Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/32
tarix17.09.2017
ölçüsü5,01 Kb.
#438
1   2   3   4   5   6   7   8   9   10   ...   32

 
- 29 -
nad etməklə milli şüurun və milli mədəniyyətin 
inkişafı naminə imperiyanın yol verə biləcəyindən 
qat-qat çox işlər görmüşdü. Doğrudan da, 40-cı il-
lərdə respublikamızda ictimai elmlərin, ictimai-siya-
si fikrin, humanitar düşüncənin inkişaf tempi və 
vüsəti heyrətamiz dərəcədə yüksək idi ki, bu da re-
pressiya dönəmi üçün bir paradoksallıq və metamar-
foza sayıla bilərdi. 
Heydər Hüseynovun bütövlükdə  və tamamilə 
xalqa məhəbbətdən və xalqa xidmətdən ibarət olan 
fəaliyyətini izlədikcə onun təkcə  əsərlərinin yox
həm də əməli işlərinin qayəsini və ana xəttini təşkil 
edən milli mündəricəni, milli məfkurəni, həm də 
sadəcə şüarçılıq kimi deyil, çeşidli əməli fəaliyyətdə 
ifadəsini tapan və artıq bar verən bir məfkurəni necə 
sezməmək olardı? Təkcə elə axırıncı monoqrafiyaya 
salsaq buna neçə-neçə sitat tapmaq olar. «XIX əsrdə 
Azərbaycanda sosial-iqtisadi vəziyyət» adlanan bi-
rinci fəsildə Heydər Hüseynov Azərbaycanın bölün-
məsi məsələsinə öz münasibətini bildirir. Stalindən 
və M.Bağırovdan sonrakı, nisbətən rahat dövrlərdə 
Azərbaycan tarixçilərinin yazdıqlarından fərqli ola-
raq Heydər Hüseynov repressiyanın bu ağır illərində 
belə Şimali Azərbaycanın Rusiyaya birləşdirilməsi-
ni bir xoşbəxtlik kimi deyil, nisbətən «az ziyan» 
kimi təqdim edir, hadisəyə Rusiyanın müstəmləkə-
çilik siyasəti kontekstində yanaşır. Heydər Hüsey-
nov yazırdı: «Şimali Azərbaycan çarizmin müstəm-
ləkəsinə çevrildi. Azərbaycanın zəhmətkeş kütlələri 


 
- 30 -
ikiqat zülmə  məruz qaldılar; bir tərəfdən yerli feo-
dallar, digər tərəfdən çar hökuməti tərəfindən istis-
mar olundular. Çarizm Azərbaycana özünün müs-
təmləkəsi kimi baxmaqla, onu inkişaf edən Rus ka-
pitalist sənayesinin aqrar əlavəsinə çevirdi. Bundan 
əlavə, Rus çarizmi Azərbaycanda xalqın milli mə-
dəniyyətinin inkişafına çəpər çəkməyə başlayırdı».
1
 
Şərhə ehtiyac yoxdur. Sonrakı rahat dövrlərdə 
bu mövzuya toxunub Azərbaycanın ikiyə bölünmə-
sindən, Rusiyanın müstəmləkəçilik siyasətindən da-
nışanlar, hətta sənətçilər və  şairlər belə, disident 
hesab olunur və az qala qəhrəmanlaşdırılırdılarsa, 
Stalinin sağlığında bunu rəsmi dairələrdə deməyə 
cəsarət tapan, yazıb Moskvaya göndərən bir dövlət 
adamı, marksist-leninçi ideologiyanın rəsmi təmsil-
çisi necə bir cəsarət sahibi, necə bir qəhrəman olma-
lı  idi?  Bir  daha  təkrar edirik ki, Heydər Hüseynov 
bu mövzuda sadəcə esse yazmır, deklomasiya de-
mir, rəsmi ideologiyanın özünü, bütövlükdə  rəsmi 
ictimai  şüuru bu səmtə yönəltməyə çalışır və bu 
sahədə əməli iş görürdü. Çarizmin imkan vermədiyi 
milli mədəniyyətin inkişafına Sovet imperiyası döv-
ründə nail olmağa çalışırdı. 
Heydər Hüseynovun nə kimi bir əqidə sahibi 
olduğunu dərk etmək üçün onun Mirzə Kazım bəy-
dən iqtibas gətirdiyi və epiqraf verdiyi bir fikrə nə-
                                               
1
  Гейдар  Гусейнов.  Из  истории  общественной  и 
философской  мысли  в  Азербайджане  ХIХ  века.  Б., 1949, 
стр.34. 


 
- 31 -
zər salaq: «Qərb öz siyasəti ilə Asiyada maarifi bər-
qərar edə bilməz… Ölkəni dəyişdirənlər həmin öl-
kədə doğulmuşlar sırasından çıxmalıdır».
1
 – Bu 
günün özü üçün nə dərəcədə aktualdır! Yaxud Mir-
zə Kazım bəydən başqa bir iqtibas (Heydər Hüsey-
nova basqılar üçün «səbəb» olmuş həmin başı bəlalı 
fikir): «Şamilin adında tarixlik və  vətənpərvərlik 
siqlətli fikirlər gizlənir. O qəhrəmandır – qəhrəman-
lar yetişdirən bir qəhrəman!».
2
 Mirzə Kazım bəyin 
yaradıcılığını  və ideya dünyasını araşdıran Heydər 
Hüseynov onun məhz milli vətənpərvərliklə, milli 
azadlıq hərəkatı ilə bağlı fikirlərini ön plana çəkir, 
bununla da, böyük şərqşünas alim və mütəfəkkir 
Mirzə Kazım bəyin xristianlığı qəbul edərək çar Ru-
siyasına xidmət etmiş kosmopolit obrazına yeni bu-
caq altında, başqa rakursda nəzər salır və görüntü-
nün arxasında  əsl mahiyyəti üzə  çıxarır. Mirzə 
Kazım bəy öz milli hissiyyatını  Şeyx  Şamil haq-
qında yazdığı  əsərində,  Şamilə  və onun rəhbərliyi 
ilə həyata keçirilən milli azadlıq hərəkatına münasi-
bətində biruzə verdiyi kimi, Heydər Hüseynov da 
özünün aşkar şəkildə deyə bilmədiklərini Mirzə Ka-
zım bəyin yazdıqlarına münasibətdə büruzə verir. 
Burada Mirzə Kazım bəy və Heydər Hüseynovun 
taleləri arasındakı oxşarlıq da diqqəti cəlb edir. 
Sinəsinə xaç asmış Mirzə Kazım bəy çar Rusiyasın-
da imperiya siyasəti və senzurası baryerini keçdiyi 
                                               
1
 Göstərilən əsər, səh.182. 
2
 Yenə orada, səh. 230. 


 
- 32 -
kimi, döş cibində partbilet gəzdirən Heydər Hüsey-
nov da kommunist ideologiyasının və Rus şoviniz-
minin qoyduğu məhdudiyyətlərə  rəğmən qəlbinin 
dərinliyində olanları gizlətmir. Əslində Heydər Hü-
seynov öz əsərində tərənnüm etdiyi Abbasqulu ağa 
Bakıxanov, Mirzə Kazım bəy, Mirzə  Fətəli Axun-
dov kimi görkəmli  şəxsiyyətlərin Rusiya dövlətinə 
rəsmi xidmətdə olmaq və burada yüksək rütbələr 
daşımaqla yanaşı, iki daşın arasında millətinə xid-
mət etmək təcrübəsini öz həyat yolu üçün də nü-
munə seçir. Azərbaycan KP MK-nın Partiya Tarixi 
İnstitutunun direktoru ola-ola daha çox dərəcədə 
Bəhmənyardan, Nizamidən,  Şəbüstəridən, Füzuli-
dən, Mirzə Şəfi Vazehdən yazır, milli-fəlsəfi fikrin 
və milli ədəbiyyatın inkişafı naminə titanik əmək 
sərf edir. Azərbaycan SSR Elmlər Akademiyasında 
ictimai elmlərə marksizm-leninizm təliminin bir nü-
muyəndəsi olaraq rəhbər təyin edildiyi halda, Aka-
demiya üçün açılmış imkanlar çərçivəsində milli 
tariximizin,  ədəbiyyatımızın, dilçiliyin və  nəhayət
milli-ictimai fikrin və  fəlsəfi fikir tarixinin tədqiqi 
və təbliği sahəsində misilsiz xidmətlər göstərir. Belə 
geniş profilli fəaliyyət üçün inzibati və ideoloji səla-
hiyyət qazanmaq naminə bir tərəfdən marksizm-le-
ninizm klassiklərinin əsərlərinin tərcümə və nəşrin-
də  fəal iştirak edən, dialetik və tarixi materializm-
dən, faşizmin mahiyyətindən, rus inqilabi-demokra-
tik fikrindən, rus dilindən və mədəniyyətindən əsər-
lər yazan Heydər Hüseynov, digər tərəfdən Azər-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə