Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/32
tarix17.09.2017
ölçüsü5,01 Kb.
#438
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

 
- 65 -
şünas, tarixçi olması çoxdan məlumdur. Lakin söh-
bətlərimizin birində mən özüm çox gözlənilməz bir 
vəziyyətlə qarşıladım. Məlum oldu ki, Cavad bəy 
adları  çəkilən ixtisas sahələrində  fəlsəfi təfəkkür 
səviyyəsinə yuksəlməklə  bərabər, həm də peşəkər 
fəlsəfə sahəsində mütəxəssisdir. Və  mən sərbəst 
söhbət tonunu dəyişməli, özümü yığışdırmalı ol-
dum.  
 
 
 
Çünki gözlənilmədən o, söhbəti fəlsəfənin çox 
mürəkkəb bir probleminə çəkmişdi və burada dəqiq 
terminoloji aydınlıq və  fəlsəfə klassiklərinin 
əsərlərininə konkret müraciət tələb olunurdu. 
Bundan sonra mən doktor Cavad Heyətlə söh-
bət edərkən qarşımda  Şərq və  Qərb fəlsəfi fikrinə 


 
- 66 -
dərindən bələd olan peşəkər filosof dayandığını nə-
zərə alır, fikirlərimi dəqiq ifadə edə bilmək üçün 
fəlsəfi terminlərdən istifadə etməyə çalışıram. Dok-
torla fəlsəfi mövzuda söhbətlər mənə  və digər fəl-
səfə  tədqiqatçılarına müxtəlif fəlsəfi terminlərin 
Azərbaycan dilində qarşılığını arayıb tapmaqla kö-
mək edir. Bununla doktor Cavad Heyət müasir 
Azərbaycan fəlsəfi dilinin formalaşmasında da fəal 
iştirak edir… 
Məlum olduğu kimi, BMT 2001-ci ili Şərq və 
Qərb sivilizasiyalarının görüş ili elan etmişdir. Şərq 
və Qərbin qovşağında yerləşən Azərbaycan və İran 
rəhbərlərinin dönə-dönə irəli sürdükləri bu fikir 
üçüncü minilliyin astanasında bütün dünya ictimaiy-
yətinin rəsmi  şüarına çevirləcəkdir. Böyük Cəfər 
Cabbarlının əsrin əvvəlində sənətə gətirdiyi «günba-
tan fikirli, gündoğan duyğulu bir sima» əsrin sonun-
da real həyatda öz ümumbəşəri vəhdət idealını bü-
tün dünyaya bəyan edəcəkdir.  İndiyədək türk dün-
yasının, xüsusən İran və Azərbaycanın vəhdət rəmzi 
kimi tanıdığımız Cavad Heyət də yeni əsrin başlan-
ğıcında daha bir missiyanı yerinə yetirəcək; Şərq və 
Qərb dünyalarının qarşılıqlı anlaşma və uyuşma 
prosesində canlı nümunə  və  rəmz rolunu oynaya-
caqdır. 
 
“İpək yolu” jurnalı, N 1 , 2000


 
- 67 -
 
 
 
Dünya fikir xəzinəsində Cavad 
Heyət dəst-xətti 
(Bertran Rassel və Cavad Heyət) 
 
Azərbaycanın fəlsəfi fikir həyatında mühüm 
hadisə sayıla biləcək bir tərcümə əsərindən bəhs et-
mək istəyirəm. Prof.Dr. Cavad Heyətin təqdimatın-
da Bertran Rasselin “Qərb fəlsəfəsi tarixi” Azərbay-
can dilində işıq üzü görmüşdür.  
B.Rasselin fəlsəfə dünyasına ekskursu akade-
mik səpkidədir. Cavad Heyətin təqdimatında isə 
əsər sadələşir və mütəxəssis auditoriyasından çıxarı-
laraq geniş oxucu kütləsinə ünvanlanır. Bilavasitə 
mütəxəssis olmayan ziyalı  təbəqəsi üçün yazılmış 
belə anlaşıqlı kitablar çox azdır. Halbuki, fəlsəfə 
ancaq bir qrup mütəxəssisin tədqiqat sahəsi olma-
yıb, bir mədəniyyət hadisəsi kimi, dünyagörüşü ki-
mi də önəmlidir.  
Böyük filosofların, o cümlədən, Hegelin, Ras-
selin yazdıqları fəlsəfə tarixləri isə bütün dünya fəl-
səfəsinin vahid bir mövqedən dəyərləndirilməsidir. 
Bu mənada Rasselin hər bir filosof haqqında yazdığı 
şərhdə biz həm də onun özünü görürük. Onun buna 
mənəvi və intellektual haqqı çatır. Amma bu əsərin 
başqa bir prizmadan, Şərq dəyərləri süzgəcindən 


 
- 68 -
keçirilərək, bir növ yenidən yazılması çox ağır bir 
işdir. Belə bir məsuliyyəti ancaq Cavad Heyət miq-
yasında bir şəxs üzərinə götürə bilərdi. Bizcə,  əs-
lində o məhz öz kitabını – dünya fəlsəfəsinə  şəxsi 
baxışlarını yazsa, daha maraqlı olardı.  
... Bu isə  əsərin sadəcə  tərcüməsi olmayıb, 
dünya fəlsəfəsinin Rassel prizmasından keçdikdən 
sonra Cavad Heyətin də görüş dairəsindən keçiri-
lərək və daha geniş oxucu kütləsi üçün anlaşıqlı 
hala salınaraq və üstəlik doğmalaşdırılaraq təqdim 
olunmasıdır.  
Cavad Heyətin dəst-xətti təkcə bütün mətn bo-
yu terminlərin uyğunlaşdırılması,  Şərq fəlsəfi  ən-
ənələrinə müvafiq olaraq transformasiyası ilə  məh-
dudlaşmayıb, həm də bəzi əlavələr edilməkdə özünü 
göstərir. Əvvəla, Cavad Heyət Rasselin dünya fəlsə-
fəsinə baxışlarında bir qərbçilik gördüyündən, “yad-
dan çıxarılmış” bəzi səhifələri  əlavə etməyi lazım 
bilir; tamlıq, bütövlük naminə. Amma dünya fəlsə-
fəsi özü açıq bir prosesdir və onu tamamlamaq heç 
də qapatmaq mənasında başa düşülə bilməz. Hər bir 
filosofun, müstəqil dünyagörüşü olan fəlsəfə  tədqi-
qatçısının öz “dünya fəlsəfəsi”, öz fikir panoramı 
var. Biz indi Cavad Heyətin nəyə görə məhz Molla 
Sədranı  əlavə etməsi haqqında geniş söhbət açmaq 
istəmirik. Bircə bunu qeyd edək ki, Molla Sədra 
Yeni Dövrün başlandığı bir vaxtda – XVII əsrdə 
yazıb-yaratmış  və bu mənada Dekartla, F.Bekonla 
eyni zaman paralelində müqayisə oluna biləcək 


 
- 69 -
bəlkə  də yeganə  Şərq (İslam) filosofudur. İkincisi, 
belə bir təsəvvür mövcuddur ki, guya orta əsr İslam 
fəlsəfəsi XIII əsrdə bitmişdir və sonrakı dövrlərdə 
biz bu fəlsəfəyə sahiblik iqtidarında olmamış, onu 
davam etdirə bilməmişik. Bu fikirlə ancaq qismən 
razılaşmaq olar. XVII əsrdə Molla Sədranın öz var-
lığı və yaratdığı varlıq fəlsəfəsi isbat edir ki, İslam 
fəlsəfi fikri yeni dövrdə  də yaşamaq  əzmində ol-
muşdur.  İki  əsr sonra K.Marksın təqdim edəcəyi 
dialektik materializmin bir sıra müddəaları  məhz 
Molla Sədranın təlimində  təməlləndirilmişdir; həm 
də ifrat materializmin naqisliyinə mübtəla olmadan. 
Bu da əlamətdar haldır ki, yeni əsrdə bu təlimi bizə 
təqdim edən məhz müasir “Varlığın” yaradıcısı, 
cismani varlıqların sağlamlığını mühafizə etməklə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə