Microsoft Word Study11-Azerbaijan-Report-Feb2014-Azerbaijani-final



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə8/21
tarix26.03.2018
ölçüsü0,49 Mb.
#34222
1   ...   4   5   6   7   8   9   10   11   ...   21

 

“RESPOND” layihəsi

  



  Hesabat No. 11 



Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  

ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər. 



9

 

Müəyyənləşdirmələr 



Müasir kontraseptiv vasitələr 

Bu tədqiqatda “müasir” hesab edilən kontraseptiv vasitələrə UDV, oral kontraseptivlər, 

kondomlar, kontraseptiv halqa, spermasidlər və  təcili həblər aid edilib. Implantlar və 

inyeksiya formasında preparatlar da müasir hesab edilir, amma onlar haqda cavab verənlər 

heç vaxt danışmayıblar.  

 

Əlavə təsirlərlə əlaqəli səhv mülahizələr/şişirtmələr



  

Əvvəlki tədqiqatlar göstərdi ki, Azərbaycanda qadınlar və tibbi xidmətlə təchiz edənlər əlavə 

təsirləri (yaxud sağlamlıq problemləri) müasir kontraseptivlərin istifadəsində  əsas maneə 

kimi görürlər (IPPF European Network, 2012; SSC və Macro, 2008). Müasir vasitələr 

ümumi əlavə təsirlərə malikdir və qadınların naraharçılığına səbəb olan bəzi əlavə təsirlər ola 

bilsin ki, bu vasitələrlə əlaqəli deyil, yaxud həddən çox şişirdilib (Serbanescu et al., 2005). Bu 

tədqiqat üçün aşağıdakı sağlamlıq problemləri şişirdilmiş və ya dezinformasiya kimi sayıla 

bilər. Biz hormonal və qeyri-hormonal UDV-ləri fərqləndirməmişik.  



 

Üsul 

Əlavə təsirlərlə əlaqəli səhv mülahizələr/şişirtmələr  

Kombinə olunmuş oral 

kontraseptivlər (həblər) 

Süd vəzisi xəstəliyi, xərçəng, kistalar, ölüm, tüklərin inkişafı, 

sağlamlıq problemləri, hormonal disfunksiyalar, sonsuzluq, 

qaşınma/qızarma, qara ciyər zədələnmələri, uçaqlıq problemləri 

UDV Allergiya, 

xərçəng, köpmə, eroziya, tüklərin inkişafı, hormonal 

dəyişikliklər, sonsuzluq, iltihab, böyrək xəstəlikləri, miqrasiya, dəri 

problemləri, çəki artımı 

 

Lazım olmayan testlər və həkimin qəbuluna gəlmələr 

Azərbaycandakı aparılmış əvvəlki tədqiqatlar göstərdi ki, tibbi xidmətlə təchiz edənlər öz 

gəlirlərini artırmaq məqsədilə müştərilərə lazımsız testlər təyin edir və artıq sayda həkimə 

gəlişləri məsləhət görürlər (Armand et al., 2007; Bradley və Mursagulova, 2006). Tibbi 

xidmətlə  təchiz edənlər AP üçün hansı “tipik” proseduraların tələb olunduğu və bununla 

əlaqəli həkimə  gəlişlərin hansı sayda olması soruşulub. Test/proseduraların və  həkimə 

gəlişlərin sayı haqda həkim və müştərilərin məlumatları ÜST-nin rəhbər vəsaiti və AP/RS 

üçün Azərbaycanın milli protokolu ilə müqayisə edilib. Aborta gələn müştərilərin rutin 

gəlişləri sayı haqda soruşmaq, eləcə  də onları AP müştərilərinin gəlişləri ilə müqayisə 

etmək çox vacib idi. Bu müqayisə bizə tibbi xidmətlə təmin edənlərin həddən çox testləri 

və  həkimə  gəlişləri bütün xidmətlər üçün rutin olaraq tələb etmələrini, yoxsa ancaq AP 

üçün olmasını görməyə imkan verər.  

 

 

Təhlillər 



Bu tədqiqatda olan təhlillər təsvir olunandır. Tezliklər X

2

 testləri, orta və ara şəklində 



təqdim olunub. Açıq sualların (bir neçə cavabı olan suallar) təhlili üçün. Mətn “SIAR 

Research and Consulting” heyyəti tərəfindən azərbaycan dilindən ingilis dilinə  tərcümə 

olunub, sonra SPSS proqramına daxil edilib və qruplaşdırmaq üçün Excel proqramına 

ötürülüb. Bir neçə suala qadınların verdiyi oxşar cavablar tərcümə prosesində 

qruplaşdırılıb.   

 



 

 

 



“RESPOND” layihəsi

  



  Hesabat No. 11 

 Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  



10 

ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.

 

Gəlir səviyyəsi 

Bu tədqiqat üçün müştəri gəliri ailənin aylıq ümumi gəlirinin üç kateqoriyası  nəzərə 

alınaraq qiymətləndirilib. Bu kateqoriyalar ekspert rəyinə  əsaslanıb, belə ki, milli gəlirin 

adam başına düşən aylıq gəlir orta gəlir kateqoriyası kimi qəbul olunub və kateqoriyalar 

Albaniyada həyata keçirilən paralel tədqiqatlardakı oxşar rəqəmlərə uyğunlaşdırılıb.   

 

Məlumatlılıq əlaqəli suallar  

Məlumatlılıqla  əlaqəli sualların düzgün cavablandırılmışları hesabatda nəzərə alınıb. 

“Bilmirəm” cavabları düzgün deyil kimi kodlaşdırılıb.    

  

Ödənişlər 

Bütün maliyə məlumatları AZN ilə verilib. Sorğu aparanlar cavab verənlərdən köhnə manat 

deyil yeni manatdan istifadə etmələrini xahiş ediblər. Məlumatların toplandığı dövrdə ABŞ 

dollarının orta hesabla kursu belə idi: 2012-ci il, martın 15-də 0,786 AZN=ABŞ $1,00).

7

 

Məlumatların toplandığı vaxtdan asılı olaraq bu kurs bir qədər fərqli olub.  



 

Bu sənəddə iki tip ödəniş haqda qeyd olunub: müsahibə götürülən gün həkimə  gəliş üçün 

ödənilən ümumi məbləğ və dərmanların müəssisələrdə alınması, laboratoriya testləri üçün və 

heyyətin nümayəndələrinə aparılmış ödənişlər. Ümumi ödəniş proseduralar, müəssisədəki 

testlər, prosedura ərzində  və proseduradan sonra istifadə olunmuş  dərmanlar, qeydiyyat və 

heyyətə xərclənən məbləği əhatə edir. Çoxsaylı ödəmələrin miqdarını soruşduğumuz qadınlar 

bunun dəqiqliyi ilə nə qədər olduğunu hesablaya bilmədilər və biz böyük xəta çərçivəsində, 

təxmini olaraq iki ümumi məbləğin ən azını “götürdük”. Başqa bir qeyd edilməmişsə, abort 

olunan müştəri üçün testlər və laborator müayinələr abort prosedupasının olduğu gündə yox, 

başqa bir gündə  həyata keçirilmişdi, amma bu işdə marağı olan müəssisədə  həyata 

keçirilmişdi.   

 

Tərtib olunmuş tapşırıq 

Kontraseptiv vasitələr və aborta dair nisbi fikirləri aydınlaşdırmaq üçün həm müştəri və 

həm də  təchizçilərdən müxtəlif sualları cavablandırmaq xahiş olundu (verilmiş kartların 

müxtəlif mövzuya müvafiq düzülüşü ilə). Hər bir kart müxtəlif kontrasepsiya üsullarını 

göstərirdi: UDV, həb, kondomlar, təcili kontraseptiv həblər və cinsi yaxınlıqdan çəkinmə; 

əlavə olaraq, bir kartda “abort” sözü olub. Müştərilərdən bu kartların müxtəlif 

xüsusiyyətlərə görə aşağıya düşən ardıcıllıqla düzsülməsi xahiş olunmuşdur: təhlükəsizlik, 

effektlilik, istifadəsinin asanlığı, partnyora üstünlük, ailəyə üstünlük və  şəxsə üstünlük. 

Təchizçilərin sorğulanması  təhlükəsizlik, effektlilik və müştəriyə üstünlük çərçivəsində 

aparılıb. Əlavə olaraq, təchizçilər üçün kontraseptiv məsləhətə maneələr kartı əlavə olunub. 

Kartda sadalanan maneələrə aid olub: bilik, təchizat, müştəridən asılı olması, gəlirli olması, 

vaxt məhdudiyyəti və sağlamlıq problemləri (əlavə təsirlər).  

 

Cavab verənlərə icazə verilib ki, haqqında məlumatı olmadıqları kartları tapşırıqdan kənara 



qoya bilərlər. Cavab verənlərin 75%-dən azının istifadə etdiyi hər hansı bir kart bizim 

                                                 

7

 XE Valyuta cədvəli: AZN—Azerbaijani New Manat. Müraciət edilib Okt. 2, 2012-ci il tarixində



 www.xe.com/currencytables/?from=AZN&date=2012-03-15. 


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə