Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə8/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   4   5   6   7   8   9   10   11   ...   60

_____________Milli Kitabxana________________ 
32 
 
Zarafat gəlməsin sənə məhəbbət. 
Söz ver ki, ömrünün axırınadək 
Mənim olacaqsan, Həcərim, mənim! 
 
H ə c ə r 
 
Sənindir sinəmdə döyünən ürək 
Yetincəyə qədər əcəlim mənim. 
 
Səlim bəy sərxoş vəziyyətdə otaqdan bayıra çıxıb Həcəri görür. Həcərin 
gözəlliyi onu hcyrətə salır. 
 
S ə l i m  b ə y 
 
Aha... Baxçamıza qonmuş göyərçin,  
Allah göndərmişdir onu mənimçün. 
 
(Nəbiyə) 
 
   Nəbi, bu qız kimdir? 
 
N ə b i 
 
   Bizim ellidir. 
 
S ə l i m  b ə y 
 
Bəh, bəh, bərəkallah, gözələ bax bir.  
Ay qız, adın nədir? 
 
H ə c ə r 
 
   Həcər... 
 
S ə l i m  b ə y 
 
(Cümşüd bəyə) 
 
   Çox gözəl... 
 
H ə c ə r 


_____________Milli Kitabxana________________ 
33 
 
 
(Nəbiyə) 
 
 Mən getdim... 
 
(Getmək istəyir.) 
 
S ə l i m  b ə y 
 
Hara? 
Dur, qaçma, yaxın gəl! 
Səni kim böyüdüb belə nazənin? 
Tayın, bərabərin tapılmaz sənin. 
 
N ə b i 
 
(Həcəri ondan qoruyur.) 
 
Səlim bəy, qoy getsin. 
 
S ə 1 i m  b ə y  
 
Sən dinmə görək! 
 
N ə b i 
 
Yad gözlər  Həcəri görməsin gərək. 
 
Səlim bəy 
 
Gözəli gözlərdən gizlətmək olmaz. 
 
(Qolundan tııtur.) 
 
Gəl gedək, məclisə can gəlsin bir az. 
İçək sağlığına kef otağında. 
 
 
 
 
 


_____________Milli Kitabxana________________ 
34 
 
 
N ə b i 
 
(Həcəri onun əlindən alır.) 
 
Onun nə işi var qan ocağında?!  
Çək onun əlindən murdar əlini! 
 
S ə l i m  b ə y 
 
   Namərdəm kəsməsəm acı dilini. 
 
N ə b i 
 
Bəy vurram... 
 
 
S ə l i  m  b ə y 
 
Sən bunun cürətinə bax!  
Bəyə əl qaldırır südəmər uşaq. 
 
H ə c ə r 
 
   Amandır, ay adam, amandır, kömək! 
 
N ə b i 
 
  Daşdı səbir kasam, al gəldi, köpək! 
 
Səsə Vasili, bir neçə kəndli və Cümşüd bəy gəlir. 
 
C ü m ş ü d  b ə y 
 
       Bəyə əl qaldırmaq?! Nankor qudurğan! 
 
Nəbi ilə əlbəyaxa olurlar, vuruşma zamanı Nəbi Səlim bəyi yerə yıxır. 
Cümşüd bəy Nəbini nişan alarkən Nəbi Səlim bəyi buraxır. 
Növbətçi qazağın tüfəngini alıb Cümşüd bəyi vurur. 
N ə b i 
 


_____________Milli Kitabxana________________ 
35 
 
Sən də al payını, cəllad! 
 
 (Həcərlə birlikdə aradan çıxır.) 
 
C ü m ş ü d  b ə y 
 
 Ah... aman. 
 
Hamı səhnəyə doluşur. 
 
M a h m u d  b ə y 
 
 Nə olub?.. 
 
S ə l i m  b ə y 
 
 Xəyanət... 
 
(Vasilini şillələyir.) 
 
Alçaq, yaramaz. 
 
M a h m u d  b ə y 
 
Tez olun, tez olun, yubanmaq olmaz,  
Atları dörd nala çapın, gətirin, 
 Harda olmuş olsa tapın, gətirin!  
Vurdu Cümşüd kimi mərdi, igidi... 
 
T ə h m a s  b ə y 
 
 Vuran kimdi? 
 
M a h m u d  b ə y 
  
Alı oğlu Nəbiydi! 
 
PƏRDƏ 
 
 
 


_____________Milli Kitabxana________________ 
36 
 
İKİNCİ PƏRDƏ 
 
İKİNCİ ŞƏKİL 
 
 Təhmas bəyin həyatı. Strajnik gəlib otaqdan Təhmas bəyi səsləyir. 
 
S t r a j n i k 
 
Təhmas bəy, a Təhmas bəy! 
 
T ə h m a s  b ə y 
 
Nə olub, ay lovxəbər! 
 
S t r a j n i k 
 
Bədbəxtlik üz veribdir.  
 
T ə h m a s  b ə y 
 
Tez ol, danış müxtəsər! 
 
S t r a j n i k 
 
Nəbi... 
 
T ə h m a s  b ə y 
 
Yenə də Nəbi? Əcəb qalmışıq aciz.  
 
S t r a j n i k 
 
Əsgəran dərəsində soyub poçtu tər-təmız,  
Pullarısa paylayıb lüt, yoxsul kəndlilərə. 
 
T ə h m a s  b ə y 
 
Ayıq olun, demişəm, sizə azı min kərə. 
 
 
  


_____________Milli Kitabxana________________ 
37 
 
S t r a j n i k 
 
Onu gözdən itirdik biz, əlli igid atlı, 
 Bilmədik göyə çıxdı, yoxsa ki, yerə batdı. 
 
T ə h m a s  b ə y 
 
İtil, rədd ol!.. 
Ağalar, yox, buna dözmək olmaz.  
Ürəyimi qurd kimi gəmirib yeyir qisas.  
Qorxudan neçə aydır, rahat yata bilmirik, 
 Nəbini axtarırıq, lakin tuta bilmirik.  
Belə getsə üzümüz əsla gülməyəcəkdir.  
Papaqdır başımızda, deyin, yoxsa ləçəkdir?!  
Nəbinin dəstəsinə qoşulan lüt kəndlilər  
Kökümüzü kəsərlər fürsət tapsalar əgər. 
 
S ə l i m  b ə y 
 
Gündüz-günortaçağı, buna mat qalmışam mən 
 Otuz at qaçırıblar bəyliyin töyləsindən. 
 
T ə h m a s  b ə y 
 
Qorxun, aparmasınlar arvad, uşağımzı,  
Ələ keçirməsinlər bütün torpağınızı.  
Bəylər, qulaq asınız, sözüm acı olsa da,  
Haramdır qeyrətsizə yaşamaq bu dünyada! 
 Hanı vurhavurumuz, hanı gəlhagəlimiz,  
Hanı görən gözümüz, hanı vuran əlimiz?! 
 
S ə l i m  b ə y 
 
İsti-soyuqçun deyil başımdakı bu papaq, 
 Nəslimizin baxtına qılıncım yol açacaq.  
Hər kim olursa olsun, aman vermərəm yada,  
Mən ölümə adınla sözsüz gedərəm, ata! 
  
 
 
 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə