Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc



Yüklə 5,01 Kb.

səhifə13/32
tarix17.09.2017
ölçüsü5,01 Kb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   32

 
- 55 -
publikadakı idarəçilik üsulundan irəli gələn büro-
kratik  əngəllərə yaxşı  bələd idi və öz ideyasını, 
təməlini qoyduğu yeni tədqiqat istiqamətini yaşat-
maq, öz planlarını  həyata keçirmək üçün alternativ 
yollar axtarırdı. 
 
 
 
 
Zamanın nəbzini gözəl duyan Aida xanım 
dövlət qurumları üçün səciyyəvi maneələrdən və 
bürokratiyadan uzaq olan, Azərbaycanda fəlsəfi fik-
rin və humanitar təhsilin nisbi-müstəqil inkişafına 
imkan açan yeni tipli elm-təhsil mərkəzinin, özəl 
Azərbaycan Universitetinin yaranmasına dəstək ver-
di və bu Universitetin açılış mərasimindəki çıxışın-
da «Şərq-Qərb» problemini bizə  əsas elmi yaradı-


 
- 56 -
cılıq istiqaməti kimi tövsiyə etdi. «Şərq-Qərb» Təd-
qiqat Mərkəzi və onun orqanı olan «İpək Yolu» 
jurnalının ideyası da elə o vaxt verildi. Lakin həssas 
qəlbli Aida xanım o vaxtkı ictimai-siyasi mühitin 
təbəddülatlarına, 20 yanvar faciəsinə, Dağlıq Qara-
bağla bağlı  ədalətsizliklərə dözmədi və bu birgə 
yaradıcılıq planları yarımçıq qaldı. Nə yaxşı ki, 
ümumxalq lideri Heydər  Əliyevin hakimiyyətə  gə-
lişi ilə ictimai-siyasi sabitlik yaranması sayəsində 
biz bu ideya ətrafında yaradıcılıq fəaliyyətini bərpa 
edə bildik.  
Artıq on ildir ki, Azərbaycan Universitetinin 
nəzdində  «Şərq-Qərb» Tədqiqat Mərkəzi fəaliyyət 
göstərir. Yeddi ildir ki, bu mərkəz özünün jurnalını 
– 1996-cı ildə  Mətbuat Nazirliyində  və daha sonra 
YUNESKO-da qeydiyyatdan keçmiş beynəlxalq 
elmi-publisistik «İpək Yolu» jurnalını nəşr edir. (O 
vaxt Azərbaycanın bütün fəaliyyət sahələrində uğur-
lu başlanğıclar Heydər  Əliyevin ideyaları ilə bağlı 
idi. Böyük İpək Yolunun bərpası ideyası da, bunun-
la  əlaqədar Bakıda 34 dövlət başçısının iştirakı ilə 
Beynəlxalq Konfrans keçirmək ideyası da Heydər 
Əliyevə  məxsus idi. Lakin konfransdan sonra, ye-
kun iclasında hətta o da öz təəccübünü gizlətməmiş-
di: «Sən demə, bizdə «İpək Yolu» jurnalı da çıxır-
mış, həm də ingilis dilində…». Və dönüb salondakı-
lardan soruşmuşdu: Bu kimin təşəbbüsüdür? Lakin 
heç kim cavab verə bilməmişdi.  İdeyanın Aida xa-
nım İmanquliyevaya məxsus olduğunu salondakılar 


 
- 57 -
sadəcə olaraq bilmirdilər. Jurnalın üz qabığında, 
hətta ingilis dilindəki nömrədə də iri hərflərlə «Şərq 
və Qərbin vəhdəti bəşəriyyətin İpək Yoludur!» söz-
ləri yazılmışdı.  İndi də yazılır. Bu, həmin ideyanın 
necə doğulmasına işarədir. 1991-ci ildə jurnal çap 
etmək hər cəhətdən çətin məsələ idi. Lakin Aida xa-
nım texniki problemlərin həllini də qabaqcadan 
planlaşdırmışdı.  İran konsulluğu «Şərq» jurnalının 
(sonradan onu «Şərq və  Qərb» adlandırmaq qərara 
alınmışdı) çapı üçün o vaxt üçün yenilik sayılan 
kompüter-mətbəə kompleksi bağışlamağı vəd etmiş-
di. Lakin Şərqşünaslıq  İnstitutu müstəqil hüquqi 
şəxs olmadığından, biz bu ideyanı Azərbaycan 
Universitetinin bazasında həyata keçirmək təklifini 
vermişdik. Universitetin açılış  mərasimində  İran 
konsulunun iştirakı da bu planlarla bağlı idi. Düz-
dür, faciəvi itki başqa planlar kimi bunu da yarımçıq 
qoydu. Lakin ideya o dərəcədə cazibədar idi ki, 
«Şərq-Qərb» Tədqiqat Mərkəzi fəaliyyətə başlayan 
kimi, onun jurnalını da dərc etmək qərarına gəldik. 
Yeri gəlmişkən, Aida xanımın bu nəcib təşəbbüsü 
təkcə «İpək yolu» ilə davam etdirilmir. Azərbaycan-
da  Şərq təməlinin milli sənət  ənənələri timsalında 
təsdiqinə  və Azərbaycan mədəni-mənəvi dəyərləri-
nin beynəlxalq miqyasda təbliğinə xidmət edən və 
yüksək zövqlə nəşr olunan «Azərbaycan – İRS» jur-
nalı da məhz Aida xanımın ideyalarının təcəssümü-
nə xidmət edir. 


 
- 58 -
Bu Tədqiqat Mərkəzində Şərq və Qərb sivili-
zasiyaları arasında dialoq və qarşıdurma problem-
ləri, iqtisadi, siyasi və  mədəni-mənəvi inteqrasiya 
prosesləri araşdırılır və Azərbaycanın bu proseslər-
də oynadığı rol, qarşıda duran vəzifələr tədqiq edi-
lir. Bu Mərkəzdə Azərbaycanın müxtəlif elm sahə-
lərini təmsil edən çox görkəmli alimləri müntəzəm 
olaraq fikir mübadiləsi aparır və alınan elmi nəti-
cələr hər il «Azərbaycan və müasir dünya» məc-
muəsində çap olunur. Alimlərimiz Aida xanım 
İmanquliyevanın ənənəsini davam etdirərək öz elmi 
nəticələri ilə beynəlxalq forumlarda elmi məruzə-
lərlə  çıxış edir, Şərq-Qərb problematikasına dair 
tədqiqatlarını xarici ölkələrdə çap etdirirlər. Bu 
problem üzrə Tədqiqat Mərkəzinin üzvlərinin Qahi-
rədə, İstanbulda, Tehranda, Budapeştdə, Moskvada, 
Peterburqda, Minskdə, Brüsseldə, Romada, Oks-
fordda və digər şəhərlərdə çıxışlarının maraqla qar-
şılanması da ilk növbədə  məhz problemin özünün 
aktuallığı ilə bağlıdır. Fərəhlə qeyd etmək istərdim 
ki, keçmiş SSRİ  məkanında  Şərq-Qərb problemini 
hər vəchlə əlində saxlamağa çalışan ermənilər daha 
artıq rəqabətə tab gətirmirlər. Moskvada rus və 
ingilis dillərində nəşr olunan beynəlxalq Qlobalisti-
ka Ensiklopediyasında Şərq-Qərb mövzusunda yazı-
nın bizim Tədqiqat Mərkəzinə  həvalə edilməsi bu 
rəqabətdə böyük uğur kimi dəyərləndirilə bilər. Bu 
günlərdə Bakıda bu problem üzrə beynəlxalq elmi 
konfrans keçirilir. Burada Şərq-Qərb komparativis-


 
- 59 -
tikası üzrə dünyanın görkəmli alimləri, filosofları iş-
tirak edir. Bakı Şərq-Qərb problematikasının tədqi-
qat mərkəzlərindən birinə çevrilmişdir və bütün bu 
uğurların təməli hələ o vaxt, 80-ci illərin axırlarında 
Aida xanım İmanquliyeva tərəfindən qoyulmuşdur.  
Azərbaycan müstəqillik qazandıqdan sonra, 
xalqımızın ümummilli lideri Heydər  Əliyev  Şərq-
Qərb münasibətlərinə böyük önəm vermiş və Azər-
baycanın bu prosesdə  fəal iştirakına, Avropa ilə 
Asiyada körpü rolu oynamasına nail olmuşdur. Öz 
çıxışlarında həmişə diqqəti Azərbaycanın  Şərqlə 
Qərbin qovuşmasında oynadığı mühüm rola yönəl-
dən Heydər Əliyev əslində həm də bu qovuşma pro-
sesini sürətləndirmək üçün həyata keçirilən bir sıra 
strateci layihələrin müəllifi idi ki, bunlardan təkcə 
ikisini: Böyük İpək Yolunun bərpası  və Bakı-
Tbilisi-Ceyhan layihələrini xatırlatmaq kifayətdir. 
İftixarla qeyd etmək lazımdır ki, bu gün Azərbaycan 
Respublikasının prezidenti İlham  Əliyevin rəhbər-
liyi ilə  Şərq və  Qərb arasında həm Aida xanımın 
ideyalarına  əsaslanan humanitar və  mədəni-mənəvi 
vəhdət layihəsi, həm də böyük Heydər Əliyevin əsa-
sını qoyduğu iqtisadi inteqrasiya və Avrasiya dəh-
lizi layihələri uğurla həyata keçirilməkdədir. 
Aida  İmanquliyeva öz genetik-fərdi xüsusiy-
yətləri ilə  də  Şərq və  Qərbin  vəhdətini simvolizə 
edirdi. Zahiri görkəmi ilə  Şərqin  şeriyyətini, ülviy-
yətini təcəssüm etdirən Aida xanım öz elmə bağ-
lılığı, rasional düşüncəsi, təşkilatçılıq keyfiyyətləri 




Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə