Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə1/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
  1   2   3   4   5   6   7   8   9   ...   60


_____________Milli Kitabxana________________ 

 
 
 


_____________Milli Kitabxana________________ 

 
 
 
SÜLEYMAN RÜSTƏM 
 
 
 
 
 
 
SEÇİLMİŞ 
ƏSƏRLƏRİ 
 
 
 
ÜÇ  CILDDƏ 
 
III CILD 
 
 
 
 
 
 
 
 
 
 
 
“ŞƏRQ-QƏRB” 
BAKI-2005 
 


_____________Milli Kitabxana________________ 

 
 
 
 
 
 
 
Bu kitab "Süleyman Rüstəm. Seçilmiş əsərləri. Dörd cilddə. III cild" 
(Bakı, Аzərnəşr, 1971) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır 
 
 
Tərtib edəni:                        Azad Rüstəmzadə 
 
 
 
 
894.3611-dc 21 
AZE 
Süleyman Rüstəm. Seçilmiş əsərləri. Üç cilddə. III cild. Bakı, "Şərq-
Qərb", 2005, 280 səh. 
 
Azərbaycanın müasir dövr poeziyasını yaradanlardan biri olan xalq şairi 
Süleyman Rüstəm sözün dərin və  həqiqi mənasında xəlqiliyi öz poeziyasının 
canına, qanına hopdurmuş coşqun təbli bir şair olmaqla yanaşı, həm də gorkəmli 
dramaturqdur. O, hələ ilk yaradıcılıq illərindən dramaturgiyaya həvəs göstərmiş, 
bu janrda qələmini sınayaraq "Çimnaz xanım yuxudadir" adli bir pərdəli 
komediya yazmışdır. Əsər həmin ildə məhşur aktyor Mirzağa Əliyevin köməyi ilə 
"Tənqid-təbliğ" teatrında tamaşaya qoyulmuşdur. 1931-ci ildə Süleyman Rüstəm 
yazıçı Hacıbaba Nəzərli ilə birlikdə "Yanğın" pyesini qələmə almışdır. Lakin 
S.Rustəmi dramaturq olaraq şöhrətləndirən onun məşhur "Qaçaq Nəbi" mənzum 
dramıdır. Dramda şair-dramaturq xalq qəhrəmanı Qaçaq Nəbinin ədalətsizliklərə 
qarşı mubarizəsini təsvir etmiş, romantik qəhrəmanlıq üslubunda onun obrazını 
yaratmışdir. 
"Seçilmiş  əsərləri"nin bu cildində müəllifin dramatik növün müxtəlif 
janrlarında yaratdığı  uğurlu nümunələrdən "Cimnaz xanım yuxudadır" (1922), 
"Qaçaq Nəbi" (1940), "Durna" (1947) və "Gəldi-gedər" (1955-1969) toplanmışdır. 
 
 
 
ISBN 9952-418-58-X                                 © "ŞƏRQ-QƏRB", 2005 
  
 
 
 


_____________Milli Kitabxana________________ 

 
 
 
 
 
 
 
 
 


_____________Milli Kitabxana________________ 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


_____________Milli Kitabxana________________ 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


_____________Milli Kitabxana________________ 

 
 
 
 
 
ÇİMNAZ XANIM YUXUDADIR 
 
Bir pərdəli komediya 
 
 
İŞTİRAK EDƏNLƏR 
 
Q a f a r 
             - 50 yaşında 
C i m n a z               - 30 yaşında 
Ə1i                             - 20 yaşında 
N a b a t 
             - 18 yaşında 
 
Qafarın evi. Dəhliz və bir neçə otaq. 
 
Ç i m n a z. Yaxşı ki, Şirinbacı var. Onsuz mən neyləyə bilərdim. 
Şirinbacı düz deyir, nə olacaq bu dörd divar arasında oturmaqdan? 
Aləmin gözü açılıb, mən isə qalmışam bu qaranlıq dünyada. Qafar yaxşı 
iş görmür. Özü dostlarıyla kinoya, teatra, hər yerə gedir. Kef çəkir. Мən 
yazığı isə heç yerə buraxmır. Mənim teatrım olub bu ev, bu mətbəx. Daha 
bəsdir. Bir də zəmanə daha о zəmanə deyil. (Saata baxır.) Şirinbacıya söz 
vermişəm, geciksəm yaxşı olmaz. Qafar onsuz da Balaxanıya xəstə 
bacısıgilə gedib. Dedi bəlkə bu gün gələ bilmədim. Gəlməsə yaxşıdır. 
Mən gedim, gecikməyim. Nabat, ay Nabat! 
N a b a t (gəlir). Nə var xanım? 
С i m n a z. Sənə min dəfə demişəm ki, mənə  хаnım demə. Mən 
haranın xanımıyam?! Mən də sənin kimi bir yoxsul qızıyam. Sən mənim 
kiçik bacımsan. Sən ata-anadan yetim qalanda mən səni kiçik bacılığa 
götürdüm. 
N a b a t. Sizdən yerdən-göyə qədər razıyam. 
Ç i m n a z. Nabat, bir də  zəmanə başqa zəmanədir.  Şirinbacıyla 
danişmışam. Səni gecə kurslarına göndərəcəyəm. Sən gərək xoşbəxt 
olasan. Oxuyasan, gözün açıla. 
N a b a t. Sağ olun, çox sağ olun! 
Ç i m n a z. Məni on altı yaşında ehtiyac üzündən məhəbbətsiz
sevmədiyimə ərə verdilər. Sənin həyatın belə qurulmasın gərək. 
 
 


_____________Milli Kitabxana________________ 

 
 
N a b a t. Düz deyirsiniz. Mən sizə Əlinin barəsində demişdim, mən... 
onu... 
Ç i m n a z. Yadımdadır! Qorxma... Qafar əminə  də deyərəm. O 
mənim sözümdən çıxmaz... Sizin toyunuzu özüm eliyəcəyəm.  İndi 
çarşabımı ver, görüm, məhləmizin arvadları dilbir olub teatra gedir, məni 
də özlərilə aparırlar. 
N a b a t. Tratıra! Tratır nədir? 
Ç i m n a z. Hə teatra... Sən evdən muğayat ol! 
N a b a t. Məni də aparın da... 
Ç i m n a z. Bəs ev-eşik necə olsun? Nabat, sözümə diqqətlə qulaq as! 
İşdir Qafar əmin gəlib çıxsa, məbadə mənim otağıma buraxasan. Soruşsa, 
deyərsən ki, başı  bərk ağrıyırdı, özünü pis hiss eləyib tez yatdı. Başa 
düşdün? Gətir çarşabımı görüm. Bəsdir bu dörd divar arasında oturdum. 
Baxaq görək teatr necə şeydir?! 
N a b a t. Buyurun! (Çadram verir.) 
Ç i m n a z. Nabat... Teatra səni də aparacağam. 
N a b a t. Gedib geyinim. 
Ç i m n a z. Bu səfər yox, gələn səfər. Sözüm sözdür. Sözlərim 
qulağında sırğa olsun... İşdir, Qafar əmin gəlsə, deyərsən ki, bərk yatıb, 
dedi məni oyatmasınlar. Bildin? 
N a b a t. Bildim. Xatircəm ol!.. Mən sənin bir sözünü iki eləməmşəm
eləmərəm də. Arxayın get! 
Ç I m n a z. Gedək görək teatr nə olan şeydir? (Gedir.) 
N a b a t. Qaldım yenə tək... Mənim dilimə heç yalan gəlməz, amma 
Çimnaz xanımın yolunda yalan danışsam, günah olmaz. Gördünüz necə 
yalvarırdı  mənə, yalvarmasaydı, bəlkə  də bu işə razılıq verməzdim. 
Doğrudur, kişidən gizli tratırdır, mıratırdır, nədir ora getmək yaxşı  iş 
deyil. Amma yazıq Çimnaz xanım neyləsin, axı?.. Qafar əmi onu bu 
otaqlardan bayıra buraxmır. Elə kişilərə elə belə  də lazımdır.  (Bayırdan 
səs gəlir.)  Aha, səs gəlir. Bəlkə  Əlidİr.  (Qapı arasından baxır.)  Hə, 
özüdür ki, var. Lap yerinə düşdü. Qafar əmi orda, Çimnaz xanım tratırda, 
bizdə ki, burda... Bir az ordan, burdan danışarıq, könlümüz açılar. 
Ə l i (gapı arasından). Gəlmək olar? 
N a b a t. Bilmirəm. 
Ə l i. Evdə deyəsən adam yoxdur. 
N a b a t. Nə danışırsan, adə. Mən adam deyiləm, heyvanam bəs? 
Ə 1 i. Sən hələ yarım adamsan. 
N a b a t. Özünsən. 
 
 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə