Microsoft Word Synergy Group 31 12 2015 fs aze docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix17.09.2018
ölçüsü0,55 Mb.
#69063
1   2   3   4   5   6   7   8   9   ...   22

“Synergy Group” MMC 

31 dekabr 2015-ci il tarixinә Konsolidasiya Edilmiş Maliyyә Hesabatları üzrә Qeydlәr 

(Başqa cür qeyd olunmadığı tәqdirdә, mәblәğlәr Azәrbaycan Manatı ilә ifadә edilir) 





Qrupun Әmәliyyat Mühiti (davamı) 

Azәrbaycan hökumәti ölkә iqtisadiyyatına xarici investisiyalar cәlb etmәk vә qeyri-neft sektorunu inkişaf 

etdirmәk  mәqsәdilә  islahatların  sürәtlәndirilmәsi  vә  iqtisadiyyata  dәstәyin  göstәrilmәsi  ilә  bağlı 

planlarını  açıqlamışdır.  Xarici  investorların  cәlb  edilmәsi  mәqsәdilә  xarici  valyutanın  ölkәdәn 

çıxarılması  zamanı  әlavә  rüsumların  tәtbiq  olunmaması  haqqında  qanun  qәbul  edilmişdir.  Bundan 

әlavә,  sahibkarlıq  fәaliyyәtini  dәstәklәmәk  üçün  vergi  qaydalarının  sadәlәşdirilmәsi  ilә  bağlı  digәr 

normativ islahatlar aparılmışdır.  

Qrupun  Rәhbәrliyi  hazırkı  iqtisadi  mühitdә  baş  verәn  dәyişikliklәri  müşahidә  edir  vә  Qrupun  yaxın 

gәlәcәkdә fәaliyyәtinin dayanıqlığını vә inkişafını dәstәklәmәk üçün qabaqlayıcı tәdbirlәr görür. 



Әsas Uçot Siyasәtlәrinin Qısa Xülasәsi  

Maliyyә hesabatlarının tәrtibatının  әsasları.  Qrupun  konsolidasiya  edilmiş  maliyyә  hesabatları 

Beynәlxalq  Maliyyә  Hesabatı  Standartlarına  (“BMHS”)  uyğun  olaraq  ilkin  dәyәr  metoduna  әsasәn 

hazırlanmışdır.  Hazırkı  konsolidasiya  edilmiş  maliyyә  hesabatlarının  hazırlanmasında  istifadә  edilәn 

әsas  uçot  siyasәtlәri  aşağıda  göstәrilir.  Hәmin  uçot  siyasәtlәri  başqa  cür  qeyd  olunmadığı  tәqdirdә, 

tәqdim edilәn bütün dövrlәrә müvafiq şәkildә tәtbiq edilmişdir (Qrup tәrәfindәn qәbul edilmiş yeni vә ya 

yenidәn işlәnmiş standartlar üçün 5-ci Qeydә baxın).



 

Konsolidasiya edilmiş maliyyә hesabatları. Törәmә müәssisәlәr Qrupun birbaşa vә ya dolayısı ilә 

sәsvermә  hüquqlu  sәhmlәrinin  50%-dәn  artıq  hissәsinә  sahib  olduğu  vә  ya  qazanc  әldә  etmәk 

mәqsәdilә  onun  maliyyә  vә  әmәliyyat  siyasәtinә  nәzarәt  etmәk  gücü  olduğu  müәssisәlәr  vә  digәr 

tәşkilatlardır (xüsusi tәyinatlı müәssisәlәr daxil olmaqla). Qrupun digәr müәssisәyә nәzarәt etmәsini 

müәyyәnlәşdirәrkәn  istifadә  edilmәsi  vә  ya  dәyişdirilmәsi  mümkün  olan  potensial  sәsvermә 

hüquqlarının mövcudluğu vә tәsiri nәzәrә alınır. Törәmә müәssisәlәr, onların әmәliyyatları üzrә effektiv 

nәzarәt Qrupa keçdiyi andan (alış tarixindәn) konsolidasiya edilmiş maliyyә hesabatlarına daxil edilir 

vә nәzarәtin itirildiyi tarixdәn konsolidasiya edilmiş maliyyә hesabatlarından çıxarılır. 

Ümumi nәzarәt altında olan tәrәflәrdәn alınmış törәmә müәssisәlәr istisna olmaqla, Qrup tәrәfindәn 

törәmә müәssisәlәrin alınması alış metodu ilә uçota alınır. Әldә edilmiş müәyyәn edilә bilәn aktivlәr vә 

müәssisәlәrin birlәşmәsi zamanı qәbul edilmiş öhdәliklәr vә şәrti öhdәliklәr nәzarәt olunmayan iştirak 

payının hәcmindәn asılı olmayaraq, alış tarixinә әdalәtli dәyәrlә әks etdirilir.

  

Qrup  mövcud  iştirak  paylarını  әks  etdirәn  vә  pay  sahibinә  müәssisәnin  likvidasiyası  halında  xalis 



aktivlәrdә proporsional hәcmdә pay әldә etmәk hüququ verәn nәzarәt olunmayan iştirak payını hәr bir 

әmәliyyat üzrә fәrdi qaydada a) әdalәtli dәyәrlә vә ya b) әldә edilmiş müәssisәnin xalis aktivlәrindә 

nәzarәt  olunmayan  iştirak  payına  proporsional  şәkildә  qiymәtlәndirir.  Mövcud  iştirak  paylarını  әks 

etdirmәyәn nәzarәt olunmayan iştirak payı әdalәtli dәyәrlә qiymәtlәndirilir. 

Qrup şirkәtlәri arasında hәyata keçirilәn bütün әmәliyyatlar, bu әmәliyyatlar üzrә realizasiya olunmamış 

gәlirlәr, elәcә dә Qrup daxilindәki әmәliyyatlar üzrә qalıqlar konsolidasiya edilmiş maliyyә hesabatlarına 

daxil  edilmir.  Realizasiya  olunmamış  zәrәrlәr  dә  dәyәrin  bәrpa  edilmәsi  halları  istisna  olmaqla, 

konsolidasiya  edilmiş  maliyyә  hesabatlarından  çıxarılır.  Qrup  vә  onun  törәmә  müәssisәlәri  Qrupun 

siyasәtinә uyğun vahid uçot siyasәtlәri tәtbiq edir.  

Nәzarәt olunmayan iştirak payı Qrupun birbaşa vә ya dolayısı ilә sahib olmadığı paya düşәn törәmә 

müәssisәnin xalis fәaliyyәt nәticәlәrinin vә kapitalının bir hissәsini әks etdirir. Nәzarәt olunmayan iştirak 

payı Qrupun kapitalının ayrıca komponentini formalaşdırır.  



Ümumi nәzarәt altında olan tәrәflәrdәn törәmә müәssisәlәrin alınması.  Ümumi  nәzarәt  altında 

olan tәrәflәrdәn törәmә müәssisәlәrin alınması aktivlәri ötürәn müәssisәnin qiymәtlәndirmә üsulundan 

istifadә  etmәklә  alış  metodu  ilә  uçota  alınır.  Bu  metoda  uyğun  olaraq,  birlәşdirilmiş  müәssisәnin 

konsolidasiya edilmiş maliyyә hesabatları müәssisәlәrin tәqdim edilәn әn erkәn dövrün әvvәlindәn vә 

ya daha gec olarsa, birlәşdirilәn müәssisәlәrin ümumi nәzarәtә keçdiyi tarixdәn etibarәn birlәşmәsi kimi 

tәqdim edilir. Törәmә müәssisәnin ümumi nәzarәt altında olan müәssisәlәr arasında ötürülәn aktiv vә 

öhdәliklәri ötürәn tәrәfin maliyyә hesabatlarında göstәrilәn balans dәyәri ilә qeydә alınır. 



“Synergy Group” MMC 

31 dekabr 2015-ci il tarixinә Konsolidasiya Edilmiş Maliyyә Hesabatları üzrә Qeydlәr 

(Başqa cür qeyd olunmadığı tәqdirdә, mәblәğlәr Azәrbaycan Manatı ilә ifadә edilir) 





Әsas Uçot Siyasәtlәrinin Qısa Xülasәsi (davamı) 

Asılı müәssisәlәrә investisiyalar. Asılı müәssisәlәr Qrupun (birbaşa vә ya dolayısı ilә) әhәmiyyәtli 

dәrәcәdә tәsir göstәrdiyi, lakin onların üzәrindә nәzarәti olmadığı müәssisәlәrdir; bir qayda olaraq belә 

müәssisәlәrdә  sәsvermә  hüquqlu  sәhmlәrin  payı  adәtәn  20%-50%  tәşkil  edir.  Asılı  müәssisәlәrә 

investisiyalar pay iştirakı üzrә uçot metoduna әsasәn qeydә alınır vә әvvәlcә ilkin dәyәrlә әks etdirilir. 

Asılı müәssisәlәrdәn alınmış dividendlәr asılı müәssisәlәrdәki investisiyaların balans dәyәrini azaldır. 

Alışdan sonra asılı müәssisәnin xalis aktivlәrindә Qrupun payındakı digәr dәyişikliklәr aşağıdakı kimi 

tanınır: (i) asılı müәssisәlәrin mәnfәәt vә ya zәrәrindә Qrupun payı il üzrә konsolidasiya edilmiş mәnfәәt 

vә ya zәrәrdә asılı müәssisәlәrin maliyyә nәticәlәrindә payı kimi qeydә alınır, (ii) sair mәcmu gәlirlәrdә 

Qrupun  payı  sair  mәcmu  gәlirlәrdә  tanınır  vә  ayrıca  sәtirdә  göstәrilir,  (iii);  asılı  müәssisәlәrin  xalis 

aktivlәrinin  balans  dәyәrindә  Qrupun  payındakı  bütün  digәr  dәyişikliklәr  asılı  müәssisәlәrin  maliyyә 

nәticәlәrindә mәnfәәt vә ya zәrәr kimi tanınır.  

Lakin asılı müәssisәnin zәrәrlәrindә Qrupun payı onun hәmin müәssisәdәki payına, elәcә dә hәr hansı 

tәminatsız debitor borclarına bәrabәr vә ya ondan artıq olarsa, Qrup asılı müәssisәnin adından üzәrinә 

öhdәlik götürdüyü vә ya ödәnişlәr etdiyi hallar istisna olmaqla, gәlәcәk zәrәrlәri tanımır. 

Qrup  vә  onun  asılı  müәssisәlәri  arasındakı  әmәliyyatlar  üzrә  realizasiya  olunmamış  gәlirlәr  Qrupun 

asılı müәssisәlәrdәki payına proporsional hәcmdә silinir; bundan әlavә, realizasiya olunmamış zәrәrlәr 

hәmçinin asılı müәssisәnin aktivlәrinin dәyәrsizlәşmәsi nәticәsindә yaranmadığı halda silinir. 

Birgә müәssisәlәrdә iştirak payı. Birgә müәssisә iki vә ya daha çox tәrәfin (sәhmdarın) birgә nәzarәt 

tәtbiq edilmәklә hәyata keçirdiyi iqtisadi fәaliyyәti әks etdirәn müqavilә razılaşmasıdır. Birgә nәzarәt 

yalnız iqtisadi fәaliyyәtlә әlaqәdar strateji maliyyә vә әmәliyyat qәrarları sәhmdarların birgә razılığı ilә 

tәlәb  edildikdә  mövcud  olur.  Birgә  nәzarәt  olunan  müәssisә  Qrupun  digәr  sәhmdarlar  ilә  birlikdә 

nәzarәt etdiyi iqtisadi fәaliyyәti hәyata keçirmәk üçün müәssisә, tәrәfdaşlıq vә ya digәr müәssisәnin 

tәsis olunmasını nәzәrdә tutan birgә müәssisәdir. 

Birgә  nәzarәt  olunan  müәssisәlәrin  maliyyә  nәticәlәri,  aktivlәri  vә  öhdәliklәri  pay  iştirakı  üzrә  uçot 

metoduna әsasәn hazırkı konsolidasiya edilmiş maliyyә hesabatlarına daxil edilir. Pay iştirakı üzrә uçot 

metoduna  әsasәn  birgә  nәzarәt  olunan  müәssisәyә  investisiya  qoyuluşu  alış  tarixindәn  sonra  birgә 

nәzarәt olunan müәssisәnin xalis aktivlәrindә Qrupun payındakı dәyişikliklәr daxil olmaqla vә alınmış 

ödәnişlәr vә investisiyanın dәyәrindәki hәr hansı dәyәrsizlәşmә çıxılmaqla maliyyә vәziyyәti haqqında 

hesabatda  uçota  alınır.  Birgә  nәzarәt  olunan  müәssisәnin  vergidәn  sonrakı  maliyyә  nәticәlәrindә 

Qrupun payı mәnfәәt vә zәrәr hesabatında әks etdirlir. Birgә nәzarәt olunan müәssisәnin mәnfәәt vә 

zәrәr  hesabatından  başqa  tanıdığı  hәr  hansı  gәlir  vә  xәrclәrdә  Qrupun  payı  sәhmdar  kapitalında 

dәyişikliklәr haqqında hesabatda әks etdirilir. 

Birgә nәzarәt olunan müәssisәlәrin maliyyә hesabatları Qrupda olduğu kimi eyni hesabat dövrü üçün 

hazırlanır. Lazım olduqda, istifadә edilәn uçot siyasәtinin Qrupun qәbul etdiyi uçot siyasәtinә uyğun 

olması üçün hәmin maliyyә hesabatlarına düzәlişlәr edilir.  

Qrup birgә müәssisәyә bir daha birgә nәzarәt etmәdikdә, ona әhәmiyyәtli tәsir göstәrmәdikdә vә ya 

hәmin müәssisәdәki iştirak payı satış üçün nәzәrdә tutulduqda, pay iştirakı üzrә uçot metodunu tәtbiq 

etmir. 

Maliyyә alәtlәri - әsas qiymәtlәndirmә üsulları. Tәsnifat formalarından asılı olaraq maliyyә alәtlәri 

әdalәtli dәyәrdә, ilkin dәyәrdә vә ya amortizasiya olunmuş dәyәrdә qeydә alınır. Hәmin qiymәtlәndirmә 

üsulları aşağıda әks etdirilir. 

Әdalәtli dәyәr әmәliyyatın hәyata keçirilmәsindә maraqlı olan, yaxşı mәlumatlandırılmış vә bir birindәn 

asılı  olmayan  alıcı  vә  satıcı  arasında  aktivin  mübadilә  edilә  bildiyi  vә  ya  öhdәliyin  yerinә  yetirildiyi 

mәblәğdir. Әdalәtli dәyәr fәal bazarda alınıb satılan maliyyә aktivlәri üzrә cari tәklif qiymәtini vә maliyyә 

öhdәliklәri  üzrә  cari  tәlәb  qiymәtini  әks  etdirir.  Bir-birini  әvәzlәşdirәn  bazar  risklәri  olan  aktiv  vә 

öhdәliklәr ilә әlaqәdar Qrup qarşılıqlı surәtdә әvәzlәşdirilәn risklәr üzrә әdalәtli dәyәr göstәricilәrinin 

müәyyәn edilmәsi üçün orta bazar qiymәtlәrindәn istifadә edә bilәr vә xalis açıq mövqeyә müvafiq tәlәb 

vә tәklif qiymәti tәtbiq edә bilәr.  

Maliyyә alәti fәal bazarda o zaman sәrbәst surәtdә alınıb satıla bilәn aktivlәr kimi qәbul edilir ki, onların 

qiymәtlәri haqqında mәlumat fond birjasında vә ya digәr maliyyә tәşkilatından sәrbәst vә müntәzәm 

şәkildә әldә edilә bilsin vә bu zaman hәmin qiymәtlәr könüllü şәkildә bazar şәrtlәri çәrçivәsindә hәyata 

keçirilәn real vә müntәzәm әmәliyyatları әks etdirsin.  



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə