Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/32
tarix17.09.2017
ölçüsü5,01 Kb.
#438
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

 
- 42 -
larını ödəmək baxımından bu gün də TV kanalları 
üçün bir örnək, ən gözəl nümunədir. 
İncəsənətin məqsədi insanın emosional-mənə-
vi dünyasını zənginləşdirmək, onu daha saf, daha tə-
miz etmək – onun mənəvi imkanlarını artırmaqdır. 
Elmin məqsədi isə insanın intellektual dünyasını 
zənginləşdirmək, onu daha məlumatlı, daha bilikli 
etmək və bu biliyin qüvvəyə çevrilməsi sayəsində 
onun maddi təsir imkanlarını artırmaqdır. 
Elm əhli olmaq, hələ kamal əhli olmaq deyil. 
Kamalın qələbəsi üçün yüksək elmi-texniki səviyyə 
ona uyğun gələn yüksək mənəvi-əxlaqi səviyyə ilə 
tamamlanmalıdır.  
Belə bir sual ortaya çıxır ki, Xudu Məmmə-
dov – daha çox alim, müəllim, yoxsa ziyalı idi? 
Onun elmi yaradıcılıq fəaliyyəti barədə az-çox 
dərəcədə  işıqlandırılmışdır. Amma mən onun haq-
qında bir müəllim və ziyalı kimi danışmaq istəyi-
rəm. Təkcə ona görə yox ki, o, mənim müəllimim 
olmuş, bizə “kristalloqrafiya” fənnini tədris etmiş-
dir, həm də ona görə ki, onun qeyri-adi, çox yüksək 
bir müəllimlik istedadı var idi. Tək universitet audi-
toriyası üçün yox, bütün ölkə miqyasında: televizi-
yada apardığı “Elm və  həyat” proqramı, məclislər-
dəki çıxışları, gənclərə tövsiyələri ilə. Mən də ondan 
kristalloqrafiyadan daha çox, yaradıcı təfəkkür üsul-
larını, adi görünən  şeylərə  fərqli baxış imkanlarını 
öyrənmişəm. Əlbəttə, o dövrdə biz Xudu müəllimin 


 
- 43 -
başqalarından fərqini bir o qədər də  dərk edə bil-
məzdik. Tədris etdiyi fənni daha sistemli, daha əya-
ni və yaddaqalan şəkildə öyrədən müəllimlərimiz az 
deyildi. Təkcə onu xatırlatmaq kifayətdir ki, bizə o 
dövrdə Mehdi Əliyev, Kəriş Köçərli, Rəhmi Həsə-
nov, Mədət Sərdarlı kimi tanınmış metodistlər dərs 
keçirdilər. Əksinə, X.Məmmədov bu baxımdan on-
larla rəqabətə girə bilməzdi. Xudu müəllimin stan-
dartlardan, bəzən hətta mövzudan kənara çıxması, 
tez-tez diqqəti adi şüur səviyyəsində məsələlərə yö-
nəltməsi və adiliyin özündə heyrətamiz məqamları 
görüb düşünmək, düşündürmək, suallar qoymaq 
vərdişi aşılaması – bütün bunlar dəyərini indi-indi 
anladığımız böyük bir yaradıcılıq məktəbi idi.  
Universitet müəllimləri həm də elm adam-
larıdır, elmi tədqiqat vərdişlərinə malikdirlər. Əlbət-
tə, müəllimin ilk əsas vəzifəsi tədris etmək, məlum 
bilikləri öyrətməkdir. Lakin necə etmək olar ki, 
müəllimlik və alimlik tam müstəqil fəaliyyət sahə-
ləri kimi bir-birinə qarşı dayanmasın,  əksinə, eyni 
məqsəd  ətrafında birləşərək bir-birini tamamlasın? 
Axı, əsl müəllim heç də yalnız hazır biliklərin mə-
nimsədilməsi ilə kifayətlənməməli, tələbələrə  həm 
də yeni bilik axtarılması yollarını öyrətməli, tədqi-
qat vərdişləri aşılamalıdır. Yaradıcı təfəkkür əldə et-
mədən, tələbə aldığı bilikləri uğurla tətbiq edə bil-
məz və yeni, qeyri-ənənəvi vəziyyətlərdə çıxış yolu 
tapa bilməyəndə durğunluğun,  ətalətin, ehkamçılı-
ğın daşıyıcısı olar.  


 
- 44 -
Hazır biliklərin öyrədilməsi ilə kifayətlənmə-
mək və tələbələrdə tədqiqatçılıq vərdişləri, yaradıcı 
təfəkkür formalaşdırmaq üçün isə  tədris prosesinin 
özü real tədqiqat laboratoriyasına çevrilməlidir. Xu-
du Məmmədov tələbələrinə hansı isə hazır bilik-
lərdən daha çox, istənilən məsələyə elmi yanaşma-
nın – alimliyin yollarını öyrədirmiş. 
Biz universiteti bitirdikdən sonra da Xudu 
müəllimlə əlaqəni davam etdirir, ondan məsləhətlər 
alırdıq. Onun həm Fiziki kimya institutunda, həm də 
Fizika institutunda laboratoriyası var idi. Lakin bizi 
içəri buraxmaq üçün hər dəfə xüsusi icazə almalı 
olurduq. Bir dəfə bu ciddiyyətin və rəsmiyyətin sə-
bəbini soruşanda, o məsələni özünəməxsus yumorla 
belə izah etdi: “Siz elə bilirsiniz ki, burada çox 
məxfi nəticələr alınır və elmi sirləri qorumaq üçün 
belə ciddiyyət göstərilir? Yox, əslində kənar adam-
lar burada tədqiqat aparılmadığından xəbər tutma-
sınlar deyə, içəri buraxılmırlar”.  
Bəli, o vaxt elmin idarə olunması sosializm 
ənənələrinə müvafiq olaraq inzibatçılıq yolu ilə 
həyata keçirilirdi. Həmin dövrdə elmin spesifikasını 
nəzərə almadan elmi institutlarda və ali məktəb 
kafedralarında, təsərrüfat müəssisələrində analoji ni-
zam-intizam yaratmağa təşəbbüs göstərilir, «təşki-
latçılıq qabiliyyəti» olan adamlar elmdə  də «dəmir 
qayda»ya nail olurdular. Akademiyanın qapısı  ağ-
zına milis işçiləri qoyulması və ali məktəb müəllim-
lərinin, başqa müəssisələrdə çalışan alimlərin içəri 


 
- 45 -
buraxılmaması, elmi işçilərdən elmi nəticə soruş-
maq  əvəzinə, onların səkkiz saat şöbədə oturmala-
rının təmin edilməsi elmi işin və elmi əməkdaşlığın 
spesifikasını «unutmaqdan» irəli gəlirdi.  
Təəssüf ki, bəzən yenə  də elmdə islahatdan 
danışılan kimi, yada düşən elə formal nizam-intizam 
olur. 
Xudu Məmmədov elmşünasliq problemlərinin 
böyük bilicisi idi. Bu problemləri bizə izah etmək 
üçün o, fikirlərini çox vaxt konkret misallar üzərin-
də qururdu. Bir dəfə o belə bir hadisə danışdı: Aka-
demik  İ.Vekua Novosibirskdən qayıdaraq Gürcüs-
tan SSR Elmlər Akademiyasına prezident təyin 
olunandan sonra bir sıra dəyişikliklər həyata keçirir 
ki, köhnə stereotiplərə uyğunlaşmış adamlar bunu 
heç cür qəbul edə bilmirlər. Onun təşəbbüsü ilə yeni 
elmi-tədqiqat institutu açılır və bura yüksək maaşla 
istedadlı  gənc alimlər cəlb olunur. Bu alimlər işə 
vaxtı-vaxtında gəlib getmədiyi üçün və hər kvartal-
da konkret nəticələr  əsasında hesabat vermək  əvə-
zinə taleyi qabaqcadan məlum olmayan «uzaq məq-
sədlər» uğrunda çalışdıqları üçün bir qrup “qanun-
pərəst” Moskvaya şikayət yazır ki, akademik İ.Ve-
kua dövlət pulunu havayı  xərcləyir, işə  gəlməyən 
adamlara yüksək maaş verir, onları növbəsiz mən-
zillə təmin edir. Yoxlama gəlib iş vaxtında deyilən-
lərin doğru olduğunu müəyyən edir. Axşam ko-
missiya üzvləri hansı isə yubiley məclisində iştirak 
edir və gecə yarısı banketdən qayıdanda akademik 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə