Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/32
tarix17.09.2017
ölçüsü5,01 Kb.
#438
1   2   3   4   5   6   7   8   9   ...   32

 
- 17 -
Dövrün faciəsi 
XX əsr Azərbaycanın dövlətçilik tarixində ən 
mürəkkəb, çətin və eyni zamanda ən şərəfli dövrlər-
dən biridir. Bu dövrdə siyasi həyatın təbəddülatları 
ictimai-siyasi fikrin də oyanışı, böhranı və sıçrayışlı 
inkişaf məqamları ilə zəngin olmasını şərtləndirmiş-
dir. Milli fikrin oyanışı ilə siyasi repressiyalar və 
ideoloji məhdudlaşdırmalar eyni dövrə  təsadüf et-
diyindən siyasi, ictimai və fərdi şüurdakı ziddiyyət-
lər bir çox fərdi faciələrin də səbəbinə çevrilmişdir. 
Böyük  şəxsiyyətlərin faciəsi də böyük olur. 
Ötən  əsrin  əvvəllərində Azərbaycanda gedən milli 
oyanış  və milli-siyasi özünüdərk prosesləri ictimai 
şüurda böyük iz qoymuş  və iki illik demokratik 
cümhuriyyət müddətində inkişaf tapmış milli döv-
lətçilik  şüuru ilə birləşərək milli-siyasi şüurun for-
malaşması üçün əlverişli zəmin hazırlamışdı.  İyir-
minci illərdə ədəbi-bədii yaradıcılığın və milli məf-
kurənin oyanış  və inkişaf dalğaları öz siyasi haki-
miyyətini və ideologiyasını ictimai həyatın bütün 
sahələrinə transformasiya etməyə çalışan bolşevizm 
ilə üzləşməli oldu. Otuzuncu illərdəki siyasi repres-
siyaların Azərbaycanda həm də bütövlükdə ziyalıla-
ra qarşı bir irtica səciyyəsi daşıması bu amil ilə 
bağlı idi. Belə ki, məhz Bakı hələ çar Rusiyası döv-
ründən yeni iqtisadi münasibətlərə keçid və milli 
burjuaziyanın yaranması, milli fikrin oyanışı sahə-
sində digər bölgələrdən kəskin  şəkildə seçilirdi və 
buradakı repressiyalar da SSRİ-nin başqa  ərazilə-


 
- 18 -
rindəkindən fərqli olaraq, siyasi ideoloji mülahizə-
lərdən başqa, həm də milli-siyasi və mədəni-mənəvi 
məzmun daşıyırdı. 
Otuzuncu illərdə ictimai-siyasi həyata təzəcə 
qədəm basan gənclər isə kommunist ideologiyasının 
açdığı yolla irəlilədiyindən təhlükəli görünmürdülər. 
Lakin uşaqlıq illərində formalaşmış milli qürur, 
dövlətçilik və xalqına sədaqətli xidmət hissiyyatı o 
dövrdə yetişən gənclərin bir qisminin zehnində, təh-
təlşüur qatında hələ qalmaqda idi. 
Sosialist quruluşunun yaratdığı bütün imkan-
lardan istifadə edərək xalqına xidmət göstərmək, 
milli-fəlsəfi fikir tarixini, ədəbi-bədii və milli-mənə-
vi dəyərləri öyrənməklə xalqın genetik yaddaşını 
bərpa etmək, siyasi-ideoloji müstəvidə qadağan 
olunmuş milli dövlətçilik məfkurəsini, heç olmazsa, 
bədii  ədəbiyyat, mənəvi mədəniyyət prizmasından 
keçirərək yaşatmaq – bütün bu istəklər ötən  əsrin 
iyirminci-otuzuncu illərindəki elitar gəncliyin zeh-
ninə  və  qəlbinə hopmuşdu. Səməd Vurğun, Rəsul 
Rza, Heydər Hüseynov, Mirzə  İbrahimov kimi 
gənclər ictimai-siyasi və milli-mənəvi həyata artıq 
sosializm cəmiyyətində  qədəm qoyduqlarından və 
bu cəmiyyətin tələblərini mənimsəmiş olduqların-
dan daxili aləmlərindəki ziddiyyətləri mümkün qə-
dər büruzə vermədən fəaliyyət göstərmək məcburiy-
yətində idilər. Babaların gen yaddaşını qırmızı bol-
şevik dəbilqəsində yaşatmaq və yeni nəsillərə  təq-
dim etmək kimi çətin bir vəzifəni icra etməli olan 


 
- 19 -
bu  şəxsiyyətlərin faciəsi – dövrün faciəsi idi. Hələ 
əsrin  əvvəllərində özünü təsdiq etmiş, yaradıcılıq 
istiqaməti və üslubu formalaşmış Mirzə Cəlil kimi, 
Hüseyn Cavid kimi şəxsiyyətlər yeni dövrə uyğun-
laşa bilməyərək, onunla üz-üzə dayanmaq məcbu-
riyyətində idilər. Daha doğrusu, dövr, ictimai-siyasi 
mühit özü onlarla üz-üzə dayanmışdı.  
Nisbətən sonrakı  nəsl üçün isə başqa bir aqi-
bət hazırlanmışdı. Bu aqibəti yaşamaq məcburiyyə-
tində olanlardan biri də Heydər Hüseynov idi. Yeni 
cəmiyyətin «yetişdirməsi» olan, kommunist ideolo-
giyasının, marksist-leninçi fəlsəfənin mərkəzində 
dayanan, lakin milli varlığına bağlılığı  qəlbindən 
çıxarıb ata bilməyən, sosialist cəmiyyətinin verdiyi 
bütün imkanlardan məhz millət üçün, xalq üçün is-
tifadə etməyə çalışan, milli mənəviyyatımız, mə-
dəni-mənəvi dəyərlərimiz,  əbədi-bədii və  fəlsəfi 
abidələrimiz kommunist ideologiyasının labirintlə-
rindən keçirib yaşatmaq uğrunda çalışan və bu 
sahədə böyük uğurlar qazanan Heydər Hüseynovun 
daxili ziddiyyəti, görünüşü ilə mahiyyəti arasındakı 
fərq günlərin bu günü bolşeviklərin diqqətini cəlb 
etsə də, artıq o öz işini görmüşdü. Milli məfkurənin 
estafeti yeni nəslə ötürülmüşdü. Əlbəttə, əslində çox 
gənc olan, yaradıcılıq enerjisi aşıb-daşan 42 yaşlı 
akademik millət üçün hələ çox işlər görə bilərdi. 
Lakin onun cismani həyatı dayandırıldıqda  əsas 
missiya artıq yerinə yetirilmişdi. Milli mənəviyya-
tın, ictimai fikir tarixinin, dövlətçilik şüurunun, ədə-


 
- 20 -
bi-bədii və fəlsəfi dəyərlərin qırmızı terror baryerin-
dən keçirilərək yeni nəslə ötürülməsi ilə mənəvi ta-
rixin kəsilməzliyi təmin olunmuşdu. Bu proseslərin 
ictimai təşkilatlanması da artıq başa çatmışdı: ka-
fedralar, fakültələr, elmi-tədqiqat institutları yara-
dılmış, Akademiyanın ictimai və humanitar elmlər 
bölməsinin fəaliyyəti mütəşəkkil və müntəzəm xa-
rakter almışdı BDU-nun nəzdindəki fəlsəfə fakültə-
sinin ilk məzunları ilk milli kadrlar olaraq təkcə 
marksist-leninçi fəlsəfənin deyil, həm də Azərbay-
canın fəlsəfi və ictimai-siyasi fikir tarixinin tədqiqi-
nə cəlb etmişdi. 
Bununla belə, şəxsiyyətin yoxluğu sonrakı da-
ha böyük vəzifələrin həyata keçirilməsinə imkan 
vermədi… 
 
Millətin faciəsi 
Millət özünüdərk səviyyəsinə qalxa bilmədik-
də, milli hissiyyat rasional düşüncəyə və oradan ic-
timai-praktik fəaliyyətə yönəldilə bilmədikdə, ancaq 
ayrı-ayrı böyük şəxsiyyətlərin məfkurəsində yaşa-
yan milli ruhun geniş ictimai təbəqələrə ötürülməsi 
və ictimai şüurun strukturunda qərarlaşması müm-
kün olmadıqda millətin faciəsi qaçılmazdır. 
İctimai  şüurla, kütlənin hissiyatı ilə istədiyi 
kimi manipulyasiya edə bilmək üçün milli ruhun 
təklənmiş daşıyıcılarına qarşı repressiya imperiya 
siyasətinin ayrılmaz tərkib hissəsidir. Lakin bu 
repressiya çox vaxt Mərkəzin  əli ilə deyil, milli 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə