Microsoft Word Synergy Group 31 12 2015 fs aze docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix17.09.2018
ölçüsü0,55 Mb.
#69063
1   2   3   4   5   6   7   8   9   ...   22

“Synergy Group” MMC 

31 dekabr 2015-ci il tarixinә Konsolidasiya Edilmiş Maliyyә Hesabatları üzrә Qeydlәr 

(Başqa cür qeyd olunmadığı tәqdirdә, mәblәğlәr Azәrbaycan Manatı ilә ifadә edilir) 





Әsas Uçot Siyasәtlәrinin Qısa Xülasәsi (davamı) 

Bazar  qiymәtlәri  mövcud  olmayan  maliyyә  alәtlәrinin  әdalәtli  dәyәrini  müәyyәn  etmәk  üçün  pul 

axınlarının diskontlaşdırılması modeli, könüllü şәkildә hәyata  keçirilәn әn son әmәliyyatlar haqqında 

mәlumata әsaslanan modellәr kimi qiymәtlәndirmә üsulları, elәcә dә investisiya qoyulan müәssisәlәr 

haqqında  maliyyә  mәlumatlarının  tәhlili  istifadә  edilir.  Qiymәtlәndirmә  üsulları  müşahidә  edilә  bilәn 

bazar mәlumatları ilә dәstәklәnmәyәn fәrziyyәlәrin istifadә olunmasını tәlәb edә bilәr. Bu fәrziyyәlәrin 

hәr hansı birinin mümkün alternativ variantla әvәz edilmәsi nәticәsindә mәnfәәt, gәlir, aktiv vә öhdәlik 

mәblәğlәrinin  әhәmiyyәtli  dәrәcәdә  dәyişmәsinә  sәbәb  olacaq  hallar  barәdә  mәlumat  hazırkı 

konsolidasiya edilmiş maliyyә hesabatlarında açıqlanır. 

İlkin dәyәr  alış  tarixinә  aktivi  almaq  üçün  ödәnilmiş  pul  vәsaitlәrini  vә  ya  pul  vәsaitlәrinin 

ekvivalentlәrinin mәblәğini vә yaxud verilmiş digәr resursların әdalәtli dәyәrini әks etdirir vә әmәliyyat 

xәrclәrini ehtiva edir. İlkin dәyәrlә qiymәtlәndirmә yalnız bazar qiymәtlәri olmayan vә әdalәtli dәyәri 

etibarlı  şәkildә  ölçülә  bilmәyәn  pay  alәtlәrindәki  investisiyalara,  elәcә  dә  açıq  bazarda  alınıb-

satılmayan vә pay alәtlәri ilә ödәnilmәli vә onlara bağlı olan derivativlәrә tәtbiq edilir.  

Әmәliyyat xәrclәri әlavә xәrclәri әks etdirir vә birbaşa olaraq maliyyә alәtinin alışı, buraxılması vә ya 

satışı ilә әlaqәlidir. Әlavә xәrc әmәliyyat hәyata keçirilmәdiyi tәqdirdә yaranmayan xәrclәrdir. Әmәliyyat 

xәrclәrinә agentlәrә (satış üzrә agentlәr kimi fәaliyyәt göstәrәn işçilәr daxil olmaqla), mәslәhәtçilәrә, 

brokerlәrә  vә  dilerlәrә  ödәnilmiş  haqq  vә  komissiyalar,  tәnzimlәyici  orqanlar  vә  fond  birjalarına 

ödәmәlәr,  elәcә  dә  mülkiyyәt  hüququnun  köçürülmәsi  üzrә  vergilәr  vә  rüsumlar  daxildir.  Әmәliyyat 

xәrclәrinә borc öhdәliklәri üzrә mükafat vә ya diskontlar, maliyyәlәşdirmә xәrclәri, daxili inzibati vә ya 

saxlama xәrclәri daxil edilmir.  

Amortizasiya olunmuş  dәyәr  әsas  mәblәğin  ödәnilmәsi  çıxılmaqla,  lakin  hesablanmış  faizlәri  daxil 

etmәklә,  maliyyә  aktivlәri  üçün  isә  dәyәrsizlәşmә  üzrә  zәrәrlәr  üzrә  hәr  hansı  silinmәni  çıxmaqla 

aktivlәrin  ilkin  dәyәrini  әks  etdirir.  Hesablanmış  faizlәrә  ilkin  uçot  zamanı  tәxirә  salınmış  әmәliyyat 

xәrclәrinin vә effektiv faiz metodundan istifadә etmәklә ödәniş mәblәği üzrә hәr hansı mükafat vә ya 

diskontun amortizasiyası daxildir. Hesablanmış faiz gәlirlәri vә faiz xәrclәri, o cümlәdәn hesablanmış 

kupon  gәlirlәri  vә  amortizasiya  olunmuş  diskont  vә  ya  mükafat  (verilmә  zamanı  tәxirә  salınmış 

komissiyalar  daxil  olmaqla,  әgәr  varsa)  ayrıca  göstәrilmir  vә  maliyyә  vәziyyәti  haqqında  hesabatda 

müvafiq maddәlәrin balans dәyәrinә daxil edilir. 



Effektiv faiz metodu maliyyә alәtinin balans dәyәri üzrә sabit faiz dәrәcәsinin (effektiv faiz dәrәcәsi) 

tәmin  edilmәsi  üçün  faiz  gәlirlәri  vә  ya  xәrclәrinin  müvafiq  dövr  әrzindә  bölüşdürülmәsi  metodudur. 

Effektiv faiz dәrәcәsi, tәxmin edilәn gәlәcәk pul ödәnişlәrini vә ya daxilolmaları (kreditlәr üzrә gәlәcәk 

zәrәrlәr istisna olmaqla) maliyyә alәtinin gözlәnilәn fәaliyyәt müddәti әrzindә vә ya müvafiq hallarda 

daha  qısa  müddәt  әrzindә  maliyyә  alәtinin  xalis  balans  dәyәrinә  diskontlaşdıran  dәqiq  dәrәcәdir. 

Effektiv faiz dәrәcәsi maliyyә alәti üçün nәzәrdә tutulan dәyişkәn faiz dәrәcәsi üzrә kredit spredini әks 

etdirәn mükafatlar vә ya diskont vә yaxud bazar qiymәtlәrindәn asılı olaraq müәyyәn edilmәyәn digәr 

dәyişkәn amillәr istisna olmaqla, faiz dәrәcәlәrinin növbәti dәyişdirilmә tarixinә qәdәr dәyişkәn faizli 

alәtlәr  üzrә  pul  vәsaitlәrinin  hәrәkәtini  diskont  etmәk  üçün  istifadә  edilir.  Bu  cür  mükafatlar  vә  ya 

diskontlar  maliyyә  alәtinin  gözlәnilәn  tәdavül  müddәti  әrzindә  amortizasiya  edilir.  Diskont  dәyәrinin 

hesablanmasına  müqavilә  tәrәflәri  arasında  ödәnilmiş  vә  ya  alınmış  effektiv  faiz  dәrәcәsinin  tәrkib 

hissәsini tәşkil edәn bütün komissiyalar daxildir. 



Maliyyә alәtlәrinin ilkin tanınması.  Mәnfәәt  vә  zәrәr  vasitәsilә  әdalәtli  dәyәrdә  göstәrilәn  ticarәt 

qiymәtli kağızları, derivativlәr vә digәr maliyyә alәtlәri ilkin olaraq әdalәtli dәyәrdә tanınır. Bütün digәr 

maliyyә alәtlәri, dövlәt vә dövlәt tәşkilatlarından alınmış kreditlәr istisna olmaqla, әmәliyyat mәsrәflәri 

dә  daxil  olmaqla  әdalәtli  dәyәrdә  qeydә  alınır.  İlkin  tanınma  zamanı  әdalәtli  dәyәr  әn  yaxşı  olaraq 

әmәliyyat  qiymәti  ilә  sübut  edilir.  İlkin  tanınma  zamanı  yalnız  әdalәtli  dәyәr  ilә  әmәliyyat  qiymәti 

arasında  fәrq  olduqda  yaranan  gәlir  vә  ya  zәrәr  qeydә  alınır.  Әdalәtli  dәyәr  eyni  maliyyә  alәti  ilә 

aparılan  digәr  cari  bazar  әmәliyyatlarının  müşahidәsi  vә  yaxud  hәmin  bazarlardan  әldә  edilәn 

mәlumatlara әsaslanan qiymәtlәndirmә üsulu ilә sübut edilir. 

Qanunvericilik  vә  ya  mövcud  bazar  qaydaları  ilә  müәyyәn  edilmiş  vaxt çәrçivәsindә  alınıb-satılması 

nәzәrdә tutulan maliyyә aktivlәri (“standart şәrltәrlә hәyata keçirilәn” alış vә satışlar) Qrupun maliyyә 

aktivini almaq vә ya satmaq öhdәliyini qәbul etdiyi әmәliyyat tarixindә qeydә alınır. Alış üzrә bütün digәr 

әmәliyyatlar müәssisәnin hәmin maliyyә alәti üzrә müqavilә tәrәfi olduqda tanınır. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə