Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə2/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   2   3   4   5   6   7   8   9   ...   60

_____________Milli Kitabxana________________ 

 
 
 
Ə l i. Düzdür. Mən də yarım adamam. Çünki, sən də, mən də  hələ 
cavanıq, yarım adamıq.  İkimizi birləşdirsələr, onda olarıq tamam-kamal 
adam. Hə, bu barədə danışdın, nə dedilər? 
N a b a t. Çimnaz xanımla danışmışam. O, ürəkdən razıdır. Qalıb 
Qafar əmi - ondan bir az qorxuram. 
Ə 1 i. Qorxma, qorxma, məhəbbətdə qorxu yaramaz. 
N a b a t. Əli, üstümə yenə  əliboş  gəlmisən, adam də istəklisinin 
yanına əliboş gələr? 
Ə l i. Görünür başdan boşam ki, əliboş gəlmişəm. 
N a b a t. Başın olsaydı, mənə rast gəlməzdin ki, tez get, bu küçənin 
başındakı dükandan mənə  çərəz-mərəz al, tez gəl. Alçadan, gilasdan. 
Əlinə nə düşsə al. 
Ə l i. Göz üstə. (Oturur). 
N a b a t. Niyə oturdun, getdə. 
Ə l ı. Gedirəm də. 
N a b a t. Bəs haçan?! 
Ə l i. İndi. 
N a b a t. Yaxşı, yubanma, get. 
Ə l i. Gedirəmdə. 
N a b a t. Adə, bəs haçan? 
Ə l i. Elə indi... 
N a b a t. Məni dığ eləmə. 
Ə 1 i. Bilirsən nə var? 
N a b a t. Nə var? 
Ə 1 İ. Deməyə utanıram. 
N a b a t. Səndə utanan üz olsaydı, mənə rast gəlməzdin. Sözünü de. 
Ə 1 i. Deyirəm ki, deyirəm ki, yeri, bir yerişinə baxım, sonra uça-uça 
gedim. 
N a b a t. Yaxşı, buyur bax. (Nazla yeriyir.) Bu da mənim yerişim. 
Ə 1 i. Can-can, ayağını yerə asta bas, canım çıxdı... Belə  sənin 
yerişinə bu quru canım qurban... Doşab almışam bal çıxıb ki... Mən 
getdim... (Qaçaraq gedir.) 
N a b a t. Yaman zarafatcıl oğlandır... (Oxuyur.) 
Sevgisiz ürək olmaz, 
     Nə gül, nə çiçək olmaz. 
Könül sevməyən gözəl 
       Gözümdə göyçək olmaz. 
 
 


_____________Milli Kitabxana________________ 
10 
 
 
 
Əli gələnəcən gedim mətbəxə çay hazırlayım. (Gedir.) 
Q a f a r (gəlir). Vay, vay nə yaman yoruldum!.. Deyəsən evdə heç kəs 
yoxdur. Görəsən, bunlar hardadır... Onu da çox yaxşı bilirəm ki, indi 
Çimnaz xanım məni görən kimi sevindiyindən körpə  uşaq kimi atılıb-
düşəcək. Çimnaz xanım elə bilir ki, mən bu saat kənddə  xəstə bacımın 
yanındayam. 
Əgər doğrudan o bilsə ki, mən hardaydım, ya od vurub özünü 
yandırar, ya da evdən baş götürüb ömürlük qaçar. Əslində  mən xəstə 
bacımın yox, köhnə tanışım Tanyuşanın yanındaydım. Mənim ona da 
yazığım gəlir. Tanyuşa məni görən kimi ağladı. Mənə  vəfasızsan dedi. 
Oturub şirin-şirin söhbət eləyirdik ki, birdən qulluqçu loxəbər gəlib dedi: 
"Xanım,  əfsər gəlir,  əfsər gəlir". Tanyuşanın rəngi oldu meyit rəngi... 
Mənim ürək-göbəyim düşdü. Dedim; əfsər xeylağı harsı-parsı bilmir, 
yaxşı, birdən çaxdı gülləni təpənə, öləndən sonra əfsərə neyliyə bilərsən. 
Qaldım məəttəl, özümü hansı deşiyə soxum. Sağ olsun, yenə Tanyuşa. 
Məni dal qapıdan ötürdü. Asta qaçan namərddir deyib düz buracan 
yortmuşam.  Əslinə baxsan heç bu əzab,  əziyyətə  dəyməzdi. Tanyuşada 
daha əvvəlki Tanyuşalıq qalmayıb, yox doğrudan qalmayıb, üz-gözündəki 
rəngləri yuyub silsən lap xortdana oxşayar. Yox, Qafar bu səninçin dərs 
olsun. 
Çimnaz xanım ayrı cür arvaddır. Özü gözəl, xasiyyəti özündən də 
gözəl. Yox, yox, biz kişilər öz arvadlarımıza doğrudan da zülm eləyirik. 
Götürək elə  mənim özümü. Xudanəkərdə  mən arvad olmuş olsaydım, 
ərimin belə  işlərinə tab gətirə bilməzdim. Öz xasiyyətimi çox gözəl 
bilirəm.  İşdir, arvad olsaydım, dünyada heç bir kişiylə yola getməzdim. 
Yox, getməzdim. Mən öz xasiyyətimi bilirəm axı. Çimnaz xanım o açıq 
gəzən, klublara, teatrlara gedən arvadlardan olsaydı, çoxdan mənim atamı 
dalıma sarıyardı. Bundan sonra ehtiyat lazımdır, ehtiyat. İndi zəmanə 
başqa zəmanədir.  Əllaflıqla otuz ildə qazandıqlarım sabun köpüyü kimi 
havaya uçub gedər. Yox, mən də özümü bir gün ağlamalıyam... Çimnaz 
xanım yaxşı arvaddır, qoy gedim onun könlünü alım.  (Yataq otağına 
gedarkən Nabat məcməyidə çay gətirir. Q a f a rı görən kimi özünü itirir. 
Məcməyi slindən yerə düşür'.) 
N a b a t. Vaxsey, ağam, vay... 
Q a f a r. Zalımın qızı, neylədin? 
N a b a  t (dili soz tutmur). Mə, mə, mə, mə... 
Q a f a r. Qoyun kimi niyə mələyirsən? Dillənsənə. 
 
 


_____________Milli Kitabxana________________ 
11 
 
 
 
N a b a t. S. s. s. s. s. Sən kəndə getməmişdin? 
Q a f a r. Yox, maşına gecikdim. Tez bu zibilini yığışdır. 
N a b a t. Bu saat... Qafar əmi, sizə nə olub, rənginiz ağarıb? 
Q a f a r. Necə?! Ağarmışam?! Bir az yorğunam. Onunçun... 
N a b a t (kənara). Nə yaman yerdə günü axşamladıq. İndi mən buna 
nə dil töküm ki, sözümə inansm. 
Q a f a r. Nabat, qızım, tez iki nəfərlik süfrə hazırla. 
N a b a t. Qafar əmi, məgər qonağınız gələcək? 
Q a f a r. Nə qonaq?!. Biri mən, biri də Çimnaz xanım. 
N a b a t (süfrə düzəldir).  Nə deyirəm ki. (Kənara) Bu saat Çimnaz 
xanımla üzbəüz oturub şirin-şirin söhbət elərsən. 
Q a f a r. Qoy onu özüm bura gətirim, Çimnaz hansı otaqdadır? 
N a b a t. Yataq otağında. 
Q a f a r. Çox əcəb... (Qapıya doğru gedir.) 
N a b a t. Yox, əcəb baş tutmayacaq. Qafar əmi, qurban olum... 
olmaz... 
Q a f a r. Necə... sən nə danışırsan, çəkil görüm. 
N a b a t. Mən çəkilməyəcəyəm... Sən qapıdan çəkil. 
Q a f a r. Yum ağzını. Səni korlayan o Çimnazdır, Çimnaz. Sənin nə 
haqqın var, mənə söz qaytarasan! Çəkil qabağımdan. 
N a b a t. Bütün dünyanın qoşunları üstümə töksən də 
çəkilməyəcəyəm. 
Q a f a r. Yox, bunun başı xarab olub. Nabat, yoxsa döyülməyin çatıb? 
N a b a t. Yox, hələ çatmayıb. 
Q a f a r. Çəkil. 
N a b a t. Olmaz, olmaz, olmaz! 
Q a f a r. Yaxşı, niyə axı?!. 
N a b a t. Niyəsi odur ki, Çimnaz xanımın başı bərk ağrıyırdı. Getdi 
yatmağa... İndi o şirin yuxudadır. (Qapıya tərəf) Qafar əmi, sən allah gəl 
bir qulaq as. Xor-xoru eşidirsən? 
Q a f a r. Xor-xoru? 
N a b a t. Hə,hə... 
Q a f a r. Doğrudan deyəsən eşidirəm. Qoy gedim bir halını soruşum. 
N a b a t. Dedimki, olmaz. 
Q a f a r. Rəhmətliyin qızı, arvada mənimlə şəriksən məgər? 
N a b a t. Qafar əmi, Çimnaz xanım doğrudan da xəstə kimiydi. Gedib 
yuxudan oyatsanız, vallah, inanın ki, üzünüzə baxan kimi bağrı çatlar. 
 
 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə