Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/32
tarix17.09.2017
ölçüsü5,01 Kb.
#438
1   ...   24   25   26   27   28   29   30   31   32

 
- 148 -
ürəklə yaşamaq istəyən adam idi. Hisslərdən, duy-
ğulardan yoğrulmuş bir adam kimi Rafiq müəllim 
nədən imtina etdiyini həmin məqamda bəlkə də hiss 
eləməmişdi. Açığını deyək ki, çox adam üçün fərqi 
yoxdur, – harada yaşayır. Çoxları istəyir ki, paytaxt-
da yaşasın, yaxşı elmi mühitdə olsun, irəli getsin, 
adı  çıxsın,  şöhrət qazansın. Bunun müqabilində bir 
o qədər də  şey itirmir, çünki onun üçün fərqi yox-
dur; Moskvadamı yaşayır, yoxsa Vaşinqtondamı. 
Elə indi də köçüb xaricə gedənlərimiz vardır. Türki-
yədə yaşayıb fəaliyyət göstərənlər də çoxdur. Tür-
kiyə hər halda yenə mənəvi mühitinə görə bizə ya-
xındır. Burdan gedib Qərb ölkələrində yaşayanlar 
isə, şübhəsiz, çox şey itirirlər. Mən Rafiq müəllimin 
timsalında ümumiyyətlə bir azərbaycanlı elm ada-
mının xaricdə yaşaması, xarici elmi mühitə daxil ol-
ması müqabilində  nəyi itirdiyini, bunun müqabi-
lində  nə qazandığını, bu daxili dramatizmi, hisslə 
ağlın mübarizəsini ön plana çəkmək istəyirəm. Bə-
zən biz görürük ki, kimsə xaricə getdi, orada evlən-
di, yaşadı, zahirən bu çox nasiranə görünür. Amma 
bir  şey var ki, insan həmişə seçim qarşısında olur. 
Böyük insanlar böyük ideallara bağlı olurlar və bir 
ideal naminə başqa idealdan imtina etmək o qədər 
də asan olmayan ağrılı bir prosesdir. Vətən naminə
millət naminə onun hənirtisindən, doğma mühitdən 
uzaqlaşmaq, bir tərəfdən fərəhli haldırsa, digər tə-
rəfdən ağrılı bir hadisədir. Mən məhz bunun drama-
tizmini izah etmək istədim. Elə indi də xaricə üz tu-


 
- 149 -
tanlar var, ola bilsin ki, ilk məqamda bunu hiss et-
mirlər, amma zaman keçdikcə necə böyük fədakar-
lıq etdiklərinin, nələrdən imtina etdiklərinin fərqinə 
varmalı olurlar.  
Qürbətdə olan adi insanların hansı millətə 
mənsub olması adı və soyadından, danışdığı dildən 
bəlli olur. Amma filosofun bir missiyası var: o, tək-
cə özünü yox, bütövlükdə xalqının, millətinin mənə-
vi varlığını, ruhunu təmsil etməlidir. Bu ruhun əməli 
fəaliyyətdə  təsdiqlənməsi, təsbit olunması  uğrunda 
çalışmalıdır. Doğrudur, vətəndən ayrılaraq vətəni 
təmsil eləmək, millətdən ayrılaraq milli ruhu ifadə 
etmək çox çətindir, bununla belə milli ruhu öz du-
randa yaşatmalısan. Yəni sən yad mühitdə, qürbət 
eldə olanda da sənin varlığın Vətənin varlığından, 
milli ruhdan ayrılmamalıdır. Bunun üçünsə ətrafın-
da kiçik, lokal bir mühit yaratmalısan. Bu da bir əks 
əlaqə tələb edir. Tək bir insan çərçivəsində bu müm-
kün deyil. Bax, belə bir mənəvi ehtiyaJdan yaran-
mışdı ki, Rafiq müəllim Azərbaycandan gələn gənc 
elm adamlarını özü axtarar, onlara hər cür kömək 
edər, onlardan isə Vətən çiçəklərinin ətrini alardı.  
Düzdür, mən özüm bu hissləri çox yaşamamı-
şam, çünki Vətəndən çox qısa müddətlərə ayrılmı-
şam və  həmişə  də  işimi tez başa vurub Vətənə qa-
yıtmağa çalışmışam. Bununla belə, Rafiq müəllimin 
duyğuları, keçirdiyi üzüntülər, üzə vurmadığı, ötəri 
baxışla görünməyən, ancaq yaxın adamlarının hiss 
elədiyi iztirablar mənə  bəllidir, tanışdır. Bəlkə  də 


 
- 150 -
elə  həmin iztirabların nəticəsi idi ki, o cür sağlam, 
idmanla məşğul olan, həmişə  təbiətlə ünsiyyətdə 
olan bir insan əvvəllərdən Vətən həsrətindən aldığı 
mənəvi zərbədən xilas ola bilmədi, onun ağrı-acısı 
özünü göstərdi.  
Ağrı-acı  əvvəllər də özünü göstərirdi və bu 
ürək sızıltıları onun poeziyasında açıq-aşkar ifadə 
olunurdu. Rafiq müəllimin  şer yazdığını çox az 
adam bilirdi. Amma o, sadəcə olaraq Osman Sarı-
vəllinin oğlu və genetik baxımdan şairanəliyi oldu-
ğu üçün yox, həm də bu daxili iztirablarının ifadəsi 
üçün, qürbətin ağrısını hansı formadasa ifadə elə-
mək üçün şer yazırdı. Mən onun şerlərində bu nis-
gili həmişə hiss eləmişəm. Onun çox gözəl  şerləri 
vardır. 
Rafiq Qurbanov öz milli hissiyyatını  təkcə 
poeziyasında və  həmvətənlərinə göstərdiyi xüsusi 
qayğıda və köməkliklərdə deyil, həm də elmi ya-
radıcılıq vasitəsi ilə ifadə olunurdu. Doğrudur, o, 
Moskavaya fizikanın fəlsəfi məsələləri ilə  məşğul 
olmaq üçün getmişdi, «fizikada qarşılıqlı  təsir» 
mövzusu üzrə və doktorluq dissertasiyaları müdafiə 
etdi, kitabları nəşr olundu. Amma, onun elmi-fəlsəfi 
yaradıcılığının böyük bir qismi o problemlə deyil, 
milli münasibətlərlə bağlı idi. SSRİ EA-nın Fəlsəfə 
İnstitutunun təbiətşünaslığın fəlsəfi məsələləri şöbə-
sində  işləsə  də, yaradıcılığında etnik-siyasi prob-
lemlər böyük yer tuturdu. 


 
- 151 -
Yeri gəlmişkən deyim ki, SSRİ-nin dağılması 
ilə bağlı planlar haqqında Avropada ingilis dilində 
olan mənbələrdəki təhlillər haqqında mən birinci 
dəfə Rafiq müəllimdən eşitmişdim.  İlk dəfə  məhz 
ondan eşitmişdim ki, Qərb ideoloqları neçə ildən 
sonra SSRİ-nin  əhalisinin yarıdan çoxunun türk 
xalqları olacağını, siyasi hakimiyyətin onların əlinə 
keçə biləcəyini və bunun da nəticəsində dünyanın 
geosiyasi xəritəsində  nə kimi dəyşikliklər ola bilə-
cəyini hesablayır və bundan narahat olurlar. Rafiq 
müəllimin o vaxtlar açıq-aşkar olmasa da, bir qədər 
üstüörtülü şəkildə bu barədə mətbuatda yazıları çıx-
dı, milli münasibətlərlə bağlı bir kitabı da işıq üzü 
gördü. 
Rafiq müəllim təkcə öz övladlarında deyil, 
Moskvada yaşayıb elmin müxtəlif sahələri ilə məş-
ğul olan gənclərdə  də milli ruhun qorunub saxlan-
masına çalışırdı. Bu məqsədlə tez-tez müxtəlif təd-
birlər keçirərək onların bir-biriləri ilə daha sıx tə-
masda olmalarına nail olurdu. İstəyirdi ki, Mosk-
vadakı gənc azərbaycanlı oğlan və qızlar bir-birilə-
rini tanısınlar, ailə quranda da gələcək həyat yoldaş-
larını başqa millətlərdən seçməsinlər. Adətən belə 
məclislər vaxtilə bəy ailəsi kimi Qazaxıstana sürgün 
edilən, sonralar isə Moskvada yaşayan Sürəyya bi-
bimin evində təşkil olunardı. 
Rafiq müəllim həddən artıq səmimi insan idi. 
Danışılmalı olmayanları da danışırdı. KQB ilə 
«əməkdaşlığını» da mənə nəql etmişdi. 


 
- 152 -
Bir dəfə  İnstitutun direktoru onu çağırır ki, 
hökumət adamları gəlib, səni təbrik etmək istəyirlər. 
Heç ağlına da gəlmirmiş ki, ad günüdür... Bir sözlə, 
gələnlər onu təbrik edib, hədiyyə  də veriblər. Sən 
demə KQB-dən imişlər, məqsədləri də başqaymış. 
O vaxtlar Bakıda Asif Atanın (Əfəndiyevin) 
«Ocaq» klubu, mənim isə APİ-də (indiki Pedaqoci 
Universitetdə) fəlsəfə  dərnəyim vardı. Sən demə 
bundan Moskvada da xəbərdar imişlər. Üstəlik mə-
nim Rafiq müəllimlə dostluğumu da bilirmişlər. 
Ona görə də Rafiq müəllimdən xahiş edirlər ki, mə-
nə  təsir edib bu yoldan çəkindirsin. Rafiq müəllim 
isə bu hadisəni olduğu kimi mənə danışmışdı. Hətta 
zarafatla deyərdi ki, sənin hesabına ad günümdə hə-
diyyə qazandım.  
1990-cı ilin yanvar hadisələrindən sonra Rusi-
yaya qarşı bir növ qəlbim qırıldı. Düzdür, oradakı 
elm adamlarının bunda günahı yox idi, amma ada-
mın qəlbi qırılanda yavaş-yavaş  əlaqələr də  qırılır. 
Biz ondan sonra Rafiq müəllimlə xaricdə, ya da o, 
Bakıya gələndə görüşürdük. 
O, təkcə Azərbaycandan olanlara deyil, Orta 
Asiya respublikalarından və Qazaxıstandan gəlmiş 
gənclərə  də eyni köməkliyi göstərirdi. Onlar da 
Rafiq müəllimi özlərinin Moskvadakı nümayən-
dələri hesab edir, bu şəhərə gələn kimi ilk növbədə 
onu axtarırdılar. Tək mənim yox, neçə-neçə  gənc 
aspirantın milli dünyagörüşünün formalaşmasında – 
mən elmi tərəfdən çox, məhz bu aspekti irəli çək-


 
- 153 -
mək istəyirəm – Rafiq müəllimin çox böyük rolu 
olmuşdur. O, bütün bunlara daha çox vaxt ayır-
dığından bəzən özünün elmi işi ilə müntəzəm məş-
ğul ola bilmirdi. Yoxsa o daha böyük uğurlar qa-
zanardı.  
Etiraf edim ki, mən müxtəlif adamlarla ünsiy-
yətdən daha çox öz elmi işimlə məşğul oluram. Bu 
da, görünür ondan irəli gəlir ki, mənim daxilən itir-
diyim hansısa hissiyyatı kompensasiya etməyə ehti-
yacım yoxdur. Mən həmişə  Vətəndə olmuşam, on-
suz da millət üçün çalışıram, dərs deyəndə də azər-
baycanlı  tələbələrə deyirəm, biliklərimi də azər-
baycanlı aspirantlara öyrədirəm. Rafiq müəllim isə 
Fəlsəfə İnstitutunda işləməklə yanaşı M.Lomonosov 
adına MDU-nun professoru idi, başqa ali məktəb-
lərdə  də  dərs deyirdi. Bir müəllim kimi orada dərs 
desə də, əlbəttə, millilik baxımından öz bildiklərini 
millətinin övladlarına öyrətmək istəyirdi. Moskvada 
yaşayıb fəaliyyət göstərsə  də, Azərbaycana Bakıda 
olanlardan daha çox bağlı idi. Azərbaycan milli 
ruhunu daha yüksək səviyyədə təmsil edirdi və onun 
şeriyyətini, musiqisini öz həyatının ayrılmaz tərkib 
hissəsi etmişdi. 
Bir  şeyi də qeyd etmək istəyirəm ki, onun 
ingilis dilini bilməsi də çox köməyinə çatırdı. Onu 
çox vaxt Moskvadakı Lenin adına Mərkəzi kitabxa-
nanın xarici dillər bölməsində görmək olardı. Mən 
tədqiqat işlərimlə bağlı doktorluq dissertasiyamda 
istinad etdiyim bir çox xarici mənbələri də onun va-


 
- 154 -
sitəsi ilə əldə etmişdim. Yəni biz həmin mənbələrə 
bir yerdə baxmışıq və məni maraqlandıran yerləri o 
tərcümə etmişdir.  
Onunla birlikdə Rusiyada və digər xarici ölkə-
lərdə çox olmuşuq. Minskdə, Kazanda, Obninskdə, 
İstanbulda, Vaşinqtonda və s. elmi konfranslarda 
birgə iştirak etmişik. 
Hər beş ildən bir Ümumdünya Fəlsəfə Kon-
qresi keçirilir. 2003-cü ildə isə bu, İstanbulda oldu. 
İlk dəfəydi ki, burada keçirilirdi. Düzü, Rafiq müəl-
limlə orada görüşəcəyimi güman etmirdim. Rusiya-
dan daha geniş tərkibdə nümayəndə heyəti gəlmişdi, 
onlar İstanbula gəmiylə gəlmişdilər. Əslində, Rusi-
ya Fəlsəfə Cəmiyyəti mənə də məktub göndərmişdi 
ki, Moskvaya gəl, bizimlə birlikdə gedək. Amma 
vaxt azlığından mən birbaşa  İstanbula getdim və 
orada gördüm ki, Rusiyadan gəlmiş nümayəndə 
heyətinin tərkibində Rafiq müəllim də var. O, həmi-
şə Rusiyanın fəlsəfə ictimaiyyəti ilə bizim aramızda 
körpü rolunu oynayıb.  İstanbulda da birgə gö-
rüşlərimiz oldu. Burada Rafiq müəllimlə  mən həm 
də Rusiyadan gəlmiş nümayəndə heyəti ilə Tür-
kiyəli filosoflar arasında bir əlaqələndirici olduq.  
İstanbul səfərindən bir məqamı ön plana çək-
mək istəyirəm. Rusiya nümayəndə heyətinin tərki-
bində Rafiq müəllimlə yanaşı bir nəfər də türkdilli 
filosof vardı. Tatar idi, onu da Rafiq müəllim gətir-
mişdi. Onun qeydiyyat vərəqəsi yox idi, birlikdə 


 
- 155 -
kömək edib onun da konfransın iştirakçısı olmasına 
nail olduq. 
 
Konqresin keçirildiyi ərəfədə Rusiyadan gəl-
miş həmin o iki nəfər, Qazaxıstan Fəlsəfə İnstitutu-
nun direktoru, görkəmli filosof Əbdülmalik Nısam-
bayevin başçılıq etdiyi nümayəndə heyəti, Özbəkis-
tandan, Qırğızstandan, Azərbaycandan gəlmiş filo-
soflar Türkiyəli həmkarlarla birlikdə 2 dəfə dəyirmi 
masa keçirdik, ortaq türk fəlsəfi terminalogiyası mə-
sələsini müzakirə etdik. Düzü, ilk iclasda heç kim 
bilmirdi ki, Rusiya nümayəndə heyətinin tərkibində 
türk filosoflar ola bilər. Ona görə  də  dəyirmi ma-
saya üç nəfər rəhbərlik edirdi: Türkiyənin nümayən-
dəsi, Qalatasaray universitetinin fəlsəfə fakultəsinin 


 
- 156 -
dekanı, professor Kənan Gursoy, Qazaxstandan Ə. 
Nısamubayev və Azərbaycandan mən. 
Sonra mən onlara izah etdim ki, Rusiya nüma-
yəndə heyətinin tərkibində də türkdilli filosof var və 
o bizim hamımızdan daha çox türkdür, türkdilli fəl-
səfənin inkişafında hamımızdan çox xidmətləri var, 
onu da dəvət etdilər, artıq ikinci iclasda diqqət mər-
kəzində Rafiq müəllim idi və hamı ona müraciət 
edirdi. 
Qazaxıstandan, Özbəkistandan gəlmiş nüma-
yəndələr Rafiq müəllimin dostları idi, vaxtı ilə 
hamısına kömək etmişdi. Bu mənada Rafiq müəllim 
bütün türk xalqları filosoflarının əsas əlaqələndirici-
si idi. Eyni zamanda türk filosofları ilə Rusiyalı filo-
soflar arasında da əsas  əlaqələndirici kimi çıxış 
edirdi. Bizim orada çox yaddaqalan görüşlərimiz ol-
du. Rafiq müəllim həm də ingilis dilini dərindən 
bilməsi ilə  mənim köməyimə çatdı. Belə ki, kon-
qresin materialları ingilis dilində hazırlandığından, 
Amerikadan və Avropa ölkələrindən gəlmiş filosof-
lar mənim Şərq-Qərb mövzusundakı məruzəmlə ta-
nış olmuşdular və qeyri-rəsmi görüşlərdə mənə ya-
xınlaşaraq suallarla müraciət edirdilər. Belə vaxtlar-
da ingilis dilini gözəl bilən Rafiq müəllim kömə-
yimə çatırdı. Ümumiyyətlə, o, istənilən məsələdə öz 
köməyini heç kimdən əsirgəməzdi. 
Onunla birlikdə Amerikada da olmuşuq. Va-
şinqtonda dünya azərbaycanlılarının II Konqresində 
birlikdə iştirak etdik, Corc Vaşinqton Universitetin-


 
- 157 -
də olduq, sonra birlikdə Merilend Universitetinə 
getdik, oradakı həmkarımızla görüşdük, müzakirələr 
apardıq. Yeri gəlmişkən qeyd edim ki, Rafiq müəl-
limin oğlu Ərcan orada doktorant idi, hələ müdafiə 
eləməmişdi. Biz Ərcanın vasitəsi ilə oranın filosof-
ları ilə müəyyən əlaqələr yaratdıq. 
Mən onun ailəsini yaxşı tanıyıram. Onun öv-
ladlarının gələcəyi ilə bağlı keçirdiyi hisslərin şahi-
diyəm. Hər dəfə yayda Bakıya gələndə çalışardı ki, 
özü ilə  bərabər uşaqlarını da gətirsin, onlara Azər-
baycanı daha yaxından sevdirsin. Rafiq müəllimin 
həyatda qazandığı ən böyük uğurlardan biri yad mü-
hitdə övladlarını azərbaycanlı kimi böyüdə bilməsi-
dir. Bunu hər adam bacarmazdı. Oğlu Ərcan bu gün 
Amerikada yaşasa da, onda milli ruh var. Hər görü-
şümüzdə mütləq milli mövzuda söhbətlər edirik. 
Hiss edirsən ki, ruhən azərbaycanlıdır. Biz Ərcanın 
simasında Rafiq Qurbanov ruhunun yaşadığının şa-
hidi olacağıq. 
 
“Ulu körpü” qəzeti, 15 may 2005-ci il 
 
 
 
 
 
 
 
 


 
- 158 -
 
 
Mündəricat 
 
 
Ön söz...................................................................... 3 
 
İntellektual ünsiyyətin dostluq məqamı................. 8 
 
Müasiri olmadığım müasirim 
(Akademik Heydər Hüseynov haqqında) ............ 16 
 
Sevilin xələfləri 
(Akademik İzzət Orucova haqqında) ................... 35 
 
“Öncə öz millətim üçün!”  
(Müəllimim Xudu Məmmədov haqqında) ........... 40 
 
Şərq-Qərb tədqiqat mərkəzi hansı ideyadan 
yarandı?  
(Professor Aida İmanquliyeva haqqında) ........... 53 
 
“Günbatan fikirli, gündoğan duyğulu bir sima”  
(Prof.Dr. Cavad Heyət haqqında)........................ 62 
 
Dünya fikir xəzinəsində Cavad Heyət dəst-xətti 
(Bertran Rassel və Cavad Heyət) ......................... 67 
 
Ədəbiyyatdan fəlsəfəyə 
(Filosof-tənqidçi Yaşar Qarayev haqqında) ........ 73 
 


 
- 159 -
İmtina fəlsəfəsi 
(Filosof-tənqidçi Asif Əfəndiyev haqqında) ........ 83 
 
Öyrənmək təşnəsi 
(Akademik Fəraməz Maqsudov haqqında) ......... 90 
 
Bir ocağin varisi 
(Akademik Kamal Talıbzadə haqqında) .............. 96 
 
Yüksək mədəniyyət təcəssümü 
(Akademik Fuad Qasımzadə haqqında) ............ 101 
 
Vətəndaş alim 
(Akademik Budaq Budaqov haqqında) ............. 111 
 
Daşların simfoniyası 
(Akademik Ömər Eldarov haqqında) ................ 116 
 
Şairin özü və sözü 
(Xalq şairi Zəlimxan Yaqub haqqında) ............. 128 
 
Şərq tarixinin böyük tədqiqatçısı 
(Akademik Nailə Vəlixanlı haqqında)............... 136 
 
Elm dünyası və alim dünyası 
(Professor Nurəddin Rzayev haqqında) ............ 139 
 
Qürbətdə milli ruhun nisgili .............................. 146 
(Professor Rafiq Qurbanov haqqında)  
 
 


 
- 160 -
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə