Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc



Yüklə 5,01 Kb.

səhifə29/32
tarix17.09.2017
ölçüsü5,01 Kb.
1   ...   24   25   26   27   28   29   30   31   32

 
- 133 -
Amma heç şübhəsiz, bu arzu və qərarın özünə ayan 
olduğu vaxtdan da çox-çox əvvəl bu yaradıcılıq əz-
mini qazanmaq üçün o, daxilən hazırlanırdı. İçində-
ki «Haqq aşiqliyi»ndən pay gec-tez onu bu qərara 
sövq edəcəkdi. Amma Zəlimxan Yaqub “Peyğəm-
bər” yazmaq sinninə asanlıqla gəlib çatmadı.  
“Peyğəmbər”i yazmaq üçün bir şair kimi püx-
tələşmək hələ az idi. Həcc ziyarəti ilə mənən təmiz-
lənmək, təzələnmək də yetərli deyildi. Mənəvi ka-
millik və ustad şairlik məqamından ziyadə, bu möv-
zu, necə deyərlər, ixtisaslaşmış bilik də tələb edirdi. 
Və şair Zəlimxan “Peyğəmbər” yazmaq üçün dizini 
yerə qoyub bir neçə il ilahiyyat və din tarixi üzrə 
qalın-qalın kitablar oxumalı oldu… Hekayətlər, rə-
vayətlər, hədislər az-çox dərəcədə ona doğma janrda 
idisə də, dini-elmi kitabların mənimsənilməsi əlavə 
səy tələb edirdi. Zəlimxan Yaqub buna da qatlaşdı.  
Düzdür, bütün bu zəhmətlər, intellektual səy-
lər, əzm və iradə şairin bu mövzuya necə böyük mə-
suliyyət və  həssaslıqla yanaşdığını göstərir. Amma 
bir şey də var ki, ilhamla intellektin, bədahətlə zəh-
mətin bu sintezi ənənəvi Zəlimxan Yaqubdan xeyli 
fərqli görünür. Ona görə  də bu əsəri ancaq poetik 
baxımdan dəyərləndirmək düzgün olmazdı. Əsər is-
lam tarixi və ümumiyyətlə islamşünaslıq baxımın-
dan da dəyərlidir. Bu artıq Zəlimxan Yaqubun bir 
şair olmaqdan daha çox, bir din maarifçisi kimi bö-
yük xidmətidir.  


 
- 134 -
Əsərin yazılması ərəfəsində şair mənimlə söh-
bətlərində Cavidin və Cübranın “Peyğəmbər”ləri 
haqqında da söhbət açırdı. Görünür, mövzuya kök-
lənmək və  gələcək müqayisələrə öncədən hazır ol-
maq üçün bunlar da lazım idi. Lakin Zəlimxan Ya-
qubun “Peyğəmbəri” həm janr və forma, həm də 
məzmun baxımından xeyli fərqlidir.  
Dinə münasibətdə başqa vəznə  və başqa ha-
vaya keçə bilmək üçün isə  şair təkcə  Məkkə ziya-
rətinə getməklə kifayətlənmir, Yəsəvi, Mövlana və 
Yunus dünyalarına da baş çəkməli olur və təsəvvü-
fün lap astanasında gəlib dayanır.  
Desək ki, Zəlimxan Yaqub təsəvvüf fəlsəfəsi-
nin dərinliklərinə gedir və bu sahədə nə isə yeni fi-
kirlər söyləyir, əlbəttə, yanlış olardı. Amma önəmli 
olan budur ki, təsəvvüfün ruhu Zəlimxana yad deyil, 
hətta bir sıra məqamlarda onun dedikləri təsəvvüf 
notlarında köklənmişdir. Böyük sufi şairi Yunis 
İmrəni o dərəcədə sevən və ona bütöv bir dastan qo-
şan Zəlimxan Yaqub sufizmə biganə qala bilməzdi. 
Özünün təbiri ilə desək, sazdan doğulan şair zaman 
keçdikcə qopuzlanmış, tarımlanmış, sənətin ilham 
pərisi ilə izdivac qurmuş, meydən bihuş olmuş, ney-
dən vəcdə gəlmişdir.
  
 
Doğrudan danışan, düzdən oxuyan, 
Ən nurlu kəlmədən, sözdən oxuyan, 
Odur ürəyimi gözdən oxuyan, 
Gizli nöqtələrdən agahım mənim. 
 


 
- 135 -
Zəlimxan böyük bir xəzinənin üstündə otur-
muşdur. O, məhz dilimizdə yatan xəzinənin xirida-
rıdır. Hansı isə ideyanı, cərəyanı, təriqəti bilavasitə 
mənimsəmək və ifadə etmək bir şeydir (bu, filosof-
ların işidir), dilin yaddaşında yatan
 
fəlsəfəni üzə çı-
xarmaq başqa şeydir. Sanki təbiətin özü də şair Zə-
limxanı  əzizləmiş, bəsləmiş, onu «çiçəkdə  şeh», 
«çəməndə meh» etmişdir: 
 
Uçuş yeri üfüqlərdi,  
   
bəzədiyi şəfəqlərdi, 
Bir nəğmədi, bir əsərdi, 
   
hər çırpınan anda ruhum. 
 
 “Könlü bu dünyanın gülüşündə gül açan” 
şair təbiətin ahəng dünyasından, harmoniyadan qida 
alır, ruhlanır və insan ruhunu təbiətin stixiyası ilə 
sinxronlaşdırır.  
Bəli,  əsas məsələ ahəngi duymaq, insan, cə-
miyyət və təbiətin vəhdətindən çıxış etməkdir. Şai-
rin qəlbi dünyanın ahəngi ilə eyni ritmdə vurur. 
Əsas məsələ şeirə, musiqiyə, ülvi duyğulara, haqqa-
həqiqətə və gözəlliyə köklənməkdir.  
 
 
 
 
 
 
 
 
 


 
- 136 -
 
 
 
Şərq tarixinin böyük tədqiqatçısı 
(Akademik Nailə Vəlixanlı haqqında) 
 
Biz hamımız bu 
və ya digər nisbətdə 
Şərq və Qərbin vəhdə-
tini təmsil edirik. Nailə 
xanım da istisna deyil. 
Bu vəhdət onun həm 
şəxsiyyətində, həm də 
yaradıcılığında öz ək-
sini tapmışdır.  
Onun zahiri gözəlliyi də, xarakteri də  nə  ən-
ənəvi  Şərq, nə  də  ənənəvi Qərbdən xəbər verir. 
Vəhdətdən elə bil ki, tamamilə fərqli, yeni bir key-
fiyyət yaranmışdır. Müasir görünüşlü, müasir dü-
şüncəli, müasir davranışlı  və eyni zamanda milli-
mənəvi dəyərlərimizi, adət-ənənələrimizi qoruyub 
saxlayan, sadə olduğu qədər də zəngin bir varlıq. 
Onun tədqiqat mövzusu Şərqin tarixi ilə bağ-
lıdır. Azərbaycanda  Ərəb Xilafəti dövrünün ən gö-
zəl bilicisi, peşəkar tədqiqatçısıdır. Lakin tədqiqat 
üsulu Şərqə məxsus təəssüratçılıqdan, obrazlılıqdan, 
dəbdəbəli ibarətçilikdən azaddır. Elmin soyuq üslu-
bu, rasional düşüncənin dəqiqlik tələbi, hisslə deyil, 
məntiq və  dəlillərlə  əsaslandırmaq vərdişi, – bütün 


 
- 137 -
bunlar elmdə Qərb ənənələrindən xəbər verir. Bəli, 
Nailə xanım  Şərqin tarixini Qərb düşüncə  tərzi və 
klassik elm ənənələrinə söykənərək tədqiq edir. 
Nailə  Vəlixanlı ilə  mənim 
elmi  əməkdaşlığım  ən çox 
Şərq-Qərb tədqiqat mər-
kəzindəki birgə  fəaliyyətimizlə 
bağlıdır. Ona görə  də Nailə 
xanım haqqında təəssürat və 
fikirlərimin də məhz Şərq-Qərb 
kontekstində söylənməsi 
təsadüfi deyildir. “İpək Yolu” 
jurnalının  ərsəyə  gəlməsində 
də Şərq və Qərb arasında körpü 
atmağa  ən çox mənəvi haqqı 
olan şəxslərdən biri kimi Nailə 
Vəlixanlının böyük xidməti 
olmuşdur. 
 
“İpək Yolu” jurnalı, N2, 2000-ci il 
 
 
P.S. 
O vaxtdan neçə illər keçmişdir. Onda Nailə 
xanım Azərbaycan Universitetinin professoru və 
Şərq-Qərb Tədqiqat Mərkəzinin üzvü idi. 
Akademik Fəraməz Maqsudovla da bu Mər-
kəzdə tanış olmuşdular. Fəraməz müəllim Akademi-
yaya prezident seçildikdən sonra mən Nailə xanımın 
sənədlərini o vaxt boş olan Şərqşünaslıq institutu-




Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə