Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə14/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   10   11   12   13   14   15   16   17   ...   60

_____________Milli Kitabxana________________ 
68 
 
 
Bir daha dilinə gəlməsin adım, 
Heyif ki, mən səni çox gec tanıdım.  
Şahməmməd, unutma, çəkməzdi yağı  
Sinəmə çəkdiyin bu çarpaz dağı! 
 
(Gedir.) 
 
Ş a h m ə m m ə d 
 
   Arvad, kül başıma... 
 
G ü l b a c ı 
 
  Səndə baş hanı! 
 
Ş a h m ə m m ə d 
 
Lap doğru deyirsən, al o baltanı 
Vur mənim boynumu, bu nə həyatdır? 
Öz doğma evim də könlümə yaddır. 
 
G ü l b a c ı 
 
Bəsdir türkəsaya danışma görək. 
 
Ş a h m ə m m ə d 
 
Bu səhvi mən özüm düzəldim gərək! 
 
Bayırdan itlərin hürüşməsi və at ayaqlarının səsi eşidilir. 
 
Arvad, get, Həcərdən muğayat ol sən. 
 
Gülbacı yan otağa keçir. 
 
Ş a h m ə m m ə d 
 
(Qapıya tərəf) 
 
Ay qapını döyən, ay adam, kimsən? 


_____________Milli Kitabxana________________ 
69 
 
  
K o x a 
 
(İçəri girərkən) 
 
Mən adam deyiləm, Koxa Məmmədəm. 
 
Mahmud bəy və Koxa gəlir. 
 
Ş a h m ə m m ə d 
 
Bizə xoş gəlibdir mübarəkqədəm. 
Buyurun, buyurun əziz qonaqlar. 
 
K o x a  
 
Şuşadan gəlirik, xeyir xəbər var. 
 
Ş a h m ə m m ə d 
 
(Oturmağa yer göstərərək) 
 
Bağışlayın bizi, kasıb evidir.  
 
M a h m u d  b ə y 
 
Kasıb dövlətlidən daha qəvidir.  
Qəm yemə, çox çəkməz, dövlətlənərsən,  
Yaşarsan ən gözəl imarətdə sən.  
Göstərərlər səni kənddə barmaqla,  
Bir sözdür deyirəm, yadında saxla! 
 
K o x a  
 
Eldə poladdan da möhkəm məsəl var, 
Deyərlər: kişinin sözü bir olar! 
 
M a h m u d  b ə y 
 
Koxa, Şahməmmədlə işim var, işim. 
  


_____________Milli Kitabxana________________ 
70 
 
 
K o x a 
 
Siz danışın, mən də bığımı eşim.  
Deyərlər: kişinin sözü bir olar! 
 
(Bığını eşir.) 
 
M a h m u d  b ə y 
 
Biz elçi gəlmişik qızın Həcərə. 
 
Ş a h m ə m m ə d 
 
Qızıma demişəm bir neçə kərə... 
 
M a h m u d  b ə y 
 
Səlim bəy istəyir sənin qızını, 
Müxtəsər, tapmısan bəxt ulduzunu. 
 
K o x a 
 
Şahməmməd, mən ölüm, vur bura, gəlsin, 
Razı ol, bir kərə canın dincəlsin.  
Səlim bəy itbazdır, tazıları var, 
Hər səhər onları hey öpüb yalar.  
Sevir tazıları candan, ürəkdən,  
Belə gözəl oğlan görməmişəm mən. 
Canından çox sevən iti, tazını  
Çəkəcək Həcərin, inan, nazını. 
 
M a h m u d  b ə y 
 
 Koxa, nə deyirsən, ağıllı danış.  
 
Ş a h m ə m m ə d 
 
Həcər gözlərindən yağdırır yağış,  
İnsaf yaxşı şeydir. 
  


_____________Milli Kitabxana________________ 
71 
 
 
M a h m u d  b ə y 
 
Fikir ver bura, 
Həcər nəçidir ki, sən dura-dura? 
  
K o x a 
 
Şahməmməd, and olsun bu eşmə biğa
Sənə yalan satmaz ömründə Koxa. 
 
M a h m u d  b ə y 
 
(Koxanı əlilə saxlayır.) 
 
Qızın yox deməsi, hə deməkdir, qan! 
Həcər tək bir qızım olsaydı, inan,  
Ya bəyə verərdim, ya da heç kimə. 
 
K o x a 
 
Ya da ki, özümə alardım. 
 
M a h m u d  b ə y 
 
Dinmə. 
Ayıbdır, bir utan, yekə kişisən. 
 
(Şahməmmədə) 
 
Bu qədər uzatma gəl bu işi sən. 
Təhmas bəy olacaq qıza qaynata,  
Adam da göz yumar belə həyata?! 
 
Ş a h m ə m m ə d 
 
Mənə möhlət verin, bir fikirləşim. . 
 
K o x a 
 
 Sən fikirləş, mən də bığımı eşim. 


_____________Milli Kitabxana________________ 
72 
 
  
M a h m u d  b ə y 
 
Əşi, möhlət nədir, iş-işdən keçib,  
Səlim bəy kişidir, möhkəm and içib
Həcəri alacaq... mənə bax, kişi,  
Bu qədər ləngitmək olmaz bu işi. 
 
Ş a h m ə m m ə d 
 
Qız Nəbini sevir, a bəy! 
 
M a h m u d  b ə y 
 
 Bir utan... 
 
Ş a h m ə m m ə d 
 
Gəlir qan qoxusu bu işdən qan, qan!.. 
 
M a h m u d  b ə y 
 
Düşün, Nəbi kimdir? Quldurun biri,  
Çoxdan hazırlanıb o itin qəbri. 
 
K o x a  
 
Şahməmməd, Nəbidə kişilik yoxdur,  
Bir də ki, başında qalmaqal çoxdur. 
 
M a h m u d  b ə y 
 
Çoxdandır gözləyir yolunu tələ, 
Nəbi bu gün, sabah keçəcək ələ. 
 
Ş a h m ə m m ə d 
 
Ah, bədbəxt olacaq mənim ceyranım.  
  
 
 


_____________Milli Kitabxana________________ 
73 
 
 
M a h m u d  b ə y 
 
Bizə başağrısı verməyin, canım.  
Qıza baxan kimdir? Söz atanındır.  
Söz malın deyildir, mal satanındır.  
Ağa olacaqsan bu kənddə, ağa,  
Duracaq səninçün hamı ayağa.  
Gəzəcək dillərdə şöhrətin, adın, 
Bir söz, açılacaq qolun, qanadın.  
Get qızı geyindir. 
 
                            Mahmud bəy Koxa ilə nə isə pıçıldaşır. 
 
Ş a h m ə m m ə d 
Nə üçün? 
 
M a h m u d  b ə y 
 
Artıq 
Gəlini götürüb yola çıxmq. 
 
Ş a h m ə m m ə d 
 
   Belə də iş olar? Bəs nişan, üzük?  
 
M a h m u d  b ə y 
 
   Biz öz sözümüzdə doğruyuq, düzük. 
                               Qızı aparırıq bir şərtlə, inan, 
                               Şuşada olacaq ona toy. 
 
Ş a h m ə m m ə d 
 
   Aman... 
 
M a h m u d  b ə y 
 
   Qohumu olursan böyük bir bəyin,  
                               Mənası varmıdır bu deyinməyin?  
                               Get, qızı geyindir! 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə