Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/32
tarix17.09.2017
ölçüsü5,01 Kb.
#438
1   ...   24   25   26   27   28   29   30   31   32

 
- 128 -
 
 
 
Şairin özü və sözü 
(Xalq şairi Zəlimxan Yaqub haqqında) 
 
 
Sənin nə ki, sazın-sözün, özün də, 
 Şeirsən, məna var hər bir sözündə. 
 
Hacı Sədrəddin  
 
Zəlimxan Yaqubun özü 
ilə çoxdan tanış olsam da, 
poeziyası zaman keçdikcə mə-
nə daha doğma gəlir. Ya onun 
poeziyası yaşa dolduqca fəl-
səfəyə yaxınlaşır, ya mən yaşa 
dolduqca akademik tədqiqat-
lardan, elm fəlsəfəsindən daha 
çox,  şeirə, sənətə  və  gənclik 
xatirələrinə yaxınlaşıram.  
Zəlimxan Yaqubun 50 illik yubileyi münasi-
bəti ilə  mən onun poeziya yolunu təkrar nəzərdən 
keçirərək “Ozan fenomeni və milli özünüdərk” adlı 
məqalədə ona fəlsəfi prizmadan qiymət verməyə ça-
lışdım. Daha 10 il keçdi. Zəlimxan poeziyasının fəl-
səfi yükü bir az da artdı  və onun sadəcə ayrı-ayrı 
şeirləri, poemaları haqqında deyil, həm də bütövlük-
də dünyagörüşü, estetik və fəlsəfi baxışları haqqında 


 
- 129 -
fikirlərimi “Sazla havalıyam, sözlə diriyəm” adlı 
məqalədə çap etdirdim. Beləliklə, Şairin özü ilə gö-
rüşlərimiz səngisə də, yaradıcılığı ilə, sözü ilə taniş-
lığım getdikcə dərinləşir, - desəm səhv etmiş olma-
ram.  
İndi isə  Zəlimxan Yaqubun özü ilə tanışlığı-
mın 40 illiyini yad etmək istəyirəm. 1970-ci ildə 
BDU-nun fizika fakültəsinin ikinci kursunda oxu-
yarkən kitabxanaçılıq fakültəsində  ədəbiyyat dərsi 
deyən  əmim  Əmirxan Xəlilov məni tələbələrindən 
biri ilə tanış edib, “gələcəyin böyük şairidir”, – dedi. 
O vaxt fakültələrimiz eyni mərtəbədə idi və biz tez-
tez görüşürdük. Amma Zəlimxan məndən iki kurs 
yuxarıda oxuduğundan universiteti də  təbii ki, tez 
bitirib bizi tərk etdi. Sonra öyrəndik ki, o, kitab pa-


 
- 130 -
sajında işləyir. Və biz də (bir neçə şeirsevər fiziklə 
birgə) kitab seçmək adı ilə tez-tez pasaja gedib Zə-
limxanın yeni şeirlərindən xəbər tuturduq. 1976-cı 
ildə mənim namizədlik dissertasiyamın müdafiəsin-
də o da iştirak edirdi. Moskvadan gəlmiş rəsmi op-
ponentim xalq şairi Osman Sarıvəllinin oğlu Rəfiq 
Qurbanovla söhbətləri yaxşı tutmuşdu. Müdafiəni 
“qeyd etmək” üçün “Çənlibel” restoranına da şair 
dostlarımızla getdik. Rəfiq müəllim köhnə dostu 
Vilayət Rüstəmzadəni, mən isə  Zəlimxan Yaqubu 
dəvət etdim və gündüzkü fəlsəfə  məclisini poeziya 
gecəsi ilə davam etdirdik. Tanıyanlar bilir ki, Vila-
yət Rüstəmzadə də sinədəftər şair idi. Elə Rəfiq Sa-
rıvəlli də böyük şeir bilicisi idi, əmim Əmirxan Xə-
lilov da. Və bir də gənc Zəlimxan Yaqub. Qalanını 
deməyə ehtiyac yoxdur. Həmin gün mənim rəsmən 
“filosof” olduğumu qeyd edirdik. Amma fəlsəfənin 
yolları hələ təzə açılırdı. O vaxtdan neçə onillər ke-
çəcəkdi və Zəlimxan poeziyanın “Peyğəmbər” qatı-
na yüksələcəkdi, mən isə  fəlsəfənin poeziya qatına 
qədəm basacaqdım. Qədəmlərimiz mübarək,  şair 
eloğlum!  
İllər bizi gah uzaqlaşdırır, gah yaxınlaşdırırdı. 
Gah da yaşadığımız ictimai-siyasi həyat bizi eyni 
bir məqamda birləşdirirdi, eyni bölgədən millət 
vəkili seçilib, eyni məclislərdə çıxış etməli olurduq. 
Zəlimxan Yaqubdan sonra çıxış isə necə çətin oldu-
ğunu izah etməyə, yəqin ki, ehtiyac yoxdur. Hamı 


 
- 131 -
bilir ki, Zəlimxanın natiqliyi az qala şairliyi qədər 
heyrətamizdir.  
 
P.S. 
Şairin guya özü haqqında yazarkən, sual çıxdı 
ki, ayə, indi daha Zəlimxan sənin o tələbəlik illərin-
dən xatırladığın Zəlimxan deyil. İndi onun şəxsi hə-
yatı arxaya keçib, özü elə sözüdür. 
 
Zəlimxan da söz yolunda şam ola, 
Hər kəlməsi sevgi dolu cam ola, 
Təbiətin özü kimi tam ola, 
Əsillənə, nəsillənə, soylana. 
 
Düzdür,  şair  öz-dən  söz-ə keçməyin bir eniş 
məqamını da görür:  
 
Dağ başında vallah adam dağ olar, 
Nahaq endik o dağların başından. 
 
Amma bir zirvədən başqasına keçməyin enişi 
də var, yoxuşu da.  
Atam deyərdi:  
 
Bu fani dünyanın iki üzü var, 
Qaranlıq gecəsi, şux gündüzü var,  
Dərəsi-təpəsi, dağı-düzü var,  
Enişli-yoxuşlu, şair eloğlum!  
 
Və bu sözləri məhz Zəlimxana müraciətlə de-
mişdi. Atam Hacı Sədrəddin şairlə birlikdə Həcc zi-
yarətində olmuşdular. Hər bir Borçalı ziyalısı kimi 
atam da aşıq poeziyasını çox sevirdi. Aşıq Abbas 
Tufarqanlıdan, Xəstə Qasımdan tutmuş  Aşıq  Ələs-
gərə, Aşıq Şəmşirə qədər – hamısını əzbər deyirdi. 
Zəlimxan Yaqub poeziyasına da məndən daha yaxşı 


 
- 132 -
bələd idi. Ziyarətdən qayıtdıqdan sonra Zəlimxana 
“Şair eloğlum” rədifli bir şeir də həsr etmişdi.  
Bu ziyarət izsiz ötüşmədi. Şairin yaradıcılığın-
da Haqq mövzusu getdikcə genişləndi, “Peyğəm-
bər”ə, “Mövlana”ya zəmin yarandı.  
Vergi Allah vergisidir. Bu, qəlb evinin gizli 
xəzinəsidir, – üzə çıxır. Bu, təsirlənmək, duyğulan-
maq və bu təəssüratın qığılcımlarını üfürüb alovlan-
dırmaq, bu alovun istisinə isinmək, işığına işıqlan-
maq və öz hərarəti ilə başqalarını da hənirləndir-
mək, öz işığı ilə başqa qəlbləri də işıqlandırmaq əz-
midir. Bu məqama çatmağın da iki yolu var. Birin-
cisi, pillə-pillə yüksələrək görünən dünyanın dərkin-
dən adi gözlə görünməyən mətləblərin dərkinə doğ-
ru çətin bir yol keçmək.  İkincisi, – Allah vergisi! 
Ustad ozanlardan dərs alıb aşıqlıqdan aşiqliyə yük-
səlmək və buta verilməklə “haqq aşığı” olmaq.  
Zəlimxan Yaquba yuxusunda buta verilibmi, 
verilməyibmi, – deyə bilmərəm. Amma onun yara-
dıcılığı, bir tərəfdən, “haqq aşığı” institutu ilə sovet 
aşıq məktəbinin, digər tərəfdən də, folklorla klassik 
Azərbaycan poeziyasının sanki bir sintezidir. Hər-
çənd bir sıra  əsərlərinin dini-fəlsəfi, yaxud siyasi-
fəlsəfi yönü və mündəricəsi var, bütövlükdə baxan-
da Zəlimxan Yaqub daha çox saz və folklor üzə-
rində köklənib.  
Zəlimxan Yaqubun «Peyğəmbər» yazmaq ar-
zusu çoxdan var idi. Bu arzunu dost-tanışla bölüş-
məzdən hələ neçə illər öncə  qəlbində  gəzdirirdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə