Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə9/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   5   6   7   8   9   10   11   12   ...   60

_____________Milli Kitabxana________________ 
38 
 
T ə h m a s  b ə y 
 
Atana oxşamısan, Səlim, gəl öpüm səni,  
Yaxşı başa düşmüsən oğulluq vəzifəni. 
 
                          Mahmud bəy və Koxa Məmməd kefli halda gəlirlər.
 
 
K o x a 
 
Təhmas bəy, xoş görmüşük, salam bütün bəylərə! 
 
T ə h m a s  b ə y 
 
Gör nə kökə düşmüsən. 
 
K o x a 
 
İçməmişik boş yerə. 
 
T ə h m a s  b ə y 
 
(İstehza ilə) 
 
Çək başına yorğanı, sübhə qədər xorulda,  
Sonra hüzurumuzda yağmasan da, gurulda. 
 
K o x a 
 
Vallah, biz nə yatırıq, nə də xoruldayırıq,  
Mən, Mahmud bəy, bu saat gur-gur guruldayırıq. 
Bir kələk qurmuşuq ki, gələcək bizdən xoşun,  
Məsəl var, bata bilməz bir nəfərə bir qoşun. 
 
T ə h m a s  b ə y 
 
Hardan gəlirsiniz? 
 
K o x a 
 
Kefdən, damağdan. 
 


_____________Milli Kitabxana________________ 
39 
 
 
T ə h m a s  b ə y 
 
Bu haqda deyirdim elə bayaqdan,  
Siz nə haydasınız, aləm nə hayda. 
 
K o x a 
 
Bizim tədbirimiz verməsə fayda  
Vur, öldür məni də, Mahmud bəyi də. 
 
M a h m u d  b ə y 
 
(Təhmas bəyə nə isə pıçıldayır.) 
 
Lap sən deyən oldu. 
 
T ə h m a s  b ə y 
 
Bayaqdan de də... 
 
M a h m u d  b ə y 
 
Boyun qaçırırdı əvvəlcə yaman. 
Sonra tutub onun boş damarından  
Yağlı vədələrlə gətirdik yola,  
Deyin, kim satılmaz pula, qızıla?!  
Sənin sözlərinə qol qoyur tamam. 
 
T ə h m a s  b ə y 
 
Afərin, afərin, bax, buna varam. 
 
K o x a 
 
İndi bildiniz ki, koxalıq nədir? 
 
T ə h m a s  b ə y 
 
Tez ol, qurd Kərimi yanıma gətir. 
  


_____________Milli Kitabxana________________ 
40 
 
K o x a 
 Göz üstə. 
 
T ə h m a s  b ə y 
 
Bəylər, içəri keçin, məni gözləyin bir az, 
Vacib bir iş var, onu təxirə salmaq olnıaz. 
                               Mahmud bəy, deyəsən işlər düzəlir.  
Bir söz, bu hiyləniz xoşuma gəlir. 
 
Koxa Qurd Kərimi gətirir. 
 
T ə h m a s  b ə y 
 
    A gədə, yaxın gəl, yaxşı qulaq as. 
 
K o x a 
 
Mərhəmət kanidir ağamız Təhmas.  
 
T ə h m a s  b ə y 
 
Günahın böyükdür, bilirsən özün,  
Bu gündən azadsan, buna nə sözün?! 
 
Q u r d  K ə r i m 
 
(Təhmas bəyin ayaqlarına qapanır.) 
 
 Sizin qulunuzam ölənə kimi. 
 
T ə h m a s  b ə y 
 
Mahmud bəy fikrimi sənə deyibmi? 
 
Q u r d  K ə r i m 
 
 Bəli, deyib, deyib... 
 
 
 


_____________Milli Kitabxana________________ 
41 
 
T ə h m a s  b ə y 
Bilirsən, demək,  
İnan, baş tutarsa bu böyük kələk  
Bəylərin yanında ucalar başın.  
Tərəddüd etməkdən büsbütün daşın! 
 
Q u r d  K ə r i m 
 
Hərdən düşünəndə əsirəm zağ-zağ. 
 
T ə h m a s  b ə y 
 
 İgid də qorxarmı? 
 
M a h m u d  b ə y 
 
Ağgözə bir bax. 
Fürsət tapan kimi verməzsən aman, 
Sabahın parlaqdır, sözümə inan. 
 
(Ona tapança verir.) 
 
T ə h m a s  b ə y 
 
(Ona pul verir.) 
 
 Arxanda bəylər var, qorxma heç nədən. 
 
Q u r d  K ə r i m 
 
Dedim ki, ömürlük qulunuzam mən. 
 
M a h m u d  b ə y 
 
 Durma, get! 
 
Q u r d  K ə r i m 
 
 Baş üstə! 
(Gedir.) 
  


_____________Milli Kitabxana________________ 
42 
 
T ə h m a s  b ə y 
 
(Mahmud bəyə) 
 
  Afərin, yaşa!.. 
 
K o x a 
 
   Bəs mən yaşamayım? 
 
T ə h m a s  b ə y 
 
Sən də min yaşa! 
Ağalar, bu tədbir baş tutsa əgər,  
Başımız ucalıb göylərə dəyər.  
Açılar gül kimi bəylərin baxtı,  
Sarsılmaz kökündən padşahın taxtı. 
 
PƏRDƏ 
 
ÜÇÜNCÜ ŞƏKİL 
 
Qayalıqdır. Uzaqdan tütək və oxumaq səsi gəlir. Bir azdan sürünə-sürünə 
bir bələdçi səhnədə görünür. Fit verib yoldaşlarını səsləyir. Koxa, 
Qurd Kərim və bir neçə strajnik gəlir. 
 
C ə l i l 
 
Onlar bu ətrafda olsunlar gərək... 
 
K o x a 
 
   Gəlin işimizi vaxtında görək. 
    
                                          Qurd Kərimi ağaca sarıyırlar. 
 
Q u r d  K ə r i m 
 
Gərək qurmayaydıq bu tələni biz,  
Olubdur qorxudan tüklərim biz-biz. 
  


_____________Milli Kitabxana________________ 
43 
 
K o x a 
 
(Qurd Kərimi vurur.) 
 
Bağır, bağırtından titrəsin dağlar!  
Eşidib səsin gəlsin qaçaqlar. 
 
               Onu yalandan vururlar. 
 
Görürəm, döşünə yatmayır şallaq,  
Kimi axtarırdın meşədə, alçaq?! 
 
Q u r d  K ə r i m 
 
Nəbini, Nəbini, qoçaq Nəbini, 
Bəylərin gözünə bıçaq Nəbini. 
 
Vururlar və qaçirlar. 
Cəlili qaçaqlar vurur.Koxanı tuturlar, 
 
N ə b i 
 
(Gəlir.) 
 
Dayanın, bu nədir, kimdir döyülən?  
Niyə dinmirsiniz? Sizinləyəm mən! 
 
K o x a 
 
(Titrəyir.) 
 
Buyruq qullarıyıq, yox, təqsir bizdə,  
Bizə döy dedilər, döyürük biz də. 
 
N ə b i 
 
Kim dedi? Cavab ver! 
 
 
 
 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə