Microsoft Word Synergy Group 31 12 2015 fs aze docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix17.09.2018
ölçüsü0,55 Mb.
#69063
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

“Synergy Group” MMC 

31 dekabr 2015-ci il tarixinә Konsolidasiya Edilmiş Maliyyә Hesabatları üzrә Qeydlәr 

(Başqa cür qeyd olunmadığı tәqdirdә, mәblәğlәr Azәrbaycan Manatı ilә ifadә edilir) 

14 




Әsas Uçot Siyasәtlәrinin Qısa Xülasәsi (davamı) 

Nizamnamә kapitalı vә digәr kapital ehtiyatları. Nizamnamә kapitalı yalnız adi sәhmlәrdәn ibarәtdir. 

Yeni sәhmlәrin emissiyası ilә birbaşa әlaqәli olan әlavә xәrclәr kapitalda daxilolmaların azalması kimi 

(vergi  çıxılmaqla)  göstәrilir. Sair  ehtiyatlar  Qrupun  sәhmdarları  tәrәfindәn  әlavә kapital  qoyuluşlarını 

әks etdirir. Dövriyyәdәn çıxarışlar sahibkarlar tәrәfindәn vәsaitlәrin geri götürüldüyü dövrdә kapitaldan 

çıxılır. 

Әlavә Dәyәr Vergisi. Hesablanmış vә әvәzlәşdirilә bilәn ӘDV arasındakı fәrq hesabat ayından sonra 

20 gün әrzindә dövlәt büdcәsinә ödәnilmәlidir. Tәchizatçıların depozit hesabına ödәnilәn ӘDV elektron 

hesab-fakturalar olduğu halda hesablanmış ӘDV müqabilindә әvәzlәşdirilә bilәr. Vergi orqanları ӘDV-

nin  xalis  mәblәğdә  ödәnilmәsinә  icazә  verir.  Satış  vә  alış  üzrә  ӘDV  balans  hesabatında  ümumi 

mәblәğdә qeydә alınır  vә maliyyә hesabatında ayrıca olaraq aktiv vә öhdәlik kimi  göstәrilir. Debitor 

borclarının  dәyәrsizlәşmәsi  üzrә  ehtiyat  yaradıldıqda,  dәyәrsizlәşmә  üzrә  ehtiyat  debitor  borclarının 

ümumi mәblәğindә qeydә alınır (ӘDV daxil olmaqla). 

Borc öhdәliklәri.  Borc  öhdәliklәri  effektiv  faiz  metodundan  istifadә  etmәklә  amortizasiya  olunmuş 

dәyәrlә uçota alınır.  



Borc öhdәliklәri üzrә  mәsrәflәrin kapitallaşdırılması.  Tәyinatı  üzrә  istifadәyә  vә  ya  satışa  hazır 

vәziyyәtә gәtirilmәsi üçün әhәmiyyәtli dәrәcәdә vaxt tәlәb edilәn vә әdalәtli dәyәrlә qeydә alınmayan 

aktivlәrin  (kvalifikasiya  olunan  aktivlәr)  әldә  edilmәsi  vә  tikilmәsi  ilә  birbaşa  әlaqәli  olan  ümumi  vә 

müәyyәn  edilmiş  mәqsәdlәr  üçün  cәlb  edilmiş  borc  öhdәliklәri  üzrә  mәsrәflәr,  kapitallaşdırmanın 

başlanma tarixi 1 yanvar 2009-cu il vә ya daha gec olarsa, hәmin aktivlәrin dәyәrinә daxil edilir.  

Kapitallaşdırma  Qrup  tәrәfindәn  (a)  kvalifikasiya  olunan  aktivlәr  ilә  bağlı  xәrclәr  çәkildikdә;  (b)  borc 

öhdәliklәri üzrә xәrclәr çәkildikdә;  vә (c) aktivin tәyinatı üzrә istifadәyә vә ya satışa hazır  vәziyyәtә 

gәtirilmәsi ilә bağlı zәruri tәdbirlәr görüldükdә başlayır. 

Borc  öhdәliklәri  üzrә  mәsrәflәrin  kapitallaşdırılması  aktivlәrin  әhәmiyyәtli  dәrәcәdә  istifadәyә  vә  ya 

satışa hazır olduğu tarixәdәk davam edir.  

Qrup  kvalifikasiya  olunan  aktivlәr  ilә  bağlı  kapital  xәrclәri  çәkmәyәcәyi  halda,  qarşısının  alınması 

mümkün olan borc öhdәliklәri üzrә mәsrәflәri kapitallaşdırır. Kvalifikasiya olunan aktivin әldә edilmәsi 

üçün  vәsaitlәrin  borc  götürüldüyü  hallar  istisna  olmaqla,  kapitallaşdırılmış  faiz  xәrclәri  Qrupun 

maliyyәlәşdirmә  xәrclәrinin orta dәyәri ilә hesablanır (kvalifikasiya olunan aktivlәr üzrә xәrclәrә orta 

çәkili faiz xәrclәri tәtbiq edilir). Bu baş verdikdә, hәmin borc öhdәliklәrinin müvәqqәti investisiyasından 

yaranan  hәr  hansı  investisiya  gәlirlәri  çıxılmaqla,  dövr  әrzindә  müәyyәn  edilmiş  borc  öhdәliyi  üzrә 

çәkilmiş faktiki xәrclәr kapitallaşdırılır. 

Kreditor borcları. Kreditor borcları qarşı tәrәfin müqavilә üzrә öz öhdәliklәrini yerinә yetirmәsi zamanı 

hesablanır vә effektiv faiz metoduna әsasәn amortizasiya olunmuş dәyәrdә qeydә alınır. 



Öhdәliklәr vә  mәsrәflәr üzrә ehtiyatlar.  Öhdәliklәr  vә  mәsrәflәr  üzrә  ehtiyatlara  qeyri-müәyyәn 

müddәt vә ya mәblәğә malik olan qeyri-maliyyә öhdәliklәri daxildir. Qrup keçmiş hadisәlәr nәticәsindә 

hüquqi  vә  ya  işgüzar  praktikadan  irәli  gәlәn  öhdәliklәrә  malik  olduqda,  hәmin  öhdәliklәrin  yerinә 

yetirilmәsi  üçün  Qrup  tәrәfindәn  iqtisadi  resursların  sәrf  olunması  ehtimalı  böyük  olduqda  vә 

öhdәliklәrin  mәblәği  kifayәt  qәdәr  dәqiq  ölçülә  bildikdә  ehtiyatlar  uçota  alınır.  Ehtiyatlar  gәlәcәk 

әmәliyyat zәrәrlәri üçün uçota alınmır

.

 

 

Bir sıra analoji öhdәliklәr mövcud olduqda, hәmin öhdәliklәrin ödәnilmәsi üçün resursların sәrf olunması 



ehtimalı ümumilikdә bütün öhdәliklәr üçün müәyyәn edilir. Qrup hesabat tarixinә zәmanәt müddәti hәlә 

başa çatmayan satılmış mәhsulların tәmiri vә ya әvәz edilmәsi ilә bağlı hesablanmış öhdәliklәri tanıyır. 

Bu ehtiyat әvvәlki dövrlәrdә mәhsulun tәmiri vә әvәz edilmәsi ilә bağlı statistik mәlumatlara әsasәn 

hesablanır.  

Qrup ehtiyat üzrә xәrclәrin ödәnilmәsini gözlәdiyi hallarda, (mәsәlәn sığorta müqavilәsi üzrә) ödәnilәn 

mәblәğ belә bir ödәnişin baş vermәsi faktiki olaraq müәyyәn edildiyi halda, ayrıca aktiv kimi göstәrilir.

 



“Synergy Group” MMC 

31 dekabr 2015-ci il tarixinә Konsolidasiya Edilmiş Maliyyә Hesabatları üzrә Qeydlәr 

(Başqa cür qeyd olunmadığı tәqdirdә, mәblәğlәr Azәrbaycan Manatı ilә ifadә edilir) 

15 




Әsas Uçot Siyasәtlәrinin Qısa Xülasәsi (davamı) 

Xarici valyutanın çevrilmәsi.  Qrupun  konsolidasiya  edilmiş  müәssisәlәrinin  funksional  valyutası 

hәmin müәssisәlәrin fәaliyyәt göstәrdiyi әsas iqtisadi mühitin valyutası hesab edilir. Qrupun vә onun 

törәmә müәssisәlәrinin funksional valyutası vә Qrupun tәqdimat valyutası Azәrbaycan Respublikasının 

milli valyutası olan Azәrbaycan manatıdır (“AZN”). 

Monetar aktivlәr vә öhdәliklәr Azәrbaycan Respublikasının Mәrkәzi Bankının (“Mәrkәzi Bank”) müvafiq 

hesabat dövrünün sonuna qüvvәdә olan rәsmi valyuta mәzәnnәsinә  uyğun olaraq Qrupun tәqdimat 

valyutasına çevrilir. Bu cür әmәliyyatlar üzrә hesablaşmaların hәyata keçirilmәsi vә monetar aktiv vә 

öhdәliklәrin Mәrkәzi Bankın ilin sonuna müәyyәn etdiyi rәsmi mәzәnnә ilә Qrupun tәqdimat valyutasına 

çevrilmәsi nәticәsindә yaranan gәlir vә zәrәr mәnfәәt vә ya zәrәrdә maliyyә gәlirlәri vә xәrclәri kimi 

qeydә alınır. İlin sonuna qüvvәdә olan mәzәnnә ilә çevrilmә ilkin dәyәrlә qiymәtlәndirilәn qeyri-monetar 

maddәlәrә tәtbiq edilmir.  

Xarici  valyutada  olan  vә  әdalәtli  dәyәrlә  qiymәtlәndirilәn  qeyri-monetar  maddәlәr,  o  cümlәdәn  pay 

alәtlәri әdalәtli dәyәrin müәyyәn edildiyi tarixә qüvvәdә olan mәzәnnәlәrdәn istifadә etmәklә tәqdimat 

valyutasına çevrilir. Mәzәnnә dәyişikliklәrinin xarici valyutada olan vә әdalәtli dәyәrlә qiymәtlәndirilәn 

qeyri-monetar maddәlәrә tәsiri әdalәtli dәyәrin dәyişmәsindәn yaranan gәlir vә ya zәrәrin bir hissәsi 

kimi әks etdirilir. 

 

31  dekabr  2015-ci  il  tarixinә  xarici  valyuta  qalıqlarının  çevrilmәsindә  istifadә  olunan  әsas  valyuta 



mәzәnnәlәri: 1 Rus rublu =  0.0216 AZN, 1 Avro = 1.7046 AZN vә 1 ABŞ dolları = 1.5594 AZN (2014: 

1 Rus rublu =  0.0133 AZN, 1 Avro = 0.9522 AZN vә 1 ABŞ dolları = 0.7844 AZN). Gәlir vә xәrclәrin 

çevrilmәsindә  istifadә  olunan  әsas  orta  valyuta  mәzәnnәlәri:  1  Rus  rublu  =  0.0169  AZN,  1  Avro  = 

1.1331 AZN vә 1 ABŞ dolları = 1.0285 AZN (2014: 1 Rus rublu =  0.0208 AZN, 1 Avro = 1.0417 AZN 

vә 1 ABŞ dolları = 0.7844 AZN).

 

Gәlirlәrin tanınması. Gәlirlәr alınmış vә ya alınacaq mәblәğlәrin әdalәtli dәyәri ilә qiymәtlәndirilir vә 

bütün  diskontlar,  geri  qaytarılmış  mallar  vә  әlavә  dәyәr  vergisi  çıxılmaqla  әks  etdirir.  Qrup  gәlirin 

mәblәği etibarlı şәkildә qiymәtlәndirildikdә, gәlәcәk iqtisadi sәmәrәnin müәssisәyә daxil olması ehtimal 

edildikdә vә Qrupun aşağıda göstәrilәn bütün fәaliyyәt növlәri xüsusi meyarlara uyğun olduqda gәliri 

tanıyır.  Barter  әmәliyyatı  ilә  әldә  edilmiş  malların  әdalәtli  dәyәrini  düzgün  şәkildә  qiymәtlәndirmәk 

mümkün  olmadıqda,  gәlir  satılmış  malların  vә  ya  göstәrilmiş  xidmәtlәrin  әdalәtli  dәyәri  ilә 

qiymәtlәndirilir. 

Malların satışı.  Malların  satışından  әldә  edilәn  gәlirlәr  adәtәn  hәmin  malların  yüklәndiyi  zaman 

mәhsullar üzrә mülkiyyәt hüququ ilә bağlı risk vә faydaların ötürüldüyü anda qeydә alınır. Qrup malların 

nәzәrdә tutulan әraziyә daşınması öhdәliyini üzәrinә götürdükdә, gәlir malların tәyinat mәntәqәsindә 

alıcıya verildiyi anda qeydә alınır.  



Xidmәtlәrin satışı.  Xidmәtlәrin  realizasiyası  müәyyәn  әqdin  tamamlanma  dәrәcәsindәn  asılı  olaraq 

hәmin  xidmәtlәrin  göstәrildiyi  uçot  dövründә  tanınır.  Tamamlanma  dәrәcәsi  faktiki  göstәrilmiş 

xidmәtlәrin ümumi göstәrilmәli olan xidmәtlәrә nisbәti kimi müәyyәn edilir. 

Gәlir vә xәrclәrin tanınması. Bütün borc alәtlәri üzrә faiz gәlirlәri vә xәrclәri effektiv faiz metodundan 

istifadә  etmәklә  hesablama  metodu  ilә  qeydә  alınır.  Bu  metoda  әsasәn  faiz  gәlirlәri  vә  xәrclәrinә 

müqavilә tәrәflәri arasında ödәnilmiş vә ya alınmış vә effektiv faiz dәrәcәsinin tәrkib hissәsi olan bütün 

komissiya vә haqlar, sövdәlәşmә xәrclәri, elәcә dә bütün digәr mükafat vә ya güzәştlәr daxildir.  

Effektiv  faiz  dәrәcәsinә  aid  olan  komissiya  haqlarına  maliyyә  aktivinin  yaradılması  vә  ya  alınması, 

yaxud  maliyyә  öhdәliyinin  (mәsәlәn,  ödәmә  qabiliyyәtinin  qiymәtlәndirilmәsi,  zәmanәtlәrin  vә  ya 

girovun dәyәrlәndirilmәsi vә qeydә alınması, maliyyә alәtinin tәqdim edilmәsi şәrtlәrinin razılaşdırılması 

vә sövdәlәşmә sәnәdlәrinin hazırlanması haqları) buraxılması ilә әlaqәdar әldә edilmiş vә ya ödәnilmiş 

komissiya  haqları  daxildir.  Bazar  faiz  dәrәcәlәri  ilә  kreditlәrin  verilmәsi  üzrә  öhdәlik  üçün  Qrup 

tәrәfindәn  әldә  edilmiş  komissiya  haqları,  Qrupun  xüsusi  kredit  müqavilәsini  imzalayacağı  ehtimal 

edildikdә vә kreditin verilmәsindәn sonra qısa müddәt әrzindә onun realizasiyasını planlaşdırmadıqda 

effektiv faiz dәrәcәsinin tәrkib hissәsi hesab edilir. Qrup kreditlәrin verilmәsi üzrә öhdәliklәri mәnfәәt 

vә ya zәrәr vasitәsilә әdalәtli dәyәrlә әks etdirilmiş maliyyә öhdәliklәri kimi tәsniflәşdirmir. 

Kreditlәrin  vә  digәr  borc  alәtlәrinin  vaxtında  qaytarılmasına  dair  şübhә  yarandıqda,  onlar  bәrpa 

dәyәrinә  qәdәr  azaldılır  vә  dәyәrsizlәşmәni  müәyyәn  etmәk  üçün  gәlәcәk  pul  vәsaitlәri  hәrәkәtinin 

diskontlaşdırılması zamanı istifadә edilәn effektiv faiz dәrәcәsi әsasında faiz gәlirlәri hesablanır. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə