Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/32
tarix17.09.2017
ölçüsü5,01 Kb.
#438
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

 
- 99 -
universitetdə keçirdiyimiz yubileyində, habelə 
«Azərbaycan Universiteti» nəşriyyatının buraxdığı 
«Abdulla  Şaiqin romantizmi» (müəllifi professor 
Vəli Osmanlıdır) kitabının təqdimat mərasimində 
şəxsən iştirak etdi və  gənc nəslin  Şaiq irsinə  bəs-
lədiyi yüksək marağa görə sevindiyini bildirdi.  
Şaiqlər unudulmursa, deməli ziyalılıq, maarif-
çilik hələ yaşamaqdadır. Keçən  əsrin  əvvəllərində 
xüsusilə böyük vüsət alan milli dirçəliş hərəkatı da, 
deməli davam etməkdidir.  
Son dərəcə  təvazökar və  səmimi olan Kamal 
müəllimin bir etirafını da yada salmaq istərdim. 
2000-ci ildə AMEA-ya seçkilər zamanı Kamal 
Talıbzadə humanitar bölmə üzrə hesablama komis-
siyasının sədri idi. Mən də seçkilərə qatılmışdım. 
Fəlsəfəyə ayrılmış yerlərdən ikisi tutuldu, biri isə 
boş qaldı. Sonradan məlum oldu ki, mən cəmi 13 
səs toplamışam və AMEA-nın müxbir üzvü olmaq 
üçün bir səs çatışmamışdır. Kamal müəllim böyük 
təəssüflə danışırdı ki, hesablama komissiyasının 
üzvləri səsi sayanda səhv ediblərmiş. Ona məlumat 
vermişdilər ki, Səlahəddin cəmi 12 səs toplayıb, 
amma seçkilərdən sonra bir də sayanda 13 səs 
olduğu aşkarlanıb. Mən də dedim ki, Kamal müəl-
lim, axı, nə fərqi var, əgər 14 səs toplanmayıbsa, 13 
də elə 12-nin tayıdır. Yox, – dedi, axı, yadımdan 
çıxıb, heç mən özüm deyəsən səs verməmişdim, 
mənim səsimlə  məsələ  həll olunardı. Onun bu sə-
mimi etirafı  mənə o qədər xoş  təsir bağışladı ki, 


 
- 100 -
əslində  mənim seçilməməyimdə  həlledici rolu ol-
masına baxmayaraq, ondan heç ürəyimdə də inciyə 
bilmədim. Çünki bunları o, danışmaya da bilərdi. 
Bircə şeyə xüsusilə təəssüflənirəm ki, bu cür təmiz 
qəlbli insanların səmimiyyətindən sui-istifadə edən-
lər də var. İşgüzarların belə sui-istifadələrinə bax-
mayaraq, o, özü aydan arı, sudan duru idi.  
Akademik Kamal Talıbzadə  təkcə  səmimiy-
yəti və sadəliyi ilə deyil, həm də  ağsaqqallıq, qo-
camanlıq missiyası ilə seçilirdi. Ondan xeyli yaşlı 
olan adamların iştirak etdiyi məclislərdə  də hamı 
məhz Kamal müəllimi böyük, ağsaqqal hesab edir-
di. O, elə bil ki, keçən  əsrdən, keçmişdən bizə ya-
digar idi.  
Zəmanə adamı deyildi. Əməllərində zamanla 
hesablaşmalı olsa da, qəlbən zamandan yüksəkdə 
dururdu.  
 
Kübarlıq məktəbi.  
“Xəzər Universiteti” Nəşriyyatı, 2007 


 
- 101 -
 
 
 
Yüksək mədəniyyət təcəssümü 
(Akademik Fuad Qasımzadə haqqında) 
 
Akademik Fuad Qasım-
zadə – XX əsr Azərbaycan fəl-
səfi fikrini, fəlsəfi maarifçiliyi, 
ölkəmizdə fəlsəfəyə münasibəti 
səciyyələndirən və simvolizə 
edən  ən önəmli  şəxslərdən bi-
ridir. Ölkəmizdə fəlsəfi biliklə-
rin yayılması sahəsində onun 
böyük xidmətləri vardır. 
Əlbəttə, sovet dövründə 
yaşaması, onun məhz marksist-leninçi dünyagörüşü 
ilə bağlılığını zərurətə çevirirdi. Lakin hətta yad bir 
fəlsəfənin də doğma dilimizdə ifadə olunması, ölkə-
mizin həyatı ilə əlaqələndirilməsi və bizi əhatə edən 
mühitin daha düzgün dərk olunmasına yönəldilməsi 
həmin dövrün ziyalı missiyasına daxil olan vacib 
şərtlər idi. Fuad Qasımzadə bununla kifayətlənmə-
yərək, marksizmin hüdudlarından kənara çıxa bil-
mək üçün qədim və orta əsrlərə müraciət edir və hə-
min dövrün düşüncə tərzini milli mentalitetimizdən, 
ədəbi-bədii fikir ənənələrindən qaynaqlanan hikmət 
xəzinəsindən yeni nəsillərə  ərməğan gətirirdi. O, 
Azərbaycanın fəlsəfi fikir tarixi sahəsində bir sıra 


 
- 102 -
dəyərli əsərlərin müəllifidir. M.Füzuli, A.Bakıxanov 
və s. haqqında yazdığı monoqrafiyalar dəyərli təd-
qiqat  əsərləridir. «Qəm karvanı» yaxud zülmətdə 
nur» kitabı böyük Azərbaycan şairinə həsr olunmuş 
ən gözəl əsərlərdən biridir. İndi Füzuli haqqında çox 
yazılır. Təsəvvüf fəlsəfəsinə yasaq da aradan götü-
rülmüşdür. Amma o vaxt, 60-70-ci illərdə Füzulinin 
fəlsəfi dünyagörüşünü, onun əsas ideyalarını ortaya 
çıxarmaq və geniş  təhlil etmək böyük cəsarət və 
yaradıcılıq əzmi tələb edirdi. Ən əsası odur ki, Fuad 
müəllim konyuktura uyğun olaraq Füzulini bir ma-
terialist olaraq təqdim etməyə  səy göstərməmiş, 
ideologiyanın verdiyi imkan daxilində daha obyek-
tiv araşdırmağa çalışmışdır. Məhz Fuad Qasımza-
dənin tədqiqatları sayəsində Füzulinin adı Azərbay-
canda çıxan fəlsəfə dərsliklərinə daxil edilə bilmiş-
dir. Bu dərsliklərin bir çoxunun müəllifi Fuad müəl-
limin özüdür. Onun dərslikləri uzun müddət ali 
məktəb tələbələrinin ana dilində istifadə etdiyi əsas 
vəsait olmuşdur. Xüsusilə, həmmüəlliflərlə yazdığı 
“Dialektik materializm”, “Tarixi materializm” ki-
tabları ruscadan tərcümə olunmuş  dərsliklərlə  rə-
qabətdə  həmişə üstün idi. Çünki onlar sadəcə  tər-
cümə olunmayıb, tələbələrin daha yaxşı bildiyi mi-
sallar və nümunələrlə zəngin idi.  
Düzdür, bizim fəlsəfi və ictimai-siyasi fikir 
tarixinin sistemli şəkildə öyrənilməsinin əsasını aka-
demik Heydər Hüseynov qoymuşdur, lakin onun 
başladığı bu nəcib işi davam etdirənlərin sırasında 


 
- 103 -
Fuad Qasımzadə çox önəmli bir yer tutur. Onun xid-
mətləri ancaq tədqiqatla məhdudlaşmayıb, daha çox 
dərəcədə fəlsəfi biliklərin təbliği, ölkəmizdə fəlsəfə 
sahəsində  tədqiqatçı kadrların yetişdirilməsi, bütün 
Sovet  İttifaqı miqyasında Azərbaycan fəlsəfi fikri-
nin təmsil olunması sahələrində özünü göstərirdi. O 
vaxtlar bütün sahələrdə olduğu kimi, fəlsəfi fikir sa-
həsində  də Müttəfiq Respublikalar arasında sanki 
bir yarışma var idi. Mərkəzdə çıxan ensiklopediya-
larda, dərsliklərdə, antologiyalarda hansı respubli-
kaya nə qədər yer ayrılması, Ümumittifaq konfrans-
larda neçə  nəfərlə  və hansı  səviyyədə  təmsil olun-
maq bir milli qürur məsələsi idi. Ona görə  də, fəl-
səfəni yaxşı bilməklə yanaşı, rus dilində natiqlik 
məsələsi də önəmli idi. Akademik Fuad Qasımzadə 
fəlsəfənin istənilən sahəsində hazırlıqsız çıxış et-
mək, mühazirə oxumaq, fəlsəfə ilə ideologiyanı əla-
qələndirmək, bəhs etdiyi mövzunun aktuallığını 
əsaslandırmaq, imkan daxilində, fürsətdən istifadə 
edərək azərbaycançılığı da təbliğ etmək iqtidarında 
idi. Adı təkcə Azərbaycanda deyil, bütün SSRİ miq-
yasında  ən nüfuzlu filosoflar sırasında çəkilirdi. O, 
xarici qonaqlarla maraqlı həmsöhbət olmaqla yana-
şı, söhbəti məharətlə idarə edir, fəlsəfədən aktual 
həyata, cari siyasətə, yeri gələndə tarixə, yeri gələn-
də müasirliyə yönəldir və yenidən fəlsəfəyə qayıda 
bilirdi.  
F.Qasımzadənin yaradıcılığı da zəngin və 
hərtərəflidir. O, idmanın estetikasından, müharibə-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə