Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/32
tarix17.09.2017
ölçüsü5,01 Kb.
#438
1   ...   21   22   23   24   25   26   27   28   ...   32

 
- 115 -
diqqəti сəlb edir.  
Budaq müəllimlə münasibətimizin görünən tə-
rəfləri isə onun ən çox mənim rəhbərlik etdiyim 
Azərbayсan Universitetinin tədbirlərində iştirakı ilə 
bağlıdır. O, Azərbayсan Universiteti nəzdindəki 
«Şərq-Qərb» tədqiqat mərkəzinin təsisçilərindən bi-
ri və daimi üzvüdür. Onun böyük elmi dünyagörüşü 
bu mərkəz çərçivəsində keçirilən müzakirələrdə, 
elmi tədbirlərdə  iştirakçılar üçün həmişə faydalı 
olmuşdur. Budaq müəllim universitetdə nəşr olunan 
«Ipək yolu» оurnalının işində, «Istedad» klubunun 
tədbirlərində də fəal iştirak edir. Işinin çox olmasına 
baxmayaraq, istedadlı  gənсlərlə görüşlərə  həmişə 
vaxt tapır və öz köməkliyini onlardan əsirgəmir. 
75 illik həyat yoluna nəzər salarkən akademik 
Budaq Budaqovun simasında ilk növbədə, çağdaş 
Azərbayсan elmini yüksək səviyyədə  təmsil edən, 
xalqa, Vətənə, millətə həqiqətən bağlı olan, сoğrafi 
vətənlə  mənəvi vətəni öz həyat və yaradıсılığında 
ehtiva edən  əsl vətəndaş-alim,  əsl azərbayсanlı gö-
rürəm. 
 
“Elmin budağı”, Bakı, 2003 
 
 
 
 
 
 


 
- 116 -
 
 
 
Daşların simfoniyası 
(Akademik Ömər Eldarov haqqında) 
 
Hüseyn Cavid mükafatı laureatı 
 Hüseyn  Cavid 
özü milli məfkurə-
mizin formalaşma-
sında  ən ünlü bələd-
çilərdən biri olduğu 
kimi,onun adına təsis 
olunmuş mükafatın 
həqiqi ünvanlarının 
axtarılıb tapılması  işi 
də millətimizin bir çox şəxsiyyətlərini, əsl ziyalıları-
mızı tanımağıma bilavasitə səbəbkar olmuşdur.  
Azərbaycan Universitetinin rektoru kimi çalış-
dığım dövrdə Azərbaycan Yazıçılar Birliyi və Milli 
Elmlər Akademiyası ilə birgə  təsis etdiyimiz Hü-
seyn Cavid mükafatının laureatları ilə yaxından ta-
nışlıq imkanı yarandı. Cavid parkında ucalan möh-
təşəm Cavid abidəsinə görə 1998- ci ilin mükafatına 
layiq bilinən görkəmli heykəltaraş, akademik Ömər 
Eldarovla ilk dəfə görüşürdüm. Şöhrəti bütün ölkə-
yə yayılmış bu şəxsin özü o dərəcədə təvazökar və 
səmimi idi ki, heç elə bil o böyük abidələrin müəl-
lifi deyildi.  


 
- 117 -
İllər keçdi, mən bu ünlü sənətkarın yaradıcılı-
ğı ilə daha yaxın tanış olduqca, onun özü ilə də ye-
nidən görüşmək və onun öz əsərləri haqqında şəxsi 
təəssüratlarını dinləməyə getdikcə daha çox ehtiyac 
hiss etdim. Heykəllər nə isə deyirdi, amma yara-
dılmışların dedikləri başqa, yaradıcılıq prosesinin öz 
sirri-sehri bir başqa! Daşlara can verib yaşatmaq sə-
nəti. Cavid demişkən, “yaşamaq gözəldir, yaşatmaq 
daha gözəl!” 
 
 
Tədqiqat Mərkəzində istirahət ideyası 
2011-ci ilin isti yay mövsümündə yenə də hə-
mişəki kimi gərgin iş gününün sonunda Şərq-Qərb 
Mərkəzinin işçiləri, nəhayət, dilə  gəlib, «bəlkə biz 
də arabir istirahət haqqında fikirləşək», – dedilər. 
– Amma bir şərtlə ki, istirahət sadəcə vaxt it-
kisi olmasın, tədqiqatımız üçün yeni qida versin, 
məsələn,  Şərq və  Qərbin yeni bir təmas xəttini 
tapaq, – dedim. 
Kim isə  İstanbula getməyi, Avropa və Asiya 
qitələrini birləşdirən Boğaziçi körpüsü haqqında 
təəssüratları bölüşməyi təklif etdi. Başqa təkliflər də 
oldu... Amma iş çox idi və biz istirahət üçün cəmi 
bir gün ayıra bilərdik. 
–  Şərq ilə  Qərb özgə harada birləşir? – deyə 
soruşdum. 
– Üzeyir Hacıbəyovun musiqisində! 
– Bəli, Üzeyir Hacıbəyov! Onun sənəti doğ-
rudan da Şərq ilə Qərbin vəhdətini təcəssüm etdirir. 


 
- 118 -
Onu ziyarət etməyin ən gözəl məkanı Şuşadır, am-
ma … 
– Bəs özgə harada? 
– Lütfi Zadənin təlimində. Onun Şərq düşüncə 
tərzi Qərb məntiqinə yeni çalar gətirmiş  və dünya-
nın  ən böyük kəşflərindən biri məhz bu vəhdət 
sayəsində mümkün olmuşdur. 
– Amma Amerika İstanbuldan da uzaqdır. 

 
 Bizim  milli  təsviri sənəti, təbiətimizin və 
həyatımızın özünəməxsusluğunu ən müasir rəngkar-
lıq texnikasının açdığı yeni imkanlar zirvəsində Av-
ropada təmsil edən Toğrul Nərimanbəyovun sənət 
dünyası. Sanki Şərqin rəng qamması Qərbə transfer 
olunub.  

 
Gözəl misaldır, amma Toğrul Nərimanbə-
yov çox güman ki, indi Fransadadı.  
Fikir axtarışlarında uğursuzluqdan az qala 
mütəəssir olmuşduq ki, birdən ağlımıza vəhdət 
təcəssümünün daha bir yüksək nümunəsi gəldi: 
– Ömər Eldarovun yaradıcılığında! Burada da 
iki düşüncə tərzi, iki mədəniyyət üzvi surətdə birləş-
mişdir. Həm də bu vəhdətin yaradıcısı ilə bilavasitə 
görüşmək şansımız var. 
– Necə olub ki, indiyə qədər müasirimiz olan 
və bizimlə bir şəhərdə yaşayan bu canlı klassikin 
özü və yaradıcılığı ilə yaxından tanış olmamışıq? 
Məgər Şərq-Qərb Mərkəzinin foyesində asılmış bö-
yük  şəkil – hər gün işə  gələrkən rastlaşdığımız bu 
sənət  əsəri – Azərbaycanda bu problemin əsasını 


 
- 119 -
qoymuş görkəmli  şərqşünas alim Aida İmanquli-
yevanın qəbirüstü abidəsindən reproduksiya deyilmi 
və bu abidə  də  məhz akademik Ömər Eldarovun 
zəngin yaradıcılıq kolleksiyasından bir nümunə de-
yilmi?  
Bəzən biz uzaq ellərdə, qədim zamanlarda 
yaradılmış sənət abidələrini, bu abidələrin yaranma 
tarixçələrini təfərrüatlara qədər əzbər bilirik. «Uzaq 
elin halvası şirin olur», amma de, hansı sənət əsəri, 
hansı heykəl qəlbimizi Füzulinin abidəsi qədər riq-
qətə  gətirə bilib? Hansı daş abidə poeziyanın lirik 
notlarını Natəvan heykəli kimi tək bir baxışla ifadə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə