Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/32
tarix17.09.2017
ölçüsü5,01 Kb.
#438
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

 
- 89 -
xatırladan məqamlar özünü ğöstərməyə başladı. 
Mən isə  ənənəvi zehniyyətin sağlam sütunlarını 
qoruyub-saxlamaq tərəfdarı olduğumdan, ifrat in-
karçılıq və maksimalizm mövqeyini qəbul etmədi-
yimdən, bizim yollarımız ayrıldı. Kommunist ideo-
logiyasından imtina müqabilində dindən də imtina 
və üstəlik zehniyyətin yeni bir ehkamçılıq təhlükə-
siylə üzləş-məsi ilə razılaşa bilmədim. 
Buna baxmayaraq, Asif Əfəndiyevin və onun 
təbliğ etdiyi azad düşüncə  tərzinin mənim sonrakı 
yaradıcılığıma müəyyən dərəcədə  təsir etdiyini, 
müəyyən iz buraxdığını da etiraf etməmək olmaz. 
Bu sırada mən elmi-akademik dil üslubundan fərqli 
milli fəlsəfi dil üslubunu xüsusi qeyd etmək istə-
yirəm. Belə ki, Asif Əfəndiyevin esseləri Azərbay-
can dilinin zənginliyini yeni bir ampluada üzə  çı-
xardı  və milli fəlsəfi dilin inkişafı üçün ğeniş bir 
postament hazırladı.  
 
 
 


 
- 90 -
 
 
 
Öyrənmək təşnəsi 
(Akademik Fəraməz Maqsudov haqqında) 
 
Mən Fəraməz Maq-
sudovu necə tanıyıram? 
Böyük riyaziyyatçı alim 
kimimi? Elmlər Akademi-
yasının Prezidenti, gör-
kəmli elm təşkilatçısı ki-
mimi? Bir deputat, millət 
elçisi kimimi? Siyasi 
həmfikirim, ictimai-xadim 
kimimi? Ağsaqqal bir dost 
və himayədar kimimi? Gözəl şer-sənət bilicisi, milli 
mədəniyyətimizin təmsilçisi kimimi?  
Bu suallara birmənalı cavab vermək çətindir. 
Çünki Fəramaz müəllim təvazökarlığın və sadəliyin 
təcəssümüdür. Lakin sadə olduğu qədər də mürək-
kəbdir, onu proqnozlaşdırmaq mümkün deyil. 
Fəramaz müəllim iti rasional düşüncəyə, ana-
litik təhlil qabiliyyətinə malik bir adamdır.  Əsl 
alimdir. Lakin alim olduğu qədər də  şairdir. Bəlkə 
daha çox dərəcədə  məhz  şairdir. Emosiyaları o qə-
dər güclüdür ki, çox vaxt rasional düşüncəni də üs-
təliyir. 


 
- 91 -
Fəraməz müəllim  əqidəsində möhkəm, siyasi 
mövqeyində sabit adamdır. Lakin başqa məsələlərdə 
olduqca dəyişkən ola bilər. Hansı isə hadisənin 
məntiqi təhlili emosianal fonla birləşərək, onun 
mövqeyini diametral surətdə  dəyişə bilər. Düzdür, 
bir müddətdən sonra münasibət də olan invariant 
məqamlar yenidən öz yerini tutar, son nəticədə 
sabitlik dəyişkən üstələyər.  
Şəxsi münasibətlərdə donuq, statik mövqeyi 
olan adamlardan fərqli olaraq, Fəraməz müəllimin 
münasibət dünyası olduqca dinamikdir. Lakin bu di-
namika invariantlara söykənir.  
Sabit olduğu qədər də dinamik, məntiqli oldu-
ğu qədər də emosional, sadə olduğu qədər də mü-
rəkkəb daxili aləmə malik bu unikal adamla mən 
necə tanış olmuşam? 
Fəraməz Maqsudovla ilk tanışlığımız qiyabi 
olub. 1992-ci ildə rəhbərlik etdiyim özəl ali məktəb 
ilk gəlirindən Fəraməz müəllimin təsis etdiyi 
«Əlincə» xeyriyyə  cəmiyətinə pul köçürüb. Bu ad-
dım şəxsən bir-birimizi tanımasaq da, ictimai-siyasi 
mövqelərimizin uyğunluğundan irəli gəlirdi. Bu 
vaxtandan mən, bu cəmiyyətin yaradıcısı ilə tanış 
olmaq üçün fürsət axtarmışam. 1993-cü ilin sent-
yabrında o, artıq ikinci iş yeri kimi bizim Universi-
tetin riyaziyyat kafedrasının müdiri idi və sıx əmək-
daşlığımız da o vaxtdan başlanmış və müxtəlif for-
malarda indi də davam etməkdədir. 


 
- 92 -
Mən Fəraməz Maqsudovla bir sıra xarici öl-
kələrdə birgə səfərdə olmuşam. Vaşinqtonda Dünya 
azərbaycanlıların II Konqresində, onun dövlət 
bayrağına münasibətlə, milli məsələ ilə bağlı mü-
zakirələrdə necə həyəcan keçirtdiyinin şahidi olmu-
şam. İki dəfə, 1993-cü və 1998-ci illərdə prezident 
seçkiləri kompaniyasında Fəraməz müəllimlə bir 
yerdə olmuşuq. 1993-cü ildə prezidentliyə namizəd 
Heydər  Əliyevin rəsmi seçki qərargahı  və  vəkilləri 
yox idi. Lakin Fəraməz müəllimin təşəbbüsü ilə 
bizim Universitetdə istedadlı politoloqlardan ibarət 
təbliğat qrupu yaradıldı. Universitetimizin nəzdində 
Heydər Əliyev lektoriyasının əsası da o vaxdan qo-
yulub. Mən bu proseslərdə  Fəraməz Maqsudovun 
istedadlı  gəncləri üzə  çıxarmaq və bu ümumi işi-
mizə  cəlb etmək sahəsində  nə  qədər ciddi səylər 
göstərdiyinin  şahidi oldum. Baxmayaraq ki, Fəra-
məz Maqsudov bizim universitetdə ilk növbədə bir 
riyaziyyatçı kimi çalışırdı, bizim onunla əməkdaşlı-
ğımız əsasında əqidə birliyi, siyasi həmfikir olmağı-
mız durudu. O, yüksək dövlət vəzifələrinə irəli çə-
kildikdən sonra Azərbaycan Universitetində kafedrə 
müdirliyindən çıxsa da, ictimai-siyasi və elmi əmək-
daşlığımız bu günə  qədər davam edir. 1998-ci ildə 
Fəraməz Maqsudov prezident seçkilərində Heydər 
Əliyevin seçki qərargahının rəhbəri idi və mən yenə 
də onun işə necə ürəkdən qoşulduğunun  şahidi ol-
dum. Əlbəttə, biz hamımız əlimizdən gələni edirdik, 
amma Fəraməz müəllimin hiss-həycanlarını daha da 


 
- 93 -
qabarıq təzahür edirdi. Yaşına baxmayaraq uşaq ki-
mi həycanlana bilmək, uşaq kimi sevinə bilmək ha-
mıya müəyəssər olmur. Görünür, bu yenə  də  Fəra-
məz Maqsudovun şairiliyindən irəli gəlir. 
 
 
Şairmi?! Fəraməz Maqsudovu hamı şair kimi 
yox, riyaziyyatçı kimi tanıyır. Elmlər Akademiyası-
na Prezident seçiləndə  də, Beyəlxalq  İslam Akade-
miyasına üzv seçiləndə də, ABŞ-da ilin adamı seçi-
ləndə də, Böyük Britaniyada Ümumdünya Bioqrafi-
ya  İnstitutuna direktor seçiləndə  də  Fəraməz Maq-
sudovun məhz riyaziyyatçı kimi xidmətləri nəzər 
alınmışdır. Lakin onun şairi xarakterindəndir, bədii 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə