Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə4/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   2   3   4   5   6   7   8   9   ...   60

_____________Milli Kitabxana________________ 
15 
 
 
 
Q a f a r. Sonra. 
N a b a t. Səni, səni, səni, səni. 
Q a f a r. Məni, məni, məni, sonra? 
N a b a t. Hə, səni, səni, səni. 
Q a f a r. Uzatma, dalını de... 
N a b a t. Sə, sə, sə... 
Q a f a r. Mənə əlifba dərsi vermə. Müxtəsər sözünü de. 
N a b a t. Mən səni sevirəm. 
Q a f a r. Nə dedin, necə?! 
N a b a t (nazla). Qafar əmi, mən səni doğrudan da sevirəm. 
Q a f a r. Qələt eləyirsən, sevirsən... Danışdığına bax... Səni sevirəm! 
Bəs bayaqkı o dələduz nəçiydi? 
N a b a t. O mənim doğma xalaoğlumdur. Doğrudur, o məni sevir... 
Amma mənim ondan zəhləm gedir. Əgər mən bayaq nişanlımdır 
deməsəydim, indi bəlkə o çoxdan ölmüşdü. Bayaq bir yalandı dedim... 
İndi isə doğru deyirəm, mən səni sevirəm. (Kənara) Görəsən kələyim baş 
tutacaqmı? 
Q a f a r. Doğrudan da mənim evim teatrxanadır, teatrxana. Çəkil, 
gedim arvadımın yanına. 
N a b a t. Olmaz. Mən qısqanıram. Oyan-buyan eləsən belə bağıraram 
ki, dünya tökülər bura. Soruşarlar nə olub, deyərəm, Qafar əmi mənə eşq 
elan eləyirdi. 
Q a f a r. Pah atannan... 
N a b a t. Odur ki, mənim ürəyimdən gələn məhəbbəti yerə salma! 
Dedim ki, mən səni Çimnaz xanımla bir yerdə görəndə  qısqanıram, od 
tutub yanıram. Cızdağım çıxır, istəyirəm xörək içində zəhər verib ikinizi 
də birdən öldürəm. 
Q a f a r. Bu nə deyir, adə?! Bizim əcəlimiz qıldan asılıymış ki... 
N a b a t. Qafar əmi... sözdür deyirəm də... Bunlar hamısı 
məhəbbətdəndir, məhəbbətdən. 
Q a f a r (düşünür, kənara). Görünür, bu şeytan doğrudan da mənə 
vurulub. Mənim kimi kişiyə vurulmayıb kimə vurulacaq. Bu vaxtacan 
buna heç əməlli-başlı diqqət yetirməmişəm. Ölməmiş sifətdən də, 
bədəndən də pis deyil. (Nabata) Ay şeytan, əgər məni sevirdinsə, niyə bu 
vaxta qədər dinməmisən, hə?.. 
N a b a t. Qorxmuşam... Bağışla, Qafar əmi, bir sözdür ağzımdan 
çıxdı... Bağışla məni... Mən Özüm də bilmirəm, indi sizə nə demişəm. 
  
 


_____________Milli Kitabxana________________ 
16 
 
 
Q a f a r. Onu ürəyin səndən daha yaxşı bilər. Gəl otur yanımda görək. 
N a b a t. Nə üçün axı?! 
Q a f a r. Qiyabi də məhəbbət olar? Gəl gör sənə nə deyirəm. 
N a b a t. Yaxşı, dayan... xanım ayılar. Sonra, sonra... Burax məni. 
Q a f a r. Ay qız, Çimnaz xanım dediyin kimi indi şirin yuxudadır. 
Qulağının dibində top da atsan ayılmaz. Qorxursansa qoy qapıları 
bağlayım. (Qulağı qapıya dirəyir.) Qorxma... gözümüz aydın, xoruldayır 
bir gəl qulaq as. 
N a b a t (qulaq asır). Doğrudan da, yaman xoruldayır. 
Q a f a r. Keçmə xoruldayan arvaddan. (Qapıları bağlayır.) 
Dincəldin... Al açarı, indi gəl otur yanımda... 
N a b a t . Mən qorxuram, bəs o biri qapılar. 
Q a f a r. Yaxşı: qoy gedim o biri qapıları da bağlayım. (Gedir.) 
 
Bayırdan səs gəlir. Nabat özünü itirir. Qafarın da öskürayi eşidilir. 
Çimnaz qapıdan başını çıxarır. 
 
Ç i m n a z. Səlamətlikdir?.. Qafar gəlməyib ki?!  
N a b a t (onu geri qaytarır). Qafar əmi gəlib. Odur gəlir... Sonra... 
sonra. Tez, tez. 
 
Çimnaz geri çəkilir. 
 
Q a f a r (gəlir). Ay qız, qulağıma səs gəldi axı. 
N a b a t (kənara).  İndi gör qulağına nə  səs gələcək.  (Bərkdən)  Səs 
gəldi, səs gəlir... Səs gələcək, Nabat güləcək. Çimnaz güləcək. 
Q a f a r. Bu nə danışır, adə... Dəli olmamısan ki?.. 
N a b a t. Olmuşam, oluram, olacağam.  (Titrəyir.)  Məhəbbət, 
məhəbbət... vay... vaxsey... şaxsey... 
Q a f a r. Məhərrəm ayıdır məgər, şaxsey, vaxsey gedirsən? 
N a b a t. Gedirəm özümdən, vay, vay, ölürəm, vay ölürəm. 
Q a f a r. Qışqırma, Çimnaz xanım ayılar. 
N a b a t. Vay başım, vay ürəyim... (Birdən yerə sərələnir.) 
Q a f a r. Adə bu öldü ki, görəsən bunun dərmanı, əlacı nədir. 
N a b a t. Sirkə, abqora. Sirkə abqora. 
Q a f a r. Görünür məhəbbətdəndir. (Mətbəxə cumur, Nabat tez ayağa 
qalxır, qapını açıb Çimnazı yataq otağına ötürür.) 
Ç i m n a z. Necə?.. Bu nə sözdür? Görünür ki... 
 
  


_____________Milli Kitabxana________________ 
17 
 
N a b a t. Yox... Ona aşiq olmasaydım, eşqimi elan eləməsəydim 
eviniz yıxılacaqdı. 
Ç i m n a z. Necə?.. Bu nə sözdür? Görünür ki... 
N a b a t. Daha uzun eləmə, tez keç otağına, yoxsa işlərimi korlarsan. 
(Onu otağa salır.) Soyunandan sonra qapını  tıqqıldadarsan ki, arxayın 
olum. (Təzədən yerə sərələnir.) Vay öldüm. Vaxsey, şaxsey. 
 
Qafar əlində neft şüşəsi gəlir. 
 
Q a f a r. Al bu da sənin abqoran... (Onun başına tökür.)  İndi 
dincəldin. 
N a b a t (qalxır). Dincəldim... (Üst-başını qoxulayır.) Vay, vay... 
Q a f a r. Yenə gətirim? 
N a b a t - Vay. Bu ki neftdir, neft... 
Q a f a r. Neftdir! Qəm yemə, neft tez uçub gedər. Təki sənin 
məhəbbətin uçub getməsin. Gəl indi sənin o mərcan dodaqlarından 
zəhmət haqqımı alım. (Nabatı öpmək istəyir.) 
N a b a t. Çəkil... xain, şorgöz! 
Q a f a r. Necə-necə, xain, şorgöz? 
N a b a t. Bəli. 
Q a f a r. Bəs sən məni sevmirsən? 
N a b a t. Səni, onu, onu, səni. Mən Çimnaz xanımı sevirəm. 
Q a f a r. Heç başım çıxmır, bu nə sirdir. Bəs bayaqkı sözlər, bayaqkı 
eşqlər, məhəbbətlər?.. 
N a b a t. Qafar əmi, siz məni yaxşı tanımırsınız. Mənim tutmam var
hərdən məni cin vurur. Bayaq məni cin vuranda görmədiniz? Gördünüz 
ki... Bayaq az qalmışdı öləm ki. 
Q a f a r. Ölməyin daha məsləhətdi. 
N a b a t. Naxoşam ey... Ürək keçməmə az qalmış  qızdırmanın 
gücündən ağzıma gələni danışıram. Yəqin, görünür, bayaq da elə olub... 
Yaxşı, Qafar əmi, bayaq məni cinlər vuranda sənə nə demişdim axı? 
Q a f a r. Yəni doğrudan da bilmirsən bayaq mənə nə demisən? 
N a b a t. Yox, yox, sizə acı söz, zad deməmişəm ki? 
Q a f a r (kənara). Baxtım ayaq üstəymiş. Yoxsa evim yıxılardı... 
(Bərkdən) Özüm ölüm mənim evim teatrxanaymış. Teatrxana! Aha o nə 
səsdir? 
N a b a t. Yəqin Çimnaz xanım oyanıb. Qoy bir gedim baxım. 
Q a f a r. Çəkil... Bu da bayaqkı deyil... Olmaz, olmaz. Çimnaz, bu 
dəqiqə gəlirəm. Görünür mənsız yaman darıxmısan. 
  
 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə