Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/32
tarix17.09.2017
ölçüsü5,01 Kb.
#438
1   ...   24   25   26   27   28   29   30   31   32

 
- 138 -
nun direktoru vəzifəsinə təqdim etdim. Bir neçə gün 
sonra Fəraməz müəllim dedi ki, indi “Azərbaycan 
tarixi” muzeyi yaxşı vəziyyətdə deyil və ona rəhbər-
lik etmək, onun itmiş nüfuzunu bərpa etmək üçün 
yüksək mənəviyyatlı, təşkilatçı  və  məsuliyyətli bir 
adam axtarırıq. Bir halda ki, Nailə xanım haqqında 
belə yüksək fikir var, onun bu vəzifəyə getməsi 
daha məqsədəuyğundur.  
 
Doğrudan da, Nailə xanım muzeyin direk-
toru vəzifəsinin öhdəsindən ləyaqətlə gəldi və üstə-
lik elmi tədqiqlarını davam etdirdi, Akademiyanın 
müxbir üzvü, daha sonra isə  həqiqi üzvü seçldi, 
AMEA-nın vitse-prezidenti oldu. Amma vəzifə pil-
lələri onu zərrə qədər də dəyişmədi. Həmin sadə, tə-
vazökar, hər  şeydən  əvvəl alim, tədqiqatçı Nailə 
xanım!  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
- 139 -
 
 
 
Elm dünyası və alim dünyası 
(Professor Nurəddin Rzayev haqqında) 
 
 Başqa sahədə çalışan 
adamlar iş müddəti başa vur-
duqdan sonra şəxsi həyatları, 
ailələri, istirahətləri ilə  məş-
ğul olurlar. Elm adamı isə öz 
işindən heç vaxt tam ayrıla 
bilmir. Düşüncələrini həmişə 
özü ilə  gəzdirməli olur. Nə-
ticədə alimin işdən kənar 
vaxtdakı  həyatı başqa adam-
larınkından fərqlənir.  
Alimin adi adamların dərd-sərsiz, xoşbəxt hə-
yatını yaşaya bilmək üçün əlavə  səy göstərməlidir. 
Bu əlavə səy, əlavə enerji «beynin boşaldılmasına» 
sərf olunur. Və buna heç də həmişə müyəssər olmaq 
mümkün olmur. Elmi metodlarla düşünmək vərdişi 
çox vaxt ən adi məsələlərə münasibətdə  də insanı 
dolayısı yollarla aparır və bəzən qəribəlik təəssürratı 
yaradır. Çox vaxt şairlər emosianlığın çoxluğundan 
normadan  kənara çıxdığı kimi, alimlər də 
rasionallığının çoxluğundan diqqəti cəlb edirlər.  
Elə alimlər vardır ki, elmi yaradıcılıq həyatını 
adi məişət həyatından ayırmağa, qəribəlikləri ram 


 
- 140 -
etməyə və böyük elm adamı olmaqla yanaşı, cəmiy-
yətdə və məişətdə də normal adam kimi həyat sür-
məyə müvəffəq ola bilirlər. Bunun üçün profes-
sional düşüncənin, analitik təfəkkürün baş alıb get-
məsinə imkan verməyən, yeri gəldikdə onları cilov-
laya bilən, kompensasiya edən adi insani müdriklik 
və  bədii-estetik təfəkkürə malik olmaq lazımdır. 
Lakin hər alimdə bu olmur.  
Professor Nurəddin Rzayevlə  mənim bu mə-
sələyə münasibətdə müəyyən fikir ayrılığımız var-
dır. Nürəddin müəllim filosofluğu alimiliyin yüksək 
səviyyəsi hesab edir. Belə yanaşdıqda hər bir böyük 
alim əslində filosof sayıla bilər. Lakin, məncə, alim-
lik səviyyəsi nə dərəcədə yüksək olursa-olsun, əgər 
o, bədii-estetik təfəkkürlə birləşməsə filosofluq mə-
qamına çata bilməz.  Əksinə, birtərəfli rasional dü-
şüncə  şəxsiyyətin bütövlüyünə, ahəngdarlığına de-
yil, kəskin yarımçılığına, mənəvi şikəstliyinə gətirib 
çıxara bilər. Nurəddin müəllim alimliyin insana təl-
qin etdiyi birtərəfliyi kompensasiya edə bilən, alim-
likdən gələn qəlibəliklərin fövqündə dayanan yük-
sək mədəniyyətli ziyalıdır.  


 
- 141 -
 Nurəddin Rzayev filosofluq məqamına çat-
mış bir alimdir. Onun tibb elminə gətirdiyi yenilik-
lər barədə danışmaq mənim kompetensiyam xaricin-
dədir. Lakin biz onunla bir böyük həkim kimi, bir 
alim kimi deyil, bir filosof kimi ünsiyyətdə olur, bu 
və ya digər problemi fəlsəfi müstəvidə müzakirə 
edirik. Bununla belə, mənim müşahidələrimə görə, 
Nurəddin Rzayevin filosofluğu da, bədii-estetik du-
yumu da, hətta dindarlığı da onun həkimliyindən 
başlanmışdır. Belə ki, fəlsəfi təfəkkürü və poetik 
duyumu soyuq rasional düşüncədən fərqləndirən 
başlıca amil heyrət hissidir. Dəfələrlə  şahidi olmu-
şam ki, Nurəddin Rzayevi ən çox heyrətləndirən 
insan orqanizminin fövqəladə dərəcədə incə, mürək-
kəb və qaydalı quruluşdur. Nurəddin Rzayev bir hə-
kim kimi insan orqanizmində gedən fizioloji pro-
seslərin incəliklərini bilməklə kifayətlənmir, bunun-
la bahəm, təbiətin bu ən böyük möcüzəsinə heyran-


 
- 142 -
lıqla yanaşır… Onun Allaha inamının da ən böyük 
dəlil-sübutu ilk növbədə bu möcüzədir. Onun tə-
biətə vurğunluğunun, poetik duyumunun da təmə-
lində bu böyük möcüzədən doğan heyrət hissi da-
yanır. 
Bir sözlə, Nurəddin Rzayevi həkimlik səviy-
yəsindən həkimlik (filosofluq) səviyyəsinə qaldıran 
ilk təkan, məncə, başqa həkimlərin sadəcə soyuq 
ağılla dərk etdiyini onun həm də isti ürəklə, heyran-
lıqla dərk etməsi və vəsf etməsidir.  
Bizim elmi-mənəvi  əməkdaşlığımız  əslində 
Azərbaycan Universiteti nəzdindəki Şərq-Qərb təd-
qiqat mərkəzinin fəaliyyəti ilə başlanmışdır. Tədqi-
qat mərkəzində müntəzəm fəaliyyət göstərən ziyalı 
klubunun yığıncaqlarında tariximizlə, mədəniyyə-
timizlə, müasir ictimai həyatın aktual problemləri 
ilə  əlaqədar istənilən məsələnin müzakirəsində Nu-
rəddin müəllimin mütəxəssis səviyyəsində fikir yü-
rütməsinin  şahidi olmuşam. Həkim Cavad Heyətlə 
həkim Nurəddin Rzayevin müzakirələrdə iştirakı za-
manı tarixi mövzularda tarixçilərin, fəlsəfi mövzu-
larda filosofların, dilimiz, ədəbiyyatımızla bağlı 
mövzularda filoloqların, sivilizasiya ilə, mədəniy-
yətlə bağlı mövzularda kulturoloqların özlərini necə 
yığışdıqlarının, elmi məsuliyyət hissinin necə artdı-
ğının  şahidi olmuşam. Nurəddin müəllim soykö-
kümüzlə, türk xalqının mənşəyi ilə bağlı apardığı 
konkret elmi araşdırmalar, hətta tarixçilərimiz indi-
yədək üzə  çıxarmadıqları bir sıra faktlara istinad 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə