Microsoft Word Superoptik new insert



Yüklə 13,22 Kb.
Pdf görüntüsü
tarix02.03.2018
ölçüsü13,22 Kb.
#29021


İstifadəsi üzrə təlimat 

 

 



SUPEROPTİK    kapsullar 

SUPEROPTIC 



 

 

Bioloji aktiv əlavə 

 

Tərkibi (1 kapsul üçün) 

Lütein........................................................................10 mq 

Zeaksantin............................................................500 mkq 

Omeqa-3 yağ turşuları............................................315 mq 

Doymamış yağ turşuları..........................................250 mq 

A vitamini (retinol asetat)......................................400 mkq 

B1 vitamini (tiamin hidroxlorid)................................1,4 mq 

B2 vitamini (rioboflavin)...........................................1,6 mq 

B3 vitamini (niasin)...................................................18 mq 

B6 vitamini (piridoksin hidroxlorid)..............................2 mq 

B9 vitamini (fol turşusu)........................................200 mkq 

B12 vitamini (sianokobalamin)..................................1 mkq 

C vitamini..................................................................60 mq 

E vitamini (alfa tokoferol asetat)...............................10 mq 

Sink...........................................................................15 mq 

Manqan.......................................................................2 mq 

Mis.........................................................................100 mkq 

Selen.......................................................................40 mkq 

 

Təsir mexanizmi 

SuperOptik görməni normallaşdırmağa kömək edir. Göz daxilində maddələr mübadiləsini 

yaxşılaşdırır, damar divarlarını möhkəmləndirir, antioksidant təsir göstərir və gözü sərbəst 

radikalların təsirindən qoruyur. Fəal tərkib komponentləri sayəsində kompleks təsir 

göstərir: 



Dokozaheksaen turşusu (DHT) (Omeqa-3 yağ turşuları ilə doymamış yağ turşuları birlikdə) 

- normal görməyə kömək edir; 



Sink, B2 vitamini, A vitamini - görmənin normal itiliyini saxlamağa kömək edir; 

Selen, manqan, sink, mis, E vitamini, C vitamini, B2 vitamini - hüceyrələri oksidləşmə 

stressindən (oksidləşmə stressi orqanizm hüceyrələrinin qocalmasına səbəb olan 

amillərdən biridir) qoruyur; 

B3 vitamini, B6 vitamini, B9 vitamini, B12 vitamini - yorğunluğun və yorulmanın azalmasına 

kömək edir; 

Məhsulun tərkibində gözün torlu qişasının sarı ləkəsində rast gəlinən lütein və zeaksantin 

maddələri də vardır. 

 

İstifadəsinə göstərişlər 

SuperOptik aşağıdakı hallar zamanı effektivdir: 

- gözlərdə ağrı və yorğunluq; 

- yaxındangörmənin müalicə və profilaktikası; 

- 40 yaşdan sonra meydana çıxan fizioloji görmə zəifliyi

- torlu qişada distrofiya; 

- diabetik retinopatiya; 

- qaranlıqda görmə zəifliyi; 



- əməliyyat sonrası bərpa dövrü; 

- kontakt linza gəzdirmə

- uzunmüddətli qiraət və kompüter qarşısında iş. 

 

SuperOptik tövsiyyə edilən şəxslər 

Yaşla  əlaqədar görmədə  dəyişikliklərlə bağlı 40 yaşdan yuxarı, həmçinin bu yaşa 

çatmamış, lakin görmə orqanı əlverişsiz xarici amillərin təsirinə məruz qalan şəxslər: 

- kompüter qarşısında işləyənlər; 

- siqaret çəkənlər

- siqaret tüstüsünün təsirinə məruz qalanlar; 

- intensiv günəş şüaları şəraitində işləyənlər; 

- uzun müddət qiraət edən və ya televizora baxanlar; 

- hava qaraldıqdan sonra nəqliyyat vasitələrini idarə edənlər. 

 

Əks göstərişlər 

- preparatın komponentlərinə qarşı yüksək həssaslıq; 

- 12 yaşa qədər uşaqlar

- hamiləlik. 

 

İstifadə qaydası və dozası 

Gündə bir dəfə 1 kapsul olmaqla daxilə qəbul olunur. 

Preparatı yemək vaxtı, az maye ilə qəbul etmək məsləhət görülür. 

Kapsulanı çeynəmək və ya sormaq olmaz. 

 

Buraxılış forması 

10 kapsul blisterdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 

 

Saxlanma şəraiti 

25ºC-dən aşağı temperaturda, quru, işıq düşməyən yerdə saxlamaq lazımdır. 

Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

 

İstehsalçı 



«MEDANA PHARMA» SC 

Yüklə 13,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə