Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/32
tarix17.09.2017
ölçüsü5,01 Kb.
#438
1   ...   15   16   17   18   19   20   21   22   ...   32

 
- 85 -
ran yeni ideya istiqaməti və  hətta yeni həyat tərzi 
kimi böyük vüsət aldı. 
Ocaq hərəkatı Moskvanın diqqətini getdikcə 
daha çox cəlb edirdi. Bu proseslərin inkişafına bir 
növ rəvac verən milliləşmiş respublika KQB-sinin 
«nəzarəti» təbii ki, Moskvanı razı sala bilməzdi, ona 
görə  də  nəzarəti öz əlinə götürməyə çalışırdı. 
Moskvanın təkidi ilə ciddi tədbirlər görüldü, Asif 
Əfəndiyev partiya sıralarından, daha sonra isə işdən 
azad edildi. Onun fikirdaşları da hər yerdə  sıxışdı-
rılmağa başladı. Asif Atanın  əsərlərinin çapı qada-
ğan edildi. Gənclər tərəfindən üzü köçürülüb yayı-
lan  əlyazmalar hər yerdən yığışdırılıb yandırıldı. 
Bununla belə, ox artıq yaydan çıxmış, ideyalar qəlb-
lərdə və beyinlərdə qərar tutmuşdu. 
Biz demirik ki, Asif Əfəndiyevin yaratdığı tə-
lim qüsursuzdur və onu bir milli ideologiya nümu-
nəsi kimi qəbul etmək olar. Xeyr, Asif Ata təlimi 
maksimalist bir təlimdir, ifrat Şərq mövqeyinin ba-
riz nümunəsidir. Onun hətta şəxsi həyatında və xa-
rakterində müşahidə olunan bu ifratçılıq, maksima-
lizm əslində o dövrün məhsulu idi. Çünki Asif Ata 
təlimi kommunist ideologiyasına, doqmatizmə, eh-
kamçılığa reaksiya kimi yaranmışdı. Ehkamçı təfək-
kürə alternativ olaraq, ona qarşı ancaq inqilabçı  və 
inkarçı bir təfəkkür yarana bilərdi. Və bu inkarçı 
təfəkkür ictimai-siyasi həyatda, mədəniyyətdə, ədə-
biyyatda qərarlaşmış  ənənələrə qarşı bir üsyan idi. 
Təfəkkürün belə istiqamətlənmiş forması öz qarşı-


 
- 86 -
sına sosializm realizminin, kommunist tərbiyəsinin 
müsbət cəhətlərinin də olmasını etiraf etmək, bu 
ənənələrdəki yaxşı  cəhətləri üzə  çıxarıb təqdir et-
mək məqsədini qarşıya qoya bilməzdi. Əksinə, Asif 
Ata kommunizm epoxasının zəif cəhətlərini önə çə-
kir, burada meyarların həqiqətə əsaslanmadığını, hər 
şeyin tərsinə qurulduğunu vurğulayırdı. Onun fik-
rinə görə, Qırmızı inqilab zaman əqrəbini geriyə 
çəkmək, təbii gedişatı  tərsinə  fırlatmaq təşəbbüsü 
idi.  
 
Palçıq üstə çıxdı, dağ altda qaldı, 
Şikəst üstə çıxdı, sağ altda qaldı, 
Zəmanə nehrəsi tərs çalxalandı, 
Ayran üstə çıxdı, yağ altda qaldı. 
 
Asif Əfəndiyev fikirlərin sintezindən çıxış et-
mədi, kompromisə getmədi və tam inkarçı bir möv-
qe tutdu. Öz həyatında da dövlətin və kommunist 
cəmiyyətinin açdığı imkanlardan və imtiyazlardan 
imtina etdi. Fəlsəfi ideyalarında da cəmiyyətin, so-
sial mühitin rolunu nəzərə almadan, bütün fikirlərini 
fərdi-mənəvi aləmin təkmilləşdirilməsinə, insani ka-
milliyin önə çəkilməsinə yönəltdi.  
Asif  Əfəndiyev yaradıcılığına  şəxsi münasi-
bətlər prizmasından baxan sənət adamları çox vaxt 
ondan inciyirlər. Çünki Asif Əfəndiyevin qələmi tə-
rifdən daha çox tənqid yazırdı. Lakin bu tənqidin 
səbəblərinin heç də ayrı-ayrı Azərbaycan yazıçıla-
rına münasibətlə deyil, bütövlükdə sovet ədəbi-bədii 
prosesinə, bütövlükdə qərbçiliyə və bütövlükdə ha-


 
- 87 -
kim ideologiyaya münasibətlə bağlı olması faktı hə-
lə indi-indi üzə çıxır. Asif Əfəndiyevin mövqeyini, 
motivlərini başa düşmək çətin idi. Çünki o, ənənəvi 
meyarlardan deyil, yeni bir fəlsəfi baxışlar sistemin-
dən çıxış edirdi. 
Asif  Əfəndiyev təliminin məzmununa toxun-
madan bircə bunu qeyd etmək kifayətdir ki, bu 
inkarçılığın özündə bir dəyər var idi. Gənclərin 
müstəqil düşüncəyə, azad fikirliliyə, yaradıcı təfək-
kürə cəlb edilməsi özlüyündə müsbət bir hadisə idi. 
Düzdür, Asif Ata təliminin məzmunu incələndikdə 
onun özünün də yeni bir ehkam, yeni bir ideologiya, 
hətta yeni bir təriqət yönümündə olması üzə  çıxır. 
Lakin bu yeni ideologiyanı qəbul etmək üçün daha 
dərin kök atmış olan və heç şübhəsiz, daha ziyanlı 
olan kommunist ideologiyasından imtina lazımdır. 
Asif  Əfəndiyevin gücü gənclərə bu imtina əzmini, 
bu imtina mədəniyyətini təlqin edə bilməsində idi. 
Mənəvi kamilliyə gedən yol imtinadan keçir. 
Xırda hisslərdən, maddi maraqlardan imtina! Döv-
lətin və cəmiyyətin verdiyi formal nüfuzdan, rəsmi 
vəzifə  və titullardan, ictimai şüurun bəsitliyi sayə-
sində qazanılmış ad-sandan, saxta şöhrətdən imtina!  
 
«Ya şöhrət, ya vüqar», – dedi zəmanə, 
Şöhrətdən əl çəkib, tutdum vüqarı! 
 
Özü də elə bir şöhrətdən ki, XX əsrin 70-ci il-
lərində o filisof-tənqidçi Asif Afəndiyevi addım-ad-
dım izləyir, ondan əl çəkmək istəmirdi. Çoxlarının 


 
- 88 -
həsrətində olduğu bü şöhrət çələngindən imtina Asif 
Əfəndiyevin  əslində necə böyük bir məqsədə xid-
mət etdiyindən xəbər verir. Şan-şöhrətli filosof-tən-
qidçi öz yerini təqiblərə  və  tənələrə  məruz qalan 
qəmli-kədərli bir filosof aqibətinə təslim etdi.  
 
Zəmanə hiddətlə dindirdi məni, 
İdrak gəmisinə mindirdi məni
Əzab ocağında yandırdı, yaxdı – 
Kədər dənizində çimdirdi məni! 
 
Lakin onun kədərində bir nəşə var idi. O, bu 
əzablı yolları özü seçmişdi. O, öz fəlsəfi idealını 
təkcə  təlimi ilə deyil, şəxsi həyatı ilə  də  təsdiq et-
məyə çalışırdı. Əgər onun ideyaları neçə-neçə onil-
liyin qaranlıq pərdələrini keçərək hələ də işarmaqda 
davam edirsə  və  hələ  də davamçılara malikdirsə, 
deməli, əzablı anlar hədər keçməyib.  
 
“Tənqid.net” jurnalı, 2007, № 4  
 
 
P.S.  
Mənim kommunist ideoloğiyasına və azad 
fikrin çərçivəyə salınmasına qarşı mövqeyim Asif 
Əfəndiyevin başladığı azad düşüncə  hərəkatına uy-
ğun gəldiyinə  ğörə, biz bir müddət sıx  əməkdaşlıq 
etdik. Amma 1982-83-cü illərdən başlayaraq, mənə 
aydın olmayan səbəblərdən onun baxışlarında və 
təbli-ğatında islamla bir araya sığmayan, bəzən 
hətta ona qarşı olan, nə isə alternativ bir təriqəti 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə