Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/32
tarix17.09.2017
ölçüsü5,01 Kb.
#438
1   2   3   4   5   6   7   8   9   ...   32

 
- 21 -
ruhdan məhrum edilmiş, manqurtlaşmış, «milli» 
kadrların öz əli ilə həyata keçirilir. 
Otuzuncu illərin repressiyası zamanı Kremlin, 
Mircəfər Bağırovun, yoxsa yerli ermənilərin daha 
fəal rol oynaması barədə  bəzən mübahisələr gedir. 
Lakin  əslində, bu tərəflər bütöv bir prosesin icla-
sında müxtəlif funksiyaları yerinə yetirməklə bir-
birini tamamlayırdılar. Proseslərin ümumi prinsip-
ləri «yuxarıdan» verilir, yerli rəhbərlik tərəfindən 
icra olunurdu. Ermənilərin iştirakı isə bu aksiyanın 
daha «effektli» həyata keçməsi, say-seçmə insanla-
ra, «ideoloji düşmənlərdən» daha çox, məhz milli 
ruhun daşıyıcılarına yönəldilməsinə xidmət edirdi. 
Heydər Hüseynova qarşı repressiyanın  əsas 
ilhamçısı  və subyekti isə bilavasitə Mircəfər Bağı-
rovun özü idi. Ona görə də, bir sıra tədqiqatçılar bu 
hadisəni imperiya siyasəti kontekstindən və deməli, 
mahiyyətlən ayıraraq hadisələr kontekstində təqdim 
edirlər. Və bu zaman manqurtlaşmış «milli» kadrla-
rın «mənəm»liyi, şəxsi maraqları və siyasi qısqanc-
lıq hissləri ön plana çəkilir. Professor Eldar İsmayı-
lovun həmin dövrün tarixinə həsr olunmuş kitabında 
da Heydər Hüseynovun intiharında Mircəfər Bağı-
rovun mövqeyi və şəxsi fəallığı əsas arqument kimi 
götürülür.
1
 Müəllif Heydər Hüseynovun ikinci dəfə 
Stalin mükafatına təqdim olunarkən Mircəfər Bağı-
rovun iradəsindən asılı olmayaraq, bilavasitə Mosk-
                                               
1
 Эльдар Исмаилов. Власть и народ. Послевоенный 
сталинизм в Азербайджане: 1945-1953 гг. Баку, 2003. 


 
- 22 -
vanın himayəsinə istinad etməsi faktını faciənin 
əsas səbəbi kimi göstərir. Kimin isə Moskva ilə 
birbaşa əlaqədə olması və müstəqil addımlar atması 
o vaxt Azərbaycanda  şəriksiz lider olan Mircəfər 
Bağırovun xoşuna gələ bilməzdi. Ona görə xarak-
tercə despot olan Mircəfər Bağırov Heydər Hüsey-
nova qarşı kompromat axtarır və bu məsələdə aka-
demikin axırıncı kitabında  Şeyx  Şamilə simpatiya-
sından istifadə edir. Bunun üçün Şamil hərəkatına 
və müridizmə münasibətin dəyişdirilməsinə nail 
olur və bu yeni platformadan çıxış edərək Heydər 
Hüseynovun əvvəlcədən yazıb çap etdirdiyi kitabına 
qarşı hücumlar edir.  
Hadisələrin görünən tərəfi belə idi. Moskva 
dura-dura Azərbaycanın öz rəhbərliyi repressiya tə-
şəbbüsü ilə çıxış edirdi. Bu faktdır və millətin faciə-
sidir. Bu faciə Hüseyn Cavidin «Topal Teymur» 
əsərinin finalında, Yusif Səmədoğlunun «Qətl gü-
nü» romanında şairin hökmdara müraciətində, Bəx-
tiyar Vahabzadənin «Özümüzü kəsən qılınc»  əsəri-
nin sərlövhəyə  çıxarılmış  mənasında və onlarca bu 
cür əsərlərdə böyük sənətkarlıqla qələmə alınmışdır. 
«Sapı özümüzdən olan baltalar», «ağacı içindən 
yeyən qurdlar» haqqındakı fikirlər atalar sözlərinə, 
zərb-məsəllərə çevrilmişdir. 
Lakin bu heç də  bəzilərinin düşündüyü kimi 
bir milli xüsusiyyət, milli mentalitet faktı deyildir. 
Məqsəd bu hadisələrin arxasında milləti məqsəd-
yönlü surətdə bu faciəyə sürükləyən, qılıncı qılınca 


 
- 23 -
kəsdirən, manqurtlaşdıran və ananı oğlun əli ilə öl-
dürən incə və məharətli imperiya siyasətinin köklə-
rini açmaqdır. Millətin anti-millimündəricədən xilas 
ola bilməməsinin səbəbləri onun öz daxilində deyil, 
daha böyük miqyaslı proseslərin yönəldici qüvvə-
sində axtarılmalıdır. 
Düzdür, bu gün biz imperiya buxovlarından 
azad ikən milliliyimizi bərpa olunmuş  zənn edirik. 
Lakin qlobal siyasətlər cildini dəyişir və hər zaman 
yeni formalarda ortaya çıxır. İmperiyadan xilas olub 
qloballaşma dalğalarının qoynuna atılan millətlər 
özünüdərk yolunda hələ çox faciələr yaşamalı 
olacaqlar. Lakin faciəni hələ faciə kimi qavramaq 
qabiliyyəti itməyibsə, buna şükür etmək lazımdır. O 
gündən qorxmaq lazımdır ki, millət öz düşdüyü və-
ziyyəti dəyərləndirə bilməsin, ondan feyziyab olsun 
və  hər  şeyi qırmızı  rəngdə  təsvir etsin. Milli dal-
toniklərin müalicəsi isə təəssüf ki, hələ tapılmayıb.  
Çingiz Aytmatov manqurtlaşmanın səbəbini 
kənar qüvvədə, işğalçıların məqsədyönlü fəaliyyə-
tində axtarmaqla bu məsələyə münasibətdə daha də-
rinə getmiş, oğulları anaya, Vətənə qarşı yönəldən, 
beyinləri millilikdən və övladlıqdan «təmizləmə» 
İmperiya siyasətinin iç üzünü göstərməyə çalışmış-
dır. Bəli, Heydər Hüseynovun intiharında daha qa-
barıq  şəkildə üzə  çıxan,  əslində isə  həmin dövrdə 
yaşayan milli ruhlu bütün şəxsiyyətlərə qarşı yönəl-
dilmiş  mənəvi repressiyanın kökləri daha dərindir. 
Heydər Hüseynovun faciəsi də, bizcə, hadisələr sə-


 
- 24 -
viyyəsində deyil, ümumi siyasətin təkcə  təzahürü 
kimi təqdim olunmalıdır. 
 
Fəlsəfə, ideologiya və milli ruh 
Bəziləri əsl fəlsəfi tədqiqat dedikdə Aristotel-
dən, Kantdan və s. klassiklərdən iqtibaslar gətir-
məklə və bir qədər də Moskvada çıxan yeni nəşrlərə 
əsaslanmaqla yazılan Qərbyönümlü və müasir gö-
rüntülü məqalələri, «monoqrafiyaları» nəzərdə tu-
turlar. Və Heydər Hüseynov elmi irsinə  nəzər sa-
larkən söhbətin daha çox öz yazıçılarımızdan getdi-
yini, tədqiqat obyekti kimi Nizaminin, M.F.Axun-
dovun, Mirzə Kazım bəyin, Səməd Vurğunun əsər-
lərinin seçildiyini görərkən bunları öz «elmi-tədqi-
qat» standartlarına uyğunlaşdıra bilmirlər. Lakin 
əsil fəlsəfə bu «standartlardan» çox yüksəkdə durur. 
Heydər Hüseynov yeri gələndə dialektikadan, idrak 
nəzəriyyəsindən yazmasına, yeri gələndə Moskva-
dakı diskussiyalarda iştirakına, o cümlədən 
A.A.Jdanovun sədrliyi ilə keçirilən məşhur bir 
ideoloji məclisdə – Q.F.Aleksandrovun «Qərbi Av-
ropa fəlsəfəsi tarixi» kitabının müzakirəsində  çıxış 
etməsinə  və «Voprosı filasofii» jurnalının ilk 
nömrəsində çap olunmasına baxmayaraq, daha çox 
dərəcədə milli-fəlsəfi fikrin qaynaqlarını araşdırma-
ğa üstünlük verirdi. 
Məsələ burasındadır ki, biz ancaq başqa mil-
lətlərin ictimai-siyasi fikrini və yabançı məfkurələri 
öyrənməklə və ya ancaq marksizm-leninizm fəlsəfə-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə