- 133 -
Amma heç şübhəsiz, bu arzu və qərarın özünə ayan
olduğu vaxtdan da çox-çox əvvəl bu yaradıcılıq əz-
mini qazanmaq üçün o, daxilən hazırlanırdı. İçində-
ki «Haqq aşiqliyi»ndən pay gec-tez onu bu qərara
sövq edəcəkdi. Amma Zəlimxan Yaqub “Peyğəm-
bər” yazmaq sinninə asanlıqla gəlib çatmadı.
“Peyğəmbər”i yazmaq üçün bir şair kimi püx-
tələşmək hələ az idi. Həcc ziyarəti ilə mənən təmiz-
lənmək, təzələnmək də yetərli deyildi. Mənəvi ka-
millik və ustad şairlik məqamından ziyadə, bu möv-
zu, necə deyərlər, ixtisaslaşmış bilik də tələb edirdi.
Və şair Zəlimxan “Peyğəmbər” yazmaq üçün dizini
yerə qoyub bir neçə il ilahiyyat və din tarixi üzrə
qalın-qalın kitablar oxumalı oldu… Hekayətlər, rə-
vayətlər, hədislər az-çox dərəcədə ona doğma janrda
idisə də, dini-elmi kitabların mənimsənilməsi əlavə
səy tələb edirdi. Zəlimxan Yaqub buna da qatlaşdı.
Düzdür, bütün bu zəhmətlər, intellektual səy-
lər, əzm və iradə şairin bu mövzuya necə böyük mə-
suliyyət və həssaslıqla yanaşdığını göstərir. Amma
bir şey də var ki, ilhamla intellektin, bədahətlə zəh-
mətin bu sintezi ənənəvi Zəlimxan Yaqubdan xeyli
fərqli görünür. Ona görə də bu əsəri ancaq poetik
baxımdan dəyərləndirmək düzgün olmazdı. Əsər is-
lam tarixi və ümumiyyətlə islamşünaslıq baxımın-
dan da dəyərlidir. Bu artıq Zəlimxan Yaqubun bir
şair olmaqdan daha çox, bir din maarifçisi kimi bö-
yük xidmətidir.
- 134 -
Əsərin yazılması ərəfəsində şair mənimlə söh-
bətlərində Cavidin və Cübranın “Peyğəmbər”ləri
haqqında da söhbət açırdı. Görünür, mövzuya kök-
lənmək və gələcək müqayisələrə öncədən hazır ol-
maq üçün bunlar da lazım idi. Lakin Zəlimxan Ya-
qubun “Peyğəmbəri” həm janr və forma, həm də
məzmun baxımından xeyli fərqlidir.
Dinə münasibətdə başqa vəznə və başqa ha-
vaya keçə bilmək üçün isə şair təkcə Məkkə ziya-
rətinə getməklə kifayətlənmir, Yəsəvi, Mövlana və
Yunus dünyalarına da baş çəkməli olur və təsəvvü-
fün lap astanasında gəlib dayanır.
Desək ki, Zəlimxan Yaqub təsəvvüf fəlsəfəsi-
nin dərinliklərinə gedir və bu sahədə nə isə yeni fi-
kirlər söyləyir, əlbəttə, yanlış olardı. Amma önəmli
olan budur ki, təsəvvüfün ruhu Zəlimxana yad deyil,
hətta bir sıra məqamlarda onun dedikləri təsəvvüf
notlarında köklənmişdir. Böyük sufi şairi Yunis
İmrəni o dərəcədə sevən və ona bütöv bir dastan qo-
şan Zəlimxan Yaqub sufizmə biganə qala bilməzdi.
Özünün təbiri ilə desək, sazdan doğulan şair zaman
keçdikcə qopuzlanmış, tarımlanmış, sənətin ilham
pərisi ilə izdivac qurmuş, meydən bihuş olmuş, ney-
dən vəcdə gəlmişdir.
Doğrudan danışan, düzdən oxuyan,
Ən nurlu kəlmədən, sözdən oxuyan,
Odur ürəyimi gözdən oxuyan,
Gizli nöqtələrdən agahım mənim.
- 135 -
Zəlimxan böyük bir xəzinənin üstündə otur-
muşdur. O, məhz dilimizdə yatan xəzinənin xirida-
rıdır. Hansı isə ideyanı, cərəyanı, təriqəti bilavasitə
mənimsəmək və ifadə etmək bir şeydir (bu, filosof-
ların işidir), dilin yaddaşında yatan
fəlsəfəni üzə çı-
xarmaq başqa şeydir. Sanki təbiətin özü də şair Zə-
limxanı əzizləmiş, bəsləmiş, onu «çiçəkdə şeh»,
«çəməndə meh» etmişdir:
Uçuş yeri üfüqlərdi,
bəzədiyi şəfəqlərdi,
Bir nəğmədi, bir əsərdi,
hər çırpınan anda ruhum.
“ Könlü bu dünyanın gülüşündə gül açan”
şair təbiətin ahəng dünyasından, harmoniyadan qida
alır, ruhlanır və insan ruhunu təbiətin stixiyası ilə
sinxronlaşdırır.
Bəli, əsas məsələ ahəngi duymaq, insan, cə-
miyyət və təbiətin vəhdətindən çıxış etməkdir. Şai-
rin qəlbi dünyanın ahəngi ilə eyni ritmdə vurur.
Əsas məsələ şeirə, musiqiyə, ülvi duyğulara, haqqa-
həqiqətə və gözəlliyə köklənməkdir.
- 136 -
Şərq tarixinin böyük tədqiqatçısı
(Akademik Nailə Vəlixanlı haqqında)
Biz hamımız bu
və ya digər nisbətdə
Şərq və Qərbin vəhdə-
tini təmsil edirik. Nailə
xanım da istisna deyil.
Bu vəhdət onun həm
şəxsiyyətində, həm də
yaradıcılığında öz ək-
sini tapmışdır.
Onun zahiri gözəlliyi də, xarakteri də nə ən-
ənəvi Şərq, nə də ənənəvi Qərbdən xəbər verir.
Vəhdətdən elə bil ki, tamamilə fərqli, yeni bir key-
fiyyət yaranmışdır. Müasir görünüşlü, müasir dü-
şüncəli, müasir davranışlı və eyni zamanda milli-
mənəvi dəyərlərimizi, adət-ənənələrimizi qoruyub
saxlayan, sadə olduğu qədər də zəngin bir varlıq.
Onun tədqiqat mövzusu Şərqin tarixi ilə bağ-
lıdır. Azərbaycanda Ərəb Xilafəti dövrünün ən gö-
zəl bilicisi, peşəkar tədqiqatçısıdır. Lakin tədqiqat
üsulu Şərqə məxsus təəssüratçılıqdan, obrazlılıqdan,
dəbdəbəli ibarətçilikdən azaddır. Elmin soyuq üslu-
bu, rasional düşüncənin dəqiqlik tələbi, hisslə deyil,
məntiq və dəlillərlə əsaslandırmaq vərdişi, – bütün
- 137 -
bunlar elmdə Qərb ənənələrindən xəbər verir. Bəli,
Nailə xanım Şərqin tarixini Qərb düşüncə tərzi və
klassik elm ənənələrinə söykənərək tədqiq edir.
Nailə Vəlixanlı ilə mənim
elmi əməkdaşlığım ən çox
Şərq-Qərb tədqiqat mər-
kəzindəki birgə fəaliyyətimizlə
bağlıdır. Ona görə də Nailə
xanım haqqında təəssürat və
fikirlərimin də məhz Şərq-Qərb
kontekstində söylənməsi
təsadüfi deyildir. “İpək Yolu”
jurnalının ərsəyə gəlməsində
də Şərq və Qərb arasında körpü
atmağa ən çox mənəvi haqqı
olan şəxslərdən biri kimi Nailə
Vəlixanlının böyük xidməti
olmuşdur.
“İpək Yolu” jurnalı, N2, 2000-ci il
P.S.
O vaxtdan neçə illər keçmişdir. Onda Nailə
xanım Azərbaycan Universitetinin professoru və
Şərq-Qərb Tədqiqat Mərkəzinin üzvü idi.
Akademik Fəraməz Maqsudovla da bu Mər-
kəzdə tanış olmuşdular. Fəraməz müəllim Akademi-
yaya prezident seçildikdən sonra mən Nailə xanımın
sənədlərini o vaxt boş olan Şərqşünaslıq institutu-
Dostları ilə paylaş: |