Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/32
tarix17.09.2017
ölçüsü5,01 Kb.
#438
1   ...   17   18   19   20   21   22   23   24   ...   32

 
- 94 -
təxəyyülün məntiqi üstələməsindədir. Lakin təxəy-
yül, görünür, böyük riyaziyyatçı olmaq üçün də 
vacib şərtdir. Təsadüfi deyildir ki, bir dəfə Hilbertə 
deyəndə ki, onun şagirdlərindən biri riyaziyyatı ata-
raq şairliyi seçmişdir, Hilbert – «görünür onun riya-
ziyyatçı olmaq üçün təxəyyülü çatmamışdır.», – de-
yə cavab vermişdir. 
Fəraməz Maqsudovun ən rasional elmi təmsil 
etsə  də, təfəkkür tərzinə görə  Şərq adamıdır. Onun 
düşüncəsindəki impulsivlik özünü çox qabarıq  şə-
kildə biruzə verir. Şair təsirlənmədən yaza bilmədiyi 
kimi, o da təsirə qapılmadan düşünə bilmir. Öz ide-
yasının və ya hansı isə ideyanın təsiri altına düşəndə 
isə başqa sözləri eşitmir. Daha doğrusu, belə  mə-
qamlarda ancaq təsiri altında olduğu mövzu ilə bağlı 
danışır və ancaq buna aid deyilənləri eşidir. 
Mən akademik Fəraməz Maqsudovu həmişə 
öyrənən görmüşəm.  İstənilən vəziyyətdə, istənilən 
sahədə qarşıdakının özündən çox bildiyini zənn edir 
(hər halda belə  təəssürat yaranır). Hər hansı  məc-
lisdə, istənilən məsələ ilə  əlaqədar söhbət gedirsə, 
Fəraməz müəllim yanında oturan adamdan həmişə 
nəyi isə soruşur, öyrənmək istəyir. Kənardan bax-
dıqda onun haqqında heç nə bilməyən, söhbətin 
nədən getdiyini anlamayan və ya eşitməyən adam 
təəssüratı yaranır. O, hansı səmimiyyətlə soruşursa, 
sən də  həmin səmimiyyətlə cavab verməli olursan. 
Onun səmimiyyəti istər-istəməz müsahibini də  sə-
mimi olmağa vadar edir.  


 
- 95 -
Hər adam üçün ən çox səciyyəvi olan bir hal, 
vəziyyət olur. Həmin adamı  ən çox həmin halda, 
onun üçün adi olan vəziyyətdə təsəvvür edirsən. Fə-
raməz müəllimin adi vəziyyət öyrənmək vəziyyə-
tidir. O, öz şagirdlərindən də öyrənməyə çalışır. Elə 
bil, ona elə gəlir ki, başqaları ondan yaxşı bilir… 
Şahmat klassiklərindən biri şahmat oynayan-
ları dörd qrupa bölmüşdür.  Ən pisi zəif oynayan 
lakin zəif oynadığını bilməyənlər. Sonra zəif oy-
nayan və bunu bilən, daha sonra isə yaxşı oynayan, 
amma bundan xəbəri olmayan gəlir. Ən yüksək sə-
viyyədə yaxşı oynayan və yaxşı oynadığını bilənlər 
qoyulur. Fəraməz Maqsudovu səciyyələndirmək 
üçün bunlar heç biri kifayət deyil. Görünür, beşinci 
qrup  şahmatçılar da var. – «Yaxşı oynayan, yaxşı 
oynadığını bilən, lakin onu biruzə verməyən, özün-
dən zəiflərdən də  nə isə öyrənməyə çalışanlar» … 
Və ona görə  də, çox yüksəkdə durduğu halda, çox 
güclü olduğu halda bəzən çox aşağı enən, özündən 
qat-qat zəiflərlə  də oturub-duran, çətin anlaşılan, 
proqnozlaşdırıla bilməyən, sadə təzahürlü mürəkkəb 
zəka!... Adi insani hisslərə, emosiyalara təbe etdiril-
miş qeyri-adi ağıl, intellekt! 
 
“İpək Yolu”, №1, 2000 
 


 
- 96 -
 
 
 
 Bir ocağin varisi 
(Akademik Kamal Talıbzadə haqqında) 
 
 
 Kamal Talıbzadə Azər-
baycan  ədəbiyyatşünaslığının 
ağsaqqallarından biri, milli 
ədəbi tənqid tariximizin salna-
məsini yaradan görkəmli təd-
qiqatçı, Akademiyanın həqiqi 
üzvü, neçə-neçə orden və mü-
kafatlarla təltif olunmuş şanlı-
şöhrətli bir insan nə  qədər 
məşhurlaşsa da, nə  qədər xid-
mətlər göstərsə də, məlasəf çox vaxt başqa bir adın 
nüfuz və təsir dairəsindən çıxa bilmədi. Bütün iste-
dadına və xidmətlərinə  rəğmən, Kamal Talıbzadə 
milli məfkurəmizin yaddaşında ilk növbədə Abdulla 
Şaiqin oğlu və Şaiq ocağının məşəlini tutan davamçı 
kimi qalmaqdadır. Bunun səbəbi Abdulla Şaiq uldu-
zunun zaman keçdikcə daha çox parlaması və yad-
daşlarda Azərbaycan ziyalılığının simvolu kimi 
möhkəmlənməsidir.  Əslində Kamal Talıbzadə heç 
özü də bu parlaq ulduzun kölgəsindən çıxmağa, 
onun nüfuzunun təsir dairəsindən kənarda özünə 
fərqli bir nüfuz hazırlamağa can atmırdı. Onun 


 
- 97 -
özünün də dönə-dönə dediyi kimi, ən böyük xidməti 
şəxsi tədqiqatlarından daha çox, Abdulla Şaiq ədəbi 
irsinin bir küll halında yeni nəsillərə çatdırılması, 
Şaiq ocağının ədəbi bir işıq mənbəyi kimi qorunub 
saxlanılmasından ibarət idi. Təsadüfi deyildir ki, 
tanışlığımızın və əməkdaşlığımızın intensiv dövrün 
 
də – ömrünün son illərində söhbətlərimizdə onun ən 
çox Abdulla Şaiqin ev muzeyi ilə, onun ədəbi taleyi 
və ədəbi-bədii irsi ilə məşğul olduğunu, özünü Şaiq 
çırağının işığında  əritməyə hazır olduğunu duyur-
dum.  
Əslində mənim Kamal Talıbzadə ilə tanış ol-
maq arzum, onunla münasibətlərim heç də yalnız 
görkəmli ədəbiyyatşünas alim, Azərbaycanın ən nü-
fuzlu akademiklərindən biri ilə ünsiyyətdə olmaq 
arzusundan irəli gəlməmişdi. Mən ilk növbədə uşaq-


 
- 98 -
lıqdan  əsərlərini oxuduğum, bu əsərlərin arxasında 
nurlu simasını hiss etdiyim Abdulla Şaiqin varisi ilə 
təmasda olmaq, necə deyərlər, onun qoxusunu Ka-
mal müəllimdən almaq istəyirdim. Amma gözləmə-
diyim halda Kamal Talıbzadədən diametral əks bir 
maraq gördüm. İlk baxışda nə qədər təəccüblü olsa 
da o, mənim simamda sanki Abdulla Şaiqi gördüyü-
nü, onu xatırlatdığımı, həm  əsərlərimdə, həm də 
təhsil quruculuğunda, istedadlı gənclərə göstərdiyim 
qayğı  və diqqətə görə  Şaiq işinin davamçısı oldu-
ğumu qeyd edirdi: – «Səlahəddin, səni görəndə, sə-
nin əməllərinlə tanış olanda, istedadlı gənclərə qay-
ğını görəndə düşünürəm ki, bəlkə  Şaiq ruhunu sən 
hamımızdan çox yaşadırsan». Azərbaycan radiosu-
nun müxbiri Çiçək Veysəlovaya müsahibəsində  də 
bu məqamı vurğulamışdı. Bu, – çox önəmli bir eti-
raf idi. Yəni, böyük şəxslərin, millətin simasını 
müəyyən edən insanların ruhunu ancaq genetik 
varislər daşımır. Milli ruh millət üçün çalışanların 
yanğısından qidalanır və eyni ideala xidmət edən 
vahid milli ruha qatılanlar bir-birinə  bənzəməyə 
bilməzlər.  
Kamal Talıbzadə Abdulla Şaiqin oğlu olma-
ğın məsuliyyətini dərk edir və yüksək dərəcədə də-
yərləndirirdi. Azərbaycan Universitetinin fəxri pro-
fessoru olan Kamal Talıbzadənin universitetimiz 
üçün gördüyü ən böyük işlərdən biri də kitabxana-
mızda Abdulla Şaiq guşəsinin yaradılması olmuş-
dur. O, xəstə olmasına baxmayaraq, Abdulla Şaiqin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə