Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc



Yüklə 5,01 Kb.

səhifə18/32
tarix17.09.2017
ölçüsü5,01 Kb.
1   ...   14   15   16   17   18   19   20   21   ...   32

 
- 80 -
sas etibarı ilə  ədəbiyyatşünas olsalar da, istər-istə-
məz bu sənətkarların yaradıcılığında zəngin olan 
fəlsəfi ideyaların təhlilinə də müraciət etməli olmuş-
lar. Və bu sırada mən bir tədqiqatçını xüsusi fərq-
ləndirmək istərdim. Bu, rəsmi ixtisasına görə  ədə-
biyyatçı olsa da, təfəkkür tərzinə görə filosof olan 
Yaşar Qarayevdir. O, həm Cavidin, həm də Cabbar-
lının poetik-dramaturji yaradıcılıq dünyasına, bu 
dünyanın  ən dərin qatlarına bəlkə  də hamıdan çox 
baş vurmuş, bu sahədə müstəsna uğurlar qazanmış-
dır.
 
Neçə minillik tarixi olan rəsmi fəlsəfənin bü-
tün qayda-qanunları ilə  təhlil aparıb gəldiyim qə-
naətlər son nəticədə çox vaxt Yaşar Qarayevin tən-
qidçi-filosof qələminin məhsulu ilə üst-üstə düşür. 
Bir fərqlə ki, keçdiyimiz yollar əsasən eyni olsa da, 
istiqamətlər müxtəlifdir. Mən fəlsəfədən ədəbiyyata 
gəlirəm, Yaşar müəllim ədəbiyyatdan fəlsəfəyə. Bi-
zim yaradıcılıq yolundakı görüşümüz bir növ Cavid 
və Cabbarlının görüşünü xatırladır (Bax: bu kitabın 
birinci fəsli). Elə  fərq də daha çox metodlarda üzə 
çıxır. Yaşar Qarayev bütün incəliyi ilə bildiyi ədəbi-
bədii materialları ümumiləşdirməklə (induktiv me-
todla) ədəbi-elmi konsepsiya yaradır, mən ideyadan 
təsirlənərək esse yazıram və onu sonradan seçdiyim 
detallarla konkretləşdirməyə çalışıram.  
Girişdə məhz Yaşar Qarayevi yada salmağıma 
gəlincə, nə yaxşı ki, mən onun bu kitaba yazdığı ön 
sözə  həssaslıqla yanaşa bildim. «Cavid və Cabbar-


 
- 81 -
lı»ya ön söz olaraq Yaşar Qarayev «Bədii seyrə işıq 
fəlsəfədən düşür» adlı gözəl məqalə yazmışdır. Və 
burada kitaba münasibətdən daha çox, oradakı ide-
yaları daha da inkişaf etdirmək təşəbbüsü gördüm. 
Özü də bu təşəbbüs çox uğurlu alınmışdır. Ancaq 
Yaşar müəllimə  məxsus bir təvazökarlıqla «bura-
dakı fikirlərin bir qismini mən artıq demişəm», – 
yox, «bu fikirləri belə  də demək olar» formasında 
bir sətiraltı məna sezdim. Və götürüb Yaşar müəlli-
min dörd il öncə mənə bağışladığı «Tarix: yaxından 
və uzaqdan» kitabındakı müvafiq məqalələri diqqət-
lə oxudum. Və mənə daha yaxın olan fikirləri seçib 
hansı formadasa bu kitaba daxil etmək qərarına 
gəldim.” Yaşar müəllim bir söz deməsə də, bu əla-
vələrdən məmnun qaldığını düşünürəm.  
Bu kitab çıxandan sonra səhhəti ilə bağlı Ya-
şar müəllimlə az-az görüşürdük. Axırıncı dəfə evlə-
rində ona baş  çəkdim. Yataqda olmasına rəğmən, 
son kitabını (iri həcmli bu kitab “Azərbaycan 
ədəbiyyatı: XIX və XX yüzillər” adlanırdı) öz əli ilə 
yazıb mənə bağışladı. Bu, bir növ yekun kitab idi.  
Şərq-Qərb Tədqiqat Mərkəzindəki son çıxışla-
rı yadıma düşür. Həmsöhbətləri prof. Cavad Heyət, 
prof. Nurəddin Rzayev və s... Görünür, həkimlərlə 
təmasdan irəli gəlirdi ki, son vaxtlar o, təbabətin 
terminologiyasından da yaradıcı  və orijinal şəkildə 
istifadə edirdi. Özü infarkt keçirdikdən sonra insan 
orqanizminə  məxsus bu xəstəliyin ictimai həyata 
transformasiyasına dair çox dəyərli bir məqalə 


 
- 82 -
yazmışdı. Maləsəf, bir neçə il infarktla mücadilədən 
sonra xalqımız bu böyük təfəkkür sahibi ilə 
vidalaşmalı oldu. Şərq-Qərb Tədqiqat Mərkəzi ola-
raq biz öz sıralarımızdakı bu itkini özünəməxsus bir 
“yas mərasimi” ilə qeyd etdik. Xoşagəlməz bir təsa-
düf Mərkəzin ağsaqqallar korpusu ilə “Gənc iste-
dadlar” korpusu arasında balans yaratdı: gənc jur-
nalist Elşad Qaravalov da dənizdə boğularaq dünya-
sını dəyişmişdi. Və biz onların xatirəsinə həsr olun-
muş qeyri-ənənəvi yas mərasimində “Həyatın mə-
nası”, “Həyat və ölüm” mövzularında fəlsəfi diskurs 
təşkil etdik. Yaşar Qarayevin ailə üzvləri və 
AMEA-nın  Ədəbiyyat  İnstitutunun da nümayəndə-
ləri mərasimə qatıldılar.  
Bu gün ölkəmizdə ziyalı defisiti şəraitində 
Yaşar Qarayevin yeri çox aydın görünür. Amma o 
vaxt  əsası qoyulan ənənələr  ən azı  Şərq-Qərb Təd-
qiqat Mərkəzində davam etdirilməkdədir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
- 83 -
 
 
 
İmtina fəlsəfəsi 
(Filosof-tənqidçi Asif Əfəndiyev haqqında) 
 
  Azərbaycanda 
fəlsəfi düşüncə  ən-
ənələri həmişə  şifahi 
xalq  ədəbiyyatı  və 
milli poetik fikirlə sıx 
surətdə bağlı olmuş-
dur. Rusiya ilə əlaqə-
lərin artmasına bax-
mayaraq, XX əsr  Azərbaycan fəlsəfi fikri yenə  də 
bədii ədəbiyyat, obrazlı fikir üzərində köklənmişdi. 
XIX  əsrin axırlarından başlayaraq A.Bakıxanov, 
M.F.Axundov, H.B.Zərdabi və s. bu kimi maarif-
pərvər ziyalılarımızın bütün səyləri Qərb ziviliza-
siyasının, yeni elmi-fəlsəfi dəyərlərin ölkəmizdə ya-
yılmasına yönəldilmişdi. Bununla belə, peşəkar fəl-
səfi məktəb formalaşmamışdı. XX əsrin  əvvəllə-
rində Məhəmməd Hadi, Hüseyn Cavid, Cəfər Cab-
barlı kimi böyük fikir sahibləri də öz ideyalarını 
əsasən  ədəbi-bədii yaradıcılıqları vasitəsi ilə ifadə 
edirdilər. 
Oktyabr inqilabından sonra kommunist ideo-
logiyası  və marksist-leninçi fəlsəfənin çərçivəsinə 
salınan fəlsəfi və  bədii təfəkkür artıq öz yaradıcı 


 
- 84 -
mahiyyətindən uzaqlaşaraq təsvirçilik və təbliğatçı-
lıq funksiyasını icra etməyə başladı. Belə bir şə-
raitdə hər hansı yeni fəlsəfi təlimin yaranması qeyri-
mümkün idi. Daha doğrusu, belə bir addım atmaq 
üçün əvvəlcə marksizm çərçivəsindən çıxmaq, kom-
munizm ideologiyasından imtina etmək lazım idi. 
37-ci ilin və sonrakı dövrün repressiyalarındın sonra 
belə bir addım atmaq üçün sadəcə yaradıcı  fəlsəfi 
təfəkkür deyil, həm də inqilabçılıq missiyası, özünü 
fəda etməyə hazır olmaq, ideya səmasında kamikad-
zelik tələb olunurdu. 
Yaradıcı  fəlsəfi təfəkkürün iflic vəziyyətində 
olduğu, dünya fəlsəfi məkanında gedən yeni proses-
lərin gizli saxlandığı  və ya ancaq tənqid olunduğu 
bir dövrdə SSRİ-nin  əsas elm və  mədəniyyət mər-
kəzləri olan Moskva və Leninqrada da belə  fərqli 
düşünən insanları, dissidentləri barmaqla saymaq 
mümkün idi. Yeni fəlsəfi təlim yaratmaq isə ki-
minsə heç ağlına da gələ bilməzdi. Belə bir şəraitdə 
– XX əsrin 70-ci illərində SSRİ-nin  əyalətlərindən 
sayılan Azərbaycanda  Asif  Əfəndiyev fenomeni baş 
qaldırdı  və  əvvəlcə  ədəbi-bədii prosesə  fərqli mü-
nasibət kimi, sonra kommunist ideologiyasından 
imtina və yeni üslub, yeni metod kimi, daha sonra 
isə yeni düşüncə  tərzi və müstəqil bir fəlsəfi təlim 
kimi formalaşdı. Ocaq hərəkatı yarandı. Bu hərəkat 
ideya despotizmindən bezmiş olan mütərəqqi dü-
şüncəli gənclərin böyük bir qismini arxasınca apa-




Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə