Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/32
tarix17.09.2017
ölçüsü5,01 Kb.
#438
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

 
- 46 -
İ.Vekua maşınları həmin institutun yanından sürmə-
yi xahiş edir. Baxıb görürlər ki, gündüz adamsız 
olan otaqların çoxunda gecə işıq yanır. Məlum olur 
ki, tədqiqatçılar məhz «iş vaxtı» adlanan müddətdə 
deyil, onlara yaradıcılıq üçün hansı vaxt münasib-
dirsə, o vaxtda işləyirlər. İşçilərə verilən bu sərbəst-
lik elmi işlərin səmərəsini daha da artırır. Onların 
hər kvartalda konkret nəticə  tələbindən xilas edil-
məsi, onlara etimad göstərilməsi və  şərait yaradıl-
ması diqqəti daha böyük problemlərə yönəltməyə, 
elmin təkcə bu günü üçün deyil, həm də sabahı üçün 
çalışmağa imkan yaradıb. 
Elmdə formal hesabat sisteminin tətbiq edil-
məsi nəinki məsuliyyət hissini artırmır, hətta əsl el-
mi meyarları pərdələməklə qarışqanı fil, fili qarışqa 
etməyə imkan yaradır, elm sahəsində «pripiska»nın 
yayılmasına səbəb olur. Əksər elmi-tədqiqat insti-
tutlarında və xüsusən ali məktəb kafedralarında plan 
üzrə görülən illik elmi iş dedikdə makinada səliqə 
ilə çap edilmiş müəyyən həcmli (yenə də kəmiyyət 
meyar kimi çıxış edir) yazı  nəzərdə tutulur. Onun 
elmi dəyərini isbat etmək üçün istənilən iki nəfərdən 
rəy almaq kifayətdir. Nəticədə hamı bir-birinin işinə 
gözəl rəylər yazır və «tədqiqat işləri» müəllimin ça-
lışdığı  şöbədə  və ya kafedrada «müzakirə olunur». 
Rəqabət prinsipi işləməyən yerdə heç kim öz yol-
daşına qarşı «bədxahlıq» etmək niyyətinə düşmür. 
Əgər tək-tək istisnalar varsa, bunlar da elmi prinsi-
piallıqdan yox, şəxsi münasibətdən doğur. Çünki el-


 
- 47 -
mi rəqabət mühiti və dəqiq elmi meyarlar olmayan-
da dəyərsiz «tədqiqatları» tərifləmək, həqiqi elmi 
sanbalı olan tədqiqatları isə «alt-üst» etmək müm-
kündür. 
Ali məktəbdə çalışan yüksək ixtisaslı elmi 
kadrlar elmi tədqiqat işi üçün lazımi şərait əldə edə 
bilmirlər. Ali məktəblərin elmi tədqiqat bölmələrin-
də əsasən tədris fəaliyyətinə cəlb olunmamış, bu və 
ya digər səbəbdən müəllim kimi ixtisara düşmüş və 
ya "ehtiyat qüvvəyə" daxil olan adamlar çalışırlar 
ki, bu da ən böyük elmi potensiala malik olan pro-
fessor-müəllim heyətinin yenə də fəal elmi tədqiqat-
dan kənarda qaldığına dəlalət edir. Nəticədə  nəinki 
professor-müəllim heyətinin elmi tədqiqat imkanları 
reallaşmır, həm də bu imkanları  tədricən itirməklə 
onlar yaradıcı müəllim kimi də çox şey itirmiş olur-
lar.  
Qərb dünyasında elm haqqında yazılan, onun 
mahiyyəti və funksiyalsrı ilə bağlı olan əsərlər çox-
dur.  Şərq ölkələrində isə poeziya haqqında, musiqi 
haqqında yüzlərlə  əsər yazılsa da, elm haqqında 
əsərlərə çox nadir hallarda rast gəlmək mümkündür. 
Xudu Məmmədovun “Qoşa qanad” əsəri isə daha 
çox dərəcədə yerli mühiti və mentaliteti də  nəzərə 
almaqla yazıldığından bizim üçün qat-qat dəyərlidir. 
Düşünürük ki, milli mentaliteti bizə uyğun olan 
adamların elm haqqında fikirləri yerli şəraitdə elmə 
münasibətin formalaşması  və elmun optimal təşki-
latlanması işində daha çox yardımçı ola bilər. 


 
- 48 -
 
Əbdüs-Səlam, Xudu Məmmədov və Oqtay 
Sinanoğlu haqqında 
 
O vaxtlar – Xudu Məmmədovun bizə  dərs 
dediyi 70-ci illərdə və universiteti bitirdikdən sonra 
müntəzəm xarakter almış görüşlərimiz zamanı biz 
kristalloqrafiyadan, təbiət hadisələrindən maddələ-
rin quruluşundan daha çox, insan təbiətindən, cə-
miyyətin quruluşundan bəhs edərdik. Kristalların və 
milli ornamentlərin strukturu, təbiətin yaddaşı ilə 
milli təfəkkür arasında eyniyyət məsələləri fəlsəfi 
yaradıcılıq yolunu seçmiş  gənc fizik üçün maraqlı 
olmaya bilməzdi. Bizi bağlayan məhz təbiətə və in-
san həyatına fəlsəfi səviyyədə yanaşma tərzi idi. 
Mübahisələr də çox olurdu. Bir dəfə  mən isbat et-
məyə çalışdım ki, biz Qərbin neçə yüz illər ərzində 
qalxdığı  səviyyəni qısa bir müddətdə  mənimsəyib 
onlarla yarışa bilmərik; ona görə də optimal bir yol 
seçmək lazımdır. Bu yol isə Qərbdən hazır elmi nə-
ticələri götürərək onların daha tez tətbiqinə nail ol-
maqdır. Görünür, mən həm də Yaponiya təcrübə-
sinə istinad edirdim. Lakin gözlədiyimin əksinə ola-
raq Xudu müəllim bu fikrə etiraz etdi və dedi ki, hər 
bir xalq dünya sivilizasiyasına nə qədər pay verirsə, 
ancaq o qədər də götürə bilər.  
O vaxtdan neçə illər keçmişdir və bizim ümu-
mi məhsuldan, dünya sivilizasiyasından daha çox 
pay götürmək iddialarımızın həmişə tərsinə çevrildi-


 
- 49 -
yinin şahidi olmuşam. Nəyi isə əvəzsiz almaq ancaq 
illüziya imiş. Elmi-texniki sahədə aldıqlarımızın bə-
dəlini sən demə mənəviyyatımızla ödəyirmişik.  
Bəs çıxış yolu nədədir? 
Bunun üçün, əlbəttə, orta əsrlərdə islam dün-
yasının indiki Qərb ölkələrinə nisbətən çox irəlidə 
olmasına rəğmən, tədricən geri qalmasının səbəblə-
rini müəyyənləşdirmək lazımdır. Elmin ön cəbhə-
sindəki ayrı-ayrı nümunələr, yəni müsəlmanların 
normal elmi mühitdə çalışarkən, heç kimdən geri 
qalmayaraq böyük uğurlar qazanması faktları göstə-
rir ki, hər şey ictimai mühitlə bağlıdır. Yəni söhbət 
islami dünyagörüşünün guya elmin inkişafı üçün əl-
verişli olmaması haqqında yaradılmış mifin dağıdıl-
masından gedir. Problem cəmiyyətin təşkilatlanması 
və onun strukturunda elm üçün normal şərait yara-
dılması ilə bağlıdır.  İngiltərədə  təhsil alan və 
İtaliyada, özünün yaratdığı nəzəri fizika mərkəzində 
çalışan Əbdüs-Səlamın, ABŞ-ın ən məşhur universi-
tetlərindən olan Yel universitetində çalışan Oqtay 
Sinanoğlunun, habelə cəmi bir neçə il Moskvada və 
bir il İngiltərədə çalışdıqdan sonra vətənə dönən 
Xudu Məmmədovun timsalında biz bir daha bunun 
şahidi oluruq.  
Məktəb olimpiadalarında gənc fiziklərimizin, 
riyaziyyatçılarımızın, bioloqlarımızın uğurları, hər il 
neçə-neçə  məktəblinin vətənə  qızıl medalla qayıt-
ması artıq bir ənənəyə çevrilmişdir. Bəs sonra? Son-
ra  əlverişli elmi mühitin yoxluğu ucbatından bu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə