu tədqiqat üçün 26% olub. İmtina edənlərə mühasibə üçün 



əməkdaşlıq etmək istəməyənlər və müsahibə tamamlanmamış onu yarımçıq qoyan fərdlər 

daxildir.  İmtina üçün mümkün səbəblər məhdudiyyətlər bölməsində  təsvir olunub. Cəmi 

405 müştəri ilə müsahibə aparıldı; onlardan dördü təhlildən çıxarıldı, çünki onlar haqda 

məlumatlar toplanma dövründən sonra əldə olunub, və iki nəfəri də protokola müvafiq 

aparılmadığı üçün araşdırmadan çıxarılıb (Cədvəl 1). Yekun müştəri sayı 399 nəfər olub. 

 

Cədvəl 1. Müştəri tipinə görə əməkdaşlıq edənlərin xülasəsi  



 

Müştərilərin sayı 

Abort ANX  AP  Cəmi 

Cəlb olunmuş 279 

243 

29 


551 

Uyğun gəlməyən 

5 0 0 5 

İmtina edən 69 

63 



141 



Təhlildən çıxarılanlar 

2 0 4 6 


Yekun nümunə seçim həcmi 

203 180  16 399 

 

Təchiz edənlər 

Biz seçilmiş ictimai sektor müəssisələrində maraq dairəmizdə olan xidmətlərdən (abort, 

AP, yaxud ANX) azı birini həyata keçirmiş 60 mama-ginekoloqla müsahibə apardıq. 

Hazırda mama-ginekoloq kimi çalışanların siyahısı  hər bir müəssisədən  əldə olunub və 

onların arasından cəmi 60 nəfəri təsdfi seçim edilib. Təchizçilər şəxsən növbənin sonunda 

dəvət olunublar. Müsahibələr müəssisədə, xidmət göstərənin özünü çox rahat hiss etdiyi bir 

otaqda aparılıb.   

 

 



Məlumatların toplanması 

“SIAR Research and Consulting” yerli tədqiqat agentliyi 2012-ci il mart ayında 10 gün 

məlumatların toplanması üçün 16 qadın-müsahibə götürəni muzdlu əməyə  cəlb etmişdir. 

Bu 10 gün ərzində bütün müəssisələrdə abort olunan müştərilər haqda məlumatlar toplanıb. 

Hər bir müəssisədən iki gün ərzində ANX və AP müştəriləri haqda məlumatlar toplanıb. 

ANX və AP müştəriləri haqda toplanmış  məlumatlar abortla müqayisədə az olub, çünki 

ANX müştərilərinin abort müştərilərinə nisbəti  əvvəlcədən xidmət statistikasında kobud 

şəkildə 5:2 olub. ANX və AP müştərilərindən eyni gündə müsahibə alınıb, çünki onlar eyni 

təchizçi tərəfindən baxılmış və onlar eyni çıxışdan çıxmışdılar. Büdcənin məhdudiyyəti və 

AP ilə əlaqəli müştəri axınının az olması səbəbindən daha geniş həcmdə AP müştərilərinin 

əldə olunması üçün əlavə  səylər edilməyib. Müsahibədən sonra müştərilərə vaxtlarının 

alınması ilə  əlaqəli, kompensasiya məqsədilə evlərinə taksi ilə getmələri təklif olunub (6 

AZN, yaxud 8 ABŞ $-a qədər). Təchizçilərə  əməkdaşlıq etdikləri üçün yeməli kiçik 

şirniyyat məmulatı təklif olunub.   

 

Bu tədqiqat üçün dörd məlumat vasitəsi istifadə olunub: biri hər bir müştəri üçün və 



biritəchizçi üçün. Bütün vasiələr  əsaən bir cavab tələb edən suallardan ibarətdir, ancaq 

sualların bəzilərinə bir neçə cavab verilə bilərdi ki, bu da cavab verənlərə imkan verir ki, 

stimul verən xüsusi hallara daha ətraflı cavab versinlər.   

 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə