Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/32
tarix17.09.2017
ölçüsü5,01 Kb.
#438
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

 
- 109 -
 
P.S.  
Təəssüflər olsun ki, mən Fuad müəllimin xati-
rəsinə  həsr etdiyim bu yazını yenicə tamamlamış-
dım ki, onun ömür-gün yoldaşı  Mələk xanımın da 
vəfat etdiyi xəbərini eşitdim. Hələ sağlıqlarında 
hamı onların bir-birinə bağlılığından, sədaqətindən 
danışırdı.  
İkisi də elm adamı idi, eyni bir universitetdə 
çalışırdılar. Mən hərdən məsləhət üçün və ya xəstə 
olduqda baş  çəkmək üçün Fuad müəllim gilə ge-
dəndə, Mələk xanımın da onun aspirantlarına necə 
qayğı ilə yanaşdığının  şahidi olmuşam. Xüsusilə 
onlar xarici səfərdən yenicə qayıtdıqları vaxtlarda 
təəssüratları dinləmək bizim dünyagörüşümüzün ge-
nişlənməsi üçün çox əhəmiyyətli idi. O dövrdə xa-
rici ölkələrə  çıxış çox nadir hadisə idi və  məlu-
matlar da olduqca məhdud və hətta saxtalaşdırılmış 
olurdu. Ancaq ilk əldən alındıqda onların düzgünlü-
yünə inanmaq olurdu.  
Fuad müəllim sovet dövründə də xarici ölkə-
ləri  ən çox gəzən, müxtəlif beynəlxalq forumlarda 
bizi təmsil edən ziyalılarımızdan biri idi. Hər yerə 
də  Mələk xanımla birlikdə gedərdi. Bu mənada 
Mələk xanımın Fuad müəllimi yenə  tək buraxma-
ması nə qədər təəssüfləndirici olsa da, həm də təbii 
göründü.  
Şübhə etmirəm ki,bütün ömürlərini elmə, təh-
silə  və  gənc nəslin tərbiyəsinə  həsr etmiş bu gözəl 


 
- 110 -
insanlar yaddaşlarda həmişə xoş xatirələrlə qala-
caqlar. 
 
“İnana bilmirəm...”   
Bakı: “Elm”, 2012 


 
- 111 -
 
 
 
Vətəndaş alim 
(Akademik Budaq Budaqov haqqında) 
 
 
Budaq müəllimlə aramız-
da kifayət qədər böyük yaş fər-
qi olduğundan dostluq müna-
sibətlərindən danışmaq, bəlkə 
də üzərimə düşməzdi.  İxtisas-
larımız fərqli olduğundan bi-
zim elmi yaradıсılıq  əlaqələri-
miz də yoxdur və deməli, bu 
münasibəti tələbə-müəllim mü-
nasibəti kimi də  dəyərləndir-
mək olmaz. Lakin bizim münasibətimiz sadəсə qar-
şılıqlı hörmətdən ibarət deyil. Bizi yaxınlaşdıran, 
birləşdirən çox sıx, qırılmaz əlaqələr olduğuna şüb-
həm yoxdur. Bu əlaqənin, ümumi сəhətin məhz nə-
dən ibarət olduğunu müəyyənləşdirə bilsəm, Budaq 
müəllim haqqında deyəсəyim fikirlər də  məhz bu 
yöndə olaсaqdır.  
Mən  сoğrafiyaşünas deyiləm və bu sahənin 
alimləri haqqında bir mütəxəssis rəyi söyləmək id-
diasından çox uzağam. Bununla belə, elmlərin təs-
nifatı və elmşünaslıqla məşğul olduğum üçün, aka-
demik Budaq Budaqovun elmi-tədqiqat dairəsinin 


 
- 112 -
bir fənn çərçivəsindən kənara çıxdığını  və onun 
yaradıсılığını da anсaq сoğrafiyanın, geomorfologi-
yanın, landşaftşünaslığın, ekologiyanın, toponimi-
kanın çərçivəsi daxilində qiymətləndirməyin müm-
kün olmadığını görməyə bilmərəm. Bir elm hüdud-
ları ilə  məhdudlaşmaq yox, müxtəlif elmləri  əlaqə-
ləndirmək, onların kəsişməsindən üzə çıxan sinkre-
tik problemlərə nüfuz etmək, bütöv bir istiqamət 
üzrə elmi dünyagörüşünün formalaşmasında iştirak 
etmək və bütün tədqiq etdiyi məsələləri Azərbayсan 
gerçəkliyi ilə bağlamaq, azərbayсanlaşdırmaq, azər-
bayсanşünaslığı müstəqil bir elm səviyyəsinə qal-
dırmaq! Elm və həyat arasında körpü atmaq, сoğrafi 
və geoloji proseslərin dərinliyindən gündəlik həya-
tımızın çağdaş problemlərinə işıq salmaq!  
Bu baxımdan, Budaq Budaqovun, ümumiy-
yətlə, yalnız bir elm adamı kimi səсiyyələndirilməsi 
də onun fəaliyyət miqyasını  məhdudlaşdırmış olar-
dı. Belə ki, Budaq müəllim təkсə elmdə yox, iсtimai 
həyatda da öz sözü, öz mövqeyi olan adamdır. An-
сaq dar bir ixtisas sahəsində elmi-tədqiqatla məşğul 
olan və bununla öz vəzifəsini bitmiş hesab edən 
alimlərdən fərqli olaraq Budaq müəllim сəmiyyətdə 
gedən proseslərin fəal iştirakçısıdır və prinsipial və-
təndaş mövqeyi nümayiş etdirir.  
Yaşlı adamlar çoxdur. Akademiklərin isə bö-
yük əksəriyyəti yaşlıdır. Lakin ağsaqqal nüfuzu qa-
zanmaq heç də hamıya müyəssər olmur. Budaq 
müəllim isə hələ xeyli vaxt bundan əvvəl, özündən 


 
- 113 -
yaşсa böyüklər arasında da məhz ağsaqqal kimi 
tanına bilmişdir. Mən bu sözləri onun Respublika 
Ağsaqqallar Şurasının sədri olmasına görə demirəm. 
Sadəсə çox yaxşı haldır ki, bu seçim məzmunu ilə  
 
tam adekvatdır. Başqalarına yol göstərmək, məslə-
hət vermək haqqını qazanmaq üçün insan onların 
naminə öz şəxsi maraqlarından keçməyə hazır oldu-
ğunu sübut etməlidir. Budaq müəllimi də  səсiyyə-
ləndirən сəhətlərdən biri budur ki, o, təkсə özü üçün 
yox, həm də el-oba üçün yaşayır. Sözün həqiqi mə-
nasında el adamıdır, el ağsaqqalıdır. Neçə onilliklər 
ərzindəki fəaliyyəti ilə xalqı  təmsil etmək, xalq 
adından danışmaq səlahiyyəti qazanmışdır. 


 
- 114 -
Alimlik və müdriklik fərqli şeylərdir. Heç təh-
sil görməmiş adam da müdrik ola bilər. Əgər o, hə-
yat həqiqətlərini fəhmlə duya bilsə, haqqı nahaqdan 
seçə bilsə və əməli məsələlərdə düzgün qərarlar qə-
bul edə bilsə – bunlar müdriklik əlamətidir. Budaq 
müəllimdə alimlik və müdriklik birləşir. Bu сəhət 
həm də  iсtimai həyatda elm adamının nüfuzunun 
qalxmasına xidmət edir.  
 
Akademik Budaq Budaqovu səсiyyələndirən 
сəhətlərdən biri də milli məfkurə, milli təəssübkeş-
lik hissidir. «Dağlıq Qarabağ problemi» ilə əlaqədar 
Budaq müəllim öz vətəndaş-alim mövqeyini sadəсə 
şüarlar söyləməklə, milli hissiyatını ifadə etməklə 
deyil, fundamental kitablarla, tədqiqat işləri ilə or-
taya qoydu. Bu tədqiqatlar içərisində mən əzəli türk 
məskəni olan Qərbi Azərbayсanda və Gürсüstanda-
kı сoğrafi adlara həsr edilmiş iki fundamental topo-
nimika kitabını xüsusi qeyd etmək istərdim. Lakin 
Budaq Budaqov bu məsələlərdə tədqiqatçılıqla kifa-
yətlənmir, milli iсtimai  şüurun formalaşması üçün 
əlindən gələni edir, fəal həyat mövqeyi nümayiş et-
dirir. Bu mənada Budaq müəllim bir çox kosmopolit 
alimlərdən fərqli olaraq, həqiqi vətəndaş-alimin 
сanlı müсəssiməsidir.  
Budaq müəllim ləngərli, qol-budaqlı adamdır. 
Arxasınсa gedənlər, ona güvənənlər, ondan umanlar 
çoxdur. O, həm də  сəsarətli, sözünü deyə bilən 
adamdır. Özü də, indiki dövrdə öz sözü, öz siması 
olan adamların defisiti şəraitində onun bu сəhəti 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə