- 75 -
ümumiyyətlə sənətdə, sənətin ümumiyyətlə mədəni-
mənəvi həyatda yerini müəyyənləşdirməyə çalışır.
Bu yol əslində ədəbiyyatşünaslıqdan daha çox fəlsə-
fi-estetik və sosial-fəlsəfi tədqiqatın yoludur. İkin-
cisi, o, bədii ədəbiyyatmızın müxtəlif anlarında özü-
nəməxsus bədii üsullarla ifadəsini tapmış ideyaların,
fəlsəfi fikirlərin və konsepsiyaların üzə çıxarılması
və onlara müasir elmi- fəlsəfi terminlərlə ikinci hə-
yat verilməsi istiqamətində böyük işdər görür.
Üçüncü istiqamət bilavasitə ədəbi tənqiddir. Burda
biz bədii əsərin məzmununun lokal miqyasdan çı-
xarılaraq daha böyük zaman və məkan kontekstinə
salınmasının, konkret bir bədii nümunənin ucsuz-
bucaqsız ədəbiyyat kəhkəşanında müqayisəli şəkil-
də nəzərdən keçirilməsinin şahidi oluruq. Digər tə-
rəfdən, tədqiqatçı əsəri təhlil edərkən mahiyyət mə-
qamlarını üzə çıxarmaqla əslində bilavasitə fəlsəfi
mündəricə daşımayan sənət əsərlərinin də elmi-fəl-
səfi təhlil obyektinə çevrilir.
Müasir dövrdə ifrat siyasiləşmiş təfəkkür ədə-
biyyatında cari siyasi kontekstə salınmasına cəhd
göstərərkən, ədəbi-bədi ənənələrmizin və sənətin ali
memarlarının qorunub saxlanmasına daha böyük eh-
tiyacı vardır. Nə yaxşı ki, hələ sovet dövründə də
kommunist ideologiyasının yaratdığı labirintlərdən
məharətlə keçərək milli mədəniyyətin tərəqqisi, xal-
qın maarifləndirilməsi, ədəbi-bədii və fəlsəfi təfək-
kürün inkişaf etdirilməsi sahəsində böyük xidmətlər
göstərən Yaşar Qarayev kimi alimlərmiz bu gün də
- 76 -
cari problemlərin cazibə dəirəsinə düşmədən və heç
bir konyukturaya uymadan ümumbəşəri və milli-
mənəvi dəyərlərimizi tədqiq və təbliğ etməklə
ümummilli tərəqqiyə xidmət edirlər.
Yazıçı (“Oğuz Eli” qəzetinin ayrıca
buraxılışı), № 6-7, 2000
P.S.
Yaşar Qarayevlə tanışlığımız hələ ötən əsrin
70-ci illərindən başlamışdı. O, bir dəfə məni – 24
yaşlı gənc fəlsəfə elmləri namizədini Ədəbiyyat İn-
stitutuna neçə-neçə tanınmış professorların iştirak
etdiyi elmi seminara ədəbiyyat və fəlsəfə mövzu-
sunda məruzə üçün dəvət etmişdi. Mən o vaxtlar bu
mövzu ətrafında çox az oxumuşdum. Amma mənim
ədəbiyyat haqqında düşüncələrim Yaşar müəllimə
maraqlı gəlirdi: görünür, ədəbiyyata bir fizik-filoso-
fun gözü ilə baxış ənənəvi təsəvvürlərdən kənara çı-
xırdı. Amma seminar iştirakçıları arasında ya prob-
lemə akademik və ənənəvi yanaşma vərdişindən do-
layı, ya da çox gənc və ədəbiyyatdan uzaq bir ada-
mın onlara məruzə oxumasından rəncidə olduqları
üçün elə adamlar da tapıldı ki, onlar məni bir növ
imtahan etmək məqsədi ilə “Hegelin estetikasında
bu məsələyə münasibət necədir; yaxud Çernışevski,
Belinski bu barədə nə demişdir?” kimi suallarla mü-
raciət etdilər. Yaşar müəllim isə özü onlara cavab
- 77 -
verdi ki, biz bu gənc fizik-filosofu estetika tarixin-
dən bəlli olan məsələləri nəql etmək üçün deyil, öz
orijinal düşüncələrini bizimlə bölüşmək üçün dəvət
etmişik. Şübhə etmirəm ki, mənim gələcək tədqiqat-
larımın fizikadan lirikaya doğru yerdəyişməsində bu
görüşün xeyli təsiri olmuşdu. Əlbəttə, burada mə-
nim “elm və sənət” mövzusunda məşhur “Qoşa qa-
nad” əsərinin müəllifi Xudu Məmmədovla, o döv-
rün məşhur filosof-tənqidçisi Asif Əfəndiyevlə, gör-
kəmli mifoloq Mirəli Seyidovla da dostluğum, ha-
belə bunlardan daha öncə ədəbiyyat müəllimləri
olan atam Hacı Sədrəddinin və əmim Əmirxan Xə-
lilovun da rolu var idi. Amma bizim Yaşar Qarayev-
lə müzakirələrimizin mövzusu xeyli dərəcədə fərqli
- 78 -
idi. Söhbət çox vaxt məhz ədəbiyyat-fəlsəfə münasi-
bətlərindən gedirdi.
Qəbuluna professorların da çətinliklə düşdüyü
İnstitut direktoru mənimlə söhbət üçün həmişə vaxt
tapırdı. İkimiz də Baksovet səmtində yaşayırdıq və
işdən sonra evə çox vaxt piyada gedirdik. “So-
vetski” məhəlləsində N.Nərimanovun heykəlinin
yanından Bakı Soveti metrosuna qədər enən pillə-
kənlərdə şəhərə gözəl mənzərə açılırdı. Pillələrin üs-
tünə qəzet sərib oturduğumuz da olurdu. O mənim
yazılarımı böyük maraqla oxuyub fikir bildirirdi.
Sonralar mən Azərbaycanda ilk özəl Universi-
tet açarkən də köhnə dostların dəstəyinə arxalanmış-
dım. Məqsədimiz “çirkab dənizində təmiz ada yarat-
maq” idi. Universitetin Əsasnaməsinin hazırlanma-
sında, açılış mərasimində, ilk qəbul imtahanlarında
da Yaşar müəllimin iştirakı görülən işin sanbalını
artırırdı.
Universitetin nəzdində bir ziyalı Mərkəzinin
yaradılması işində də onun böyük rolu oldu. O vaxt
əsasını qoyduğumuz Şərq-Qərb Tədqiqat Mərkəzi
neçə-neçə görkəmli ziyalılar üçün mənəvi mühit
rolunu oynayırdı. Yaşar Qarayev bu Mərkəzin ən
ünlü üzvlərindən biri kimi müzakirə olunan məsələ-
lərdə həmişə fəal iştirak edir, “Gənc istedad” klubu
üzvlərinin gələcəyin yaradıcı şəxsləri, alimləri, ziya-
lıları kimi yetişməsi üçün əlindən gələni əsirgəmir-
di. Əsasən təbiətşünas alimlər, görkəmli həkim, ri-
yaziyyatçı, fizik və s.-lə yanaşı, humanitar sahəyə
- 79 -
məxsus bir alimin müzakirələrə qatılması, söhbət-
lərin daha canlı, daha cazibədar keçməsinə şərait
yaradırdı.
Mənim H.Cavid və C.Cabbarlı haqqında yaz-
dığım kitabların redaktoru da təbii ki, Yaşar Qara-
yev idi. 2001-ci ildə çapdan çıxan “Cavid və
Cabbarlı. Müxtəlifliyin vəhdəti” kitabının giriş mə-
qaləsində mən əsərin redaktoru haqqında əlamətdar
bir qeyd yazmışam və onu burada yada salmaq istə-
yirəm:
“İxtisasımın vurğulanması belə təəssürat yara-
da bilərdi ki, mən Cavid və Cabbarlının ilk dəfə ola-
raq yeni rakursda, fəlsəfi müstəvidə nəzərdən keçi-
rildiyini diqqətə çartdırıram. Məhz belə səhv təsəv-
vür yaranmasın deyə, xüsusi olaraq qeyd etmək istə-
yirəm ki, həqiqi ədəbi tənqid heç vaxt fəlsəfi baxış
dairəsindən kənarda təsəvvür oluna bilməz. Ona gö-
rə də, Cavidin də, Cabbarlının da tədqiqatçıları ixti-
Dostları ilə paylaş: |