Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/32
tarix17.09.2017
ölçüsü5,01 Kb.
#438
1   2   3   4   5   6   7   8   9   ...   32

 
- 12 -
sında  əriyir”
1
. Amma bu heç də  həmişə mümkün 
olmur. Belə ki, insan qeyri-şüuri  şəkildə  də olsa, 
özünü həmişə başqalarından ayırır. Sadəcə olaraq 
əsl dostluq zamanı dostunu da “başqaları”, yəni 
yadlar cərgəsində yox, “öz”ü tərəfdə hesab edir. 
“Mən” və “başqaları” münasibəti “biz” və “başqa-
ları” münasibəti ilə əvəz olunur.  
Məlum atalar sözündə belə deyilir: “Dost 
dosta tən gərək, tən olmasa, gen gərək”. Əlbəttə, bu 
ancaq eyniyyətdən, yaxınlıqdan irəli gələn münasi-
bətlərə aiddir. Amma bu atalar sözü münasibətlərin 
ancaq bir formasını, növünü nəzərə alır. Halbuki 
fərq özü də dostluq üçün şərt ola bilər. Yəni insanlar 
məhz fərqlərinə görə bir-birini tamamlaya bilirlər. 
Necə ki, məhəbbət iki cür olur, yəni yaxınlıqdan, 
eyniyyətdən doğan məhəbbətlə yanaşı, fərqdən 
doğan məhəbbət də vardır, eləcə  də dostluğun iki 
əsas forması vardır. Fərqli adamla yoldaşlıq inkişaf 
üçün impuls verir. Yəni başqası sənin bilmədiklərini 
bilir, sənin edə bilmədiklərini edir və  nəticədə iki 
adam birləşəndə daha çox şey bacarır, daha güclü 
olur. Eyniyyətdən doğan dostluq halında isə iki ada-
mın bir yerdə olması əlavə heç nə vermir; əvəzində 
eyni bir keyfiyyət daha da vurğulanmış olur. Bir 
adamın düşüncəsi, mövqeyi bütün dostlar üçün üst-
üstə düşür. 
                                               
1
 Кант И. Лекции по этике. М., Республика, 2000. с.184.  


 
- 13 -
Dostluq hansı ehtiyacdan yaranır? Hansı  cə-
hətlərdə fərq, hansı cəhətlərdə eyniyyət daha önəm-
lidir?  Əqidənin, dini mənsubiyyətin, adət-ənənənin 
üst-üstə düşməsi dostluq üçün nə  dərəcədə önəm-
lidir? Bəs ixtisasların, bilik və qabiliyyətlərin necə, 
eyni, yoxsa fərqli olması daha yaxşıdır? Eyni dildə 
danışmayanlar dost ola bilərlərmi?  
Əbu Turxan deyir: “Yolları eyni olmayanlar 
yoldaş ola bilmədikləri kimi, zövqləri, məqsədləri, 
amalları eyni olmayanlar da dost ola bilməzlər.”  
“Biz” və “başqaları” bölgüsünün təməlində 
hansı meyarlar dayanır? Bu suallara cavab axtaran-
da xeyli dərəcədə aydınlaşır ki, fərq əqidə və mənə-
viyyat yox, intellekt və  əməli vərdiş sahələrində 
məqbul sayılır. Tərəflərdən biri fiziki cəhətdən, o 
biri intellektual cəhətdən üstündürsə, bu cür birlik 
işin xeyrinə də ola bilər. Amma biri nəcib, o biri na-
nəcibdirsə... Bir sözlə, “biz” ola bilmək üçün məhz 
mənəvi birlik tələb olunur.  
Azərbaycanda “dar günün dostu”, “gen gü-
nün dostu” ifadələri  əslində “dost” anlayışını nisbi 
başa düşməkdən irəli gəlir. Məhz bu cür yanaşma-
nın nəticəsidir ki, əksər adamlar “dəvəsi düzə  çı-
xanda” daha dar günün dostlarını axtarmırlar. Yəni 
hər mühitin özünə binəm dostları olması bir real-
lıqdır. Bu cür yanaşma dostluq ideyasından uzaq 
olub yoldaşlıq mənasında başa düşülməlidir.  “Dar 
günün dostları” çox vaxt əyləncə, eyş-işrət məclis-
ləri üçün “işə yaramırlar”. Necə deyərlər, hərənin öz 


 
- 14 -
təyinatı var. Ona görə də belə kontekstlərdə “dost” 
kəlməsindən istifadə etməmək məsləhətdir.  
Yaxud B.Franklin deyir: “Düşməninə həm də 
dost kimi bax, çünki bir çox səhvlərini ancaq ondan 
öyrənə bilərsən”. Amma həqiqi dost məhz qüsurları 
deyən dostdur. Bu başqa məsələ ki, dost guya qü-
surları görməyə  də bilər. Amma biz düşünürük ki, 
insanda özünütənqid hissi varsa, dosta da tənqidi 
münasibət bəsləmək və onun qüsurlarını aradan 
qaldırmaq üçün səy göstərmək mühüm keyfiyyətdir.  
Elm aləmində  tənqid, diskusiya, obyektivlik, 
prinsipiallıq kimi keyfiyyətlər dostluğa görə  tərəf-
keşliyi istisna edir. Əksinə, xeyirli dost özü razı ol-
mamalıdır ki, dostu onun xətrinə  həqiqətdən uzaq-
laşsın. Həqiqətin,  ədalətin pozulmasını  tələb edən 
münasibət əsl dostluq sayıla bilməz. 
Müasir dövrdə insanların həyat tərzinin dəyiş-
məsi “dostluq” məfhumuna da xeyli yeni mənalar 
gətirmişdir.  İndi canlı ünsiyyət üçün məsafə  qət 
edib görüşməyə ehtiyac qalmır.  İnternet vasitəsilə 
də əlaqə saxlamaq olur. Bu, dostların işini asanlaş-
dırmaqla yanaşı, yeni tipli dostların da əmələ  gəl-
məsinə  səbəb olur. Məsələn, “Facebook dostluğu” 
yeni hadisədir. Burada söhbət əslində tanışlıqdan və 
ünsiyyətdən gedir. İnsanlar bir-biri ilə fikirlərini 
bölüşür və sanki həmfikir axtarırlar. Lakin fikir-
lərin, maraqların, zövqlərin uyğunluğu hələ dostluq 
üçün yetərli deyil. Zəmanə isə bu cür münasibətləri 
daha çox aktuallaşdırır.  


 
- 15 -
Ümumiyyətlə, müasir zaman ünsiyyətin də
dostluğun da xarakterini dəyişir və onların yenidən 
dəyərləndirilməsinə ehtiyac yaranır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
- 16 -
 
 
 
Müasiri olmadığım müasirim 
(Akademik Heydər Hüseynov haqqında) 
 
 
Sənət adamları və riyaziyyat-
çılar  şöhrət çələngini tez geyinir-
lər. Müdriklik isə adətən ömrün 
yetkin çağında gəldiyindən fəlsəfə-
də gənc yaşlarından uğur qazanan 
insanları barmaqla saymaq olar. 
31 yaşından (1939-cu il) başlaya-
raq Azərbaycanda fəlsəfə  və icti-
mai-siyasi elmlərə  rəhbərlik edən
37 yaşında (1945-ci il) akademik 
olan, Azərbaycan Elmlər Akademiyasının  əsasını 
qoyan və onun ilk vitse-prezidenti seçilən Heydər 
Hüseynovun hikmət çırağı, nə yaxşı ki, tez şölələndi 
və xalqımızın milli ideya tarixinin ən çətin bir 
dövrünə işıq saldı. Repressiyalardan sarsılmış Azər-
baycan mlli məfkurəsinin yeni dövrün nəbzini tuta 
bilən yeni dühalara ehtiyacı var idi. Belə  çətin bir 
məqamda milli şüurun tarım çəkilmiş  və incəlmiş 
varislik körpüsünü dağılmaqdan xilas etmək üçün 
tale Azərbaycana Heydər Hüseynov şəxsiyyətini 
bəxş etdi. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə