Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə3/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   2   3   4   5   6   7   8   9   ...   60

_____________Milli Kitabxana________________ 
12 
 
 
Q a f a r. Ayı-zadam ki, mənə baxanda bağrı çatlasın?! 
N a b a t. Q a f a r əmi, oturun, sizə yemək gətirim. 
Q a f a r. Yox, Çimnazsız boğazımdan heç nə getməz. 
N a b a t. Qafar əmi, bayaqdan sizə baxıb fikirləşirəm. Deyirəm bu 
axır vaxtlarda cavanlaşmısınız. 
Q a f a r. Qoy görək, gözə gətirərsən... Deyirsən Çünnazın başı bərk 
ağrıyırdı? 
N a b a t. Bərkdən bərk. 
Q a f a r. Daha keçib. Bu dəfə tək oturaram. (Oturur, kənara) Qərəz 
bu gün mənimki ikibaşlı gətirmədi. 
N a b a t (kənara). Uf... ürəyim bir az sakit oldu. 
Q a f a r. Get mənim qəlyanımı gətir. 
N a b a t. Qafar əmi, elə burda oturacaqsınız? 
Q a f a r. Yox, çıxıb dam üstə oturacağam. Bu nə axmaq sözdür. 
N a b a t. Qorxuram. Var-gəl elərsiniz, sonra Çimnaz xanım diksinib 
ayılar. 
Q a f a r. Get, tərpənmərəm, Nabat xanım.  (Nabat gedir.) Görəsən, 
Çimnazın dərdi nədir?! Görünür, mənim ayrılığıma dözə bilmir. Mən bir 
yerə gedəndə xiffət eləyir, darıxır, hirslənir, özündən çıxır. Bunlar dərd 
deyil, bəs nədir? Məhəbbət, ayrılıq zarafat deyil, canım. 
Ə1 i (kağız torbalarda meyvə ilə gəlir). 
 
Can gözəl, can gözəl. 
      Mən sənə qurban, Gözəl. 
 
Q a f a r. Adə, sən kimsən? 
Ə l i. Bə, bə, bə, bə... 
Q a f a r. Adə, lal deyilsənki... Sən kimsən, hə?!. 
Ə l i. Mə, mə, mə, mə... 
Q a f a r. Sən də mələyirsən, hə? 
Ə l i. Mə-ə mə, mə... mən mənəm. 
Q a f a r. Mənimlə iş düzəlmir, axı de görüm kimsən, kim?! 
Ə1 i. He, he, heh, heç kim. 
Q a f a r. Yox bu olmadı. Heç kimlə yaxa qurtara bilməzsən. A kişilər, 
mənim evim dönüb olub teatrxana. Cavab ver, yoxsa bu saat öldürərəm 
səni. 
Ə1 i. Çi, çi, çi, Çİmnaz xanım özü bilir. 
Q a f a r. Nəyi bilir, adə?! 
  
 


_____________Milli Kitabxana________________ 
13 
 
 
 
Ə l i. Eşqimizi, bayaq söz verdim ki, meyvə alım gətirim, söhbət 
eliyək, biz bir-birimizə söz vermişik. 
Q a f a r. Adə nadürüstün biri, nadürüst... Necə  yəni söz vermişik... 
Mən sağ ola-ola, sən mənim arvadımı, sənin əcəlin tamamdır. 
Ə 1 i. Mə, mə, mə, mə, mən... 
Q a f a r. Çərənləmə. Mən ölmüşəm ki, sən mənim arvadıma 
məhəbbət elan eləyirsən?! 
Ə l i. Yo, yo-yox... Na-Na-Na-Nabat yaxşı bilir, soruş ondan... mə, 
mə, mə. 
Q a f a r. Hamı  mənim düşmənimmiş ki... Tfu, zatına lənət, ay belə 
arvad... Siz allah bir ona baxm. Bir görün məni kimə satırlar. Yox, bu ev 
deyil, teatrxanadır, teatrxana. Əvvəl bu haramzadəni, sonra da o xain 
arvadı öldürəcəyəm... Aha... titrəyirsən. (Əlini boğazlayır.) 
Ə l i. Vay... öldüm... vay... bo-boğuldum. 
Q a f a r. Öl, köpək oğlu, xalqın arvadına eşqnamə oxuyanda yaxşıdır, 
öləndə pis. Əvvəl səni, sonra da onu. 
Ə 1 i. Bo-bo, boğuldum. 
N a b a t (yüyürərək gəlir. Əlini onun əlindən almağa çalışır). Qafar 
əmi, Qafar əmi, burax onu, o bizim Əlİdir. 
Q a f a r. Dəlidir getsin dəlixanaya, mənim evimə niyə gəlib?! 
N a b a t. Dəli yox, Əlidir, Əli... Xeyir işdən ötəri gəlib ey... 
Q a f a r. Necə, xeyir iş?.. Xalqın arvadına sataşmaqla havaxtdan xeyir 
iş olub? (Əliyə) De kəlmeyi-şəhadətini, əclaf! 
N a b a t. Buraxın, deyirəm sizə... Başınıza hava gəlməyib ki?.. 
Q a f a r. Kişi olsaydın bilərdin ki, adamın arvadına sataşmaq nə 
deməkdir, çəkil. 
N a b a t. Qafar əmi, buraxın onu, yoxsa haray çəkib  şəhərin bütün 
milisionerlərini tökərəm bura. Bu mənimdir, Çimnaz xanımın buna dəxli 
yoxdur. Bu Əlidir, Əlidir. Xeyir işdən ötəri gəlib... Mənim nişanlımdır. 
Q a f a r (Əlini buraxır). Necə, xeyir iş, nişanlı? 
Ə 1 i. Bəli, Qafar əmi... xeyir iş, nişanlı... bayaq dedim məni başa 
düşmədiniz. Çimnaz xanım bu işin içindədir. O sizə bu barədə 
deyəcəkdir. Görünür, hələ deməyib... Nə eybi. Amama öz aramızdır, az 
qalmışdı, məni o dünyalıq eliyəsən ha... 
Q a f a r. Bu nə işdir, bu gecə mənim başıma gəlir. Yox, doğrudan da 
bu gecə bizim ev olub teatrxana. 
N a b a t. Əli bu küçənin başındakı klubda işləyir. 
 
 


_____________Milli Kitabxana________________ 
14 
 
 
Q a f a r. Artist? 
N a b a t. Xeyir a... 
Q a f a r. Ay lotu, gündüz klubda, gecə də mənim evimdə işləyirsən. 
Doğrudan az qalmışdı, səni öldürəm. İkimiz də yaxşı qurtarmışıq... Yaxşı 
di get, bəlkə bir az hirsim soyusun. 
N a b a t. Əli, Qafar əmi düz deyir, get hirsi soyuyandan sonra 
gələrsən. (Ona göz vurur.) 
Ə l i. Nə deyirəm ki... (Gedir.) 
N a b a t. Mən də mətbəxə baş çəkim. (Gedir.) 
Q a f a r. Adə, mən nə pis adammışam... Bir dəqiqənin içində öz gül 
kimi arvadımdan şübhələndim. Amma yazıq Çimnazın heç nədən xəbəri 
yox. Bu saat şirin yuxudadır... Kim bilir bəlkə elə bu dəqiqə yuxusunda 
mənciyəzi görür. Özüm ölüm elədir ki, var, ürəyinə damıb... 
N a b a t (gəlir). Buyurun qəlyanınızı! 
Q a f a r. Ver görək... (Qəlyan çəkir.) Ay qız, Çimnaz xanım yatanda 
nə olarki... Birinci dəfədir məgər. Onu o qədər yuxudan oyatmişam ki... 
Yox, mən ona baş  çəkməsəm bağrım çatlar. Vallah üzümə baxan kimi 
başağrısı  çəkilib gedəcək... Düz tapmışam, Çimnazın dərdinin  əlacı 
mənim üzümü görməkdir. (Qapıya tərəf gedir). 
N a b a t (gabağını kəsir). Hara? 
Q a f a r. Bu da sözdür, arvadımın yanına. 
N a b a t. Bayaq dedim ki,olmaz, olmaz. Xanımın başı bərk ağrayır, 
özü də bu saat şirin yuxudadır. 
Q a f a r. Çəkil qapıdan deyirəm sənə. Mənimlə mala şəriksən məgər. 
Arvad alanda mənimlə maya qoymusan məgər. İtil gözümdən... 
N a b a t. Qafar əmi... deyirəm ki, hə, deyirəm ki, olar ha, amma 
olmaz. 
Q a f a r. Dilin topuq çalır. Rəngində ağappaqdır. Aha, yəqin burda bir 
iş var. 
N a b a t (kənara). İşlər lap alt-üst oldu... Mən nə tədbir töküm axı... 
Qafar əmi, düz tapmısan. Burda bir iş var. Amma dilim gəlmir. 
Q a f a r. İşin içində iş olanda, əlbəttə, dilin gəlməz. Yaxşı tapmışam. 
N a b a t. Yox, tapmamısan Qafar əmi... Bilirsən nə var? (Nazla) 
Q a f a r. Nə var, axı?! 
N a b a t. Qısqanclıq. 
Q a f a r. Bu nə sözdür? 
N a b a t. Deyirəm də... Mən, mən, mən... 
  
 
 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə