Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə5/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   2   3   4   5   6   7   8   9   ...   60

_____________Milli Kitabxana________________ 
18 
 
 
 
N a b a t. Darıxmasaydı, ayılmazdı ki... 
Q a f a r. Gəlirəm mənim gülüm-bülbülüm... Əşi adama hər nə olsa 
yenə öz arvadından olar. Yaxşı deyiblər, qonşuya ümid olan şamsız qalar. 
Ç i m n a z (gəlir). Qafar, yenə nə var ki, kefin belə kökdür. 
Q a f a r. Heç, Çimnaz maşına çata bilmədim. Qayıtdım evimə. Sənə 
nə olmuşdu, başın ağrıyırdı? 
Ç i m n a z. Balaca. 
Q a f a r (Nabata). Bəs sən deyirdin lap bərk ağrıyır. Şeytan... Arvad, 
amma öz aramızdır, hərdən yuxuda yaman xoruldayırsan ha. 
Ç i m n a z. Qızdırmadandır, teatr ki var. 
Q a f a r. Necə teatr? Nə teatr? 
Ç i m n a z. Hə, hə, o teatr... yuxudakı teatr, Qafar, yuxuda çox qəribə 
bir teatr görmüşəm. 
Q a f a r. Əcəb eləmisən. (Nabat Əlini pəncərədən otağa salır.) 
Çinınaz, bax, əsil teatr budur, bu. 
Ç i m n a z. Əli yaxşı oğlandir. Nabata layiq oğlandır. 
Q a f a r (onları süzür). Nə deyirəm ki, yaxşı, Çimnaz, yuxuda məni 
görmədin ki! 
Ç i m n a z. Yox. 
Q a f a r (kənara). Yaxşı ki, görməyib, yoxsa atamı yandırardı... 
(Çimnaza) De görüm, yuxuda nə gördün axı? 
Ç i m n a z. Qafar, yuxudakı teatrda bilirsən necə oynayırdım... 
Q a f a r. Olmaz ki, yuxu teatrında oynadığını bizimçin oynayasan 
könlümüz açılsın. 
Ç i m n a z. Bu dəqiqə...Nabat... Sən də gəl birgə oynayaq. Bax belə. 
 
Oynayırlar. 
 
Q a f a r (dingildəyir). A kişilər mənim evim doğrudan da 
teatrxanaymış, teatrxana! 
Ç i m n a z (kənara, ucadan). Öz xoşunla bizi teatrlara aparmayınca, 
bizim evimizdə  hər gecə belə gülməli teatr tamaşaları olacaq. 
(Tamaşaçılara) Hamınız buyurub gələ bilərsiniz. 
 
P Ə R D Ə 
1922 
  
 
 


_____________Milli Kitabxana________________ 
19 
 
 
 
QAÇAQ NƏBİ 
 
Beş pərdəli, doqquz şəkilli tarixi dramatik poema 
 
İŞTİRAK EDƏNLƏR 
 
N  ə  b  i 
              - xalq qəhrəmanı, 30 yaşında. 
H ə c ə r 
             -onun arvadı, 24 yaşında. 
A l ı k i ş i 
             - Nəbinin atası, 50 yaşında. 
G ü l b a c ı               - Həcərin anası, 45 yaşında. 
M e h d i 
             -Nəbinin qardaşı, 25 yaşında. 
Ş a h M ə m m ə d      - Həcərin atası, 45-50 yaşında. 
Ç i m n a z              - Hecərin yoldaşı, 20 yaşında. 
Q u r d K ə r i m        - Nəbinin dəstəsinə soxulmuş satqın; 30 yaşında. 
Q ə h r ə m a n   
T a p d I q 
M ü r s ə l 
           -Nəbiyə qoşulmuş kəndlilər. 
S ə f ər  k i ş i 
Vəli 
M u s a 
          - Təbriz kəndlisi, 40 yaşında. 
Q a s ı m 
          - Təbriz kəndlisi, 35 yaşında. 
G ü l l ü  x a l a        - Musanın arvadı, 30 yaşında. 
Q a z a q V a s i l i   - Nəbiyə qoşulmuş yoxsul gazaq, 35 yaşında. 
T ə h m a s b ə y      - Qarabağ bəyi, 45 yaşında. 
S ə 1 i m  b ə y        - Təhmas bəyin oğlu, 25 yaşında. 
C ü m ş ü d  b ə y    - Qarabağ bəyi, 40 yaşında. 
M a h m u d b ə y    - Qarabağ bəyi, 35 yaşında. 
M ə m m ə d           -  koxa, 40 yaşında. 
X ə l i l 
         -  tacir, 50 yaşında. 
L e y l a 
         - Xəlilin arvadı, 35 yaşında. 
S l a v ç i n s k i      - polkovnik, 50 yaşında. 
C ə l i l 
         - strajnik, 35 yaşında. 
F a t m a 
         - Mürsəlin arvadı, 40 yaşında. 
B ə y l ə r, s t r a j n i k l ə r, q a z a q l a r, k ə n d l i l ə r. 
 
Hadisə 1890-95-ci illərdən bəhs edir. 
  
 
 


_____________Milli Kitabxana________________ 
20 
 
BİRİNCİ PƏRDƏ 
 
BİRİNCİ ŞƏKİL 
 
Qarabağ, Şuşa qalası, Təhmas bəyin həyəti. Bayırda səs-küy qalxır. 
Cümşüd bəy və strajniklər vergi verməyən kəndliləri döyə-döyə 
həyətə gətirirlər. Nəbi bir yanda odun yarır. 
 
C ü m ş ü d  b ə y 
 
Uzun danışmayın deyirəm sizə
   Dərinizi soymaq borc olsun bizə. 
 
S ə f ə r  k i ş i 
 
    Təqsirimiz nədir, bir deyin, bilək. 
 
(Əlini göyə qaldıraraq) 
 
Bu nə güzərandır, ey zalım fələk! 
 
C ü m ş ü d  b ə y 
 
Kəs səsini köpək... Beyniniz kütdür. 
  Bu kəndistan ki var, barsiz söyüddür. 
     Söyürsən, döyürsən, qanmır ki, qanmır, 
                            Özü, öz halına yanmır ki, yanmır. 
  Toxumunuz kəsilsin gərək dünyadan. 
 
T a p d ı q 
 
Sizi kim yaşadar onda firavan? 
 
S ə f ə r  k i ş i 
 
                             Ayağımız yalın, başımız açıq, 
Hamımz bir dərddə, hamımız acıq. 
                            Sıxır pəncəsində vergilər bizi, 
                            Haram yaşamaqdır qudurdan sizi. 
                            Bir söz, əlinizdən gəlmişik cana. 
 


_____________Milli Kitabxana________________ 
21 
 
  
C ü m ş ü d  b ə y 
 
Sus ki, bulaşdırram ağzını qana! 
                               İstəyiniz nədir, deyiniz görək?! 
 
S ə f ə r  k i ş i 
 
Qanlı tifağınız pozulsun gərək! 
 
C ü m ş ü d  b ə y 
 
Bəyliyin yerində murdar donuz tək 
                             Dilənirsiniz, bax, yeyib, içərək. 
                             Donquldanırsınız işə gələndə, 
                             Təqsir öləndədir, ancaq öləndə!.. 
 
Səfər kişini döyürlər, səsə Təhmas bəy çıxır 
 
S ə f ə r  k i ş i 
 
                            Məndə can qalmadı, ah, 
                            Ölürəm, aman allah... 
 
T ə h m a s  b ə y 
 
                           Bu nə qalmaqaldır, bağıran kimdir, 
                            Allahı köməyə çağıran kimdir? 
    Cümşüd bəy, de görüm, nə olub yenə? 
 
C ü m ş ü d  b ə y 
 
                           Bunların ucundan gün yoxdur mənə. 
Səhərdən düşmüşəm əldən, ayaqdan, 
   Sağ yer qoymayıblar məndə bayaqdan. 
                           Dad, aman əlindən bu kəndlilərin, 
                           Od yağır dilindən bu kəndlilərin. 
                           Bu ilki vergilər qalsın bir yana, 
                           Keçən ilinkinə min cür bəhanə 
                           Gətirib vermirlər... 
 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə