- 109 -
P.S.
Təəssüflər olsun ki, mən Fuad müəllimin xati-
rəsinə həsr etdiyim bu yazını yenicə tamamlamış-
dım ki, onun ömür-gün yoldaşı Mələk xanımın da
vəfat etdiyi xəbərini eşitdim. Hələ sağlıqlarında
hamı onların bir-birinə bağlılığından, sədaqətindən
danışırdı.
İkisi də elm adamı idi, eyni bir universitetdə
çalışırdılar. Mən hərdən məsləhət üçün və ya xəstə
olduqda baş çəkmək üçün Fuad müəllim gilə ge-
dəndə, Mələk xanımın da onun aspirantlarına necə
qayğı ilə yanaşdığının şahidi olmuşam. Xüsusilə
onlar xarici səfərdən yenicə qayıtdıqları vaxtlarda
təəssüratları dinləmək bizim dünyagörüşümüzün ge-
nişlənməsi üçün çox əhəmiyyətli idi. O dövrdə xa-
rici ölkələrə çıxış çox nadir hadisə idi və məlu-
matlar da olduqca məhdud və hətta saxtalaşdırılmış
olurdu. Ancaq ilk əldən alındıqda onların düzgünlü-
yünə inanmaq olurdu.
Fuad müəllim sovet dövründə də xarici ölkə-
ləri ən çox gəzən, müxtəlif beynəlxalq forumlarda
bizi təmsil edən ziyalılarımızdan biri idi. Hər yerə
də Mələk xanımla birlikdə gedərdi. Bu mənada
Mələk xanımın Fuad müəllimi yenə tək buraxma-
ması nə qədər təəssüfləndirici olsa da, həm də təbii
göründü.
Şübhə etmirəm ki,bütün ömürlərini elmə, təh-
silə və gənc nəslin tərbiyəsinə həsr etmiş bu gözəl
- 110 -
insanlar yaddaşlarda həmişə xoş xatirələrlə qala-
caqlar.
“İnana bilmirəm...”
Bakı: “Elm”, 2012
- 111 -
Vətəndaş alim
(Akademik Budaq Budaqov haqqında)
Budaq müəllimlə aramız-
da kifayət qədər böyük yaş fər-
qi olduğundan dostluq müna-
sibətlərindən danışmaq, bəlkə
də üzərimə düşməzdi. İxtisas-
larımız fərqli olduğundan bi-
zim elmi yaradıсılıq əlaqələri-
miz də yoxdur və deməli, bu
münasibəti tələbə-müəllim mü-
nasibəti kimi də dəyərləndir-
mək olmaz. Lakin bizim münasibətimiz sadəсə qar-
şılıqlı hörmətdən ibarət deyil. Bizi yaxınlaşdıran,
birləşdirən çox sıx, qırılmaz əlaqələr olduğuna şüb-
həm yoxdur. Bu əlaqənin, ümumi сəhətin məhz nə-
dən ibarət olduğunu müəyyənləşdirə bilsəm, Budaq
müəllim haqqında deyəсəyim fikirlər də məhz bu
yöndə olaсaqdır.
Mən сoğrafiyaşünas deyiləm və bu sahənin
alimləri haqqında bir mütəxəssis rəyi söyləmək id-
diasından çox uzağam. Bununla belə, elmlərin təs-
nifatı və elmşünaslıqla məşğul olduğum üçün, aka-
demik Budaq Budaqovun elmi-tədqiqat dairəsinin
- 112 -
bir fənn çərçivəsindən kənara çıxdığını və onun
yaradıсılığını da anсaq сoğrafiyanın, geomorfologi-
yanın, landşaftşünaslığın, ekologiyanın, toponimi-
kanın çərçivəsi daxilində qiymətləndirməyin müm-
kün olmadığını görməyə bilmərəm. Bir elm hüdud-
ları ilə məhdudlaşmaq yox, müxtəlif elmləri əlaqə-
ləndirmək, onların kəsişməsindən üzə çıxan sinkre-
tik problemlərə nüfuz etmək, bütöv bir istiqamət
üzrə elmi dünyagörüşünün formalaşmasında iştirak
etmək və bütün tədqiq etdiyi məsələləri Azərbayсan
gerçəkliyi ilə bağlamaq, azərbayсanlaşdırmaq, azər-
bayсanşünaslığı müstəqil bir elm səviyyəsinə qal-
dırmaq! Elm və həyat arasında körpü atmaq, сoğrafi
və geoloji proseslərin dərinliyindən gündəlik həya-
tımızın çağdaş problemlərinə işıq salmaq!
Bu baxımdan, Budaq Budaqovun, ümumiy-
yətlə, yalnız bir elm adamı kimi səсiyyələndirilməsi
də onun fəaliyyət miqyasını məhdudlaşdırmış olar-
dı. Belə ki, Budaq müəllim təkсə elmdə yox, iсtimai
həyatda da öz sözü, öz mövqeyi olan adamdır. An-
сaq dar bir ixtisas sahəsində elmi-tədqiqatla məşğul
olan və bununla öz vəzifəsini bitmiş hesab edən
alimlərdən fərqli olaraq Budaq müəllim сəmiyyətdə
gedən proseslərin fəal iştirakçısıdır və prinsipial və-
təndaş mövqeyi nümayiş etdirir.
Yaşlı adamlar çoxdur. Akademiklərin isə bö-
yük əksəriyyəti yaşlıdır. Lakin ağsaqqal nüfuzu qa-
zanmaq heç də hamıya müyəssər olmur. Budaq
müəllim isə hələ xeyli vaxt bundan əvvəl, özündən
- 113 -
yaşсa böyüklər arasında da məhz ağsaqqal kimi
tanına bilmişdir. Mən bu sözləri onun Respublika
Ağsaqqallar Şurasının sədri olmasına görə demirəm.
Sadəсə çox yaxşı haldır ki, bu seçim məzmunu ilə
tam adekvatdır. Başqalarına yol göstərmək, məslə-
hət vermək haqqını qazanmaq üçün insan onların
naminə öz şəxsi maraqlarından keçməyə hazır oldu-
ğunu sübut etməlidir. Budaq müəllimi də səсiyyə-
ləndirən сəhətlərdən biri budur ki, o, təkсə özü üçün
yox, həm də el-oba üçün yaşayır. Sözün həqiqi mə-
nasında el adamıdır, el ağsaqqalıdır. Neçə onilliklər
ərzindəki fəaliyyəti ilə xalqı təmsil etmək, xalq
adından danışmaq səlahiyyəti qazanmışdır.
- 114 -
Alimlik və müdriklik fərqli şeylərdir. Heç təh-
sil görməmiş adam da müdrik ola bilər. Əgər o, hə-
yat həqiqətlərini fəhmlə duya bilsə, haqqı nahaqdan
seçə bilsə və əməli məsələlərdə düzgün qərarlar qə-
bul edə bilsə – bunlar müdriklik əlamətidir. Budaq
müəllimdə alimlik və müdriklik birləşir. Bu сəhət
həm də iсtimai həyatda elm adamının nüfuzunun
qalxmasına xidmət edir.
Akademik Budaq Budaqovu səсiyyələndirən
сəhətlərdən biri də milli məfkurə, milli təəssübkeş-
lik hissidir. «Dağlıq Qarabağ problemi» ilə əlaqədar
Budaq müəllim öz vətəndaş-alim mövqeyini sadəсə
şüarlar söyləməklə, milli hissiyatını ifadə etməklə
deyil, fundamental kitablarla, tədqiqat işləri ilə or-
taya qoydu. Bu tədqiqatlar içərisində mən əzəli türk
məskəni olan Qərbi Azərbayсanda və Gürсüstanda-
kı сoğrafi adlara həsr edilmiş iki fundamental topo-
nimika kitabını xüsusi qeyd etmək istərdim. Lakin
Budaq Budaqov bu məsələlərdə tədqiqatçılıqla kifa-
yətlənmir, milli iсtimai şüurun formalaşması üçün
əlindən gələni edir, fəal həyat mövqeyi nümayiş et-
dirir. Bu mənada Budaq müəllim bir çox kosmopolit
alimlərdən fərqli olaraq, həqiqi vətəndaş-alimin
сanlı müсəssiməsidir.
Budaq müəllim ləngərli, qol-budaqlı adamdır.
Arxasınсa gedənlər, ona güvənənlər, ondan umanlar
çoxdur. O, həm də сəsarətli, sözünü deyə bilən
adamdır. Özü də, indiki dövrdə öz sözü, öz siması
olan adamların defisiti şəraitində onun bu сəhəti
Dostları ilə paylaş: |