- 85 -
ran yeni ideya istiqaməti və hətta yeni həyat tərzi
kimi böyük vüsət aldı.
Ocaq hərəkatı Moskvanın diqqətini getdikcə
daha çox cəlb edirdi. Bu proseslərin inkişafına bir
növ rəvac verən milliləşmiş respublika KQB-sinin
«nəzarəti» təbii ki, Moskvanı razı sala bilməzdi, ona
görə də nəzarəti öz əlinə götürməyə çalışırdı.
Moskvanın təkidi ilə ciddi tədbirlər görüldü, Asif
Əfəndiyev partiya sıralarından, daha sonra isə işdən
azad edildi. Onun fikirdaşları da hər yerdə sıxışdı-
rılmağa başladı. Asif Atanın əsərlərinin çapı qada-
ğan edildi. Gənclər tərəfindən üzü köçürülüb yayı-
lan əlyazmalar hər yerdən yığışdırılıb yandırıldı.
Bununla belə, ox artıq yaydan çıxmış, ideyalar qəlb-
lərdə və beyinlərdə qərar tutmuşdu.
Biz demirik ki, Asif Əfəndiyevin yaratdığı tə-
lim qüsursuzdur və onu bir milli ideologiya nümu-
nəsi kimi qəbul etmək olar. Xeyr, Asif Ata təlimi
maksimalist bir təlimdir, ifrat Şərq mövqeyinin ba-
riz nümunəsidir. Onun hətta şəxsi həyatında və xa-
rakterində müşahidə olunan bu ifratçılıq, maksima-
lizm əslində o dövrün məhsulu idi. Çünki Asif Ata
təlimi kommunist ideologiyasına, doqmatizmə, eh-
kamçılığa reaksiya kimi yaranmışdı. Ehkamçı təfək-
kürə alternativ olaraq, ona qarşı ancaq inqilabçı və
inkarçı bir təfəkkür yarana bilərdi. Və bu inkarçı
təfəkkür ictimai-siyasi həyatda, mədəniyyətdə, ədə-
biyyatda qərarlaşmış ənənələrə qarşı bir üsyan idi.
Təfəkkürün belə istiqamətlənmiş forması öz qarşı-
- 86 -
sına sosializm realizminin, kommunist tərbiyəsinin
müsbət cəhətlərinin də olmasını etiraf etmək, bu
ənənələrdəki yaxşı cəhətləri üzə çıxarıb təqdir et-
mək məqsədini qarşıya qoya bilməzdi. Əksinə, Asif
Ata kommunizm epoxasının zəif cəhətlərini önə çə-
kir, burada meyarların həqiqətə əsaslanmadığını, hər
şeyin tərsinə qurulduğunu vurğulayırdı. Onun fik-
rinə görə, Qırmızı inqilab zaman əqrəbini geriyə
çəkmək, təbii gedişatı tərsinə fırlatmaq təşəbbüsü
idi.
Palçıq üstə çıxdı, dağ altda qaldı,
Şikəst üstə çıxdı, sağ altda qaldı,
Zəmanə nehrəsi tərs çalxalandı,
Ayran üstə çıxdı, yağ altda qaldı.
Asif Əfəndiyev fikirlərin sintezindən çıxış et-
mədi, kompromisə getmədi və tam inkarçı bir möv-
qe tutdu. Öz həyatında da dövlətin və kommunist
cəmiyyətinin açdığı imkanlardan və imtiyazlardan
imtina etdi. Fəlsəfi ideyalarında da cəmiyyətin, so-
sial mühitin rolunu nəzərə almadan, bütün fikirlərini
fərdi-mənəvi aləmin təkmilləşdirilməsinə, insani ka-
milliyin önə çəkilməsinə yönəltdi.
Asif Əfəndiyev yaradıcılığına şəxsi münasi-
bətlər prizmasından baxan sənət adamları çox vaxt
ondan inciyirlər. Çünki Asif Əfəndiyevin qələmi tə-
rifdən daha çox tənqid yazırdı. Lakin bu tənqidin
səbəblərinin heç də ayrı-ayrı Azərbaycan yazıçıla-
rına münasibətlə deyil, bütövlükdə sovet ədəbi-bədii
prosesinə, bütövlükdə qərbçiliyə və bütövlükdə ha-
- 87 -
kim ideologiyaya münasibətlə bağlı olması faktı hə-
lə indi-indi üzə çıxır. Asif Əfəndiyevin mövqeyini,
motivlərini başa düşmək çətin idi. Çünki o, ənənəvi
meyarlardan deyil, yeni bir fəlsəfi baxışlar sistemin-
dən çıxış edirdi.
Asif Əfəndiyev təliminin məzmununa toxun-
madan bircə bunu qeyd etmək kifayətdir ki, bu
inkarçılığın özündə bir dəyər var idi. Gənclərin
müstəqil düşüncəyə, azad fikirliliyə, yaradıcı təfək-
kürə cəlb edilməsi özlüyündə müsbət bir hadisə idi.
Düzdür, Asif Ata təliminin məzmunu incələndikdə
onun özünün də yeni bir ehkam, yeni bir ideologiya,
hətta yeni bir təriqət yönümündə olması üzə çıxır.
Lakin bu yeni ideologiyanı qəbul etmək üçün daha
dərin kök atmış olan və heç şübhəsiz, daha ziyanlı
olan kommunist ideologiyasından imtina lazımdır.
Asif Əfəndiyevin gücü gənclərə bu imtina əzmini,
bu imtina mədəniyyətini təlqin edə bilməsində idi.
Mənəvi kamilliyə gedən yol imtinadan keçir.
Xırda hisslərdən, maddi maraqlardan imtina! Döv-
lətin və cəmiyyətin verdiyi formal nüfuzdan, rəsmi
vəzifə və titullardan, ictimai şüurun bəsitliyi sayə-
sində qazanılmış ad-sandan, saxta şöhrətdən imtina!
«Ya şöhrət, ya vüqar», – dedi zəmanə,
Şöhrətdən əl çəkib, tutdum vüqarı!
Özü də elə bir şöhrətdən ki, XX əsrin 70-ci il-
lərində o filisof-tənqidçi Asif Afəndiyevi addım-ad-
dım izləyir, ondan əl çəkmək istəmirdi. Çoxlarının
- 88 -
həsrətində olduğu bü şöhrət çələngindən imtina Asif
Əfəndiyevin əslində necə böyük bir məqsədə xid-
mət etdiyindən xəbər verir. Şan-şöhrətli filosof-tən-
qidçi öz yerini təqiblərə və tənələrə məruz qalan
qəmli-kədərli bir filosof aqibətinə təslim etdi.
Zəmanə hiddətlə dindirdi məni,
İdrak gəmisinə mindirdi məni,
Əzab ocağında yandırdı, yaxdı –
Kədər dənizində çimdirdi məni!
Lakin onun kədərində bir nəşə var idi. O, bu
əzablı yolları özü seçmişdi. O, öz fəlsəfi idealını
təkcə təlimi ilə deyil, şəxsi həyatı ilə də təsdiq et-
məyə çalışırdı. Əgər onun ideyaları neçə-neçə onil-
liyin qaranlıq pərdələrini keçərək hələ də işarmaqda
davam edirsə və hələ də davamçılara malikdirsə,
deməli, əzablı anlar hədər keçməyib.
“Tənqid.net” jurnalı, 2007, № 4
P.S.
Mənim kommunist ideoloğiyasına və azad
fikrin çərçivəyə salınmasına qarşı mövqeyim Asif
Əfəndiyevin başladığı azad düşüncə hərəkatına uy-
ğun gəldiyinə ğörə, biz bir müddət sıx əməkdaşlıq
etdik. Amma 1982-83-cü illərdən başlayaraq, mənə
aydın olmayan səbəblərdən onun baxışlarında və
təbli-ğatında islamla bir araya sığmayan, bəzən
hətta ona qarşı olan, nə isə alternativ bir təriqəti
Dostları ilə paylaş: |