Microsoft Word S?xsiyy?t v?siq?sinin al?nmas?doc



Yüklə 23,35 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü23,35 Kb.
#1865


Şəxsiyyət vəsiqəsinin alınması  

 

 



1 .   Şəxsiyyət vəsiqəsinin hansı növləri var? 

 

•  16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi; 



•  16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. 

 

2. Şəxsiyyət vəsiqəsinin verilməsi üçün hansı sənədlər tələb olunur? 

Şə

xsiyyət  vəsiqəsinin  verilməsi  üçün  Azərbaycan  Respublikasının  hər  bir  vətəndaşının  və  ya 



onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın 2 ədəd 

3X4 ölçüdə fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan 

Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər tələb olunur. 

 

 4. Şəxsiyyət vəsiqəsi hansı müddətə verilir? 

 Şəxsiyyət  vəsiqəsi  Azərbaycan  Respublikasının  vətəndaşının  müraciətindən    ən  geci  10  gün 

keçənədək verilir.  

 

5. Hansı hallarda şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir?  

•  Azərbaycan Respublikası vətəndaşı 25, 35, 50 yaşına çatdıqda,  

•  Azərbaycan Respublikası vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi 

vəzifəsi dəyişildikdə, 

•  Azərbaycan  Respublikası  vətəndaşının  şəxsiyyət  vəsiqəsində  olan  yazılar  təhrif  edildikdə, 

şə

xsiyyət vəsiqəsi yararsız hala düşdükdə, 



•  Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi  itdikdə,   

•  Şəxsiyyət vəsiqəsi bu hallardan biri baş verdikdən sonra bir ay ərzində dəyişdirməlidir. 

 

6. Şəxsiyyət vəsiqəsi verilərkən qanunla hansı məbləğdə dövlət rüsumu ödənilməsi nəzərdə 

tutulmuşdur? 

 

•  16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqəsi verilməsi 



üçün 

  -üç iş günü müddətində verildikdə 5 manat,  

  -üç  iş  günündən  sonrakı  müddətdə  verildikdə  1  manat  məbləğdə  dövlət  rüsumu                             

ödənilməsi qanunla müəyyən edilmişdr. 

•  16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır.  

 

           



 8.  Azərbaycan  Respublikasının  vətəndaşları  25,  35,  50  yaşına  çatdıqda,  həmçinin  onların 

soyadı,  adı,  atasının  adı,  yaşayış  yeri,  ailə  vəziyyəti  və  hərbi  vəzifəsi  dəyişdikdə  şəxsiyyə

vəsiqəsinin  dəyişdirilməsinə  görə  qanunla  hansı  məbləğdə  dövlət  rüsumu  müəyyə

edilmişdir? 

Azərbaycan  Respublikasının  vətəndaşları  25,  35,  50  yaşına  çatdıqda,  həmçinin  onların  soyadı, 

adı,  atasının  adı,  yaşayış  yeri,  ailə  vəziyyəti  və  hərbi  vəzifəsi  dəyişdikdə  şəxsiyyət  vəsiqəsinin 

dəyişdirilməsinə görə 2 manat dövlət rüsumu müəyyən edilmişdir.  



 

9. Şəxsiyyət vəsiqəsi vətəndaşdan  hansı hallarda müvəqqəti alınır? 

Azərbaycan  Respublikası  vətəndaşının  şəxsiyyət  vəsiqəsi  vətəndaşdan  aşağıdakı  hallarda 

müvəqqəti olaraq alınır:  

•  Vətəndaş müddətli həqiqi hərbi xidmətə çağırıldıqda onun yaşadığı yerin hərbi komissarlığı, 

hərbi  tədris  müəssisəsinə  daxil  olduqda  isə  həmin  müəssisənin  müdiriyyəti  çağırışçının 

(kursantın) şəxsiyyət vəsiqəsini müvəqqəti alaraq hərbi xidmət başa çatanadək saxlamaq və 




sonra sahibinə qaytarmaq üçün yaşayış yeri üzrə müvafiq dövlət orqanına göndərir. 

•  Barəsində  həbsəalma  qəti-imkan  tədbiri  seçilmiş,  azadlığın  məhdudlaşdırılması,  müəyyən 

müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya 

məhkum olunmuş şəxslərdən şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları 

və  cəzanı  icra  edən  orqanlar  tərəfindən  müvəqqəti  alınır  və  həmin  şəxs  haqqında  iş  üzrə 

icraata və ya şəxsi işə əlavə edilir. 

•  Göstərilən əsaslar aradan qalxdıqda şəxsiyyət vəsiqəsi dərhal sahibinə qaytarılır.  

 

10. Şəxsiyyət vəsiqəsi olmadan və ya yaşayış yeri üzrə qeydiyyatdan keçmədən yaşamasına 



görə qanunla hansı inzibati məsuliyyət müəyyən olunmuşdur?  

Vətəndaşın  bir  aydan  artıq  müddətdə  şəxsiyyət  vəsiqəsi  olmadan  yaşamasına,  habelə  həmin 

müddət ərzində yaşayış yeri üzrə qeydiyyatdan keçmədən yaşamasına görə xəbərdarlıq edilir və 

ya üç manatdan beş manatadək

 miqdarda cərimə edilir. 

 

11.Hansı hallarda Şəxsiyyət vəsiqəsi təhvil verilir?

 

•  Vətəndaş  öldükdə  onun  şəxsiyyət  vəsiqəsi  vətəndaşlıq  vəziyyəti  aktlarının  dövlət 

qeydiyyatını  aparan  orqana  təhvil  verilir  və  həmin  orqan  vətəndaşın  ölümünü  qeydə 

aldıqdan sonra şəxsiyyət vəsiqəsi onu vermiş müvafiq dövlət orqanına göndərilir. 

•  Tapılmış şəxsiyyət vəsiqəsi onu verən dövlət orqanına təhvil verilməlidir. 

 

12. Hansı hallarda Şəxsiyyət vəsiqəsi qüvvədən düşş hesab edilir?  

 Dəyişdirilməsi  nəzərdə  tutulmuş  hallarda    1  ay  ərzində  dəyişdirilməzsə  şəxsiyyət  vəsiqəsi 

qüvvədən düşmüş hesab olunur. 

 

 

13. Şəxsiyyət vəsiqəsinin  itirilməsi və ya qəsdən korlanmasına görə hansı məbləğdə cərimə 



edilir? 

 

Şə



xsiyyət vəsiqəsinin itirilməsi və ya qəsdən korlanmasına görə təqsirli şəxslər on beş manatdan 

iyirmi beş manatadək miqdarda cərimə edilir. 

 

14.   Şəxsiyyət vəsiqəsi vətəndaşın öz təqsiri üzündən itdikdə və ya yararsız hala düşdükdə 



onun dəyişdirilməsinə görə qanunla  hansı məbləğdə dövlət rüsumu müəyyən edilmişdir?  

Şə

xsiyyət  vəsiqəsi  vətəndaşın  öz  təqsiri  üzündən  itdikdə  və  ya  yararsız  hala  düşdükdə  onun 



dəyişdirilməsinə görə 3 manat dövlət rüsumu müəyyən edilmişdir.  

 

15.  Şəxsiyyət  vəsiqəsinin  verilməsindən  imtina  edilməsində,  onun  verilməsi  üçün 

vətəndaşdan  nəzərdə  tutulmayan  sənədlər  tələb  edilməsində  və  ya  şəxsiyyət  vəsiqəsinin 

verilməsində  (dəyişdirilməsində)  süründürməçiliyə  yol  verilməsində  təqsirli  şəxslər  hansı  

qaydada inzibati məsuliyyət daşıyırlar?  

Vətəndaşlara  onların  şəxsiyyət  vəsiqələrinin  və  ya  pasportlarının  verilməsindən  əsassız  imtina 

edilməsinə,  verilməsi  üçün  qanunla  nəzərdə  tutulmayan  əlavə  sənədlər  tələb  edilməsinə  və  ya 

onların verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına 



və ya girov götürülməsinə görə səksən beş manatdan doxsan manatadək miqdarda cərimə edilir. 

 

Yüklə 23,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə