Microsoft Word Synergy Group 31 12 2015 fs aze docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix17.09.2018
ölçüsü0,55 Mb.
#69063
1   2   3   4   5   6   7   8   9   10   ...   22

“Synergy Group” MMC 

31 dekabr 2015-ci il tarixinә Konsolidasiya Edilmiş Maliyyә Hesabatları üzrә Qeydlәr 

(Başqa cür qeyd olunmadığı tәqdirdә, mәblәğlәr Azәrbaycan Manatı ilә ifadә edilir) 

10 




Әsas Uçot Siyasәtlәrinin Qısa Xülasәsi (davamı) 

Maliyyә aktivlәrinin tanınmasının dayandırılması.  Qrup  aşağıdakı  hallarda  maliyyә  aktivlәrinin 

tanınmasını dayandırır: (a) aktivlәr geri alındıqda vә ya bu aktivlәrlә әlaqәdar pul vәsaitlәrinin hәrәkәti 

üzrә hüquqların müddәti başa çatdıqda vә ya (b) Qrup maliyyә aktivlәrindәn daxil olan pul vәsaitlәrinin 

axını üzrә mülkiyyәt hüququnu ötürdükdә vә ya ötürülmә haqqında müqavilә bağladıqda vә bu zaman 

(i) hәmin aktivlәrin mülkiyyәt hüququ ilә әlaqәdar bütün risk vә faydaları әsas etibarilә başqa tәrәfә 

ötürdükdә vә ya (ii) bu aktivlәrin mülkiyyәt hüququ ilә әlaqәdar bütün risk vә faydaları әsas etibarilә 

ötürmәdikdә vә ya saxlamadıqda, lakin, hәmin aktivlәr üzrә nәzarәt hüququnu özündә saxlamadıqda.  

Nәzarәt qarşı tәrәfin satışa әlavә mәhdudiyyәtlәr qoymadan aktivi tam olaraq әlaqәli olmayan üçüncü 

tәrәfә satmaq imkanına malik olmadığı hallarda saxlanılır. 

Әsas vәsaitlәr.  Әsas vәsaitlәr  hәr  hansı  yığılmış  amortizasiya  vә  ehtiyac  yaranarsa  dәyәrsizlәşmә 

üzrә ehtiyat çıxılmaqla, ilkin dәyәrdә uçota alınır. Әsas vәsaitlәrә gәlәcәkdә әsas vәsait kimi istifadә 

olunması nәzәrdә tutulan başa çatdırılmamış tikililәr daxildir. 

Әsas vәsaitlәr ilә bağlı sonrakı xәrclәr müvafiq olaraq aktivin balans dәyәrindә vә ya ayrıca aktiv kimi 

yalnız  o  halda  tanınır  ki,  hәmin  aktivlә  bağlı  gәlәcәk  iqtisadi  sәmәrәnin  Qrupa  daxil  olması  ehtimal 

edilsin vә onun dәyәri etibarlı şәkildә ölçülә bilsin. Kiçik hәcmli tәmir vә gündәlik xidmәt xәrclәri çәkildiyi 

dövrdә  xәrcә  silinir.  Avadanlıqların  әsas  hissәlәrinin  әvәz  edilmәsi  xәrclәri  kapitallaşdırılır  vә  әvәz 

edilmiş hissәlәr balansdan silinir. 

Rәhbәrlik hәr bir hesabat dövrünün sonunda әsas vәsaitlәr üzrә dәyәrsizlәşmә әlamәtlәrinin mövcud 

olub-olmadığını qiymәtlәndirir. Әgәr bu cür әlamәtlәr mövcud olarsa, rәhbәrlik bәrpa edilә bilәn dәyәri 

tәxmin  edir.  Aktivin  bәrpa  edilә  bilәn  dәyәri  onun  satış  üzrә  mәsrәflәri  çıxılmaqla  әdalәtli  dәyәri  vә 

istifadә dәyәrindәn daha yüksәk olan dәyәridir. Aktivin balans dәyәri onun bәrpa edilә bilәn dәyәrinә 

qәdәr azaldılır vә dәyәrsizlәşmә zәrәri il üzrә mәnfәәt vә ya zәrәrdә tanınır. Aktivin istifadә dәyәrini vә 

ya satış üzrә mәsrәflәr çıxılmaqla әdalәtli dәyәrini müәyyәn etmәk üçün istifadә edilmiş tәxminlәrdә 

dәyişiklik baş verdiyi tәqdirdә, әvvәlki illәrdә tanınmış dәyәrsizlәşmә zәrәri bәrpa edilir. 

Aktivlәrin silinmәsindәn yaranan mәnfәәt vә ya zәrәr gәlirin mәblәği ilә balans dәyәri arasındakı fәrq 

kimi müәyyәn edilir vә il üzrә mәnfәәt vә ya zәrәrdә sair әmәliyyat gәlirlәri vә ya xәrclәri kimi tanınır.  

Amortizasiya.

 

Torpaq vә başa  çatdırılmamış  tikililәr üçün amortizasiya hesablanmır. Әsas vәsaitlәr 

üzrә  amortizasiya  düz  xәtt  metoduna,  yәni  әsas  vәsaitlәrin  tәxmini  faydalı  istifadә  müddәti  әrzindә 

aktivlәrin ilkin dәyәrini onların qalıq dәyәrinәdәk azaltmaqla hesablanır:  

 

Faydalı istifadә müddәti 



Binalar  

14-25 il 

Torpaq sahәlәrinin tәkmillәşdirilmәsi 

25 il 


Maşınlar 

5-25 il 


Mebel vә sair avadanlıqlar 

4-5 il 


Nәqliyyat vasitәlәri 

4-6 il 


Aktiv faydalı istifadә müddәtinin sonunda nәzәrdә tutulan vәziyyәtә uyğun olduqda, onun satışı ilә bağlı 

ehtimal olunan xәrclәr çıxıldıqdan sonra, Qrup tәrәfindәn әldә oluna bilәcәk qiymәtlәndirilmiş mәblәğ 

aktivin qalıq dәyәridir. Aktivlәrin qalıq dәyәri vә faydalı istifadә müddәti hәr hesabat dövrünün sonunda 

nәzәrdәn keçirilir vә lazım olduqda dәyişdirilir. 



Bioloji aktivlәr. Qrupun bioloji aktivlәri mәhsul verәn vә istehlak olunan bioloji aktivlәrdәn ibarәtdir. 

Qrupun mәhsul verәn bioloji aktivlәrinә gül vә üzüm tinglәri daxildir vә fiziki cәhәtdәn torpağa bağlıdır. 

Belә bioloji aktivlәr, elәcә dә xam torpaq, torpaq sahәlәrinin tәkmillәşdirilmәsi mexanizmlәri vә bioloji 

aktivlәrdәn  ibarәt olan qarşılıqlı әlaqәli aktivlәr üçün ayrıca bazar mövcud olmadığına görә Qrupun 

rәhbәrliyi bioloji aktivlәri hәr hansı yığılmış amortizasiya vә yığılmış dәyәrsizlәşmә zәrәrlәri çıxılmaqla, 

ilkin dәyәrdә qiymәtlәndirir. Mәhsul verәn bioloji aktivlәrin ilkin dәyәri bitkilәrin alış dәyәrindәn vә hәmin 

bitkilәrin mәhsuldarlıq sәviyyәsinә çatdırılması üçün çәkilmiş digәr xәrclәrdәn ibarәtdir.  

Mәhsul  verәn  bioloji  aktivlәr  uzunmüddәtli  aktivlәr  kimi  tәsniflәşdirilir  vә  düz  xәtt  metoduna  әsasәn 

mәhsul yığımı dövrü әrzindә amortizasiya olunur. 

Qrupun bioloji aktivlәrindәn әldә edilmiş kәnd tәsәrrüfatı mәhsulları yığım anında tәxmin edilәn satış 

xәrclәri çıxılmaqla, әdalәtli dәyәrlә qiymәtlәndirilir. 



“Synergy Group” MMC 

31 dekabr 2015-ci il tarixinә Konsolidasiya Edilmiş Maliyyә Hesabatları üzrә Qeydlәr 

(Başqa cür qeyd olunmadığı tәqdirdә, mәblәğlәr Azәrbaycan Manatı ilә ifadә edilir) 

11 




Әsas Uçot Siyasәtlәrinin Qısa Xülasәsi (davamı) 

Qeyri-maddi aktivlәr. Qrupun qeyri-maddi aktivlәri müәyyәn faydalı istifadә müddәtinә malik olmaqla 

әsasәn kapitallaşdırılmış proqram tәminatından vә torpaqdan istifadә hüququndan ibarәtdir. 

Proqram tәminatı üzrә әldә edilmiş lisenziyalar vә torpaqdan istifadә hüququ onların alınması vә tәtbiq 

edilmәsi üçün çәkilmiş xәrclәrin әsasında kapitallaşdırılır.   

Qrup tәrәfindәn nәzarәt olunan identifikasiya edilә bilәn unikal proqram tәminatı ilә birbaşa әlaqәli olan 

tәrtibat xәrclәri, çәkilmiş xәrclәrdәn artıq olan әlavә iqtisadi sәmәrә gәtirәcәyi halda qeyri-maddi aktivlәr 

kimi tanınır. Kapitallaşdırılmış  xәrclәrә  proqram  tәminatını  tәrtib  edәn  işçilәrә  sәrf  olunan  xәrclәr  vә 

ümumi tәsәrrüfat xәrclәrinin müvafiq hissәsi daxildir. Proqram tәminatı ilә әlaqәdar bütün digәr xәrclәr 

(mәs, texniki dәstәk xәrclәri) çәkildiyi zaman xәrcә silinir.  

Qeyri-maddi aktivlәr tәxmin edilәn faydalı istifadә müddәtlәri әrzindә düz xәtt metodu ilә amortizasiya 

olunur. 

 

Faydalı istifadә müddәti



Proqram tәminatı üzrә lisenziyalar 

10 il


Torpaqdan istifadә hüququ 

99 il


Qeyri-maddi aktivlәr dәyәrsizlәşdikdә, onların balans dәyәri istifadә dәyәri ilә satış xәrclәri çıxılmaqla 

әdalәtli dәyәrdәn daha yüksәk olan dәyәrә silinir. 



Mәnfәәt vergisi.  Hazırkı  konsolidasiya  edilmiş  maliyyә  hesabatlarında  әks  etdirilәn  mәnfәәt  vergisi 

Qrupa daxil olan hәr bir ayrıca müәssisә üçün Azәrbaycan Respublikasının qüvvәdә olan vә ya hesabat 

dövrünün sonuna qüvvәyә minmiş qanunvericiliyinә uyğun olaraq hesablanmışdır. Mәnfәәt vergisi xәrci 

(krediti) cari vә tәxirә salınmış mәnfәәt vergisindәn ibarәt olub, mәnfәәt vә zәrәr hesabatında qeydә 

alınır. Lakin, hәmin vә ya başqa dövrdә bilavasitә kapital hesablarında qeydә alınan әmәliyyatlara aid 

olan vergilәr bilavasitә kapital hesablarında qeydә alınır.  

Cari mәnfәәt vergisi cari vә әvvәlki dövrlәr üzrә vergiyә cәlb edilәn mәnfәәt vә ya zәrәr ilә әlaqәdar 

vergi  orqanlarına  ödәnilәcәk  vә  ya  onlardan  geri  alınacaq  mәblәği  tәşkil  edir.  Vergiyә  cәlb  edilәn 

mәnfәәt  vә  ya  zәrәr  konsolidasiya  edilmiş  maliyyә  hesabatlarının  müvafiq  vergi  bәyannamәlәrinin 

tәqdim  olunmasından  әvvәl  tәsdiqlәndiyi  halda  tәxmini  göstәricilәrә  әsasәn  hesablanır.  Mәnfәәt 

vergisindәn başqa sair vergilәr inzibati vә sair әmәliyyat xәrclәri kimi qeydә alınır. 

Tәxirә salınmış mәnfәәt vergisi öhdәlik metodundan istifadә etmәklә, aktiv vә öhdәliklәrin vergi bazası 

vә  maliyyә  hesabatlarının  hazırlanması  mәqsәdlәri  üçün  onların  balans  dәyәri  arasında  yaranan 

keçmiş  illәrin  vergi  zәrәri  vә  bütün  müvәqqәti  fәrqlәr  üçün  hesablanır.  İlkin  uçot  zamanı  istisna  hal 

olaraq,  әgәr  әmәliyyat  maliyyә  mәnfәәti  vә  vergiyә  cәlb  edilәn  mәnfәәtә  tәsir  göstәrmirsә,  aktiv  vә 

öhdәliyin  ilkin  qeydә  alınması  nәticәsindә  yaranan  müvәqqәti  fәrqlәr  üzrә  tәxirә  salınmış  vergi 

hesablanmır (müәssisәlәrin birlәşmәsi halları istisna olmaqla). Tәxirә salınmış vergi qalıqları, qüvvәdә 

olan vә ya hesabat dövrünün sonunda qüvvәyә minmiş vergi dәrәcәlәrinә әsasәn müvәqqәti fәrqlәrin 

qaytarılacağı vә ya keçmiş illәrdәn yığılmış vergi zәrәrlәrinin istifadә edilәcәyi dövrdә tәtbiq edilmәli 

vergi dәrәcәlәrindәn istifadә etmәklә hesablanır. Tәxirә salınmış vergi aktiv vә öhdәliklәri yalnız Qrupun 

ayrı-ayrı müәssisәlәri arasında әvәzlәşdirilir.  

Gәlirdәn  çıxılan  müvәqqәti fәrqlәr  üzrә  tәxirә  salınmış  vergi  aktivlәri  vә keçmiş  illәrin  vergi  zәrәrlәri 

vergi  tutulan  gәlәcәk  gәlirlәrin  yaranması  vә  bu  gәlirlәr  üzrә  çıxılmaların  istifadә  edilmәsi  ehtimalını 

nәzәrә alaraq tanınır. 

Qrup  törәmә  müәssisәlәrin  dividendlәri  vә  ya  onların  satışından  әldә  edilәn  gәlirlәrә  tәtbiq  edilәn 

vergilәr üzrә müvәqqәti fәrqlәrin qaytarılmasına nәzarәt edir. Rәhbәrliyin yaxın gәlәcәkdә müvәqqәti 

fәrqlәrin qaytarılmasını gözlәdiyi hallar istisna olmaqla, Qrup belә müvәqqәti fәrqlәr üzrә tәxirә salınmış 

vergi öhdәliklәrini tanımır. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə