Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/32
tarix17.09.2017
ölçüsü5,01 Kb.
#438
1   2   3   4   5   6   7   8   9   ...   32

 
- 25 -
sindən çıxış etməklə heç vaxt milli özünüdərk sə-
viyyəsinə yüksələ bilməzdik. Qərb fəlsəfəsini və ya 
rus və sovet fəlsəfi fikrini bilmək, öyrənmək,  əl-
bəttə, lazım idi. Lakin bu sahədəki nəzəri irsi mə-
nimsəmək, ümumiləşdirmək və  gələcək nəsillərə 
çatdırmaq vəzifəsinin milli-mənəvi məsuliyyəti da-
ha çox dərəcədə bir ingilisin, almanın, ya da bir rus-
sovet tədqiqatçısının üzərinə düşürdü. Təbii ki, bu 
istiqamətdə tədqiqatçılar aparmaq və bu elmi-nəzəri 
irsi inkişaf etdirmək sahəsində  Qərb filosoflarının 
şansı daha çox idi. Marksizm fəlsəfəsi də  əslində 
klassik Qərb fəlsəfi fikrinin üzərində qurulmuşdu və 
bir sovet filosofu kimi Heydər Hüseynovun qarşı-
sında hər hansı bir başqa nəzəriyyəni deyil, məhz 
marksizmi və onun ideya-nəzəri qaynaqlarını tədqiq 
etmək vəzifəsi qoyulmuşdu. Lakin bu sahədə Mosk-
vadakı  həmkarlarından səviyyəcə geri qalmadığını 
dəfələrlə sübut edən Heydər Hüseynov həm də bir 
azərbaycanlı olduğunu və bu baxımdan qarşısında 
duran mənəvi məsuliyyəti də unuda bilmirdi. Ona 
görə də, öz sələflərimizin dünyagörüşünü, fəlsəfi və 
ictimai-siyasi irsini öyrənmək və yeni nəslə çatdır-
maq, bu irsi ümumbəşəri fəlsəfi fikir kontekstində 
nəzərdən keçirməklə söz sahibi olduğumuz məqam-
ları üzə  çıxarmaq missiyasını da öz üzərinə götür-
müşdü. Heydər Hüseynov dünyaya milli və ümum-
bəşəri fikrin vəhdəti prizmasından baxırdı. Və  nə 
qədər təəccüblü olsa da, görünür özündən asılı ol-


 
- 26 -
mayaraq, daxildən gələn bir hökmlə millilik kompa-
nenti üstünlük təşkil edirdi. 
Burada başqa bir məqama da diqqət yetirmək 
yerinə düşərdi. Milli-fəlsəfi fikrin spesifikası çox 
vaxt düzgün anlaşılmadığından bəzilərinə  Şərq-İs-
lam fəlsəfi fikrinin, o cümlədən orta əsr Azərbaycan 
filosoflarının  əsərlərinin  ərəbcədən tərcüməsi və 
şərhi daha önəmli və daha elmi görünür. Düzdür, o 
dövrün fəlsəfi traktatları  əsasən antik fəlsəfədən 
qaynaqlandığından, fəlsəfi terminologiya baxımın-
dan daha mükəmməl səciyyə daşıyır. Lakin ya islam 
fəlsəfəsini, ya da Aristotelə əsaslanan peripatetiklə-
rin yazdıqlarını  rəhbər tutan orta əsr filosoflarımız 
millilikdən daha çox ümumbəşərilik mövqeyindən 
çıxış edirdilər. Həqiqi milli fikir isə daha çox şifahi 
xalq  ədəbiyyatında,  ədəbi-bədii  əsərlərdə öz əksini 
tapırdı. Buna görə  də Heydər Hüseynov, bir tərəf-
dən, qədim dövrlərdən üzü bəri peşəkar Azərbaycan 
filosoflarının elmi-nəzəri irsinin, ölkəmizdə yayıl-
mış və ictimai şüurda geniş iz buraxmış fəlsəfi cərə-
yanların üzə  çıxarılması, tədqiq edilməsi və yeni 
nəslə çatdırılması istiqamətində görülən işlərinə 
əsasını qoyur və bu işləri təşkilatlandırırdısa, digər 
tərəfdən, böyük şairlərimizin, yazıçılarımızın əsərlə-
rini fəlsəfi fikir prizmasından keçirərək dəyərləndir-
mək, tarixçi, dilçi və ədəbiyyatşünas alimlərimizin, 
dövlət qulluğunda çalışan ziyalılarımızın fikirlərinin 
əsas fəlsəfi qayəsini və ideya yönümünü açmaq və 
bütün bu istiqamətlərdə hərtərəfli və sistemli tədqi-


 
- 27 -
qatlar aparılması üçün zəmin hazırlamaq missiyasını 
öz üzərinə götürmüşdü. Sonrakı dövrlərdə  məhz 
Heydər Hüseynovun bu missiyasının davamı olaraq 
Nizaminin, Füzulinin, A.Bakıxanovun, M.F.Axun-
dovun, Həsən bəy Zərdabinin və s. görkəmli Azər-
baycan mütəfəkkirlərinin yaradıcılığı fəlsəfi müstə-
vidə  tədqiq edilmiş, bu mövzularda çoxlu disserta-
siya işləri, məqalələr və monoqrafiyalar yazılmışdır. 
Lakin hər bir işin əsasını qoymaq və yol göstərmək 
daha çətin və daha şərəflidir. Bütün bu şərəf çə-
ləngləri Heydər Hüseynova qismət olmuş, onun acı 
taleyini zinətləndirmişdir. 
Belə bir fikir geniş yayılmışdır ki, guya Hey-
dər Hüseynovun bolşevik repressiyasına məruz qal-
masına səbəb onun «Azərbaycanda XIX əsr ictimai-
fəlsəfi fikir tarixindən» adlı son əsərində  fəsillərin 
birinə Şeyx Şamil haqqında deyilmiş bir fikri iqtibas 
seçməsi və ümumiyyətlə, Şeyx Şamil hərəkatına və 
onun ideyalarına müsbət münasibət bəsləməsi ol-
muşdur. Həqiqətən də, Mircəfər Bağırovun və onun 
təsiri ilə digər tənqidçilərin kitaba hücumları  aşkar 
şəkildə məhz bu məsələ ilə əlaqələndirilmişdir. La-
kin doğrudanmı  təzyiqlərin  əsl səbəbi məhz bu aş-
kar ifadə olunan «şamilpərəstlik» günahından ibarət 
idi? 
Heydər Hüseynovun geniş  və  hərtərəfli icti-
mai-siyasi və maarifçilik fəaliyyətini diqqətlə izlə-
yərək belə  qənaətə  gəlmək mümkündür ki, Stalin 
mükafatına layiq görülmüş və guya Moskvanın dəs-


 
- 28 -
təyini qazanmış və yalnız yerli hakimiyyət və yerli 
ictimai fikir tərəfindən Azərbaycana bilavasitə dəxli 
olmayan, Heydər Hüseynovun fəaliyyət sferası ilə 
əlaqəsi bir olmayan bir ideya, özü də  hələ yüz ilə 
əvvəl Mirzə Kazım bəy tərəfindən söylənərək Ru-
siya mətbuatında çap olunmuş bir ideya səbəb yox, 
ancaq bəhanə ola bilərdi. Və bu bəhanə məhz Mosk-
vanın xoşuna gəlməyən həqiqi səbəblərdən yayın-
dırmaq vasitəsi idi. 
SSRİ dağıldıqdan sonra, bolşevizm ideologi-
yasının və ideya-siyasi repressiyaların həqiqi ma-
hiyyəti və  səbəbləri daha çox dərəcədə aydınlaş-
dıqdan sonra tam qətiyyətlə demək mümkündür ki, 
Heydər Hüseynovun nəinki bir cümləsi və ya Şeyx 
Şamilə münasibəti, hətta onun bütövlükdə bu son 
monoqrafiyası  və bütövlükdə ictimai-siyasi fəaliy-
yəti Moskvanın xoşuna gəlməmişdi və heç vaxt gələ 
bilməzdi. 
Məsələ burasındadır ki, Heydər Hüseynov sa-
dəcə bir tədqiqatçı deyildi. O, Azərbaycanda ümu-
mən ictimai və humanitar elmlərin başında duran və 
onlara tematik, ideoloji və metodoloji yön verən bir 
şəxsiyyət idi. Azərbaycanda gələcək tədqiqatların 
istiqaməti və  dərsliklərin məzmunu onun dünyagö-
rüşündən, onun mövqeyindən çox asılı idi. Və bu 
mövqe Moskva üçün təhlükəli həddə gəlib çatmışdı. 
Heydər Hüseynov müttəfiq respublikalara verilmiş 
şərti, nisbi müstəqillik hüdudları çoxdan keçmiş və 
marksist ideologiyasının pozitiv məqamlarına isti-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə