Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/32
tarix17.09.2017
ölçüsü5,01 Kb.
#438
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

 
- 37 -
Bu artıq  İzzət xanımın öz dühasının təntənə-
sidir. 
V.İ.Lenin adına APİ-nin ibtidai təhsil meto-
dikası fakültəsində belə bir qrup var: 549-cu qrup. 
Burada 6 nəfər  əlaçı  qız oxuyur. Altı  nəfər: Yaqut 
Aslanova, Afət Qarayeva, Sayalı Yusubova, Rəhibə 
İsayeva, Rəbiyə Zeynalova, Kifayət Gülməmmədo-
va. İmtahandır. Onlar bilet çəkib cavab verirlər. 19 
yaşlı qız Hegelin fəlsəfə sistemini şərh edir, dünya-
nın universal qanun-
larından danışır, inki-
şafın dialektik prin-
siplərinin izahını ve-
rir. Bu cavabda uşaq 
sadəlövhlüyü ilə  əsl 
alimlərə  məxsus cid-
di mühakimə  tərzi 
birləşmişdir. O, danı-
şır, danışdıqca tərəd-
düdlər yox olur, bir 
tələbə  əvəzinə bir natiq çıxışını dinləyirəm. O da-
nışdıqca gözlərim önündə C.Cabbarlının Sevili can-
lanır. Həmin Sevil ki, Balaşın bir neçə  dəfə  təkrar 
etməsinə baxmayaraq, sadəcə “fəlsəfə” sözünü belə 
tələffüz edə bilmirdi. Sevilin timsalında analarımı-
zın savadsızlıq dövrü, mədəni gerilik dövrü canlanır 
gözlərimdə. Düşünürəm görən necə olub ki, ayrı-
ayrı dövrlərdə  Məhsətilər, Natəvanlar yetişdirən 
Azərbaycan xalqı XX əsrin  əvvəllərində ümumi 


 
- 38 -
inkişafdan bu qədər geri qalıbmış. Görən necə olub 
ki, Şirinlər, Nüşabələr, Həcərlər Sevillərlə əvəz edil-
məli olub. Ziddiyyətlidir. Lakin sən demə, Sevil 
özündə əsrlərdən miras qalmış elə bir potensial im-
kan saxlayırmış ki, məqamında o dönüb böyük alim 
ola bilərmiş, elmi-texniki inqilab dövrünün qabaqcıl 
övladına çevrilə bilərmiş. Sevil həm də müqəddəs 
keçmişimizdən miras qalmış namusun, qeyrətin tim-
salıdır.  
Fikirlərin dumanı seyrəlir, mən tələbənin hə-
yəcan və sevinc qarışıq sifətini görürəm, onun da-
nışıqlarını daha aydın eşidirəm.  İndi o ikinci sualı 
danışır: “Marksizm fəlsəfəsinin meydana gəlməsi və 
inkişafı”. Yadıma düşür ki, lap elə qonşu otaqda, 
mənimlə paralel kafedramızın baş müəllimi  Şura 
Məmmədova marksizm fəlsəfəsindən imtahan götü-
rür. Yadıma düşür ki, indi respublikamızda neçə-ne-
çə qadın filosof var: fəlsəfə elmləri doktorları Şəfiqə 
Mirzəyeva, Zümrüd Quluzadə, Gülruh Əlibəyova, 
kafedramızın dosent və baş müəllimləri Huri Əh-
mədli, Ofelya Əliyeva,  Şura Məmmədova, Leyla 
Həsənova. Onlar “fəlsəfə” sözünü tələffüz edə bil-
məyən Sevilin xələfləridir.  
Yenidən nəzərimdə  İzzət xanımın zərif və 
əzəmətli obrazı canlanır. Öz-özümə deyirəm:  İzzət 
xanım, ey Cabbarlı idealının parlaq və canlı  təcəs-
sümü, siz bəlkə  də akademik olduğunuz üçün yox, 
pak, təmiz səmimi Sevilin bu günü olduğunuz üçün 
həmişə yaşayacaqsınız.  


 
- 39 -
Qoy analarımızın nəzərləri bizə namus, qey-
rət, paklıq hissləri təlqin etsin. Qeyrət varsa, mə-
həbbət varsa, böyük ideallara sədaqət varsa – elm də 
olacaq, mədəniyyət də, xoşbəxtlik də. Qoy özünün 
qəhrəman, alim, filosof oğullarına ilham verən, 
onlar üçün iftixar mənbəyi olan Sizin kimi analar 
çox olsunlar. Qoy, mənim altı  nəfər  əlaçı  tələbəm 
böyüyüb hərəsi bir İzzət xanım olsun. 
Qoy, analarımız düzlük, saflıq və qüdsiyyətin 
canlı təcəssümü olsunlar. Onda qəhrəman oğulların 
biləklərinə qüvvət gələcək, şairlər ilham, alimlər əq-
li qida alacaq, filosoflar öz həqiqət yolunu tapacaq-
lar. 
 
 “Azərbaycan qadını”jurnalı, № 9, 1979 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
- 40 -
 
 
 
“Öncə öz millətim üçün!” 
(Müəllimim Xudu Məmmədov haqqında) 
 
Görkəmli kris-
talloqraf, təbii quru-
luş formaları ilə mil-
li naxışlar arasında, 
elmi və bədii yaradı-
cılıq arasında  əlaqə-
lərin böyük tədqi-
qatçısı Xudu Surxay 
oğlu Məmmədov 1969-cu ildə doktorluq disserta-
siyasını müdafiə etmiş, 1976-cı ildə Azərbaycan 
Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 
Lakin bu formal göstəricilər Xudu Məmmədov 
haqqında çox az şey deyir. 
Hər bir alim iki koordinat sistemində  də-
yərləndirilə bilər. Bir – öz ixtisası üzrə dünya ça-
pında, bir də bütün mənəvi-intellektual potensialı ilə 
öz xalqı, milləti üçün gördüyü işlərlə. Bir mütəxəs-
sis kimi onun xidmətlərini dəyərləndirmək mənlik 
deyil. Ona görə də mən ancaq onun bir ziyalı, elm-
şünas, filosof kimi qısa səciyyəsini verməyə çalışa-
cağam və xatirələrim də onun məhz bu istiqamətdə-
ki fəaliyyətinin işıqlandırılmasına xidmət edəcəkdir. 


 
- 41 -
Əvvəlcə, həmkarlarının vurğuladığı bir faktı 
bir qədər başqa ampluada yada salmaq istəyirəm: 
Xudu Məmmədov bir neçə illik tədqiqatların ye-
kununa dair monoqrafiya yazmaq üçün London 
nəşrlərindən sifariş alsa da, ingilis dilini yaxşı bil-
məsinə baxmayaraq, bu monoqrafiyanı öz dilimizdə 
yazmışdı. Silikat kimyası üçün fundamental əhə-
miyyətə malik olan bu əsər Azərbaycan elm tarixin-
də kristallokimyaya dair doğma dilimizdə ilk kitab 
idi. Monoqrafiya ingilis və ya rus dillərində çap 
olunsa idi, dünya şöhrəti qazanmış gənc türk alimi-
nin dünya elminə böyük töhfəsi olardı. Ancaq «mə-
nim ilk oxucum öz millətim olmalıdır» kəlamları bu 
insan haqqında çox söz deyirdi.  
Xudu Məmmədov millətə, vətənə, doğma tə-
biətə bağlı adam idi. Təbiət vurğunluğu onun elmi 
yaradıcılığının da əsas ilhamverici amili idi.  
O, elmi tədqiqatla yanaşı, enerjisinin böyük 
bir qismini Azərbaycanda elmi-kütləvi fikrin yayıl-
masına, istedadlı  gənclərin yaradıcı  fəaliyyətə  cəlb 
olunmasına, ictimai şüurun strukturunda elmi dü-
şüncənin payının artmasına sərf edirdi. Azərbaycan 
televiziyasında uzun müddət aparıcısı olduğu “Elm 
və həyat” verilişi neçə-neçə gəncin elmə münasibə-
tinin formalaşmasında böyük rol oynamaqla yanaşı, 
Azərbaycanda elmi-publisistik dil üslubunun forma-
laşmasına böyük təsir göstərirdi. Bu veriliş elm 
adamlarının, ziyalıların mənəvi-intellektual ehtiyac-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə