Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/32
tarix17.09.2017
ölçüsü5,01 Kb.
#438
1   ...   19   20   21   22   23   24   25   26   ...   32

 
- 104 -
nin fəlsəfi tədqiqindən tutmuş  fəlsəfə tarixinə  və 
ictimai-siyasi həyatın aktual problemlərinə  qədər 
olduqca müxtəlif mövzularda əsərlər yazmış, bey-
nəlxalq forumlarda məruzələr etmiş, ölkəmizi xarici 
ölkələrdə ləyaqətlə təmsil etmişdir.  
Akademik Fuad Qasımzadənin fəaliyyəti  ən 
çox Bakı Dövlət Universiteti ilə bağlı idi. O, yarım 
əsr  ərzində BDU-nun fəlsəfə kafedrasına rəhbərlik 
etmiş, universitetdə vaxtilə özünün də məzun oldu-
ğu fəlsəfə fakültəsinin bərpası üçün səylər göstərmiş 
və bu fakültə üçün kadr hazırlanmasında böyük rol 
oynamışdır. Bunu da qeyd etmək yerinə düşər ki, o, 
yarım əsr ərzində fəlsəfə üzrə Dissertasiya Şurasının 
sədri olmuş, bir müddət Azərbaycan Respublikası 
Prezidenti nəzdində Ali Attestasiya Komissiyasının 
Rəyasət Heyətinin üzvü kimi fəaliyyət göstərmişdir.  
Mən də 1973-cü ildə BDU-nun fizika fakültə-
sini bitirərək elə həmin ildə fəlsəfə kafedrasının as-
piranturasına daxil olmuş  və Fuad Qasımzadənin 
rəhbərliyi ilə namizədlik dissertasiyası yazmışam. 
Əslində mən Fuad müəllimi bir az da əvvəl, üçüncü 
kursda oxuyarkən tanıyırdım. Mən o vaxt fəlsəfi 
mövzuda tələbə elmi işi yazmışdım və bizə tarixi 
materializm fənnini tədris edən dosent Cümşüd Ha-
cıyev məni kafedra müdiri ilə görüşdürdü və  mən 
bu tədqiqat işini gələcəkdə  də davam etdirmək 
barədə Fuad müəllimdən məsləhətlər aldım. Sonrakı 
ildə mənim yazdığım iş tələbə elmi işləri üzrə Res-
publika müsabiqəsinin qalibi oldu və Ümumittifaq 


 
- 105 -
müsabiqəsinə  təqdim edildi. Beşinci kursda oxu-
yarkən mənim ilk elmi məqaləm Fuad müəllimin 
tövsiyəsi ilə BDU-nun Elmi əsərlərində – “Tarix, 
Fəlsəfə  və Hüquq” seriyasında çap olundu. Daha 
sonra tədqiqatlarımı aspiranturada davam etdirdim 
və 1976-cı ildə Fuad Qasımzadənin elmi rəhbərliyi 
ilə onun sədr olduğu Dissertasiya Şurasında nami-
zədlik işini müdafiə etdim.  
Bizim elmi yaradıcılıq  əlaqələrimiz sonrakı 
illərdə  də müntəzəm surətdə davam etmişdir. Düz-
dür, mən doktorluq dissertasiyasını bir qədər fərqli 
istiqamətdə yazdığımdan  əsasən moskvalı  həmkar-
larımla məsləhətləşməli olurdum, amma Fuad müəl-
limlə münasibətlərimiz başqa müstəvidə davam 
edirdi. Mən ilk növbədə Respublikamızda fəlsəfənin 
tədrisi ilə  əlaqədar bir çox məsələlərin birgə mü-
zakirəsini nəzərdə tuturam. Pedaqoji Universitetdə 


 
- 106 -
fəlsəfə kafedrasının müdiri olduğum müddətdə  də 
Elmi-metodiki  Şura xətti ilə BDU-nun fəlsəfə ka-
fedraları ilə  və ilk növbədə Fuad müəllimlə  əmək-
daşlıq edir, onun məsləhətlərini nəzərə alırdım. 
Azərbaycan Universitetində rektor olduğum müd-
dətdə ölkənin ən qabaqcıl mütəxəssislərini, ən yaxşı 
müəllimlərini tədrisə  cəlb etmək proqramı  çərçivə-
sində ilk dəvət etdiyim görkəmli professorlar sıra-
sında, heç şübhəsiz, akademik Fuad Qasımzadə  də 
var idi. O, həm dərs deyir, həm də Universitetin 
nəzdindəki  Şərq-Qərb Tədqiqat Mərkəzinin yığın-
caqlarında fəal iştirak edirdi. O, mənim bir neçə 
kitabımın redaktoru olmuş, ön söz yazmış, mətbuat-
da mənim elmi fəaliyyətimlə bağlı məqalələrlə çıxış 
etmişdi. Yaxşı xatırlayıram, Gülüstan sarayında mə-
nim Heydər  Əliyevə  həsr olunmuş “Lider. Dövlət. 
Cəmiyyət” kitabımın təqdimat mərasimində  çıxış 
edərkən məni öz yetişdirməsi saydığını  və bununla 
qürur duyduğunu bildirdi. Ümumiyyətlə, özünün ən 
böyük nailiyyətləri sırasında ilk növbədə yetişdirdi-
yi kadrlarla fəxr edərdi. Çətin elə adam göstərmək 
olar ki, fəlsəfə sahəsində alim hazırlığında Fuad 
müəllim qədər yüksək məhsuldarlıq göstərmiş ol-
sun.  
Biz yeni siyasi şəraitdə müstəqil Azərbaycan 
Respublikasında yeni ideologiyanın formalaşdırıl-
ması, fəlsəfə proqramlarının yenidən hazırlanması, 
ölkəmizdə  fəlsəfi maarifçilik işinin canlandırılması 
və s. bu kimi məsələlərdə yenə də Fuad müəllimin 


 
- 107 -
fəal həyat mövqeyinin şahidi olurduq. Fəlsəfə  və 
Sosial-Siyasi Elmlər Assosiasiyasının (AFSEA) 
təsis qurultayında, AFSEA xətti ilə keçirilən kon-
franslarda, seminarlarda Fuad müəllimin çıxışlarını 
və təşkilati fəaliyyətini də xüsusi qeyd etmək istər-
dim. O, “Fəlsəfə” jurnalının yaradılmasında, Redak-
siya Heyətinin toplantılarında da lap son illərə qədər 
fəal iştirak edir, yaşını heç vaxt biruzə vermirdi.  
 
 
 
Fuad Qasımzadə lap gənc yaşlarından elmlər 
doktoru, professor və  fəlsəfə kafedrasının müdiri 
olmaqla XX əsrin ortalarından başlayaraq ölkəmizin 
əksər ziyalıları, alimləri və sənət adamları ilə birgə 
tədbirlərdə  iştirak etmiş,  ən ali məclislərdə söz sa-
hibi olmuşdur. Ona görə  də Fuad müəllimin çox 
zəngin xatirələri var idi; danışmaqla qurtarmaq bil-
mirdi. Biz əvvəlki nəslin bir çox ziyalıları haqqında 
məhz Fuad müəllimdən eşitmişdik.  
Akademik Fuad Qasımzadə  həm də ictimai-


 
- 108 -
siyasi xadim olmaqla dövlət işlərində öz köməyini 
əsirgəmir, ulu öndər Heydər Əliyevin həyata keçir-
diyi geniş quruculuq planlarının həyata keçirilmə-
sində  və  təbliğində xüsusi fəallıq göstərir, həmişə 
ön xətdə olurdu. Təsadüfi deyil ki, o, müstəqil Azər-
baycan Respublikasının ilk Konstitusiyasının hazır-
lanmasında da iştirak etmiş, Konstitusiya Komissi-
yasının üzvü olmuşdur. Bu da təsadüfi deyil ki, 
Azərbaycan filosofları içərisində ilk dəfə  “İstiqlal” 
ordeninə layiq görülən də məhz Fuad müəllim idi.  
Fuad müəllim Azərbaycan fəlsəfi fikrinin gör-
kəmli nümayəndəsi olaraq bu sahədə çalışan alim-
lərin və müəllimlərin ağsaqqalı, xeyirxah və  nəcib 
insan kimi hərtərəfli fəaliyyət göstərirdi. O, 
AFSEA-nın fəlsəfə bölməsinin və  Təhsil Nazirli-
yinin ictimai elmlər üzrə metodşurasının sədri, Dini-
Elmi  Şuranın və  Şərq-Qərb Tədqiqat Mərkəzinin 
fəxri üzvü, Azərbaycan Ağsaqqallar  Şurasının sədr 
müavini və jurnalımızın Redaksiya Şurasının fəal 
üzvlərindən biri kimi ölkəmizdə  fəlsəfi və ictimai-
siyasi fikrin inkişaf etdirilməsi və təbliğində böyük 
xidmət göstərirdi.  
Mənim xatirimdə Fuad müəllim məhz belə 
hərtərəfli, ictimai-siyasi fəallığı ilə seçilən, istər fəl-
səfi fikir sahəsində, istərsə  də ölkənin ictimai hə-
yatında həmişə ön xətdə dayanan yüksək mədəniy-
yətli xeyirxah insan, hərtərəfli tədqiqatları ilə se-
çilən alim, gözəl müəllim, mötəbər bir ziyalı kimi 
qalmışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə